Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9311/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Fərhar Tahirovun, Cavabdehin vəkili Ramiz İbrahimovun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” 2(011)-1179/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh 1485 (bir min dörd yüz səksən beş) ABŞ dolları əsas borc, 297 (iki yüz doxsan yeddi) ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğindədövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabilətlər sifariş verilmişdir. Nəticədə cavabdehin 1485 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin, İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bugünə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabilətlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər-hansısa çətinlik yaratmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ödəniş gününə qüvvədə məzənnə ilə 1485 (bir min dörd yüz səksən beş) ABŞdolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizə görə 297 (iki yüz doxsan yeddi) ABŞdolları, cəmi 1782 (bir min yeddi yüz səksən iki) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatnın Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, cavabdeh olaraq məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, iş üzrə qətnamə birtərəfli çıxarıldığından, qeyri obyektiv və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı MMC məhkəmədə ona qarşı “pul tələbinə dair” iddia qaldıraraq ondan 2016-cı ilin dekabr ayında xaricə səfər etmək üçün 1485 ABŞ dolları dəyərində bilet pulunun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində əlavənin, 297 ABŞ dolları pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etmişdir. Qeyd edilməsi zəruridir ki, iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə ona bildiriş göndərilməmiş və məhkəmənin də qətnaməsində göstərildiyi kimi işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bununla da məhkəmədə təərflərin çəkişmə prinsipi pozulmuşdur. Həmçinin tərəfindən iddiaya qarşı etirazını və iddia müddətinin tətbiqinə dair qanunvericilikdə nəzərdə tutulmuş ərizəni təqdim etməkdən məhrum olmuşdur. İş üzrə çıxarılmış məhkəmə qətnaməsi də ona göndərilməmiş və müəyyən müddət ötdükdən sonra icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin mövcud olmasından Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayonu İcra Şöbəsinin icra məmuru Qoşqar Həmidovdan məlumat almış və bundan sonra 08.07.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 15.03.2021-ci il tarixli qətnaməsinin surətini 13.07.2021-ci ildə almışdır. İddiaçı bundan əvvəl də bir neçə cavabdehlə birlikdə ona qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia üzrə çıxarılmış qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, hazırda iddiaçı olan İddiaçı MMC-ni tanımamış, hüquqi şəxs olaraq ona müraciət etməmişdir və aralarda turizm xidməti barədə hər hansı bir formada razılaşma olmamışdır. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nağd olaraq bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə verilmiş və onun vasitəsilə adına elektron bilet rəsmiləşdirilmişdir. Həmin vaxtdan ötən üç il ərzində Fərhadla aralarında ödənişlə bağlı hər hansı bir formada danışıqları olmamışdır. Əgər həqiqətən də biletin pulu ödənilməmiş olsaydı bu müddət ərzində Fərhad onun mobil telefonuna zəng edərdi və ya onun ünvanına ödənişlə bağlı yazılı müraciət edərdi. Əgər belə hallar olubsa, onda həmin sənədləri sübut qismində təqdim etməli idi. Onun və digər cavabdehlərin apellyasiya şikayətləri üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi bir-biri ilə əlaqəsi olmayan şəxslərə qarşı birgə iddia qaldırılmasını aidiyyət qaydalarının pozulması kimi qiymətləndirərək qətnaməni ləğv etmiş və iddia tələbini baxılmamış saxlamışdır. Bundan sonra iddiaçı təkrarən iddia qaldırmış, bu iddia tələbində əlavə olaraq tələb etdiyi məbləğə 5% əlavə istəmişdir. Məhkəmənin qətnaməsində göstərilir ki, iş materiallarında olan İddiaçı MMC-nin 15.12.2016-cı il tarixli, 101 nömrəli hesab vərəqəsindən məlum olur ki, Cavabdeh 1485 ABŞ dolları dəyərində xidmət göstərmişdir. Daha sonra qətnamədə göstərilir ki, iş materiallarında olan "xxxx" QSC-nin 23.01.2020-ci il tarixli, 12/332 nömrəli məktubu ilə təsdiq edilir ki, Cavabdeh 02.12.2016-cı il tarixində BAK-TBS, 04.12.2016-cı il tarixində TBS-BAK istiqamətləri üzrə uçuşlar həyata keçirmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş yuxarıda qeyd edilən iddiaçının özü tərəfindən tərtib edilərək təsdiq edilmiş vərəqdə məhkəmənin qətnamədə qeyd etdiyindən əlavə 16 və 17 noyabr 2016-cı il tarixlərdə uçuşların həyata keçirilməsi göstərilmişdir. Ancaq iş materiallarına əlavə edilmiş sənədlərdə həmin biletlərə görə İddiaçı MMC tərəfindən ödəniş edilməsi müəyyən edilmir. Ancaq iddiaçı özü qeyd edir ki, biletlərin ödənişi İddiaçı tərəfindən həyata keçirilmişdir. Əvvəl verdiyi apellyasiya şikayətində göstərdiklərini təsdiq edərək əlavə olaraq bidirir ki, tələb olunan biletlərin alınması üçün sənədlər (ümumvətəndaşlıq pasportu) və biletin pulu onunla bir şirkətdə işləyən, hazırki iddiaçının rəhbəri Fərhad Tahirovun baldızı (həyat yoldaşının bacısı) X2 verilmişdir və sonuncunun vasitəsi ilə alınmışdır. Heç bir nisyə bilet alışı söhbəti olmamışdır. Yəni onun maddi imkanı səfər üçün zəruri olan bilet və digər xərcləri ödəmək üçün yetərli olmuşdur. Əgər həqiqətən də bilet satışı “nisyə” göstərilirdisə İddiaçı MMC-nin direktoru şəxsində Fərhad Tahirova bu barədə yazılı müqavilə bağlamağa nə mane olurdu. Belə bir müqavilənin bağlanılması qanunvericilikdə qadağan edilməmişdir, əksinə nəzərdə tutulmuşdur və Fərhad Tahirovun da direktor kimi belə bir müqavilə bağlamaq səlahiyyəti mövcud olmuşdur. Məhkəmə qətnaməsini əsaslandırmaq üçün iddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin icra edilməməsi ilə bağlı 442 və 448-ci maddələrinə, həmçinin zərərin əvəzinin ödənilməsinə dair 21-ci maddəsinə istinad etmişdir. Halbuki, onun İddiaçı MMC qarşısında hər hansı bir formada öhdəliyi mövcud olmamışdır. Ona görə də məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Həmçinin iddia müddətinin tətbiqi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının özünün təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həmin biletlər 17-18 noyabr 2016-cı ildə və 03-05 dekabr 2016-cı ildə istifadə edilmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi və guya ona göndərdiyi ehtimal olunan tarixsiz və nömrəsiz müraciətində (pretenziyasında) ondan tələb olunan məbləğ 2755 ABŞ dolları həcmindədir. İlkin və sonrakı iddia ərizələrində isə bu məbləğ 1485 ABŞ dolları göstərilmişdir. Bu faktın özü də iddiaçının iddia tələbinin əsassız olmasını göstərir. Çünki ilkin təqdim olunmuş sənədlərdə guya həmin vaxtda onun əvəzindən viza və sığorta haqqı kimi 1270 ABŞ dolları ödənildiyi göstərilmişdir. Məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən iddia müddətinin tətbiqi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edə bilməmişdir. İddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya instasniyasında təqdim edir. Yuxarıda göstərilənlərdən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə də qətnamənin ləgv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması üçün hüquqi əsaslar yaranmışdır Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu göstərərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 16.11.2016-04.12.2016-cı il tarixləri arasında olan müddət ərzində müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər təmin edilmiş və həmin səfərlər baş tutmuşdur. İddiaçı tərəfindən qeyd edilən aviabiletlərin dəyəri X1 Assosiasiyasına ödənilmiş, lakin cavabdeh tərəfindən həmin aviabiletlərin dəyəri İddiaçı MMC-yə geri ödənilməmiş və bununla da iddiaçıya ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 21.1, 21.2 və 445.7-ci maddələrini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulmasıvə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsindənəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələbedə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasənborclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehdən 16.11.2016-04.12.2016-cı il tarixlərdə olan müddət ərzində müxtəlif istiqamətlərə səfərlərin həyata keçirilməsi üçün təmin edilmiş aviabiletlərin dəyərini tələb edir. İddiaçı bundan əvvəl cavabdehə qarşı eyni tələblə 02.12.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25.09.2020-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçının hazırkı iddia ərizəsi 24.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsində əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə kollegiyası mülki qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı cavabdehin müxtəlif istiqamətlər üzrə təyyarə uçuşları ilə bağlı aviabiletlərin əldə edilməsinə 1485 ABŞ dolları məbləğində xərc çəkmiş, cavabdeh isə həmin məbləği iddiaçıya qaytarmamışdır. Eyni zamanda keçən müddətdə ərzində illik 5 faizlə hesabanmış 297 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15.03.2021-ci il il tarixli, 2(011)-1179/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9311/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9311/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver