Məhkəmə qərarları › İş №2(103)-933/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-933/2025

25.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-933/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı mülki iş üzrə (Açar sözlər: “əmək mübahisəsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15.10.2014-cü il tarixdə açılmış ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 70 saylı, xx.xx.2014-cü il tarxli əmri ilə Azərbaycan Respublikası Mədəniyyət X2 və İxtisasartırma Mərkəzində elmi işçi vəzifəsinə, 05 saylı, xx.xx.2015-ci il tarxli əmri ilə isə metodist vəzifəsinə təyin edilmişdir.

2. 14.03.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Təhlil, təlim və tədris şöbəsi/Metodiki iş sektoru, Əsas, Metodist” vəzifəsinə qəbul edilmişdir.

3. 10.05.2023-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “metodist” vəzifəsinə işə qəbul edilmişdir.

4. Mədəniyyət üzrə Elmi-Metodiki və X1 Komissiyasının yaradılması haqqında xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, işçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət hər komissiyanın say tərkibi 9 (doqquz) nəfər müəyyən edilməklə eyni hüquqa malik iki attestasiya komissiyasının (bundan sonra “Birinci komissiya”, “İkinci komissiya”) yaradılması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Mərkəzin işçilərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2024-cü il martın 28-29 tarixlərində attestasiyadan keçirilmələri əmr edilmişdir.

5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış “işçilərin attestasiyası haqqında” 14 nömrəli Xəbərdarlıq bildirişindən görünür ki, Mərkəzin direktorunun xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrinə görə işçilərin – peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədilə attestasiya komissiyası yaradılmışdır. İddiaçı da attestasiya olunacaq işçilər kateqoriyasına aid edilmişdir.

6. xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrlə təsdiq edilmiş Mədəniyyət üzrə Elmi Metodiki və X1 komissiyasının yaradılması haqqında sənədlə İddiaçı Mərkəzin İnsan resurslarının idarəedilməsi sektorunda tanış olması və attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunması bildirilmiş, onun tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 (beş) il ərzində – peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədlərini (sertifikat, diplom və s.) attestasiya komissiyasına təqdim edilməsi və bu xəbərdarlığın xx.xx.2024-cü il tarixindən qüvvəyə minəcəyi izah edilmişdir.

7. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli “Attestasiya vərəqəsi”ndən görünür ki, attestasiyanın nəticələrinə görə (12 sual verilmiş, 9 suala cavab verilməmiş, 2 suala yanlış cavab verilmiş, 1 suala isə natamam cavab verilmişdir. 270 mümkün baldan 14 bal toplamışdır. “9” səs lehinə, “0” səs əleyhinə verilmişdir) İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən xitam verilərək azad edilməsi tövsiyə edilmişdir.

8. xx.xx.2024-cü il tarixli işçilərinin attestasiyası üzrə İkinci Komissiyanın keçirdiyi attestasiyanın nəticələrinə dair 3-24-2/3-03-P-3/2024 nömrəli Protokoldan görünür ki, Təhlil, təlim və tədris şöbəsinin kadr potensialının təhlili və təlimlərin təşkili sektorunun metodisti İddiaçı və digərləri tutduqları vəzifəyə uyğun hesab edilmirlər.

9. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-69/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Mədəniyyət üzrə Elmi-Metodiki və X3, təlim və tədris şöbəsinin Metodiki iş sektorunun metodisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mədəniyyət üzrə Elmi- Metodiki və X4 Attestasiya Komissiyasının qərarını əks etdirən attestasiya vərəqəsi və xx.xx.2024-cü il tarixli 3-24-2/3-03-P-3/2024 nömrəli protokol əmrin verilməsinə əsas olan sənədlər olmuşdur. 10.İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət edilmiş, xx.xx.2024-cü il tarixdə X7 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmış, xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

11. Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00331 nömrəli X7 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər İddiaçı və Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi X9 ilkin mediasiya sessiyasında keçirilən görüşlərdən sonra prosesi davam etdirilməsinə razılıq verməmişlər.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-69/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi, həmin əmrin nəticəsində onun işə bərpa edilməsi və işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra iddia həcminin artırılması barədə idda ərizəsinə əlavə təqdim edilərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X16 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01k72/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsinin təmin edilməsi, iddia tələbi ilə bağlı yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi məbləğində ödəncin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi xx.xx.2024-cü il tarixində attestasiya keçirərək, ona münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. xx.xx.2024-cü il tarixində 3-24-2/3-01f 20/2024 nömrəli əmr Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda, attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün ona 30 mövzu təqdim edilərək attestasiyanın “Novruz Bayramı”ndan sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Ona 30 mövzuya hazırlaşmaq üçün 1 (bir) ay müddət verilmişdir. O və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin 2 (iki) əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “Whatsapp” platformasında qrup yaradılmış, o da qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edilərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd ona təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı və digər işçilər “Novruz Bayramı” tətilindən sonra işə qayıtdıqda iş vaxtı qrupa attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. O və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. Ona və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş o və digər işçilər attestasiya zamanı mövzüdan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz etdiyi üçün təhqirlərə məruz qalmışdır. Attestasiyada iştirak etməsindən asılı olmayaraq ona və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. 2023-cü ilin fevral ayında X13 üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli həmin vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il, 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yalnız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Hüquqlarının pozulması ilə əlaqədar o və digər işçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə və digər qurumlara müraciət ediblər. Həmçinin, xx.xx.2024-cü il tarixində tərəfindən mediasiyaya müraciət olunmuş, xx.xx.2024-cü il tarixində X7 sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı əldə edilmişdir.

15. Cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə vəsatət təqdim edərək, İddiaçı “işə bərpa” tələbinə dair idda ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və yalnız həmin müddətlər ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. İddia müddətinin əhəmiyyəti əsasən ondan ibarətdir ki, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, digər tərəfdən, iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunmalıdır ki, İddiaçı əmək müqaviləsinə 2024-cu ilin aprel ayının 26-da xitam verilməsi və bu barədə əmrin ona həmin gün təqdim edilməsi, iddiaçının mediasiyaya 2024-cu ilin may ayının 24-də müraciət etməsi, mediasiya prosesinə 2 iyul 2024-cü il tarixində xitam verilməsi, iddiaçının həmin tarixdən 10 gün keçdikdən sonra – 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-69/2024 nömrəli əmrin mübahisələndirilməsinə dair iddia müddətinin axımı 2024-cu ilin aprel ayının 26-da başlanmış, iddiaçı həmin tarixdən 28 gün keçdikdən sonra - 2024-cu ilin 24 may tarixində mediasiyaya müraciət etmişdir. Beləliklə, iddia müddətinin əhəmiyyətli hissəsi iddiaçının mediasiyaya müraciət etdiyi tarixədək keçmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mediasiya prosesinə xitam verildiyi 2 iyul 2024- cü il tarixindən etibarən iddia müddətinin axımı bərpa olunaraq davam etmiş, iddiaçı isə həmin tarixdən yalnız 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, mediasiyaya müraciət edənədək 28 gün, mediasiyadan sonra isə 10 gün olmaqla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona təqdim olunduğu tarixdən 38 gün keçdikdən sonra məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2024saylı, 10 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

17. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyi, həmçinin, məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürüldüyü üçün İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının özünün məhkəmə iclasındakı izahatı ilə də müəyyən edilir ki, o, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə tanış olaraq əmək kitabçasını təhvil almış, həmin tarixdən artıq işdən azad edilməsi barədə məlumatlı olmuş, yəni iddia müddətinin axımı başlamış, xx.xx.2024-cü il tarixdə onun tərəfindən X14 Xidmətinin Bakı şəhər İdarəsinə izahat ilə müraciət ünvanlanmış, xx.xx.2024-cü il tarixdə (yəni, hüquqlarının pozulduğunu bildiyi vaxtdan 28 gün sonra) mediasiyaya müraciət edilmiş və iddia müddətinin axımı dayanmışdır. xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası yekunlaşmış və bununla da, iddia müddətinin axımı davam etmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməyərək, iddia müddətini 5 gün ötürdükdən sonra məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11. 65.1, 65.2, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.6, 70-c, 296.1, 296.2, 296.3, 296.6, 296.7-ci maddələrinə; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1, 29.3, 32.1.9, 32.4.2, 35.1 və 35.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, məhkəmə iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizəni təmin edərək, iddia tələbinin həmçinin bu əsasla da rədd etmişdir. İşdə olan Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X7 sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan göründüyü kimi tərəflərə bildiriş Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində göndərilmiş, xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Belə olduğu halda tərəfindən müvafiq Mediasiya təşkilatına müraciət xx.xx.2024-cü il tarixdən əvvəl edilmişdir. Həmin müraciətin tarixinin dəqiqləşməsi üçün müvafiq Mediasiya təşkilatına sorğu göndərilmiş və həmin sorğuya cavab hələ gəlməmişdir. Məhkəmə müvafiq Qətnamədə Mediasiya təşkilatı tərəfindən tərəflərə bildiriş xx.xx.2024-cü il tarixində göndərildiyini və həmin bildirişin tərəflərə xx.xx.2024-cü il tarixində çatdığını qeyd etsə də, iddia müddətinin axımının dayanmasını onun Mediasiya təşkilatına müraciət etdiyi andan deyil, Təşkilatın göndərdiyi bildirişin tərəflərə çatdığı, yəni xx.xx.2024-cü andan hesablamışdır. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə əlaqədar verilmiş müddəalara əsaslanaraq müvafiq qətnaməni qəbul etmişdir. Belə ki, müvafiq mediasiya təşkilatının vermiş olduğu arayışın ona nə vaxt təqdim edilməsi məhkəmə təhqiqatında aydınlaşdırılmamışdır. Halbuki bu hal iş üçün əhəmiyyətlidir. Bundan başqa Məhkəmə onun məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməli olduğu halda - xx.xx.2024-cü il tarixdə müraciət etdiyini və bununla da, o, iddia ərizəsinin verilməsi müddətini 5 gün ötürmüş olduğunu qeyd edir. Elektron məhkəmə sistemindən göründüyü kimi cavabdeh son iclas günü iddia müddətinin keçməsi barədə ərizə ilə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, o iş üzrə iddiaçılar ilə birlikdə xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə eyni tələblə və eyni tərəfə münasibətdə iddia qaldırmışdır. Həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron sisteminə qəbul edilmiş və sədrlik edən hakim Ceyhun Tağıyev təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3697/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadına əsasən iddiaçılar X10, İddiaçı və X6 cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X11rşı “attestasiya komissiyasının qərarının ləğv edilməsi, işə bərpa, buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qət edilmişdir. Həmin Qərardadda məhkəmə iddiaçıların, hazırki iddia tələbləri ilə bağlı ayrıayrılıqda məhkəməyə müraciət edə bilmələri qeyd edilmişdir. Müvafiq qərardad sistemə vurulduqdan 1 gün sonra iddiaçı tərəfindən (xx.xx.2024-cü il tarixdə) yenidən iddia qaldırılmışdır. Qeyd olunanlardan göründüyü kimi, o, heç bir halda iddia müddətini ötürməmişdir. Müvafiq qətnamədən göründüyü kimi Məhkəmə iş üzrə təqdim olunan və sübutlara münasibətdə bildirilən heç bir müddəanı araşdırmamış və bu səbəbdən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu iş üzrə elektron məhkəmə sistemindən göründüyü kimi cavabdeh son iclas günü iddia müddətinin keçməsi barədə ərizə ilə müraciət etmiş və məhkəmə elə həmin gün də müvafiq qətnaməni elan etmişdir. Belə olduğu halda, bunu təkzib edən və bununla əlaqədar olan sənəd və sübutların məhkəməyə təqdim etmək mümkünzüz olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, əmək münasibətlərinə 26 apreldə xitam verilmişdir. O, mediasiya şurasına sorğu göndərmişdir. 21-i bildiriş göndərilibsə, 24-ü bir tərəfə çatıb, digər tərəfə çatmayıbsa, deməli ən az 10 gün qabaqcadan müraciət olunmuşdur. Əks halda müraciəti geri qaytarardılar. Bu zaman da iddia müddətinin keçməsindən danışıla bilməz, çünki müraciət edilən andan iddia müddəti dayandırılır. Ayın 2-də iclas keçirilir, Ülviyyə xanıma ayın 3-də təqdim edilir. Birinci instansiya məhkəməsi işə baxmış və icraatın ayrılması qərarına gəlmişdir. O da ayın 11-də prosesin uzanmaması üçün iddiaları bir-birindən ayırıb göndərmişdir. Kütləvi qaydada attestasiyanın keçirilməsi ilə bağlı qərar verilir, iki attestasiya komissiyası yaradılır. Həmin iki attestasiya komissiyasının sədri bir nəfər, Eldar Qocayev olur. Əgər eyni şəxs sədr olacaqsa bir attestasiya komissiyası yaradılsa kifayət edərdi. İkinci məsələ attestasiya komissiyasının tərkibi ilə bağlıdır. Belə ki, tərkib 9 nəfərdən ibarətdir, əgər komissiyanın tərkibinin metodiki məsələlərdən xəbəri yoxdursa, cavabları necə qimətləndirə bilərlər. Suallara baxılsa görmək olar ki, əvvəldən 30 sual verilir, lakin bayram qabağı suallara 35 mövzu da əlavə edilir. Əgər suallar atılırsa ən azından 30 gün vaxt verilməlidir ki, işçilər hazırlaşsın. Və attestasiya zamanı sonradan atılan suallardan verilmişdir və təbii ki işçilər hazılaşmadığı mövzuya cavab verə bilməmişdir. 16 il işləmiş şəxsi birdən-birə attestasiya ilə işdən necə uzaqlaşdıra bilərlər. İşin materiallarında attestasiyanın video yazısı vardır, işçi susmayıb öz cavablarını demişdir. Bundan başqa attestasiya komissiyasının tərkibinin kimlərdən ibarət olması göstərilməmişdir. Çəkiliş bir istiqamətdə aparıldığı üçün komissiyanın üzvləri görünmür. İşəgötürənin iddiaçıya münasibətdə verdiyi əmrə baxsanız, attestasiya vərəqinə və protokola əsasən işdən çıxarılır. İstər Nazirlər Kabinetinin qərarında, istərsə də Əmək Məcəlləsində konkret göstəriş vardır ki, tutduğu vəzifəyə uyğun olduğu və ya olmadığı halda qərar qəbul edilməlidir. Bundan başqa attestasiyanın aparılması ilə ilə bağlı qabaqcadan işçilərə xəbərdarlıq olunmalıdır və bu xəbərdarlığı işəgötürən həyata keçirməli idi. Lakin bu xəbərdarlıq bildirişini qarşı tərəf, X9 imzalamışdır, lakin bunu işəgötürən imzalamalı idi. Bundan başqa iddiaçı 10 ilə yaxındır ki, orada işləyir. Attestasiya vərəqəsinə baxanda görür ki, attestasiya olunan şəxs bu vərəqə imza atmamışdır. Attestasiyanın aparılması barədə Mərkəzin əsasnaməsi vardır və orada qeyd olunur ki, 1 suala görə maksimum 10 bal verilir. Attestasiya vərəqindən görünür ki, 270 baldan 14 bal verilmişdir. Belə çıxır ki, iddiaçıya 27 sual verilməli idi. Eyni zamanda işçinin attestasiyaya görə keçid balı qeyd edilməmişdir. İddaçı 14 bal almışdır. İddiaçı ali təhsillidir, pedoqoji universiteti bitirmişdir. İddia müddətinin tətbiqi ilə bağlı vəsatətlə əlaqədar bildirir ki, burada vəsatət yox ərizə olmalı idi, çünki qanunun özündə qeyd olunur ki, ərizə ilə müraciət olunmalı idi. Vəsatətin xahiş etdi hissəsində iddia müddətinin tətbiq olunması qeyd edilməmişdir. Hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, təmin olunmalıdır.

24. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2023-ci ildə X20 gəlir, gəldiyi gündən çalışırdı ki, onları işdən uzaqlaşdırsın. Gördü ki, işçiləri işdən uzaqlaşdıra bilmir, 2023-cü ilin dekabr ayında qərəzli attestasiya təşkil edir, fevral ayında onlara 30 mövzu təqdim olunur. Bayram günündə iki adi işçi tərəfindən Whatsapp qrupu açılır və onlar qeyd edirlər ki, bu 65 mövzuya əsasən attestasiya olacaq. O, ədalətli qərar gözləyir, çünki o, 2-si tələbə, 1-i azyaşlı olmaqla 3 uşaq anasıdır. 10 ildir ki, o, həmin Mərkəzdə işləyir, heç bir töhməti, problemi olmayıb, bunların heç birini nəzərə almadan qıraqdan gəlib işçiləri işdən azad etmək düzgün deyil.

25. Məhkəmə iclasında iştirak edən cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Mediasiya təklifinin şəklini göstərə bilər. Burda təklifin göndərildiyi tarix qeyd olunmuşdur. 26 aprel tarixində işçinin əmək fəaliyyətinə xitam verilmiş, 24 may tarixində isə Mediasiya təşkilatına müraciət olunmuşdur. 2 iyul tarixində xitam verilir və onların 2 gün iddia ərizəsi ilə müraciət üçün vaxtları qalır. Attestasiya məsələsi ilə bağlı da qeyd etmişdir ki, attestasiyanın keçirilməsi ilə bağlı heç bir qanunauyğunsuzluq olmamış, işçinin nə qədər müddət işləməyinin heç bir əhəmiyyəti yoxdur. Attestasiya vərəqini rəhbərliyin qarşısında şəxsən işçiyə təqdim etmişdir. İşçi attestasiya ilə tanış olmaqdan imtina etmişdir. Ona görə də attestasiya vərəqində iddiaçının imzası yoxdur. Attetasiyanın tərkibi yetərincə nüfuzlu şəxslərdən ibarətdir. Attestasiyanın videoçəkilişi də vardır, orada görünür ki, işçiyə suallar verilir və sonda deyilir ki, hansı mövzunu yaxşı bilirsənsə o mövzudan sual versinlər. Xanım da qeyd edir ki, Konstitusiyanı yaxşı bilir. İddaçıdan soruşulur ki, Konstitusiya nə vaxt qəbul olunub, 27 noyabr cavabını verir, hətta Azərbaycanın qonşu ölkələri hansılardır sualına belə cavab verə bilmir. İddiaçı suallara qaneedici cavab verməmişdir. İddiaçı 22 ildir fəaliyyət göstərir və fəaliyyət göstərdiyi ixtisası, vəzifəni artıq bilməli idi.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

30.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 31.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 32.65-ci maddəsinin 1-5-ci hissələrinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğunolmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 33.65-ci maddəsinin 7-ci hissəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 34.67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 35.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 36.68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 37.70-ci maddəsinin «c» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. 38.70-ci maddəsinə edilmiş qeydə görə, maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 39.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 40.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 41.288-ci maddəsinin x) bəndinə əsasən, işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsinə dair məsələnin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 42.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 43.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 44.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 45.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

46.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun

47.21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 48.21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 49.21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 50.21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 51.24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 52.28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 53.32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 54.35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

55.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 56.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 57.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 59.İş materiallarından müəyyən edilir ki, iddiaçı, xx.xx.2014-cü il tarxli əmri ilə Azərbaycan Respublikası Mədəniyyət X2 və İxtisasartırma Mərkəzində elmi işçi vəzifəsinə, 05 saylı, xx.xx.2015-ci il tarxli əmri ilə isə metodist vəzifəsinə təyin edilmişdir. 60.Mədəniyyət üzrə Elmi-Metodiki və X1 Komissiyasının yaradılması haqqında xx.xx.2024-cü il tarixli əmrinə əsasən işçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə iki attestasiya komissiyasının (bundan sonra “Birinci komissiya”, “İkinci komissiya”) yaradılması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Mərkəzin işçilərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2024-cü il martın 28-29 tarixlərində attestasiyadan keçirilmələri əmr edilmişdir. İddiaçı, attestasiya olunacaq işçilər kateqoriyasına aid edilmiş digər işçilər ilə birlikdə bu barədə xəbərdar edilmişdir. 61.İkinci Komissiyanın keçirdiyi attestasiyanın nəticələrinə görə Təhlil, təlim və tədris şöbəsinin kadr potensialının təhlili və təlimlərin təşkili sektorunun metodisti İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli “Attestasiya vərəqəsi”ndən görünür ki, attestasiyanın nəticələrinə görə İddiaçı, ona verilmiş 12 sualdan 9 suala cavab vermədiyi, 2 suala yanlış cavab verdiyi, 1 suala isə natamam cavab verdiyi, beləliklə də 270 mümkün baldan cəmi 14 bal topladığı müəyyən edilmişdir. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi əmr verilmişdir. Əmrin verilməsinə əsas Mədəniyyət üzrə Elmi-Metodiki və X4 Attestasiya Komissiyasının qərarını əks etdirən attestasiya vərəqəsi və xx.xx.2024-cü il tarixli 3-24-2/3-03-P-3/2024 nömrəli protokol olmuşdur. 62.Əmri mübahisələndirmək niyyətində olan iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, X7 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024cü il tarixli arayışı almaqla, o, xx.xx.2024-cü il tarixdə müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.

63. Birinci instansiya məhkəməsi, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə və onun tələbinin təmin edilməsi üçün hüquqi əsasların müəyyən edilmədiyinə, həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən iddiaçının məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürdüyünə istinad edərək, İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. 64.Hazırda cavabdeh verdiyi apellyasiya şikayətində məhkəmənin hər iki əsasla iddianın rədd edilməsi barədə gəldiyi qənaətini mübahisələndirərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 65.Məhkəmə kollegiyası hazırkı mübahisəyə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə münasibətdə birinci instansiya məhkəməsinin sərgilədiyi mövqe ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

66. Belə ki, cavabdeh, birinci instansiya məhkəməsində aparılan icraat zamanı, (axırıncı hazırlıq iclasında) iddia müddətinin tətbiqinə dair ərizə verərək iddiaçının tələbinə münasibətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddətin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

67. İş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 28 gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı mediasiya təşkilatına xx.xx.2024-cü il tarixində müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu xx.xx.2024-cü il tarixli arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 1 aylıq iddia müddətini 5 gün ötürdükdən sonra məhkəməyə müraciət etmişdir.

68. Qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi kimi, digər iddiaçılar ilə birlikdə onun daha əvvəl (xx.xx.2024-cü il tarixində) verdiyi “işə bərpa və s.” tələblərinə dair iddiasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3697/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən geri qaytarılması, iddia irəli sürülənədək artıq başlanmış iddia müddətinin axımının kəsilməsinə səbəb deyildir. Belə ki, qanunla müəyyən edilmiş iddia müddətinin axımı verdiyi iddia ərizəsi geri qaytarıldığı üçün, ümumi qaydada davam etmişdir. 69.Bundan başqa qeyd edilməlidir ki, iddiaçı, məhkəmənin axırıncı hazırlıq iclasında cavabdehin verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3697/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını, bu barədə məlumatlı oluğu halda belə birinci instansiya məhkəməsinə təqdim etməmiş, istinad etdiyi qərardadı verdiyi apellyasiya şikayətinə əlavə etmişdir. 70.Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin toxunduğu və iddiaçının, apellyasiya şikayətində göstərdiyi işin mahiyyətinə dair dəlillərə də hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri sayır. 71.Belə ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv olunmasını, işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. İddiaçı, attestasiyasının Əmək Məcəlləsinin 65-67-ci maddələri ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyinə istinad edir və dəlilləri də ondan ibarətdir ki, “Whatsapp” sosial şəbəkəsində yaradılmış qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edilərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarları, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd ona təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində “Novruz Bayramı” tətilindən sonra iddiaçının və digər işçilərin iştirakçıları olduğu qrupa iş vaxtı attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. Onun və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmiş, o və 30 nəfərə yaxın işçi attestasiya komissiyasının qarşısına zorla çıxarılmışdır. Attestasiya zamanı verilmiş mövzülardan kənar suallar verilmişdir. 72.Birinci instansiya məhkəməsi, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halların sübut edilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsasların müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır. 73.Belə ki, iddiaçının istinad etdiyi dəlillər (sualların vaxtında təqdim edilmədiyi, attestasiya keçiriləcəyi barədə dəqiq məlumat verilmədiyi) işçilərin attestasiyasının əmək qanunvericiliyin pozulmaqla keçirildiyinə dəlalət etmir. 74.İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulan müəyyən sosial kateqoriyaya aid olan və tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədilə attestasiya olunmayan işcilərin kateqoriyasına aid deyildir. 75.İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli attestasiyanın video görüntüsünü əks etdirən disk tədqiq edilərkən, müasir dövrün tələblərinə cavab verən metodist vəzifəsinə uyğun olub-olmamadığını müəyyən etmək məqsədilə iddiaçıya verilmiş sualların Əmək Məcəlləsinin 65-ci maddəsinə zidd olmadığı, ixtisasına uyğun olmayan, kənar sualların verilmədiyi müəyyən edilmişdir. 76.Belə ki, metodistin peşəsi, elm (pedaqoji, psixoloji və metodik) və təhsil praktikası arasında bir vasitəçi olmaq, pedaqoji heyətin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir. Metodistin əsas professional metodik fəaliyyəti onun pedaqoji heyətin peşəkar fəaliyyətinin və təhsil proseslərinin təşkilini əhatə edir. 77.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 78.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 79.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2024 saylı, 10 oktyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar