Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9365/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin vəkili X2, Cavabdeh nümayəndəsi X3 və nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5354/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə ünvan 1 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahəsinin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı BOKT "xxxx" QSC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahədə icarəçi BOKT "xxxx" QSCnin fəliyyətinə mane olmaq və həmin sahənin kommunal təchizatını, o cümlədən elektrik enerjisi ilə təchizatını dayandırmağın cavabdehə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(004)- 5354/2021 saylı qərardadına əsasən ərizə təmin edilmiş, Hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 3 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahədə icarəçi BOKT "xxxx" QSC-nin fəliyyətinə mane olmaq və həmin sahənin kommunal təchizatı, o cümlədən elektrik enerjisi ilə təchizatının dayandırılması Cavabdeh qadağan edilmişdir. Qərardad dərhal icra edilmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli 2(004)-5354/2021 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin olunmaması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5354/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəməyə 14 sentyabr 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli məktubu ilə, iddiaçı BOKT "xxxx" QSC tərəfinən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT "xxxx" QSC-nin vəkili X5 tərəflərindən verilmiş şikayətə baxılması üçün işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 və nümayəndəsi və vəkili X4 etiraz edərək bildirdi ki, iddiaçının şikayət verməkdə məqsədi işi uzatmaq olduğundan işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı BOKT "xxxx" QSC tərəfinən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5354/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət apelyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9365/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9365/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver