Məhkəmə qərarları › İş №2(103)-94/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-94/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-94/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 562/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Birləşdirilmiş birinci iddia tələbi üzrə iddiaçı "xxxx"QSC cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Bahram Atabeyliyə (Atabəyli Bəhram), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, "xxxx" MMC-dən, Bahram Atabeylidən (Atabəyli Bəhram), Cavabdeh4 müştərək qaydada 35.855,48 ABŞ dolları əsas, 10.842,83 ABŞ dolları faiz borcu, 18.329,67 ABŞ dolları cərimə, cəmi 65.027,98 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" MMC-dən, Atabeyli Bahramdan (Atabəyli Bəhramdan) və Cavabdeh4 ümumi qaydada tutulması, tutma mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə verilməsindən sonra faiz və cərimə məbləğlərinin yenidən hesablandığını göstərərək, cavabdehlər Cavabdeh1, "xxxx" MMCdən, Atabeyli Bahramdan (Atabəyli Bəhram) və Cavabdeh4 müştərək qaydada 35.403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu, 18400 ABŞ dolları cərimə olmaqla, cəmi 68381,76 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" MMC-dən, Atabeyli Bahramdan (Atabəyli Bəhramdan) və Cavabdeh4 ümumi qaydada tutulması, tutma mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən və Cavabdeh4 müştərək qaydada 35403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə olmaqla cəmi 50481,76 (əlli min dörd yüz səksən bir dollar yetmiş altı sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş məhkəmə xərclərinin 44,50 (qırx dörd manat əlli qəpik) manat hissəsinin İddiaçı-nin xeyrinə tutulması, tutma ipoteka qoyulmuş Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilərək ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 5V, 37 saylı mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılması və mənzilin boşadılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 214,60 (iki yüz on dörd manat altmış qəpik) manatın cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən və Cavabdeh4, 75,40 (yetmiş beş manat qırx qəpik) manatın İddiaçı-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş ikinci iddia tələbi üzrəiddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə dair onunla İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və onun mülkiyyət hüquqularının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh4 iddia tələbinin məzmununa uyğun əsaslandırılmaqla apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)- 4450/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair mülki iş, məhkəmənin icraatında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bahram Atabeyliyə (Atabəyli Bəhram), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə biləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-772/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdiirlmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-4150/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, iddiaçı Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-772/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, -İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Bahram Atabeyliyə (Atabəyli Bəhram), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kredit borcunun Cavabdeh4 tutulması və borcun ipotekaya yönəldilməsi hissəsində; - İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə işə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı "xxxx" QSC və Atabəyli X1 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdirlər. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələblərindən imtina edilməsi barədə ərizələr təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçılar İddiaçı-nin və Cavabdeh1 hər birinin iddia tələblərinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı, 30 yanvar 2020-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnamələri ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçılar İddiaçı və Cavabdeh1 iddia tələblərindən imtinaları qəbul edilsin. İddiaçılar İddiaçı və Cavabdeh1 hər birinin tələblərinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı, 30 yanvar 2020-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnamələri ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanriverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar