Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-93/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “X5” Şirkətinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “torpaq sahəsinin boşaldılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı, "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh2, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2516/2018 saylı, 05 fevral 2018- ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “X5” Şirkətinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi məhkəməyə müracət edərək, mərhum babası İsrafil Aslanova 1939-cu il tarixədək məxsus olmuş və ona miras qalmış 40 ilə yaxın sahiblik və istifadəsində olan Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqısatqı yolu ilə 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamla ona verilmiş Binəqədi Novxanı yolunda, hazırda Gənclər şəhərciyi adlanan ərazidə yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh2, "xxxx" MMC və digər üçüncü şəxslərin çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin onun istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib (iddia tələbləri bir neçə dəfə dəqiqləşdirilmişdir).
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2516/2018 saylı, 05 fevral 2018- ci il tarixli qətnaməsi (hakim Abbas Rzayev) ilə iddia təmin edilərək, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamla İddiaçı verilmiş Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi-Novxanı yolunda, hazırda Gənclər şəhərciyi adlanan ərazidə yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh2, "xxxx" MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin sökülməsi və həmin torpaq sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi qərara alınıb. Birinci apellyasiya icraatı:
3. "xxxx" MTK apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Birinci kassasiya icraatı
6. "xxxx" MTK kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. İkinci apellyasiya icraatı:
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. İkinci kassasiya icraatı:
9. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməklə, işə baxan hakim Abiddin Hüseynov barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Üçüncü apellyasiya icraatı:
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC münasibətdə mübahisələndirilən hissədə ləğv edilib və iddia tələbləri ona münasibətdə mübahisələndirilən hissədə rədd edilib. Üçüncü kassasiya icraatı:
12. İddiaçı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qətnamədən kassasiya şikayəti vermişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti tam təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-192/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Dördüncü apellyasiya icraatı: Tərəflərin izahatı:
14. Məhkəmə kollegiyasının iclasında "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
17. Hazırkı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
18. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
19. Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin 1280 saylı, 24 avqust 2006-cı il tarixli sərəncamına əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi ərazisində olan 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır və həmin torpaq sahəsinin cizgisi sərəncama əlavə olunmuşdur. Cizgidəayrılmış torpaq sahəsi yalnız sxematik təsvir olunmuş, sahənin koordinatları və künc nöqtələri göstərilməmişdir.
20. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş Seriya MA, JV9 ******* saylı arayışa əsasən məlum olur ki, Abşeron r-u, Mehdiabad qəsəbəsində yerləşən 5.65 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 saylı, 29 aprel 110-cu il tarixli sərəncamına əsasən məlum olur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003- cü il 13 yanvar tarixli, 843 nömrəli Fərmanın 2-ci bəndinin ikinci abzasna əsasən, Abşeron rayonunun Mehdiabad bələdiyyəsinin ehtiyacı üçün Abşeron rayonun ehtiyat fondu torpağından 5.65 hektar şərti yararsız torpaq sahəsinin Mehdiabad bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23046 saylı, 08 yanvar 2015-ci il tarixli ekspertizanın rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu torpaq Kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Ayaz Şıxəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerdə və elektron bazada dəqiq sərhədləri yoxdur, nişanları təxminidir, hazırlanmış sxem şərtidir,rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respulikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Ayaz Şixəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, AR ƏMDK yanmda DƏDRX təfındən xx.xx.2010-cu il tarixdə verilmiş Seriya MA 124972 saylı çıxarışa əsasən "xxxx" MMCyə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq hədləri qeyd olunan ölçülərə uyğundur.
23. Birinci sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Rejestri Xidmətinin Yerqurluşu torpaq kadastrı və torpaqların montorinqi şöbəsinin məsləhətçisi Ayaz Şıxəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********448 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerdə və elektron bazada dəqiq sərhədləri yoxdur, nişanları təxminidir, hazırlanmış sxem şərtidir.
24. İkinci sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, AR ƏMDK yanmda DƏDRX təfındən xx.xx.2010-cu il tarixdə verilmiş Seriya MA 124972 saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq sərhədləri sənədlərdə qeyd edilən ölçülərə uyğundur.
25. Üçüncü sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsi AR ƏMDK yanında DƏDRX tərəfındən xx.xx.2010cu il tarixdə verilmiş Seriya MA 124972 saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
26. Dördüncü sual üzrə , rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, mübahisələndirilən ərazidə yerləşən bir-birinə bitişik inşa olunmuş ictimai iaşə obyektlərinin (kafe) bir hissəsi Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış ərazi sxemə əsasən ayrılmış torpaq sahəsində yerləşir.
27. Beşinci sual üzrə, ,rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd olunanlara əsasən, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsi Binəqədi rayonunun hüdudlarında yerləşir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16840 saylı, 07 avqust 2017-ci il tarixli ekspertizanın rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ARDNŞ-nin (SOCAR) vitse prezidenti M.İsmayılov tərəfindən imzalanmış 31 iyul 2016-cı il tarixli SOCAR 11İ**********7X00152 saylı məktubda tədqiq olunan torpaq sahəsinin müəyyən hissəsinin 83.0 kv.m) Şirkətin ərazisi hüdudları daxilində olduğu, "xxxx" Kompani Şirkəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 03/743 saylı məktubunda isə tədqiq olunan İddiaçı məxsus 1200 kv/metr torpaq sahəsinin, bütövlükdə Şirkətin ərazisi hüdudları daxilindən kənarda yerləşdiyi qeyd olunmuşdur.
29. Bununla yanaşı, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini M.Həsənov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********93 saylı mütəxəssis rəyində Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 1200 kv,m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan "xxxx" şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi və Dövlət mülkiyyəti torpaqlarına aid olduğu göstərilmişdir. Yuxarıda qeyd olunan məktublarda göstərilən məlumatlar arasında ziddiyyət olduğundan, tədqiq olunan İddiaçı məxsus 1200 kv/metr torpaq sahəsinin 901-İİ-QD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatının pay bölgüsü haqqında» X6 Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin coğrafi koordinatları və ya Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati ərazisinin hüdudları daxilində yerləşibyerləşməməsinin müəyyən edilməsi məhkəmə tərfindən müəyyən edilə bilər (1-ci cild, i/v 388).
30. İşə apellyasiya qaydasında yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 dekabr 2019-cu il tarixli 2(103)-14485/2019 saylı qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə torpaqşünaslıq ekspertizasının nəticəsi olaraq 22 dekabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2608 saylı, 15 dekabr 2020-ci il tarixli ekspertiza rəyinin tədqiqatın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********37 sayh 30 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
31. 1-ci sual üzrə: Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından, (aidiyyəti orqanlar tərəfindən hazırlanıb rəy verilməli idi), mövcud baza məlumatlarında İddiaçı adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyindən, müraciətə əlavə edilmiş Binəqədi qəsəbə bələdiyyəsinin mütəxəssisi tərəfindən hazırlanmış sxemdə miqyas və koordinatın olmaması səbəbindən İddiaçı ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, yuxarıda qeyd edilən əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyinə görə, həmin sxemə əsasən mübahisələndirilən ərazi ilə üst üstə düşür.
32. 2-ci sual üzrə: Məhkəmə müraciətinə əlavə edilmiş AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı reyestr nömrəsi **********89 çıxarış ve reyestr nömrəsi **********2 plan-ölçü sənədinin koordinatlarına əsasən (elektron kadastr məlumat bazasında aşkar edilmədi) "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq sərhədlərinin harada yerləşməsini müəyyən etmək mümkündür.Bu koordinatlar mübahisələndiriiən ərazinin naturada müəyyən edilmiş koordinatları, "xxxx" MM-nin reyestr nömrəsi **********2 plan-ölçü sənədinin koordinatları da X2 adına olan **********01 reyestr nömrəli çıxarışın bazada yerləşmə mövqeyi ilə üstüstə düşür (sxem əlavə edilir).
33. 3-cü sual üzrə: Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006- cı il tarixli Sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi müraciətə əlavə edilmiş Binəqədi qəsəbə Bələdiyyəsinin mütəxəssisi tərəfindən hazırlanmış sxemdə ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, yuxarıda qeyd edilən əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyinə görə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə və "xxxx" MMC-yə məxsus olmuş hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X3 məxsus torpaq sahəsi ust-ustə düşür (Yəni mübahisələndirilən hissədə hər üç sənəd üst-üstə düşür).
34. 4-cü sual üzrə: Cavabdeh "xxxx" MMC tərəfindən tikilməsi iddia olunan kafe Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış, AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olmuş, hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X3 məxsus torpaq sahəsində inşa edilmişdir (şxem əlavə edilir).
35. 5-ci sual üzrə: Mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrinin ərazi hüdudlarında olmaqla, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində yerləşir.
36. 6-cı sual üzrə: Mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrinin ərazi hüdudlarında yerləşir.
37. İş üzrə xx.xx.2021-ci il tarixli apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan və Cavabdeh2 təqdim etdiyi **********01 reyestr nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olmuş 0,23 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir.
38. İşə dördüncü apellyasiya icraatında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-628/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
39. 1. "xxxx" MMC-yə məxsus 5,65 ha torpaq sahəsinin və həmin torpaq sahəsindən Rauf Cəbrayılova satılmış 0,23 ha torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində, yaxud Mehdiabad qəsəbəsinin ərazisində yerləşməsi müəyyən edilsin.
40. 2. "xxxx" MMC-yə məxsus 5,65 ha, Rauf Cəbrayılova məxsus 0,23 ha torpaq sahələrinin sənəd üzrə yerində sərhədləri (koordinatları) və onların faktiki istifadələrində olan torpaq sahələrinin ölçüsü, habelə onlar tərəfindən inşa edilmiş tikililərin Binəqədi qəsəbəsinin ərazisinə düşüb-düşməməsi müəyyən edilsin.
41. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7701 saylı ekspert rəyindən məlum olur ki, qərardadın birinci və ikinci sualları üzrə, mülki iş materiallarında olan mütəxəssis rəylərinə əsaslanaraq verilmiş xx.xx.2015-ci il tarixli 23046 nömrəli və 15 dekabr 2020-ci il tarixli 10/2608 nömrəli ekspert rəylərində, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyevin imzası ilə təsdiq edilmiş 17 sentyabr 2015-ci il tarixli **********23 nömrəli məktubda İddiaçı ayrılmış 1200 m2 torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir.
42. 15.11.2022ci il tarixli **********40 nömrəli mütəxəssis rəyində isə mübahisəli torpaq sahəsinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşməsi qeyd olunmuşdur.
43. Ayrı-ayrı vaxtlarda ƏMDK-nin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyləri arasında yuxarıda qeyd edilən ziddiyyətlər olduğunu nəzərə alaraq, həmin məsələyə məhkəmə tərəfindən qiymət verilə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
44. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
45. Maddə 29. Mülkiyyət hüququ
46. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə:
47. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
49. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
50. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
52. Torpaq Məcəlləsi:
53. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
54. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
55. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
56. Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarı.
57. Həmin Qərarda qeyd edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
58. Həmçinin Qərarda göstərilir ki, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
59. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
60. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Tətbiq edilən prosessual hüquq normaları:
61. Mülki Prosessual Məcəllə
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
65. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
66. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
67. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
68. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
69. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
70. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
71. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
72. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
73. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
74. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
75. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
76. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
77. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə iddia tələbləri təmin edilməməlidir.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
79. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
80. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
81. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmə 14 sentyabr 2021-ci il tarixli qərarında iki əsas göstəriş qeyd edilmişdir:
82. Birincisi, “...apellyasiya instansiyası məhkəməsi, sözügedən ekspert, mütəxəssis rəylərinə istinad edib 21 dekabr 2010-cu il tarixli Çıxarışa əsasən "xxxx" MMC məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə, hazırda 23 avqust 2019-cu il tarixli Çıxarışa əsasən Rauf Cəbrayılovun mülkiyyətində olan 0,23 ha torpaq sahəsinin İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, yəni mübahisələndirilən hissədə hər üç sənədin üst-üstə düşməsi və həmin sənədlərin qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsini əsas tutub, iddia tələbini "xxxx" MMC münasibətdə rədd edərkən, sonuncuya məxsus 5,65 ha torpaq sahəsinin və həmin torpaq sahəsindən Rauf Cəbrayılova satılmış 0,23 ha torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində deyil, Mehdiabad qəsəbəsinin ərazisində yerləşməsini nəzərə almayıb və ən əsası "xxxx" MMC məxsus 5,65 ha, Rauf Cəbrayılova məxsus 0,23 ha torpaq sahələrinin sənəd üzrə yerində sərhədlərini (kordinatlarını) və onların faktiki istifadələrində olan torpaq sahələrinin ölçüsünü müəyyən etmədən, habelə onlar tərəfindən inşa edilmiş tikililərin Binəqədi qəsəbəsinin ərazisinə düşübdüşməməsini aydınlaşdırmadan "xxxx" MMC apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib...”
83. İkincisi, “...birinci instansiya məhkəməsinin qətnaməsindən "xxxx" MMC ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də apellyasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız "xxxx" MMC apellyasiya şikayətinə əsasən ona münasibətdə yoxlayıb, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə isə ümumiyyətlə münasibət bildirməyib və qətnaməni ona münasibətdə yoxlamayıb...”
84. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti, sonuncu apellyasiya icraatı mərhələsindən əvvəl iki dəfə apellyasiya baxışının predmeti olub və ötən müddət ərzində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina etməyib. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı Şirkətə münasibətdə onun apellyasiya şikayəti üzrə də yoxlanılmalıdır.
85. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərardakı birinci göstərişlə bağlı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-628/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
86. 1. "xxxx" MMC-yə məxsus 5,65 ha torpaq sahəsinin və həmin torpaq sahəsindən Rauf Cəbrayılova satılmış 0,23 ha torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində, yaxud Mehdiabad qəsəbəsinin ərazisində yerləşməsi müəyyən edilsin.
87. 2. "xxxx" MMC-yə məxsus 5,65 ha, Rauf Cəbrayılova məxsus 0,23 ha torpaq sahələrinin sənəd üzrə yerində sərhədləri (koordinatları) və onların faktiki istifadələrində olan torpaq sahələrinin ölçüsü, habelə onlar tərəfindən inşa edilmiş tikililərin Binəqədi qəsəbəsinin ərazisinə düşüb-düşməməsi müəyyən edilsin.
88. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7701 saylı ekspert rəyindən məlum olur ki, qərardadın birinci və ikinci sualları üzrə, mülki iş materiallarında olan mütəxəssis rəylərinə əsaslanaraq verilmiş xx.xx.2015-ci il tarixli 23046 nömrəli və 15 dekabr 2020-ci il tarixli 10/2608 nömrəli ekspert rəylərində, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyevin imzası ilə təsdiq edilmiş 17 sentyabr 2015-ci il tarixli **********23 nömrəli məktubda İddiaçı ayrılmış 1200 m2 torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir.
89. 15.11.2022-ci il tarixli **********40 nömrəli mütəxəssis rəyində isə mübahisəli torpaq sahəsinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşməsi qeyd olunmuşdur.
90. Ayrı-ayrı vaxtlarda ƏMDK-nin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyləri arasında yuxarıda qeyd edilən ziddiyyətlər olduğunu nəzərə alaraq, həmin məsələyə məhkəmə tərəfindən qiymət verilə bilər.
91. Qərardakı ikinci göstərişlə bağlı, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə baxılması ilə bağlı, məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
92. Belə olan halda Kollegiya qətnaməni həm də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin apellyasiya şikayətinin dəlillərinə aid hissədə də yoxlayır.
93. Beləliklə, Kollegiya hazırkı işin hallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
94. Binəqədi qəsəbə bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsi alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilib və torpaq sahəsinin cizgisi sərəncama əlavə edilib.
95. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ehtiyat fondu torpaqlarına aid olan 5,65 ha torpaq sahəsi Mehdiabad bələdiyyəsinə məxsus olub və sonuncu 09 dekabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini sahibkarlıq məqsədilə "xxxx" MMC satıb və AR ƏMDK yanında DƏDRX tərəfındən xx.xx.2010-cu il tarixdə verilmiş Seriya MA 124972 saylı çıxarışa əsasən sözügedən torpaq sahəsi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydə alınıb.
96. Daha sonra "xxxx" MMC Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Rauf Cəbrayılova satıb və 23 avqust 2019-cu il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb.
97. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
98. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6098/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, iddiaçıının həmin torpaq sahəsinə dair iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları yaranmışdır.
99. Bununla belə, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
100. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
101. Yuxarıda qeyd edilən normlara əsasən, iddia tələbinin pedmetinin yönəldiyi torpaq sahəsinə dair müvafiq çıxarışlarla cavabdeh "xxxx" MMC və eləcə də R.Cəbrayılovun mülkiyyət hüququ qeydiyyata alındığından iddia tələbi hazırkı halda təmin edilə bilməz.
102. Beləliklə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar və istinad olunan maddi və prossesual hüquq normalarına əsasən müəyyən olunur ki, işə baxmış rayon məhkəməsi işin yuxarıda qeyd olunan hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, tədqiq olunmuş sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
103. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:
104. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir.
105. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatınını dəyəri iddiaçıdan tutulmaldır.
106. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2516/2018 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İddiaçıekspertiza tədqiqatının dəyəri (50) (əlli) manat alınaraq X1, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev