Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9300/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi işəburaxmaya görə əmək haqqının ödənilməsi, sağlamlığa vurulmuş zərərə görə kompensasiyanın, habelə mənəvi ziyanın ödənilməsi» tələbinə dair 2(001)-3689/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işdən çıxarılmasının qanunsuz hesab edilməsi, cavabdehin 18 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 81/ƏMX nömrəli əmrinin ləğv olunması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və sağlamlığa vurulmuş zərərin kompensasiyası olaraq 50000 manat, habelə 10000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla işəgötürən Cavabdeh arasında əmək münasibətləri martın ayının sonlarından başlasa da (bu faktı Şirkətin özü tərəfindən onun istehsalat ərazisində işə çıxmağına dair 31 mart 2020-ci il tarixli arayışı da təsdiq edir), aralarında əmək müqaviləsi rəsmi qaydada 16 aprel 2020-ci il tarixdə bağlanmışdır. Həmin əmək müqaviləsində onun «operator» (qablaşdırıcı) vəzifəsinə qəbul olunduğu qeyd olunmuş və müqavilənin müddəti göstərilməmişdir. Əmək müqaviləsində aylıq əmək haqqı 300 manat qeyd olunsa da, faktiki olaraq Şirkət tərəfindən ona 420 manat məvacib verilmişdir. İşlədiyi dövrdə cavabdeh şirkətə məxsus «İceland» dondurma istehsalat sexində 07 may 2020-ci il tarixdə işdə olarkən hazır məhsulları liftə yükləmək üçün liftin düyməsini basdıqdan sonra liftin qapısı açılsa da liftin kabinəsi gəlməmiş, həmin vaxt döşəmə sürüşkən olduğu üçün ayağı sürüşmüş və ikinci mərtəbədən liftin şaxtasına yıxılmışdır. Köməyə iş yoldaşları gəlmiş və onu Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına aparmışlar. Orada ondan harada xəsarət aldığını soruşduqda, iş yerinin təkidi və təzyiqi nəticəsində evdə yıxıldığını deməyə məcbur olmuşdur. Daha sonra, «Medistyle» Hospital və "xxxx" Hospitalda müayinə olunmuş, MRT müayinəsindən və digər tibbi müayinələr nəticəsində sağlamlığına ağır zərər vurulduğu müəyyən olunmuşdur. Şirkət rəhbərliyi tərəfindən təsdiq edilmiş «istehsalatda bədbəxt hadisə haqqında» 11 dekabr 2020-ci il tarixli, 1/2020 nömrəli İz aktı tərtib olunarkən qəsdən yanlışlıqlara yol verilmiş, ziyanla bağlı, onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ödənişlər və müddətlə bağlı heç bir qeyd yer almamışdır. Həmin aktda bədbəxt hadisənin səbəbləri kimi «Liftlərin quruluşu və təhlükəsiz istismarı» Qaydalarının müvafiq maddələrinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilmişdir. Onun iş yerində başına gələn bədbəxt hadisədə təqsirli şəxslərin müəyyən edilməsi, ümumiyyətlə baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdir. Araşdırma zamanı məhkəmə tibb-ekspertizasının 02 sentyabr 2020-ci il tarixli 1277 nömrəli rəyinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər - 1-ci, 2-ci, 3-cü və 4-cü fəqərələrinin sınıqlarının bərk küt əşyanın təsirindən MRT müayinəsi üçün ilkin olaraq N.Tusi adına klinikaya müraciət etdiyi 08 may 2020-ci il tarixindən bir qədər əvvəl əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2020-ci il tarixli 10/2412 nömrəli rəyində isə Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinəsi oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunmasının hadisənin baş verməsini şərtləndirdiyi qeyd olunmuşdur. Daha bir 30 oktyabr 2020-ci il tarixli ekspert rəyində isə onun 1-5-ci bel fəqərələrində kompression sınıq nəticəsində sağlamlığına az ağır zərərvurmaya aid xəsarət aldığı qeyd olunmuşdur. Binəqədi Rayon Prokurorluğunda həmin müraciəti əsasında qəbul olunmuş 30 oktyabr 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərara əsasən Cavabdeh direktoru X9 barəsində İnzibatı Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanılması, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Binəqədi Rayon Prokurorluğu tərəfindən 04 noyabr 2020-ci il tarixli «İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarına əsasən Cavabdeh direktoru X1 Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, 1500 manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Hadisə nəticəsində ağır bədən xəsarəti almış, 1-5-ci bel fəqərələrinin sınması nəticəsində sağlamlığı uzun müddətə pozulmuşdur. Bununla əlaqədar onun müalicə olunmasına və ömrü boyu hər altı aydan bir fizioterapiya keçməsinə ehtiyac yaranmışdır. Bədənində yaranmış fiziki məhdudiyyətlərlə əlaqədar əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olunmuşdur. Artıq fiziki əməklə bağlı hər hansı iş görmək iqtidarında deyil. Cavabdeh şirkət xəsarət aldığı vaxtdan etibarən sadəcə birinci və ikinci aylarda onun müalicəsinə köməklik göstərmiş, daha sonra isə ona heç bir yardım etməmişdir. Daha sonra avqust, sentyabr və oktyabr aylarında əmək haqqı olaraq bildiyi ödənişlər ona edilmişdir. Cavabdeh şirkətin yol verdiyi əmək qanunvericiliyinin pozuntuları azmış kimi növbəti pozuntunu onun əmək müqaviləsinə onun xəbəri olmadan, heç bir razılığı olmadan xitam verməsi olmuşdur. Bu barədə o, elektron portalı yoxlayarkən təsadüfən xəbər tutmuşdur. Daha sonra onun müraciəti əsasında cavabdeh şirkət tərəfindən ona verilmiş 15 dekabr 2020-ci il tarixli məktubla ona əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti və icbari sığorta olunmasına dair sənədlər təqdim edilmişdir. Cavabdehin barəsində tərtib etdiyi saxta «Əmək müqaviləsinə xitam verilməsi barədə» 18 may 2020-ci il tarixli əmrin mətnindən əmək müqaviləsinə 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) xitam verildiyi qeyd olunmuş, guya əmrin verilməsinə əsas işçinin işdən çıxma ərizəsinin olduğu göstərilmişdir. Halbuki, onun işdən çıxma ilə bağlı özünün yazdığı və imza etdiyi heç bir ərizə olmamışdır. Əgər elə bir sənədlər varsa da, saxtadır, çünki işdən çıxma ilə bağlı heç bir sənədə imza atmamışdır. Bununla bağlı, X12 müraciət etmişdir. Həmin idarə tərəfindən ona ünvanlanmış 02 noyabr 2020-ci il tarixli məktubda göstərilmişdir: «Araşdırma zamanı Cavabdeh LTD MMC ilə onun arasında 16 aprel 2020ci il tarixdə bağlanmış əmək müqaviləsinə 18 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz xahişi ilə) əsasən xitam verildiyi və son haqq-hesabının hesablanaraq işəgötürən tərəfindən ona 05 iyun 2020-ci il tarixdə ödənildiyi məlum olmuşdur. Bununla da Cavabdeh rəhbərliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər». X8 məktubundan da göründüyü kimi onun işdən çıxarılmağı qanunsuz olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun əsaslandırılmamışdır. İddia ərizəsində də qeyd edildiyi kimi, iddia tələbləri işdən çıxarılmağının qanunsuz hesab edilməsi, sağlamlığa vurulmuş zərərin və mənəvi ziyanın ödənilməsi barədə olmuş, iddiaçı ilə bağlı işəgötürən "xxxx" Şirkəti tərəfindən əmək qanunvericiliyinin kobud pozuntuları bir-bir sadalanmışdır. Şirkət rəhbərliyi tərəfindən təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisə haqqında" 11.12.2020-ci il tarixli, 1/2020 nömrəli iz aktı hadisənin baş verməsindən 7 ay sonra tərtib olunarkən qəsdən yanlışlıqlara yol verilmiş, ziyanla bağlı, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ödənişlər və müddətlə bağlı heç bir qeyd yer almamışdır. Həmin aktda bədbəxt hadisənin səbəbləri kimi Liftlərin quruluşu və təhlükəsiz istismarı Qaydalarının müvafiq maddələrinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilmişdir. İş yerində iddiaçı başına gələn bədbəxt hadisədə təqsirli şəxslərin, ümumiyyətlə baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün Binəqədi Rayon Prokurorluğuna müraciət etmiş, araşdırma zamanı məhkəmə tibb ekspertizasının 02.09.2020-ci il tarixli 1277 nömrəli rəyinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər 1-ci, 2-ci, 3-cü və 4-cü fəqərələrinin sınıqlarının bərk küt əşyanın təsirindən MRT müayinəsi üçün ilkin olaraq N.Tusi adına klinikaya müraciət etdiyi 08.05.2020-ci il tarixindən bir qədər əvvəl əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 24.09.2020-ci il tarixli, 10/2412 nömrəli rəyində isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinəsi oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunmasının hadisənin baş verməsini şərtləndirdiyi qeyd olunmuşdur. Daha bir 30.10.2020-ci il tarixli ekspert rəyində isə iddiaçının 1-5-ci bel fəqərələrində kompression sınıq nəticəsində sağlamlığına az ağır zərərvurmaya aid xəsarət aldığı qeyd olunmuşdur. Binəqədi Rayon Prokurorluğunda həmin müraciət əsasında qəbul olunmuş 30.10.2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərara əsasən Cavabdeh direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanılması, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Binaqdi Rayon Məhkəmesinin 30.11.2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarına əsasən "CAMAL LTD şirkətinin direktoru X2 Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Bütün bu qərarlar iddiaçının sağlamlığının pozulmasında əməyin təhlükəsizlik normalarının işəgötürən tərəfindən təmin edilməməsi ilə bağlı olmuşdur. Cavabdeh şirkəti yol verdiyi əmək qanunvericiliyinin pozuntuları azmış kimi növbəti pozuntunu iddiaçının əmək müqaviləsinə onun xəbəri olmadan, heç bir razılığı olmadan əmək müqaviləsinə xitam verməsi olmuşdur. Bu barədə o, elektron portalı yoxlayarkən təsadüfən xəbər tutmuşdur. Daha sonra iddiaçının müraciəti əsasında cavabdeh şirkət tərəfindən iddiaçıya verilmiş 15.12.2020-ci il tarixli məktubla əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti və icbarı sığorta olunmağına dair sənədlər təqdim edilmişdir. Cavabdehin iddiaçı barəsində tərtib etdiyi saxta "Əmək müqaviləsinə xitam verilməsi barədə" 18.05.2020-ci il tarixli əmrin mətnindən əmək müqaviləsinə 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) xitam verildiyi qeyd olunmuş, guya əmrin verilməsinə əsas işçinin işdən çıxma ərizəsinin olduğu göstərilmişdir. Halbuki, iddiaçının işdən çıxma ilə bağlı özünün yazdığı və imza etdiyi heç bir ərizə olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "işdən çıxarılma" ərizəsi saxta sənəd olmuş, iddia ərizəsində də qeyd etdiyi kimi onun işdən çıxma ilə bağlı heç bir ərizəsi olmamışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 16.06.2001-ci il tarixli, 4/647 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş guya iddiaçının adından olan 18 may 2020-ci il tarixli işdən azadedilmə barədə ərizənin aşağı hissəsində "İmza:" qrafasındakı imzanın X14 tərəfindən icra olunmuş, lakin həmin ərizənin əlyazma mətni İddiaçı tərəfindən yox, basqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza rəyindən ərizənin iddiaçı tərəfindən yazılmadığı qeyd olunsa da, işə baxan məhkəmə ekspert rəyinə həmin hissədə münasibət bildirilməmişdir. Digər məsələ isə işdən qanunsuz olaraq çıxarılmasının işəgötürən tərəfindən iddiaçıdan gizlədilməsi halı olmuşdur. Məhkəmə iddia müddətinin ötürülmüş olması barədə qənaətə gələrkən iddiaçının bununla bağlı qeyd etdiyi üzrlü səbəbləri nəzərə almamışdır. İddiaçı həmin ərəfədə hüquq mühafizə orqanlarına müraciət etmiş və onun nəticəsini gözləmişdir. Hadisə nəticəsində iddiaçı ağır bədən xəsarəti almış, 1-5-ci fəqərələrinin sınması nəticəsində sağlamlığı uzun müddətə pozulmuşdur. Bununla əlaqədar onun müalicəyə və ömür boyu hər aytı ayda bir dəfə fizioterapiya keçməsinə ehtiyac yaranmışdır, artıq fiziki əməklə bağlı hər hansı iş görmək iqtidarında deyil. Apellyasiya baxışı zamanı İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Əfqan Hüseynov şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" Şirkəti tərəfindən verilmiş 31 mart 2020-ci il tarixli arayışa əsasən İddiaçı «İceland» ticarət nişanı altında, qida məhsulları, onlar üçün xammal istehsalı, təchizatı, saxlanılması, topdan satışı istiqamətində fəaliyyət göstərən "xxxx" (iqtisadi fəailiyyət üzrə təsnifat kodu 10520) şirkətinin əməkdaşıdır və istehsalatın davamlılığının təminatı məqsədi ilə "xxxx" Şirkətinin ünvan 1 ünvanda yerləşən istehsalat ərazisində işə çıxma zərurəti vardır. Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 16 aprel 2020-ci il tarixli, 1267 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işçi operator (qablaşdırıcı) vəzifəsinə işə qəbul edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: ilk növbədə işçi işə gəldiyi zaman əllərinin dezinfeksiya edilməsi; yarımfabrikat və hazır məhsulun və ya onun ayrı-ayrı komponentlərinin taraya – paket, paçka, kisəyə və s. qablaşdırılması; məhsulun müxtəlif kağızlara bükülməsi, əl ilə kağız kardon və digər taraya qablaşdırılması və komplektləşdirilməsi; frezervlərdən çənə hazır məhsulu plasmats qablara və ya vafli stəkanlara yığılması; etiketlərin yapışdırılması; bükücü materialın markalanması; bükücü materialın verilmiş ölçüdə və ya şablon üzrə biçilməsi və kəsilməsi; işçi taraya izoledici materialdan üz çəkilməsi və ya ara qatların qoyulması, bağlanması, yapışdırılması və dəzgahda texniki şərtlərə uyğun bağlanılması. Müqavilənin 4-cü bəndinə əsasən işçi hər ay 300 manat məbləğdə əmək haqqı alır. Müqavilənin 4.10-cu bəndinə əsasən işəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta ödənişi verilir. Müqavilənin 5.1-ci bəndinə əsasən əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarının qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi barədə razılığa gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Müqavilənin 11.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 16 aprel 2020-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx xxxxxxx 1995-ci il təvəllüdlü, orta təhsilli İddiaçı 16 aprel 2020-ci il tarixdə, 46 nömrəli əmrlə "xxxx" Şirkətinə istehsal sahəsinə operator vəzifəsinə işə qəbul olunmuş, 18 may 2020-ci il tarixli 81 nömrəli əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 aprel 2020-ci il tarixli, **********89/19 nömrəli əlavədən görünür ki, qurğu operatoru (dondurucu/süd məhsulları) İddiaçı (sığorta olunan) 0.80000 % sığorta tarifi ilə "xxxx" Şirkəti (sığortalı) tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-də (sığortaçı) sığorta olunmuşdur (təminat tarixi 19 aprel 2020ci il, dəyişikliyin tipi təminata daxil olma, bir illik əmək haqqı fondu 3.600, peşə riskinin dərəcəsi 4, sığorta məbləği 51422,77, geri qaytarılacaq /ödəniş sığorta haqqı 22.58). "xxxx" Şirkətinin direktoru tərəfindən tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında 1/2020 nömrəli aktın (İZ Forma) surətindən görünür ki, "xxxx" Şirkətinin operatoru (qablaşdırıcı) İddiaçı 07 may 2020-ci il tarixdə səhər saat 08:00-da işə gəlmiş, sex rəisi Oleksandr Pechorkin tərəfindən təlimatlandırıldıqdan sonra əmək funksiyasına uyğun olaraq 2-ci sexdə işə başlamışdır. Nahar fasiləsinə kimi işini bitirmiş, nahar fasiləsindən sonra təqribən 14:15 radələrində istehsal olunmuş hazır məhsulu paketlədikdən sonra yükləyici lift vasitəsilə anbara göndərmişdir. Sonra 2-ci hazır məhsulu paketlədikdən sonra lift birinci mərtəbədə olduğundan liftin yuxarı göndərməsini bildirmək məqsədi ilə liftin qapısını açmış, bu zaman ayağı sürüşərək təqribən 3 metr məsafə hündürlükdən liftin şaxtasına yıxılmışdır. Yaxınlıqda olan iş yoldaşıları X6, X11 və X5 tez ona yaxınlaşaraq liftin şaxtasından çıxarmışlar. Hadisə barədə sex rəisi O.Pechorkinə məlumat verildikdən sonra o, hadisə yerinə gələrək şirkətə məxsus avtomobil ilə M.X19 Mərkəzə aparmışlar. Bədbəxt hadisənin səbəbi – «Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları»nın 4.2.13-cü (lift şaxtasının qapıları enmə meydançasından 150 mm aralanmazdan əvvəl bağlanan avtomatik qapılar kilidlərlə təchiz olunmalıdır), 4.2.14-cü (avtomatik qıfıl elə təchiz olunmalı və quraşdırılmalıdır ki, onu çöldən açmaq mümkün olmasın. Avtomatik kilidlərin çöldən açıla bilməsi üçün lift xidməti personalları üçün xüsusi avadanlıqlar nəzərdə tutulur) və 7.1.1-ci (yeni quraşdırılan lift istismara buraxılmazdan əvvəl texniki nəzarət orqanında qeydiyyata alınmalıdır) bəndlərinin tələblərinə əməl edilməməsidir. Əmək qanunvericiliyinin tələblərini pozan şəxs – Adil Məmmədovdur. Bədbəxt hadisənin şahidləri – Nahid Mehralıyev, Amil Babayev və Toğrul İsmayılzadədir. Bədbəxt hadisənin son nəticəsi – xəsarət. Təhqiqat aktı 11 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir. «Medistyle» Hospital tərəfindən verilmiş 11 may 2020-ci il tarixli MRT çıxarışının surətindən görünür ki, İddiaçı MRT müayinədən keçmiş, müayinənin nəticəsi: L1, L3, L4 və L5 fəqərə cisimlərinin yuxarı hissəsində kompression sınığa bağlı minimal çökmə və sümük iliyi ödemi, L3-4 diskdə dural kisəni minimal sıxan və hər iki lateral resesi daraldan diffuz anulyar qabarma. İddiaçı "xxxx" Şirkətinə ünvanladığı 18 may 2020-ci il tarixli ərizəsindən görünür ki, o, 18 may 2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. "xxxx" Şirkətinin 18 may 2020-ci il tarixli, 81/ƏMX nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) xitam verilməsi, istifadə etmədiyi məzuniyyət günlərinə görə ona 2 gün əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas: Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndi və işçinin işdən çıxış ərizəsi. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 may 2020-ci il tarixli, **********89/60 nömrəli əlavədən görünür ki, qurğu operatoru (dondurucu/süd məhsulları) İddiaçı (sığorta olunan) "xxxx" Şirkəti (sığortalı) tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-dən (sığortaçı) sığorta təminatından çıxarılmışdır (təminat tarixi 19 may 2020-ci il, dəyişikliyin tipi təminatdan çıxarılma, bir illik əmək haqqı fondu 3600, peşə riskinin dərəcəsi 4, sığorta məbləği 0.00, sığorta tarifi 0.80000 %, geri qaytarılacaq /ödəniş sığorta haqqı -16.18). «Medistyle» Hospital tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli MRT çıxarışının surətindən görünür ki, İddiaçı MRT müayinədən keçmiş, müayinənin nəticəsi: L1, L3, L4 və L5 fəqərə cisimlərinin yuxarı hissəsində köhnə kompression sınığa bağlı minimal çökmə və nahamarlıq, L3-4 diskdə dural kisəni minimal sıxan və hər iki lateral resesi daraldan diffuz anulyar qabarma. "xxxx" Şirkətinin 01 avqust 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, şirkət tərəfindən İddiaçı maddi yardım məqsədi ilə may və iyun ayları üçün 707 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsait kassa məxaric orderinə imza edilməklə sonuncu tərəfindən qəbul edilmişdir. Həmçinin sonuncunun qeydinə əsasən, o, həmin məbləği əmək haqqı bilib almışdır. "xxxx" Şirkətinin 10 avqust 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, şirkət tərəfindən İddiaçı maddi yardım məqsədi ilə iyul ayı üçün 470 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsait kassa məxaric orderinə imza edilməklə sonuncu tərəfindən qəbul edilmişdir. Həmçinin sonuncunun qeydinə əsasən, o, həmin məbləği əmək haqqı bilib almışdır. "xxxx" Şirkətinin 07 sentyabr 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, şirkət tərəfindən İddiaçı maddi yardım məqsədi ilə avqust ayı üçün 420 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsait kassa məxaric orderinə imza edilməklə sonuncu tərəfindən qəbul edilmişdir. Həmçinin sonuncunun qeydinə əsasən, o, həmin məbləği əmək haqqı bilib almışdır. "xxxx" Şirkətinin 05 oktyabr 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, şirkət tərəfindən İddiaçı maddi yardım məqsədi ilə sentyabr ayı üçün 420 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsait kassa məxaric orderinə imza edilməklə sonuncu tərəfindən qəbul edilmişdir. Həmçinin sonuncunun qeydinə əsasən, o, həmin məbləği əmək haqqı bilib almışdır. "xxxx" Hospital MMC tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli tibbi sənədin surətindən görünür ki, İddiaçı LOMBER MR adlı müayinədən keçmiş, nəticə olaraq isə qeyd edilmişdir ki, lomber lordoz düzleşmiştir. Vertebra korpus yükseklikleri, intervertebral disk mesafeleri və disk intensiteleri normaldir. Lomber və sakral vertebra korpuslarında yaygın bir şekilde tip – 2 tip 3 miks tipte kemik iliğide dejenerasyonu izlenmiştir (kronik süreçte sistematik hastalığa ikincil bulgu) L2-3 diskinde her iki nöral forameni kaudalden minimal daraltan diffüz anüler bulging izlenmiştir. L3-4 diskinde son nöral forameni belirgin daraltan, sağ nöral forameni kaudalden daraltan, ön epidural yağ mesafesini silen diffüz anüler bulging izlenmiştir. L4-L5 diskinde her iki nöral forameni daraltan, ön epidural yağ mesafesini silen tekal keseye indentasyonu izlenen diffüz anüler bulging mevcuttur. L5-S1 diskinde her iki nöral forameni kaudalden minimal daraltan diffüz anüler bulging izlenmiştir. Spinal kord normal seviyede sonlanmaktadır. Sagital incelemede spinal kordun kesit alanına giren bölümlerində sinyal intensitesi tabiidir. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 30 oktyabr 2020ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərarın surətindən görünür ki, "xxxx" Şirkətinin direktoru X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraat başlanılmış, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 noyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubun surətindən görünür ki, İddiaçı 14 avqust 2020-ci il tarixli, **********5 nömrəli və 14 sentyabr 2020-ci il tarixli, **********4/2 nömrəli müraciətlərinə baxılmış və müraciətlərin araşdırılması zamanı "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə "xxxx" Şirkətiarasında 16 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 18 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz xahişi ilə) əsasən xitam verildiyi və son haqq-hesabın hesablanaraq işəgötürən tərəfindən ona 05 iyun 2020-ci il tarixdə ödənildiyi məlum olmuşdur. Bununla da "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənək verilə bilər. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Qeyd olunan məktubun surəti məlumat üçün X15 Xidmətinə də göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 04 noyabr 2020ci il tarixli «inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında» qərarın surətindən görünür ki, İddiaçı xəsarət almasına dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" Şirkətinin direktoru X9 barəsində inzibati icraatın başlanması qərara alınmışdır. "xxxx" Şirkətinin 06 noyabr 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, şirkət tərəfindən İddiaçı maddi yardım məqsədi ilə avqust ayı üçün 420 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsait kassa məxaric orderinə imza edilməklə sonuncu tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 3(001)- 5341/2020 nömrəli qərarının surətindən görünür ki, "xxxx" Şirkətinin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1.500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. "xxxx" Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 15 dekabr 2020-ci il tarixli, 201 nömrəli məktubun surətindən görünür ki, onunla əmək müqaviləsi bağlanarkən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmağı təmin edilmişdir. 08 may 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə 185 manat məbləğində vəsait ödənilmişdir. 11 may 2020-ci il tarixli qəbzin surətindən görünür ki, «Medistyle» Hospitala ortopedin müayinəsi üçün 50 manat məbləğində vəsait ödənilmişdir. 11 may 2020-ci il tarixli qaimənin surətindən görünür ki, «Medistyle» Hospitala beloma fəqərələrinin MRT-si üçün 158 manat məbləğində vəsait ödənilmişdir. 12 may 2020-ci il tarixli qəbzin surətindən görünür ki, X21, Etodin F, Fondo N, Kalsium, Prosıdın, Rumalo, Sprıs 2.5 m, Sprıs 5 ml xə Xondrok dərmanları üçün 202,59 manat məbləğində ödəniş edilmişdir. 12 may 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə (aptek) 16 manat məbləğində ödəniş edilmişdir. 12 may 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə (ortopedik və tibbi farm) korset üçün 50 manat məbləğində ödəniş edilmişdir. 23 may 2020-ci il tarixli qəbzin surətindən görünür ki, X23 N1, Pantap 4 və Prosidin dərmanları üçün 84,64 manat məbləğində ödəniş edilmişdir. 01 iyun 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə (aptek) 5,5 manat məbləğində ödəniş edilmişdir. 02 iyun 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə (aptek) 115,9 manat məbləğində ödəniş edilmişdir. 20 iyun 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə (aptek) 63,5 manat məbləğində ödəniş edilmişdir. 20 iyun 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə (aptek) 65 manat məbləğində ödəniş edilmişdir. 30 iyun 2020-ci il tarixli qəbzin surətindən görünür ki, «Medistyle» Hospitala ortopedin müayinəsi üçün 50 manat məbləğində ödəniş edilmişdir. 30 iyun 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə (aptek) 107,6 manat məbləğində ödəniş edilmişdir. 20 iyul 2020-ci il tarixli qaimənin surətindən görünür ki, «Medistyle» Hospitala beloma fəqərələrinin MRT-si üçün 158 manat məbləğində vəsait ödənilmişdir. 21 iyul 2020-ci il tarixli qəbzin surətindən görünür ki, «Medistyle» Hospitala nevropotoloqun müayinəsi üçün 50 manat məbləğində vəsait ödənilmişdir. 21 iyul 2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, "xxxx" MMC-dən (aptek) 81,1 (53,6+27,5) manat məbləğində məhsul alınmışdır. 05 avqust 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı müayinəsi üçün X22 Cəmiyyətinin Klinikasına 170 manat məbləğində vəsait ödənilmiş, habelə fizioterapiya üçün İddiaçı taksi xidmətindən istifadə etməsi üçün 10 gün üçün 40 manat məbləğində vəsait verilmiş, sonuncu imza etməklə vəsaiti qəbul etmişdir. 06 avqust 2020-ci il tarixli satış fakturasının surətindən görünür ki, Nonevrit 120ml Sirop və Fondosed N30 Kap dərman preparatlarına görə 43,7 manat (27,2+16,5) məbləğində vəsait ödənilmişdir. 10 oktyabr 2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə VMS 20, Reablitasiya üçün 390 manat (120+270) məbləğində ödəniş edilmişdir. "xxxx" Şirkəti tərəfindən verilmiş arayışa əsasən, Şirkətin İddiaçı müalicəsinə çəkdiyi xərclər aşağıdakı kimidir: 08 may 2020-ci il tarixdə xəstəxana, dərman üçün 427 manat, 11 may 2020-ci il tarixdə həkim üçün 20 manat, xəstəxana xərci üçün 208 manat, 12 may 2020-ci il tarixdə dərman alışı üçün 202,59 manat, korsetin alınması üçün 50 manat, 23 may 2020-ci il tarixdə dərman alışı üçün 84,64 manat, 02 iyun 2020-ci il tarixdə həkim xərci üçün 10 manat, 03 iyun 2020-ci il tarixdə dərman alışı üçün 116 manat, 20 iyun 2020-ci il tarixdə dərman alışı üçün 63,5 manat, 30 iyun 2020-ci il tarixdə həkim qəbulu üçün 50 manat, dərmanlar üçün 107,6 manat, 02 iyul 2020-ci il tarixdə həkim fizioterapiya üçün 210 manat, 08 iyul 2020-ci il tarixdə əmək haqqı 420 manat, 20 iyul 2020-ci il tarixdə həkim «Medistyle» MRT üçün 158 manat, 21 iyul 2020-ci il tarixdə həkim nevropotoloq üçün 131,1 manat, 05 avqust 2020-ci il tarixdə həkim, dərman üçün 224,6 manat, 06 avqust 2020-ci il tarixdə dərman üçün 43,7 manat, 10 oktyabr 2020-ci il tarixdə həkim müayinəsi üçün 40 manat, VMS V20, reablitasiya elek üçün 390 manat, 17 oktyabr 2020-ci il tarixdə MRT üçün 140 manat, həkim qəbulu üçün 40 manat, 22 oktyabr 2020-ci il tarixdə reablitasiya elek, tens üçün 195 manat, 26 oktyabr 202-ci il tarixdə VMS V20, reablitasiya elek üçün 390 manat, 03 noyabr 2020-ci il tarixdə VMS V20, reablitasiya elek üçün 325 manat olmaqla, cəmi 4.046,73 manatdır. Həmçinin, İddiaçı nağd şəkildə verilən maddi yardımlar aşağıdakı kimidir: 01 avqust 2020-ci il tarixdə may və iyun ayları üçün 707 manat, 10 avqust 2020-ci il tarixdə iyul ayı üçün 470 manat, 07 sentyabr 2020-ci il tarixdə avqust ayı üçün 420 manat, 05 oktyabr 2020-ci il tarixdə sentyabr ayı üçün 420 manat, 09 noyabr 2020-ci il tarixdə oktyabr ayı üçün 420 manat olmaqla, cəmi 2437 manat, 15 dekabr 2020-ci il tarixə qədər ümumi xərclənən məbləğ 6483,73 manatdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2021-ci il tarixli, 4/647 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(001)-3689/2021 saylı mülki işin 85-ci vərəqəsində İddiaçı adından olan 18 may 2020- ci il tarixli işdən azadedilmə barədə ərizənin aşağı hissəsində «İmza:» qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuş, lakin həmin ərizənin əlyazma mətni İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 122 manat təşkil edir. Beləliklə, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 16 aprel 2020-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh Şirkətdə operator (qablaşdırıcı) işinə qəbul edilmişdir. 07 may 2020-ci il tarixdə iddiaçı işini icra etdiyi zaman liftə daxil olmaq istəyərkən ayağı sürüşərək təqribən 3 metr məsafə hündürlükdən liftin şaxtasına yıxılmış və xəsarət almışdır. Həmin hadisə ilə bağlı aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunmuş, bədbəxt hadisənin səbəbi kimi «Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları»nın 4.2.13, 4.2.14 və 7.1.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi müəyyən edilmiş, həmçinin iddiaçının həmin hadisə nəticəsində xəsarət alması «İstehsalatda bədbəxt hadisə haqqında» 1/2020 nömrəli İZ formalı aktla rəsmiləşdirilmişdir. Bundan sonra isə 18 may 2020-ci il tarixdə iddiaçı cavabdeh Şirkətə ərizə ilə müraciət edərək, işdən azad edilməsini xahiş etmiş, həmin tarixdə də cavabdeh Şirkətin 81/ƏMX nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməklə iddiaçı işdən azad edilmişdir. İddiaçı 14 avqust 2020-ci il və 14 sentyabr 2020-ci il tarixlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş, onun müraciətinin araşdırılması zamanı isə məlum olmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 18 may 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz xahişi ilə) əsasən xitam verilmiş və son haqq-hesabın hesablanaraq işəgötürən tərəfindən ona 05 iyun 2020-ci il tarixdə ödənilmiş, bununla da "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) tələbləri pozulmuşdur. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən 04 noyabr 2020-ci il tarixdə "xxxx" Şirkətinin direktoru barəsində inzibati icraatın başlanması qərara alınmış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarı ilə isə "xxxx" Şirkətinin direktoru İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində (Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Cavabdeh Şirkət tərəfindən verilmiş arayışa əsasən iddiaçının müalicəsinə cəmi 4046,73 manat xərc çəkilmiş, həmçinin, iddiaçıya nağd şəkildə cəmi 2437 manat məbləğində vəsait verilməklə maddi yardım göstərilmişdir. Hazırda isə iddiaçı, onun tərəfindən işdən azad edilmə barədə hər hansı ərizəyə imza edilmədiyini əsas gətirərək, cavabdeh tərəfindən onun işdən çıxarılmağının qanunsuz hesab edilməsini, cavabdehin 18 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 81/ƏMX nömrəli əmrinin ləğv edilməsini və məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsini, bunlarla yanaşı iddiaçı cavabdeh Şirkət tərəfindən onun istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə yalnız 2 ay yardım göstərildiyini, daha sonra isə ümumiyyətlə yardım göstərilmədiyini yalnız əmək haqqı kimi bilib aldığı ödənişlərin edilməsini əsas gətirərək onun sağlamlığına vurulmuş zərərin kompensasiyası olaraq 50000 manatın, habelə 10000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi isə iddiaçının öz xahişi ilə işdən azad edildiyini, habelə iddiaçıya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə 15 dekabr 2020-ci il tarixə qədər xərclənən məbləğin ümumilikdə 6.483,73 manat olduğunu qeyd edərək, iddianın əsassız olduğu üçün həmçinin, işə bərpa tələbinə iddia müddətinin də tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, İİİ və İV hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək haqlı olaraq qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Hazırkı işdən isə məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin təşəbbüsü onun özü olmuşdur. Bununla belə iddiaçı, onun tərəfindən belə bir təşəbbüsün olmadığını, başqa sözlə əmək müqaviləsinin ləğvinin əsası olan ərizənin onun tərəfindən imzalanmadığını israrla bildirərək, onun işdən azadolunması barədə əmrin qanuniliyini mübahisələndirir. Lakin araşdırma zamanı ekspert tədqiqatı ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinin ləğvinin əsası olan ərizənin «İmza:» qrafasında olan imza məhz iddiaçının özü tərəfindən icra edilmişdir. Belə olan halda isə, iddiaçı işdən azad olunması barədə ərizəni imzalamadığını bildirsə də, iddiaçının qeyd etdiyi hal tədqiq edilmiş sübutlarla təkzib olunmuş, habelə iddiaçı öz dəlillərini əsaslandıra və sübuta yetirə bilməmişdir. Bunlardan əlavə, iddiaçı izahatında X8 02 noyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubunda da onun işdən çıxarılmağının qanunsuz olduğunun göstərildiyini bildirsə də, həmin məktubda iddiaçının işdən azad edilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verildiyi deyil, işçiyə son haqq-hesabın 05 iyun 2020-ci il tarixdə ödənildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Ona görə də, məhkəmə iddiaçının qeyd olunan dəlilini də əsaslı hesab etməməkdə haqlı olmuşdur. Həmçinin cavabdehin nümayəndəsinin «iddiaçı tərəfindən iddia müddətinin heç bir üzrlü səbəb olmadan ötürülmüş olması» barədə dəlili də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.1-ci maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Düzgün olaraq qeyd edilmişdir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, «atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır» (§ 45 ). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasə Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, X15 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Tədqiq olunmuş sübutlarla və iddiaçı tərəfindən verilmiş izahatla müəyyən edilmişdir ki, iddiaçı cavabdehin 18 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətini və digər sənədləri 15 dekabr 2020-ci il tarixdə almış, lakin hazırki iddia tələbini 09 aprel 2021-ci il tarixdə irəli sürmüş, bununla da əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bu baxımdan, iddia tələblərinin «işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa» hissələri əsassız olduğuna görə, həmçinin iddiaçı tərəfindən iddia müddəti də ötürüldüyünə görə rədd edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməklə cavabdeh tərəfindən əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda, iddia tələblərinin «işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilməsi, həmin əmrin ləğv edilməsi və işə bərpa» hissələri əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin «məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi» hissələri ilə əlaqədar düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və əmək qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin «işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və işə bərpa» hissələrinin təmin olunub-olunmamasından asılıdır. Bu səbəbdən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. İddia tələbinin «sağlamlığa vurulmuş zərərin kompensasiyası olaraq 50.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması» hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 224.1 və 224.2-ci maddələrinə əsasən əmək müqaviləsinin bağlanması şərtləri bu Məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması» Qaydalarına əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X15 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X15 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (1.7 bəndi). İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. (1.8 bəndi). Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X15 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X15 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. (2.1 bəndi). Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. (2.5 bəndi). Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir (2.6 bəndi). Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği» adlı normativ hüquqi aktın: 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalda əməkxəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 2.2-ci bəndinə əsasən əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd olunan normalara əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş «İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği» adlı normativ hüquqi aktla müəyyən edilir. Həmin normativ hüquqi akta əsasən əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir. Tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının aldığı xəsarət nəticəsində onun sağlamlığının bərpa edilməsi üçün həkim müayinələri, müalicələr, dərman preparatları, habelə korsetin alınması ilə bağlı xərclərə cavabdeh Şirkət tərəfindən cəmi 4046,73 manat məbləğində vəsait sərf edilmişdir. Bundan əlavə, iddiaçıya cavabdeh tərəfindən may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üçün əmək haqqı məbləğində maddi yardımlar edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh şirkət tərəfindən onun müalicələrinə yalnız iki ay maddi yardım göstərildiyini qeyd etsə də, lakin məhkəmə çəkişməsində qeyd etdiyi hallar təkzib edilmişdir. Belə ki, cavabdeh şirkət tərəfindən iddiaçının həkim müayinələrinin, müalicələrinin, dərman preparatlarının, habelə korsetin alınması ilə bağlı xərclərin qəbzlərinin surətini məhkəməyə sübut kimi təqdim etdikdə, iddiaçı həmin qəbzlərdə olan vəsaitlərin məhz cavabdeh tərəfindən ödənildiyinə hər hansı etirazını bildirməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən sonuncu olaraq 09 oktyabr 2020-ci il tarixli müayinə sənədi ərizəyə əlavə edilsə də, həmin tarixdən sonrakı tarixlərə aid olan hər hansı müayinə və müalicə ilə əlaqədar sənəd ərizəyə əlavə edilməmiş, habelə məhkəmə tədqiqatı zamanı da belə sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçı izahatında ömürboyu hər altı aydan bir fizioterapiya müayinəsinə ehtiyacının olduğunu bildirmişdir. Qeyd olunanlar da onu deməyə əsas verir ki, iddiaçının hazırki tələbi yalnız formal mülahizələrdən ibarətdir və tələbini dəstəkləyən hər hansı sübutu yoxdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. İddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)- 3689/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9300/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9300/2021
30.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver