Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9362/2020 18.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan iddiaçı MMC-nin verdiyi şikayətə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə “xxxx” ASC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə ümumilikdə 38.950,06 manat məbləğində pulun cavabdehdən tutularaq Bankın problemli aktivlərinin tələb etmək hüququnu qəbul etmiş “xxxx” QSC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə - cavabdehin mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nişanlı “X2” markalı avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini, həmin pul vəsaiti hesabına borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin cavabdehə verilməsi, satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulub QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı MMC Rayon Məhkəməsinə “iddianın təmin tədbirinin görülməsi barədə” ərizə təqdim edərək, işə baxılıb qurtaranadək ipoteka predmeti olan **- CG-*** dövlət qeydiyyat nişanlı, “X2” markalı avtomobilin üzərinə iddianı təmin etmə tədbiri olaraq həbsin qoyulmasını, avtomobilin istismarının qadağan edilməsi və avtomobilin xüsusi mühafizə olunan dayanacağa yerləşdirilməsini xahiş etmişdir. “İddianın təmin tədbiri görülməsi barədə” ərizəyə baxmış Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixdə qəbul etdiyi qərardad ilə “iddianı təmin etmə tədbiri barədə” ərizənin qismən təmin edilməsini, avtomobilinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini qərara almışdır. Hazırda cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin tədbirinin götürülməsi barədə xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü iddia rədd edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda avtomobilin üzərinə qoyulmuş qadağa götürülməlidir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. İddiaçı MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, görülmüş iddianın təmini tədbirini ləğv edən Rayon Məhkəməsi, nəzərə almamışdır ki, digər iş üzrə, yəni 2(004)-992/2011 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-cu il tarixli qətnamə mövcuddur ki, həmin qətnaməyə əsasən 20.908 manat məbləğində pul (hazırki iş üzrə cavabdeh) Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməli və tutma (hazırki iş üzrə də) ipoteka predmeti olan **-CG-*** dövlət qeydiyyat nişanlı, “X2” markalı avtomobilə yönəldilməlidir. Belə olan halda Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməlidir, çünki 2(004)-992/2011 saylı iş üzrə qəbul edilmiş xx.xx.2011-cu il tarixli qətnamə Cavabdeh tərəfindən hələdə icra edilməmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ərizəsi Rayon Məhkəməsinə daxil olduqdan sonra iddianın təmini tədbiri olaraq ipoteka predmeti olan avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Bundan sonra iddiaya mahiyyəti üzrə baxılmış və son nəticədə iddia rədd edilmişdir. İddianın rədd edilməsi barədə qətnamə qüvvəyə minmişdir (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14461/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır (maddə 157.2.). İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (maddə 162.3.). İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1.). Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon iş üzrə həyata keçirilmiş iddianın təmini tədbirini (cavabdehin ərizəsi əsasında) ləğv edilməsi barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçı MMC-nin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. İddiaçı MMC qərardaddan verdiyi şikayətdə qeyd edir ki, hazırki iş üzrə görülmüş iddianın təmini tədbirini ləğv edən Rayon Məhkəməsi digər iş üzrə, yəni 2(004)-992/2011 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-cu il tarixli qətnaməsinin mövcudluğunu nəzərə almamışdır. Məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərindən çıxış edərək bildirir ki, iddianın təmin tədbiri hazırki iş üzrə görülüb və başqa iş üzrə qəbul edilmiş qətnamə hazırki iş üzrə görülmüş tədbirinin ləğv edilməsinə mane olmur. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı MMC-nin şikayəti əsassızdır. Odur ki, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9362/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9362/2020
18.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver