Məhkəmə qərarları › İş №2(103)-9424/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9424/2021

21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9424/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(001)- 6363/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, Ermənistan SSR, Ararat rayonu, Şirazlı kəndində anadan olmuş xx.xx.1965-ci il təvəllüdlü Maraqlı şəxs ogey bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(001)- 6363/2021 saylı qərardadı ilə (hakim Fuad Abdıyev) iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmuşdur. Qərardaddan narazı olan ərizəçi ondan şikayət verərək, ləğv edilməsini, ərizənin icraata qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)-6363/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, ərizəçinin qohumluq faktı rəsmiləşəcəyi halda Vergi Məcəlləsi ilə ona verilmiş hüquqdan yararlana biləcək və nəticə etibarilə, qohumluq faktı bu halda ərizəçi üçün hüquqi nəticəyə səbəb olacaqdır. Belə ki, qohumluq münasibətləri yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsi nəzərdə tutulmuşdur. Ancaq sadalananlar öz-özlüyündə digər halların mövcudluğunu istisna etmir. İstisna edilən hala misal kimi bildirilmişdir ki, faktın yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqlarının tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir kimi qeyd edilmişdir. Yəni, belə halda münasibətlərin başqa normalarla nizama salınması izah edilir. Ərizəçinin müraciət etdiyi halın nizama salınması üçün isə başqa hüquq norması müəyyən edilməyib. Odur ki, məhkəmənin “vergidən azad olmanın hüquqi nəticələrə səbəb olmayacaqdır” kimi əsaslandırması prosessual norma ilə ziddiyyət təşkil edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Baxılan işdə ərizəçi xüsusi icraat qaydasında – qohumluq münasibətlərində (ögey bacı-qardaş) olma faktının müəyyən olunmasını xahiş etməklə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergidən azad olunmaq hüququndan istifadə etmək niyyətindədir. Birinci instansiya məhkəməsi ərizəni icraata qəbul etməkdən imtina edərkən, mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında qohumluq faktının müəyyən olunması hər hansı hüquqi nəticəyə səbəb olmayacaq. Ərizəçi qohumluq münasibətlərində olma faktının başqa məqsədlər, yəni öz mülkiyyətində olan əmlakı maraqlı şəxsə bağışlayarkən vergi ödəməmək üçün müəyyən edilməsini istəyir ki, bu da yolverilməzdir. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, ilk öncə vurğulayır ki, hüquqi əhəmiyyətli fakt dedikdə, hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olan faktlar nəzərdə tutulur. Əmlak anlayışı bir şəxsə mənsub pulla qiymətləndirilə bilən bütün haqq (aktiv hissə) və öhdəliklərin (passiv hissə) məcmusunu ifadə edir. Əmlak haqqları isə bir şəxsin iqtisadi mənafe baxımından əhəmiyyət kəsb edən bütün haqqlarını, yəni şəxsin əmlakının aktiv hissəsini ifadə edən bir anlayışdır. Bu konteskdən yanaşdıqda, şəxsin müəyyən hüquqi əməliyyata görə qanunla ödəməli olduğu vergidən hüquqi əhəmiyyətli faktın müəyyən olunması nəticəsində azad olunması əmlakının aktiv hissəsinin artımına səbəb olmaqla həmin şəxs üçün hüquqi nəticə yarada bilər. Məhkəmə isə, bu halı nəzərə almadan mülki hüquq subyektlərinin qanunla onlara verilmiş bu imkandan istifadə etmələrinin nəyə görə Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan qərarındakı hüquqi mövqelər baxımından başqa məqsədlər daşımasını əsaslandıra bilməmiş, eyni zamanda tərəflərin iştirakını təmin etməklə onlarla da bu məsələni müzakirə etməmişdir. Eyni zamanda, məhkəmə hüquqi əhəmiyyətli faktların müyyən edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizənin mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər mümkünlük əsaslarının ödənilib-ödənilmədiyini də yoxlamamışdır. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş xüsusi icraat qaydasında verilmiş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(001)- 6363/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(001)-6363/2021 saylı qərardadı ləğv edilsin və iş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar