Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-93/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(008)-1784/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat ofisində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-4080 reyestr nömrəli subicarə müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1896 reyestr nömrəli subicarə müqaviləsinə əsasən iddiaçının icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ünvanında yerləşən 10.000 kv.m-lik torpaq sahəsindən istixana avadanlığının və digər ləvazimatların cavabdehlər Cavabdeh3 MMC-nin və Cavabdeh4 hesabına çıxarılması və iddiaçının mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətlərin aradan qaldırılması, başlanğıc tarixi xx.xx.2022-ci il tarixdən hesablanmaqla, mübahisə predmeti olan torpaq sahəsi tam boşaldılan və iddiaçının sahibliyinə qaytarılan tarixədək aylıq 3.000 manat olmaqla, hesablanmış icarə haqqı məbləğlərinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(008)-1784/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Həqiqət Mahmudova) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış subicarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış subicarə müqaviləsinə əsasən, iddiaçının icarəsinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Xanlar yaşayış massivi ünvanında yerləşən sahəsi 10.000 kv.m olan torpaq sahəsindən Cavabdeh3nə və Cavabdeh4 məxsus istixana və digər ləvazimatların onların hesablarına çıxarılması və iddiaçının istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək,qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi əldə olunduğundan xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə ərizə təqdim edərək qeyd etmişdir ki, işin məhkəmə ekspertizasında öyrənilməsi ərəfəsində tərəflər arasında danışıqlar aparılmış və razılaşma əldə olunaraq mübahisənin məhkəmədənkənar həll olunması əldə olunmuşdur. Qeyd olunanlara əsasən iddiadan imtina edilməsinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar,məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfin iddiadan imtinası qəbul olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(008)-1784/2023 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 369.2 və 369.4-cü maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(008)-1784/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Kollegiya eyni zamanda hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 25 manatı İddiaçı, 25 manatı Cavabdeh4 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(008)- 1784/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh4 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-93/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-93/2025
05.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver