Məhkəmə qərarları › İş №2(103)-9428/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9428/2021

20.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9428/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(011)-5229/2021 saylı iddianı təmin etmə tədbiri barədə qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh1 verilmiş Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu (X1) tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-163 nömrə ilə qeyd edilmiş 11.01.2018-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, onun tərəfindən Cavabdeh1 verilmiş Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-10-3364 nömrə ilə qeyd edilmiş, buraxılış ili 2009, mühərrik nömrəsi G4KE0A108157 ban nömrəsi KMHET41DBAA723409 olan “Hyundai Sonata minik'’ markalı, **-FZ-*** (hazırki **-VY-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair 05.09.2009-cu il tarixli ƏN-İİ 721134 nömrəli etibarnamənin etibarsız hesab edilməsi, buraxılış ili 2009, mühərrik nömrəsi G4KE0A108157 ban nömrəsi KMHET41DBAA723409 olan ‘Hyundai Sonata minik" markalı, **-FZ-*** (hazırki **-VY-***) dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 alınaraq onun mülkiyyətinə (sahiblik, istifadə, sərəncam hüquqları üzrə) qaytarılması, dəymiş maddi zərərə görə 2000 manat, mənəvi zərərə görə 2000 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılış ili 2009, mühərrik nömrəsi G4KE0A108157 ban nömrəsi KMHET41DBAA723409 olan “Hyundai Sonata minik” markalı, **-FZ-*** (hazırda **-VY-***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq satılmasının, bağışlanmasının, hər hansı formada özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(011)-5229/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, 2009-ci il buraxılışlı, mühərrik nömrəsi G4KE0A108157, ban KMHET41DBAA723409 olan, “Hyundai Sonata” minik markalı, **- FZ-*** (hazırki dövlət qeydiyyat nişanı **-VY-***) dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmiş, ərizə digər hissədə təmin edilməmişdir. İddiaçı 24.08.2021-ci tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək digər tələblərə əlavə olaraq onunla (etibarnamə üzrə Cavabdeh1) ilə Cavabdeh4 arasında Avtomobilin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 qərardaddan şikayət vermiş, şikayət məhkəmənin 24.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 da şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. İddianı təmin etmə tədbiri iddianın əsaslılığı prezumsiyasına söykənir. MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Kollegiya qeyd edir ki, şikayətin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün təşkil etmir. Belə ki, avtomobil bilavasitə mübahisə predmetini təşkil edir, mübahisə həmin avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır və həmin tələbin təmin edilməsi prezumsiyası mövcuddur. Ona görə də kollegiyası hesab edir ki, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etməyə yönəldiyi üçün mübahisə mahiyyəti üzrə həll edilənədək, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini qismən təmin edərək, sözgedən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini qadağan etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh4 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(011)-5229/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar