Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9316/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Cavabdeh1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-8045/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(011 )- 8045/2019 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və X2 əşyaları ilə birlikdə çıxarılmaları, cavabdeh X1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzilə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(011 )-8045/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclasları barədə xəbərdar olmamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş çəkişmə prinsipi pozularaq qiyabi qətnamə çıxarılmışdır. Halbuki, qanunvericiliklə müəyyən olunmuş çəkişmə prinsipinə əməl edilməli olduğu halda məhkəmə baxışında iştirakları təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-8045/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini və qiyabi qətnamənin ləğvi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(011)-8045/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti müdafiə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-8045/2019 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və qiyabi qətnamənin ləğvi barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Lakin hazirki iş materiallarından müəyyən olunur ki, mülki iş üzrə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildirişlər, həmçinin qəbul olunmuş qətnamənin sürəti cavabdehlərə göndərilmişdir. Lakin həmin bildirişlərin və göndərilmiş qətnamənin sürətinin cavabdehlər tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən sənədlər iş materiallarında yoxdur. Həmin Məcəllənin 244-cü maddəsinin tələblərinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(011 )-8045/2019 saylı qiyabi qətnaməsinin surətini 21.04.2021-ci il tarixdə almış və həmin tarixdə də qiyabi qətnamənin ləğvi barədə ərizə vermişdir. Cavabdeh4 isə sözügedən qətnaməni 26.04.2021-ci il tarixdə almış və 27.04.2021-ci il tarixdə qiyabi qətnamənin ləğvi barədə ərizə vermişdir. Göründüyü kimi, cavabehlər tərəfindən ərizə qanunla müəyyən edilmiş prosessual müddətə riayət olunmaqla verilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 250-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 250-ci maddəsində göstərilmiş imperativ tələbləri nəzərə almamış və ərizənin rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulduğuna görə şikayət qismən təmin olunmalı, qərardadı ləğv olunmalı və qiyabi qətnamənin ləğv olunması barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci tarixli 2(011)-8045/2019 saylı qərardadı ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş qiyabi qətnamənin ləğvi barədə ərizəyə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9316/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9316/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver