Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9288/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh2, X10, Cavabdeh1 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(008)-2994/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X4 cavabdehlər Cavabdeh2, X10, Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 may 2014-cü il tarixli 2(008)-3282/2014 saylı və Sabunçu rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(008)-5907/2017 saylı qətnamələrinə əsasən iddiaçı X7 və onun uşaqları 17 fevral 2009-cu il təvəllüdlü X8 və 27 may 2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evdən çıxarılması, həmin evin iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(008)- 2994/2021 saylı qətnaməsi ilə iddiaçı qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evdən iddiaçı X7 və onun uşaqları 17 fevral 2009-cu il təvəllüdlü X8 və 27 may 2010-cu il təvəllüdlü X5 istifadələrinə müdaxilə edilməsinin cavabdehlər Cavabdeh2, X10, Cavabdeh1 qadağan edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(008)- 2994/2021 saylı qərardadı ilə iddiaçı X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 qarşı iddia tələbinin Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 19/18 saylı evdən çıxarılması hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı X4 şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2021ci il tarixli, 2(008)-2994/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmiş, şikayət məhkəmənin 05 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə iddiaçının hüquqları kobud və qərəzli şəkildə pozulmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə mübahisə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(008)-5907/2017 saylı qətnaməsinin çıxarılmasından sonra yarandığından həmin əsasla iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə yanlışdır. Məhkəmə iclasında İddiaçı Baloğlan qızı şikayəti müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh2 şikayətə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmə prosesində iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X6 Cavabdeh2 qarşı onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 19/18 saylı evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə əvvəllər də müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2016-cı il tarixli, 2(008)-4192/2016 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 19/18 saylı evdən çıxarılması tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğu halda, X7 təkrarən eyni predmet barəsində və eyni əsasla - yəni Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçı Arzu Xaliqova onun hazırkı iddia tələbi üzrə mübahisənin 01 avqust 2017-ci il tarixli qətnamədən sonra yarandığını, bu səbəbdən də iddia tələbini irəli sürməkdə haqlı olduğunu bildirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, iddia ərizəsindən və Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2016-cı il tarixli, 2(008)-4192/2016 saylı qətnaməsinin surətindən görünür ki, hazırkı iddia tələbi də əvvəlki iddia tələbi ilə eyni əsaslara söykənmiş, eyni predmet barəsində və eyni şəxsə qarşı yönəlmiş, əvvəlki qətnamə çıxarıldıqdan sonra keçən müddət ərzində mübahisəli tikiliyə münasibətdə tərəflərin hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmiş, yalnız iddiaçının azyaşlı uşaqları ilə mübahisəli evə köçürülməsi qət edilmişdir ki, bu da hazırkı iddianın eyni şəxsə qarşı təkrar irəli sürülməsi üçün yeni əsas kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(008)- 2994/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9288/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9288/2021
16.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver