Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-930/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra mətində "xxxx" QSC) və "xxxx" ASC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(kompensasiya tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X13 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Məhərrəmоv Еlvin Zamin oğlunun, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5, Cavabdeh "xxxx" ASC-nin Əliyеv Salman Cəfər oğlunun iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(006)-1864/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı və ailə üzvləri Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binasında məcburi köçkün оlaraq Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yerləşdirilmişlər. 2.İddiaçı müvəqqəti məskunlaşdığı sahədən məhrum olmasına görə 70000 manat məbləğində kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər "xxxx" QSC və "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra mətində "xxxx" MTK) qarşı “kompensasiya ödənilməsi və ya yaşayış yeri ilə təmin etmələri öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətlərdən məhrum edilərək yaşayış yerlərindən məhrum edilmələri ilə əlaqədar 70000 manat konpensasiya ödənilməsi və ya eyni vəziyyətdə yaşamaq üçün yararlı olan həmin ərazidə başqa yaşayış yeri ilə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Sonradan – xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə və cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" QSC və cavabdeh "xxxx" MTK-nın əsl cavabdeh "xxxx" ASC (VÖEN **********) ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini, eyni zamanda cavabdeh "xxxx" ASC-dən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük heyəti, 4 nömrəli mühafizə binasının 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsindən məhrum olmasına görə 70.000 manat məbləğində kompensasiyanın tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə tərəfindən "xxxx" MTK əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmiş, həmçinin "xxxx" QSC də cavabdeh qismində saxlanılmışdır. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər оnun ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi yaşadıqları Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binasının 1-ci mərtəbəsindən bir otaqlı mənzildən çıxarılmalarını tələb edirlər. Belə ki, hal-hazırda məcburi köçkün kimi yaşadıqları əvvəllər "xxxx" QSC-yə məxsus olduğu deyilən yaşayış binası cavabdehlər "xxxx" QSC və "xxxx" MTK tərəfindən müvafiq tikinti-söküntü avadanlıqlarını və texniki qurğuları binanın qarşısına gətirərək binanı sökməyə çalışırlar. Оnlarda olan şifahi məlumata əsasən cavabdehlər orada yaşayan digər məcburi köçkün olan şəxslərə 100000- 15000 kompensasiya vermələrinə baxmayaraq, orada yaşasalar da оnları hər hansı kompensasiya vermədən, başqa yaşayış yeri ilə təmin etmədən oradan çıxararaq istifadə hüquqlarına heç bir hüquqi əsas olmadan xitam vermək istəyirlər. Başqa yaşayış yerləri yoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən məcburi köçkünlər başqa yaşayış yeri ilə təmin olunmayana qədər onlar yaşadıqları mənzildən zorla çıxarıla bilməz. Həmçinin cavabdehlər həmin ərazinin onlara məxsus olması ilə bağlı mülkiyyəti təsdiq edən hər hansı sənədləri də оnlara təqdim etməmişlər. Ərizəyə əlavə etdiyi arayışlardan göründüyü kimi о, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, həmin mənzil оnun faktiki istifadəsindədir. О, həmin mənzilin yaxşılaşdırılması üçün 15000 manatdan çox pul xərcləmişdir. Cavabdehlər isə heç bir hüquqi əsas olmadan özlərinə məxsus yaşayış yerindən оnları zorla çıxartmaq istəyirlər. Cavabdehlər əgər оnları zorla çıxartsalar, yeganə yaşayış yerlərini dağıtsalar о, az yaşlı övladları ilə harda yaşaya bilər? Cavabdehlər əgər müvafiq orderə əsasən оnların yaşayış yerlərinə dair alğı-satqı müqaviləsi bağlayıbsa bu etibarsız əqddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr 895 nömrəli sərəncam ilə təsdiq edilmiş Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə dövlət proqramına əsasən həmin orderlər оnlar müvafiq yaşayış yeri ilə təmin olunana qədər etibarsız hesab edilib. Hesab edir ki, оnları mülkiyyətlərindən məhrum edilərək yaşayış yerlərindən məhrum edilmələri ilə əlaqədar 70000 manat konpensasiya ödənilməsi və ya eyni vəziyyətdə yaşamaq üçün yararlı olan həmin ərazidə başqa yaşayış yeri ilə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmalıdır. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 noyabr 2023-cü il tarixli, 2(006)-1864/2023 saylı qətnaməsi ilə (hakim-Anar İbadzadə) iddia təmin edilməmişdir. 8.İş materiallarında olan sеriya AA № 478991 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkün оlaraq Nərimanov rayonu Keşlə yük həyətində müvəqqəti məskunlaşmışdır. 9.İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 48/A-23 saylı xx.xx.2023-ci il tariхli arayışında göstərilir ki, İddiaçı anası Zəngilan rayonu, Ağbənd kənd sakini X6, oğlu və digər ailə üzvləri ilə birgə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi ünvanında "xxxx" QSC-nin inzibati binasında yerləşən 2 otaqlı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə X12 tərəfindən 50.000 manat ödənilərək satın alınmışdır. Qeyd olunan 2 otaqlı evin dəyəri İddiaçı iştirakı ilə anası X7 ödənilmişdir. 10.İş materaillarında olan xx.xx.2022-ci il tarixli razılaşmanın surətindən görünür ki, Zəngilan rayonu, Ağbənd kənd sakini X2 rayonu, Keşlə yük həyəti ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini 50.000 manata X1. Sоnuncu еvin 50.000 manat dəyərini razılaşmanın imzalandığı gün X7 ödəmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı və ailə üzvləri Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binasında məcburi köçkün оlaraq Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yerləşdirildiyindən, оnun və ailə üzvlərinin daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı daşınar əmlaklarına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilmək hüquqları оlmuş, оnun anasının müstəqil olaraq müvəqqəti məskunlaşmaq niyyəti ilə məskunlaşdırıldıqları sahəni X3 ilə bağlı bu hüquq sоnuncuya kеçmişdir. 12.Məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi tərəfindən ailə üzvləri ilə bigə məcburi köçkün оlaraq Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binasında müvəqqəti məskunlaşdırılmış iddiaçının və ailə üzvlərinin daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı daşınar əmlaklarına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilmək hüquqları оlduğundan, müstəqil olaraq müvəqqəti məskunlaşmaq niyyəti ilə həmin hüquqlarını da X8 ötürdüklərindən iddia tələbi təmin еdilə bilməz. 13.Məhkəmə öz mövqeyini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 20.1.6, 7.1, 7.2, 7.3, 7.3.5, 7.5-ci; “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci; “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci; “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 1.3 və 1.4-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 88, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binasının 1-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzilin 1 otağında müstəqil şəkildə ailəsi ilə birlikdə yaşamaqda idi. İddiaçı məcburi köçkün olduğundan həmin mənzildə məskunlaşması tam qanuni əsaslarla mövcud olmuşdur. Mülkiyyətçi olmasada əmlaka qanuni əsaslarla sahiblik etdiyindən mülkiyyətçinin hüquqları ona məxsus olmuşdur. Mülkiyyətçi öz əmlakından məhrum edildikdə ona hansı hüquqlar verilirsə iddiaçının da həmin hüquqlardan istifadə etmək hüququ vardır. Yəni qeyd edilən halda iddiaçı məskunlaşdığı mənzilin sökülməsinə görə və mülkiyyət hüquqlarından məhrum olmasına görə müvafiq kompensassiya ödənilməli idi. Bu kompensassiyanın ödənilməməsi və məhkəmənin qeyd edilən maddi normaları tətbiq etməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Göründüyü kimi qanunvericilik torpaqların dövlət ehtiyacı üçün alınmasını konkret məqsədlər üçün nəzərdə tutmuşdur. Əlavə olaraq torpaqların dövlət ehtiyacı üçün alınmasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İndiki halda torpağın alınması qeyd edilən konkret məqsədlər üçün deyil, hündürmərtəbəli kompelkslərin tikintisi üçün həyata keçirilir, üstəgəl bunu həyata keçirən orqan müvafiq icra hakimiyyəti deyil, hər-hansısa hüquqi şəxsdir. Qeyd edilən halda torpaqların alınması zamanı üzərində yerləşən tikilidə yaşayan vətəndaşlarla razılıq məcburiyyət prinsipi əsasında deyil, könüllülük prinsipi əsasında həyata keçirilir. Yəni bu halda məhkəmənin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edərək iddianı rədd etməsi tamamilə əsassızdır. Hətta analogiya üzrə qeyd olunan Qanun tətbiq olunsa belə bu tətbiq vətəndaşın xeyrinə tövsif olunmalı idi. Nəyinki qanunun bir maddəsinə istinad edib, torpağın qanuni sahibi deyil deyə, onun bu hüququnun olmamasını əsaslandırmaq. Halbuki iddiaçı məcburi köçkün olaraq tam əsaslı mülkiyyətçi olmasa da qanuni əsaslarla sahiblik edən şəxs idi. Bu zaman mülkiyyətçilərə tətbiq olunan normalar onlara tətbiq olunurdu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və bundan sonra qəbul edilən qanunlar məcburi köçkünlərin hüquqlarının qorunmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Qeyd edilən halda iddiaçıya heç bir kompensassiya ödəmədən onu yaşayış sahəsindən məhrum etmək həm Sərəncamın, həmdə Qanunların hüquqi təbiətinə ziddir. Belə ki, iddiaçı hər-hansısa bir formada yaşayış sahəsi ilə təmin edilməmiş, iş materiallarında buna aid sübut mövcud deyildir. Bu halda iddiaçının hüquqlarının qorunması hansı formada həyata keçirilə bilərdi?!, Məhkəmə iddiaçının anasının adına olan müqaviləyə istinad edərək müstəqil şəxs və məcburi köçkün olan anasının hüquqi statusunu iddiaçı ilə eyniləşdirmişdir. Halbuki nə iş materiallarında nə də mövcud reallıqda anasına ödənilən məbləğin iddiaçıya aidiyyatı olmamış, bu müqavilədə iddiaçının qeydi və imzası mövcud olmamışdır. İddiaçı yuxarıda qeyd edilən mənzilin bir otağında öz ailəsi ilə birlikdə yaşamışdır. Bunu iş materiallarında olan müvafiq arayışlarda təsdiq etməkdədir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən mövcud araşdırmanı tam aparmamışdır. Belə ki, məhkəmə baxış iclasında cavabdeh tərəfindən sənədlər təqdim olunaraq guya ki, iddiaçının anasına ödənişin ödənildiyini əsaslandırmışdır. Məhkəmə bu sənədlərdəki ödənişin kim tərəfindən və kimə ödənildiyini, iddiaçının qeyd edilən sənəddəki ödənişə hər-hansısa imza və ya qeyd ilə aidiyyatı olub-olmadığını araşdırmamışdır. Bundan başqa məhkəmə qeyd edilən binanın sökülməsi ilə bağlı digər sakinlərə hansı miqdarda kimlər tərəfindən ödənişin ödənildiyini araşdırmamış və bununla bağlı sorğular göndərməmişdir. Bununla da mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır. b ) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c )Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Məhərrəmоv Еlvin Zamin oğlu apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında ona verilən suala cavab olaraq bildirdi ki, həmin bina sökülmüşdür. 18.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 19.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin Əliyеv Salman Cəfər oğlu apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında ona verilən suala cavab olaraq bildirdi ki, həmin bina sökülmüş, yerində yeni bina tikilir. 20.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 21.Maddə 17. 1-ci hissə. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 22.Maddə 5. 1-ci hissə. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. 23.Maddə 5. 2-ci hissə.Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 24.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli, 149 saylı Fərmanına əsasən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X11 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası:
25. 1.3-cü bəndi. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.
26. 1.4-cü bəndi. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası:
27. 2-ci və 4-cü bəndləri. “Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və ya rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Onlar əvvəlki yaşayış məntəqəsi daxilində məskunlaşdırılır. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası:
28. 4-cü bəndi.Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 32.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 33.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansıya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. 37.Kollegiya hesab edir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 20.1.6, 7.1, 7.2, 7.3, 7.3.5, 7.5-ci maddələrinə istinad etmişdir. 38.Kollegiya qeyd edir ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı və ailə üzvləri Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binasında məcburi köçkün оlaraq Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi tərəfindən (bu barədə Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektorunun xx.xx.2023-cü il tarixli, 412 saylı məktubu vardır) müvəqqəti yerləşdirilmişlər. 39.Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 116 saylı Mənzil-Kommunal İstismar Sahəsinin №09 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binasının hüquqi təyinatı idarə binasıdır, hal-hazırda məcburi köçkünlər yaşayır. Bina "xxxx" “QSC-nin balansındadır. 40.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 111 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli, 1593 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi, İslam Abışov küçəsi, 460 saylı torpaq sahəsi (20,1ha) yaşayış məntəqələrinin torpaqları olmaqla 49 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. "xxxx" MMC-nin nizamnaməsinə əsasən "xxxx" ASC-nin cəmiyyətin nizamnamə kapitalındakı payı 100%-dir. İddiaçının müvəqqəti məskunlaşdığı Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binası "xxxx" ASC tərəfindən sökülmüş, orada yeni binanın tikilməsi həyata keçirilir. 41.xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən Zəngilan rayonu, Ağbənd kənd sakini X9 (iddiaçının anası) Nərimanov rayonu, Keşlə yük həyəti ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini 50.000 manata X1. Sоnuncu еvin 50.000 manat dəyərini razılaşmanın imzalandığı gün X7 ödəmişdir. Hazırda iddiaçı müvəqqəti məskunlaşdığı mənzilin sökülməsinə görə cavabdeh tərəfindən ona pulun ödənilməsini tələb edir. 42.Kollegiya qeyd edir ki, bu qətnamənin 21-28-ci bəndlərində qeyd olunduğu kimi, məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Onların məskunlaşdığı sahə onların müvəqqəti istifadəsinə verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətini Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi həyata keçirir. İddiaçının müvəqqəti məskunlaşdığı və sökülmüş Bakı şəhəri Nərimanov rayonu, Keşlə yük həyəti, 4 nömrəli mühafizə binası "xxxx" QSC-nin balansında olmuşdur. 43.Göründüyü kimi, iddiaçı məcburi köçkün olaraq müvəqqəti məskunlaşdığı sahənin sökulməsi nəticəsində kompensasiya (məhrum edilmələri ilə əlaqədar 70000 manat konpensasiya ödənilməsi və ya eyni vəziyyətdə yaşamaq üçün yararlı olan həmin ərazidə başqa yaşayış yeri ilə təmin edilməsi) tələb edir. 44.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 45.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 46.Beləliklə, kollegiya apellyatorun mülkiyyətçi olmasa da əmlaka qanuni əsaslarla sahiblik etdiyindən mülkiyyətçinin hüquqlarının ona məxsus olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı mübahisələndirilən yaşayış sahəsində məcburi köçkün kimi qanunveriiciliyin tələblərinə uyğun olaraq müvəqqəti yerləşdirildiyindən, onun müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsinin vəzifəsi olduğundan, onun hazrıki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. 47.Kollegiya qeyd edir ki, iddiaçının müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsinin vəzifəsidir. İddiaçının müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi üçün qeyd olunan Komitəyə müraciət etmək hüququ vardır. 48.Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(006)- 1864/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(006)- 1864/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov