Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-930/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı və onun vəkili X2, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-3773/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, K/20-01995 nömrəli əmrinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi vəzifəyə bərpa olunmağı, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 2020-ci ilin may ayının əvvəlində Xırdalan şəhərində xidməti vəzifəsinin icrası vaxtı Bakı-Sumqayıt şossesinin kənarında yerləşən fərdi istehlakçının sayğacdan kənar şəbəkəyə qoşulduğunu aşkar edərək müvafiq akt tərtib etmişdir. Akt yazmadan əvvəl həmin evin sahibi və qohumu kimi özünü təqdim edən şəxslər ona etiraz edib təzyiq göstərərək, onların oradan uzaqlaşmalarını tələb etmişlər. Əks halda onu “xxxx” ASC-də olan yaxın qohumları (“xxxx” ASC-nin sədrinin müavini Ramil Yusifov) vasitəsilə işdən azad etdirəcəklərini bildirmişlər. Buna baxmayaraq o, şöbə rəisi Ruslan Məmmədova telefonla məlumat vermişdir. Şöbə rəisi kənara durub aktını yazıb işinə davam etməyi ona tapşırmışdır. O da öz növbəsində aktı yazıb, surətini ərazi üzrə sahə rəisinə verib işinə davam etmişdir. Həmin gün başqa bir fərdi yaşayış evində sayğacadək olan məsafədə qidalandırıcı kabelin izolyasiyasının pozulduğunu aşkar etmiş, bu barədə ev sahibinə iradlarını bildirmiş və işlərinə davam etmişlər. Həmin vaxt onlar iki nəfər idi. O, ərazidə şəbəkəyə baxış keçirərkən digər iş yoldaşı Seyran İbrahimov adlı işçi də digər abonentlərin şəbəkəsinə baxış keçirirdi. X3 xəbəri olmadan həmin abonentdən 200 manat pul almışdır. O isə heç bir məlumat verməmişdir. Təxminən 5 gündən sonra Seyran ona bildirmişdir ki, Yaqub adlı abonent ona 200 manat pul verib, o da pulu öz ehtiyaclarına sərf etmişdir. Bu ilin may ayının 24-də ASC-nin rəsmisi X10 yanına dəvət edərək bu məsələni araşdırmışdır. Sonra isə onu dəvət etmişdir. Ondan nəyə görə abonentdən pul aldıqlarını soruşmuşdur. O, bundan xəbərsiz olduğunu, yalnız bu yaxınlarda Seyranın bunu ona bildirdiyini demişdir. Hansı ki, Seyran özü bu barədə Rauf Əhmədova və Ruslan Məmmədova məlumat vermişdir. Seyran həmin vaxt Rauf Əhmədova bildirmişdir ki, bundan Rabilin xəbəri olmamışdır. Buna baxmayaraq, Rauf Əhmədov onu dinləmədən bu barədə vaxtında ona məlumat vermədiyini ona irad tutmuşdur. Sonra onların hər ikisi barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verəcəyi ilə hədələyərək hər ikisindən işdən azad olunmaları barədə ərizə yazmalarını tələb etmişdir. Bildimişdir ki ya ərizənizi yazın, ya da barənizdə materialları toplayıb Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verəcək. Bu vaxt Rauf Əhmədovun göstərişi ilə onun köməkçisi Məmməd Alışanov onlardan özü diqtə edərək yazdırdığı işdən azad olunma barədə ərizələrini almışdır. Hətta ərizənin məzmununu da özü yazdırmışdır. Rauf Əhmədovun göstərişi ilə onun köməkçisi Məmməd Alışanov onlardan ərizə aldıqdan sonra yenidən Rauf Əhmədovun otağına girib ərizəni ona verdikdən sonra onlara bildirmişdir ki, telefonunuz açıq olsun, zəng edib bizi yenidən araşdırma üçün dəvət edəcəklər. Əllərində olan aktları və planşetləri geri təhvil almışlar. Həmin gündən onların hər ikisini işə buraxmamışlar. Təxminən bir həftədən sonra ünvanına akt yazdığı abonentin Ağamirzə adlı qohumu onun şəxsi telefonuna zəng edərək “gördünüz aqibətiniz necə oldu” deyə onu ələ salmağa başlamışdır. Göründüyü kimi onun işdən azad olunmağı bu barədə ərizənin hədə qorxu altında alınması və işdən ASC sədrinin müavini Ramil Yusifovun yaxın qohumlarının mənzilində pozuntu aşkar edib akt yazmağı ilə əlaqədar olmuşdur. Ondan hədəqorxu altında ərizə alındıqdan sonra onun sağlamlıq durumumda problemlər yaşanmış və o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində xroniki pielonefrit diaqnozu ilə ambulator müalicədə olmuşdur. İşəgötürən onu ambulator müalicədə olduğu dövrdə işdən azad etmişdir. Müalicədən qayıtdıqdan sonra cavabdehə rəsmi ərizə ilə müraciət edərək təzyiq altında ondan alınan ərizəni ləğv etməyi və onu işə buraxmasını xahiş etsə də, nəticəsi olmamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-3773/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlər, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə xroniki pielonefrit diaqnozu ilə ambulator müalicədə olması, işəgötürənə qanuna müvafiq olaraq rəsmi qaydada bir ay müddət ərzində həm şifahi qaydada, həm də rəsmi qaydada ərizə ilə müraciət edərək təzyiq altında ondan alınan ərizənin ləğv edilməyi və işə qayıtmasını xahiş etməsi barədə və digər şahid və sübutlar kifayət qədər toplanıb məhkəməyə təqdim edilmişdir. İddiaçı məhkəmə prosesində uzun müddətdir ki, enerji sahəsində müxtəlif sahələrdə işlədiyini bildirmiş, işlədiyi müddət ərzində ona rəhbərlik tərəfindən verilən bütün tapşırıqları vaxtında icra etdiyini və bu günə kimi rəhbərlik tərəfindən heç bir nizam-intizam tənbehi almadığını bildirmiş, hal-hazırda Bakı şəhərində kirayədə yaşadığını, ailədə tək özü işlədiyini və övladının ödənişli univerisitetdə oxuduğunu bildirsə də, məhkəmə bu danışıqlara müsbət qiymət verməmişdir. Belə ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən heç bir rəsmi sübut və faktlar məhkəmə iclası zamanı təqdim edilməmişdir. Göründüyü kimi, məhkəmə işin hərtərəfli və obyektiv araşdırılması üçün iddiaçı tərəfindən təqdim olunan sübutları qəbul etməmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının izahatını və onun tərəfindən təqdim edilmiş şahidin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Necə ola bilər ki, cavabdeh “xxxx” ASC-nin rəhbərliyi iddiaçıdan işdən azad olma barədə ərizəni xx.xx.2020-ci tarixdə alıb və onu xx.xx.2020-ci il tarixdə yenidən işdən azad olmasını istəyibsə, onu nəyə görə 31 mayda deyil, xx.xx.2020-ci il tarixdə işdən azad ediblər. İlk öncə onu qeyd etmək istəyir ki, cavabdehin məhkəməyə heç bir sübut təqdim etmədiyi halda, habelə, cavabdeh tərəfindən məhkəməyə dəvət olunmuş 3 (üç) nəfər nümayəndənin ifadələrini nəzərə alsaq, hər üç nümayəndə eyni sözləri təkrar edərək eyni ifadəni verdilər. Cavabdehin nümayəndəsi öz izahatında qeyd edir ki, guya, iddiaçı bir ay müddət ərzində işəgötürən təşkilata rəsmi qaydada müraciət etməmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən rəsmi qaydada müraciət olunub və bu ərizə barəsində hakim məhkəmə prosesində mübahisələndirib. Lakin elan etdiyi qətnamədə bu öz əksini tapmamışdır. Növbəti məhkəmə prosesində şahid qismində dindirilən X4 izahatında bildirib ki, o, İddiaçılə bir yerdə işləmişdir. Xırdalanda abonentin ünvanında baxış keçirərkən, kabelin izolyasiyasınıın pozulduğunu aşkar etmiş və abonentə bu barədə məlumat vermişlər. Sonra İddiaçı onun yanından ayrılmış və pozuntu aşkar etdikləri abonent ona 200 manat pul vermişdir. Seyran İbrahimovun atası əməliyyat olduğundan, həmin pula ehtiyacı var idi və ona görə də pul götürmüşdür. Lakin İddiaçı o puldan xəbəri olmamışdır. Həmin hadisədən bir həftə sonra bu barədə İddiaçı demişdir. MMC-nin rəhbəri Rauf Əhmədov onu çağırmış və ona da hadisənin necə olduğunu danışmışdır. Ona demişdir ki, bu işdə İddiaçı heç bir günahı yoxdur, onun həmin hadisədən xəbəri olmamışdır. İkisinə də ərizə yazdırmışlar və hər ikisini də hədələmişlər ki, ərizəni yazmasanız, barənizdə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat veriləcəkdir. Onlarda qorxduqları üçün işdən çıxma barədə ərizə yazmışlar. Cavabdeh tərəfi yalnız məhkəməni qazanmaq üçün məhkəmələrə qanunsuz və əsassız ifadələr verirdilər. Cavabdeh təşkilat “xxxx” ASC-nin rəhbərliyi heç bir əsas olmadan işçiləri ləkələyir və hədə qorxu gələrək işdən azad edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X6 apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdən onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixi bazar gününə təsadüf etdiyindən “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, K/20-01995 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmrə əsas olmuş sənəd iddiaçının şəxsi ərizəsi olmuşdur. İddiaçı iddia ərizəsində tələblərinin əsası kimi bir sıra həqiqətə uyğun olmayan hekayə təfsir etmiş, ərizənin isə ondan hədə-qorxu ilə alındığını göstərmişdir. Bu halların heç bir həqiqətə uyğun deyildir və elə təsadüfi deyildir ki, istinad edilən halların sübutu kimi iddiaçı məhkəməyə hər hansı maddi sübut təqdim etməmişdir. Digər tərəfdən, birincisi, əgər iddiaçıya ərizə hədə-qorxu ilə yazılmışdırsa, onda niyə iş yerindən çıxaraq müvafiq hüquq mühafizə orqanlarına müraciət etməmişdir və ya işəgötürən təşkilata ərizəsinin etibarsız hesab edilməsinə dair dərhal müraciət ünvanlamamışdır. Belə ki, xx xxx 2020-ci il tarixdə ərizəni yazmış, xx xxx 2020-ci il tarixdə isə ambulator müalicəyə getmişdir. İddiaçının ərizəsinin etibarsız hesab edilməsinə dair müraciət etmək üçün kifayət qədər vaxtının olmasına baxmayaraq belə bir müraciəti yalnız xx xxxx 2020-ci il tarixdə etmişdir. Bu isə onun ərizəni sərbəst iradə ifadəsi olaraq yazdığını göstərir. Digər bir tərəfdən, əgər iddiaçı doğrudan da xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixinədək ambulator müalicədə olmuşdursa, onda niyə əmək qabiliyyətinin olmamasına dair vərəqənin əslini işəgötürənə təqdim etməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanladığı iddia ərizəsinə əlavə etmişdir. Bu hal birmənalı olaraq əmək qabiliyyətinin olmamasına dair vərəqənin iddiaçı tərəfindən sonradan, lakin əvvəlki tarixlə aldığını göstərir. İkincisi, illərlə iş təcrübəsi olan, yetkin bir insanın ona hədə-qorxu gəlinməklə ərizəsinin alındığını iddia etməsi onun özünə nisbətdə gülünc göründüyü qədər, ölkədə böyük nüfuza malik olan “xxxx” ASC-nin səlahiyyətli şəxslərinə nisbətdə də ağlasığmaz biz yalandır. Əgər iddiaçı bununla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallara istinad etməyi düşünürsə, bu əsasla da əmrin ləğv edilməsi tələbi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edildiyi hallara aiddir. Hazırkı halda, əmək müqaviləsinin ləğvinin təşəbbüskarı iddiaçı olmuşdur. Buna görə də işəgötürən tərəfindən hazırkı əmr verilən zaman iddiaçının əmək qabiliyyətinin olmaması əhəmiyyət daşımır. Eyni zamanda əmək qabiliyyətinin olmamasına dair işəgötürənə iddiaçı tərəfindən hər hansı bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-3773/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən “xxxx” ASC-nin idarə heyətinin sədri Vüqar Əhmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən “xxxx” ASC-dən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, K/20-01995 saylı əmrin təsdiq təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “xxxx” ASC ilə əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2020ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən “xxxx” ASC-də tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından əmək qabiliyyətinin olmaması barədə xx xxx 2020-ci il tarixdə verilmiş SN 00006 seriyalı, 116953 saylı vərəqədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək əmək qabiliyyətsiz olmuşdur. İş matkeriallarından İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-yə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2020-ci ildə Satış Departamentinin direktor müavini Rauf Əhmədovun göstərişi ilə işdən azad olunmağı üçün ərizə yazmağı və tarixinin xx.xx.2020-ci il qoyulması tələb olunmuşdur. Odur ki, təzyiq altında yazdığı işdən azad olunma haqqında ərizəni əsassız hesab edib, onu öz işinə qaytarılması barədə tapşırıq verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 izahatında bildirdi ki, o, İddiaçılə bir yerdə işləmişdir. Xırdalanda abonentin ünvanında baxış keçirərkən kabelin izolyasiyasının pozulduğunu aşkar etmiş və abonentə bu barədə məlumat vermişlər. Sonra Rabil onun yanından ayrılmış və pozuntu aşkar etdikləri abonent ona 200 manat pul vermişdir. Atası əməliyyat olunduğundan həmin pula ehtiyacı var idi və ona görə də pulu götürmüşdür. Lakin Rabilin o puldan xəbəri yox idi. Həmin hadisədən bir həftə sonra bu barədə Rabilə demişdir. Rauf Əhmədov onu çağırmış və ona da hadisənin necə olduğunu danışmışdır. Ona demişdir ki, bu işdə Rabilin heç bir günahı yoxdur, onun həmin hadisədən xəbəri olmayıb. İkisinə də ərizə yazdırmışlar. Onları hədələmişlər ki, ərizəni yazmasalar onlar barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verəcəklər. Onlar da qorxduqları üçün işdən çıxma barədə ərizə yazmışlar. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü iləə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin İ hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsindəonun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardanfərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürəntərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69,70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraqəmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilərəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğvedilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı,əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğvedilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdətutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyigün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın)verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Kollegiya qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansada, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət idarəsində mühəndis vəzifəsində çalışmış, xx xxxx 2020-ci il tarixli, 1420-01995 saylı əmrə əsasən isə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Kollegiya hesab edir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli, K/20-01995 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı işdən azad olunmasına əsas onun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrinə işdən azad olunması barədə yazdığı ərizəsi olmuşdur. İddiaçı iddia tələbinin əsas dəlili həmin ərizənin ona hədə-qorxu təsiri altında yazdırılmasından ibarətdir. Bununla bağlı kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə araşdırması zamanı iddiaçı vəzifədən azad olunması barədə yazdığı ərizənin ona hədə-qorxu yolu ilə yazdırılmasını bildirsə də, bu dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının qeyd olunan dəlilləri ilə əlaqədar araşdırma aparılarkən müəyyən edilmişdir ki, həqiqətən İddiaçı xx xxx 2020-ci il tarixdə cavabdehə ünvanladığı ərizə ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizənin ona təzyiq göstərilməklə alındığını göstərsə də, o bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, şahid Seyran İbrahimovun da cavabdehlə olan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin şahid ifadəsi digər sübutlarla da öz təsdiqini tapmamışdır. Belə olan halda şahid ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Kollegiya iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətsiz olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edildiyi hallara aiddir. Hazırkı halda, əmək müqaviləsinin ləğvi işəgötürənən təşəbbüsü ilə deyil, işçinin xahişi ilə olmuşdur. Buna görə də işəgötürən tərəfindən hazırkı əmr verilən zaman iddiaçının əmək qabiliyyətinin olmaması əhəmiyyət daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Kollegiya yuxarıda şərh olunan işin faktiki hallarına və maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsiinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozmamış, əksinə iddiaçı işdən azad edilməsi barədə ərizənin özü tərəfindən yazıldığını inkar etməmiş və həmin ərizənin ona hədə-qorxu təsiri altında yazdırılmasına istinad etsə də, bu xüsusatı təsdiq edə biləcək hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 3773/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-930/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-930/2021
10.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver