Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-930/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6557/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxx İdarəsinə, “Üfüq” İstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Maraqlı şəxs4nə qarşı – Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı yataqxana binasının 18 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx.xx.2001-ci il tarixli, 0100 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən edilmişdir ki, qeyd edilən binanın 18 saylı mənzilində 1993-cü ildən faktiki olaraq Kəlbəcər rayon məcburi köçkünü, 1959-cu il təvəllüdlü X8 məskunlaşmışdır. Hal-hazırda da, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı evin 18 saylı mənzilində məcburi köçkün R.İ. Rəsulov yaşayır. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı yataqxana binasının 18 saylı otağında 1993-cü ildən faktiki olaraq Kəlbəcər rayon məcburi köçkünü X8 ailə üzvləri ilə birlikdə məskunlaşdığı yaşayış sahəsinin adına sənədləşdirilməsini xahiş etmişdir. Cavadeh Cavabdeh ərizəsinə əlavə etdiyi AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən göründüyü kimi o, qeyd edilən yataqxana binasında xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. 18 saylı otağa dair Cavabdeh verilmiş orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı "xxxx" zavodu MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, Cavabdeh əldə etdiyi order etibarsız hesab edilməli və mənzildən istifadə hüquqlarının itirilməsi və qanunsuz hərəkətlərin qarşısı alınmalıdır. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı yataqxana binasının 18 saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi orderin etibarsız hesab edilməsi, mənzildən istifadə hüquqlarının itirilməsi və qanunsuz hərəkətlərinin qarşısının alınması haqqında qətnamə çıxarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6557/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “qanunvericiliyin tələblərinə zidd oloaraq verilmiş orderin etibarsız hesab edilməsi, istifadə hüququnun itirilməsi və qanunsuz hərəkətlərinin qarşısının alınması” barədə iddia tələbinin təmin edilməməsi,iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edimişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentiapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassız oldundan ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qətnaməsində göstərilmişdir ki, Bakı “xxxx” İstehsalat Birliyində cavabdeh X4 xx xxxxxx 2001-ci il vı xx xxxxxx 2006-cı il tarixli 0100 saylı orderlər yazılarkən guya onun adı yataqxana növbəsi siyahasında olmuşdur. Lakin iş materiallarında onun mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamış, məhkəməyə təqdim edilmiş siyahı isə yerli rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edərkən əsassız siyahının sübut kimi qiymətləndirilməsi anlaşılmır.Göründüyü kimi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Departamentinin Cavabdeh qarşı –cavabdehin Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı evin 18 saylı mənzilinə dair xx xxxxxx 2001-ci il və xx xxxxxx 2006-cı il tarixli 0100 saylı orderlərin etibarsız hesab edilməsi, istifadə hüququnun itirilməsi və qanunsuz hərəkətlərin qarşısının alınması barədə iddia tələbi üzrə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanun və digər normativ hüquqi akt tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə Cavabdeh zavodda 1984-1996-cı illərdə işləyib və bu müddət ərzində cavabdeh iki dəfə intizam qaydasında işdən azad olunub və sonadan yenidən bərpa olunub. Bu fakt əsas verir ki, cavabdeh işdən çıxarılandan sonra, hətta orada mənzil növbəliliyi olsa belə, cavabdeh orada qeydiyyatda saxlanıla bilməzdi. Həmçinin 2001 və 2006-cı ildə Cavabdeh 2 dəfə order verilmişdir. Ancaq praktikada iki dəfə order verilməsi halı mövcud deyil. Eyni zamanda hal-hazırda guya cavabdehə verilən Ramiz Quliyev küçəsi 6, mənzil 18 ünvanında, bu gündə belə Kəlbəcər rayonundan məcburi köçkün olan 1959-cu il təvəllüdülü X8 adlı bir nəfər yaşayır. Bu halı hətta cavabdeh özü də təsdiq edə bilər. Bundan başqa, cavabdehin 19 yaşlı oğlunun da adına 2 otaqlı mənzil var. Tərəfimizdən xanıma ailə tərkibi barədə məlumat verməyi barədə sual verilsə də, cavablandırmaqdan imtina etmişdir. Hələ də qeyri-müəyyəndir ki, cavabdehin daha neçə nəfər ailə üzvü var və onların da adına yataqxanada mənzillər varmı. Görünən odur ki, orderlər tamamilə əsassız şəkildə əldə edilmişdir. Belə ki, müəsisə işçiyə yalnız iş müddəti ərzində yataqxanadan yaşamaq üçün order verə bilər. Daimi orderin verilməsi qaydası fərqlidir. Tərəfimizdən müəssisəyə sorğu verilsə də, müəssisə bizə cavab olaraq bildirdi ki, orderlərin verilməsinə dair hər hansı bir sənəd arxivdə mövcud deyil. Ona görə də, cavabdeh olaraq Cavabdeh qarşı iddia tələbi irəli sürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlaılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxx” Zavodu MMC, Bakı şəhəri Maraqlı şəxs4, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6557/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “qanunvericiliyin tələblərinə zidd oloaraq verilmiş orderin etibarsız hesab edilməsi, istifadə hüququnun itirilməsi və qanunsuz hərəkətlərinin qarşısının alınması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 71/10-ç saylı xx xxx 2019-cu il tarixli Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Birliyinə ünvanladığı məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı yataqxana binasının 18 saylı mənzilində 1993-cü ildən Kəlbəcər rayon məcburi köçkünü 1959-cu il təvəllüdlü X8 faktiki olaraq yaşayır. İş materiallarında olan Bakı “xxxx” İB-si tərəfindən xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 6 ünvanında yerləşən yataqxanada 1-ci giriş, 2-ci mərtəbə, sahəsi 18 kv.mertrlik, 18 nömrəli mənzilə dair verilmiş 0100 saylı orderin surətindən görünür ki, həmin order əsasında qeyd edilən mənzil Cavabdeh verilmişdir. İş materiallarında olan Bakı “xxxx” İB-si tərəfindən xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 6 ünvanında yerləşən yataqxanada 1-ci giriş, 2-ci mərtəbə, sahəsi 18 kv.mertrlik, 18 nömrəli mənzilə dair verilmiş 0100 saylı orderin surətindən görünür ki, həmin order əsasında qeyd edilən mənzil Cavabdeh verilmişdir. İş materiallarında olan Bakı “xxxx” İB-nin HİK-nin X2 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlik “xxxx” İB-də işləyən fəhlə və qulluqçularına birliyin imkanları daxilində növbə əsasında mənzili təmin edə bilməməsini nəzərə alınıb, Birliyə məxsus S.Ə.ünvan 4A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda növbə əsasında uzun illərdi yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqların nömrələrinin ləğv olunması və həmin mənzillərə yeni nömrələrin verilməsi, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə yeni mənzil nömrələrinə əsasən order verilməsi, Birlikdə hal-hazırda yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə növbə əsasında order verilməsi, Birliyə məxsus yataqxanalarda S.Ə.ünvan 4A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında qaçqın və məcburi köçkün ailələri torpaqlar alınan zaman və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil veriln vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxx İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxx İdarəsi ilə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, həmin kitabçada Cavabdeh xx.xx.1984-cü il tarixdə “xxxx” Zavodunda işə qəbul olunduğu, xx.xx.1995-ci il tarixə öz xahişi ilə işdən azad olunduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu R.Quliyev küç. yataqxana ev 6, 18 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. İş materiallarında olan “Üfüq” İstehsalat Birliyi “xxxx” zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 02/47 saylı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, “xxxx” zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin xxxx İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərindəolan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. İş materiallarında olan Bakı şəhəri “xxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi 3A və S.Ə.ünvan 4A da yerləşən yataqxanalarda “xxxx” İB-nin HİK-nin X7 və MMK-nın Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısından görünür ki, 263 nəfər şəxsə order verilmişdir və cavabdeh X5 həmin siyahıda 204-cü sırada yerləşir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı xx.xx.2013cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır.Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “SosialXidmətlər İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı “xxxx” İB-nin HİK-nin X1 birgə iclasının xx.xx.2001-ci il tarixli 16 saylı protokolundan çıxarışın surətindən görünür ki, birliyə məxsus Xətai rayonu, R.Quliyev küçəsi, 6 ünvanda yerləşən yataqxana 2-ci mərtəbədə 18 M2-lik sahəsi olan bir otaqlı 18№-li mənzil Cavabdeh adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2199/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə" iddiasına dair iş üzrə icraat Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qızına qarşı orderin etibarsız hesab edilməsi haqqında iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın predmeti dövlət mülkiyyətinə aid olan mənzillə bağlı qanunsuz verilmiş orderin etibarsız hesab edilməsi olduğundan hazırki iddiaya iddia müddəti şamil edilməməli, iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. Belə olan halda hazırkı münasibətə bir mənalı olaraq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarından göründüyü kimi, mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxanın ilkin olaraq “Üfiq” İstehsalat Birliyi “xxxx” zavodunun balansında olmuş, daha sonra isə xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verilmiş xx.xx.2013-cü ildən iddiaçının balansındadır. Mübahisə predmeti cavabdehə verilmiş Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı yataqxana binasının 18 saylı mənzilinə dair xx.xx.2001-ci il tarixli 0100 saylıorderdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasına tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatlann hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Kollegiya idia müddətinin axımı ilə bağlı isə qeyd edir ki, qanunvericilik iddia müddətinin axımını konkret olaraq müəyyənləşdirilir. Yəni iddia müddətinin axımının iddiaçının bilməli olduğu vaxtdan hesablanmalı olmasını nəzərə alınsa belə yenə də 3 illik iddia müddəi iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçı inzibati orqandır. İnzibati orqana münasibətdə isə iddia müddətinin axımı onun bilməli olması prinsipi ilə yanaşılmaldır. Çünki yataqxana binasının da təhvil götürülməsi prosesi digər inzibati oraqanla (Müdafiə Sənayesi Nazirliyi) aparılmışdır. Göründüyü kimi, mübahisəli mənzilə order xx.xx.2001-ci ildə verildiyinə görə onun etibarsız hesab edilməsinə dair tələb hüququ müəyyən edilmiş müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-də olmuş, sonuncu bu hüquqdan istifadə etməmişdir və ya onun tərəfindən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasında müəyyən edilmiş 3 illik müddətləri ötürmüşdür. Bu baxımdan hazırkı iş üzrə iddiaçı olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti də iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzürlü səbəbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək kollegiya hesab edir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdehə verilmiş Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı yataqxana binasının 18 saylı mənzilinə dair orderin etibarsız hesab edilməsi üzrə 3 illik iddia müddəti keçirildiyindən iddia müddəti tətbiq edilməli, bu əsasla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6557/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “qanunvericiliyin tələblərinə zidd oloaraq verilmiş orderin etibarsız hesab edilməsi, istifadə hüququnun itirilməsi və qanunsuz hərəkətlərinin qarşısının alınması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentitərəfindən verilmişapellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6557/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “qanunvericiliyin tələblərinə zidd oloaraq verilmiş orderin etibarsız hesab edilməsi, istifadə hüququnun itirilməsi və qanunsuz hərəkətlərinin qarşısının alınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-930/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-930/2020
15.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver