Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9434/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının və onun nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2 (010)-2179/2021 saylı qərardadından iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı Cavabdeh qarşı "torpağın alınması, tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikah müddətində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 0,7 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 110 kv.metr olan yaşayış evi, yardımçı sahələrin tikilməsinə çəkilən xərclərdə payının müəyyən edilməsi və vəsaitin 1/2 məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2 (010)-2179/2021 saylı qərardadı ilə iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh qarşı “torpağın alınması, tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2 (010)-2179/2021 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 25 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 noyabr 1994-cü ildə evlənmişdir və nikahları Suraxanı rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(010)-230/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. O, Cavabdeh ilə ümumi təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Cavabdehlə nikahlarının pozulmasından sonra birgə nikah müddətində əldə olunmuş əmlakın bölünməsi barədə Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və məhkəmənin 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlə evliliyi müddətində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 0,7 ha torpaq sahəsi alınmışdır və həmin torpaq sahəsində ümumi sahəsi 110 kv.metr olan yaşayış evi, yardımçı sahələr tikilmişdir. Ev işıq, qaz və su ilə tam təhciz olunmuşdur. Həyətyanı torpaq sahəsi hasarla əhatə olunmuşdur. Lakin torpaq sahəsi və üzərində olan tikililər rəsmiləşdirilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Həmin torpaq sahəsinin alınmasına və üzərində olan tikililərin inşa olunmasına, digər zəruri işlərin görülməsinə ümumilikdə 70-80 min manat vəsait xərclənmişdir. Həmin pul vəsaiti İddiaçı Cavabdeh ilə birgə nikah müddətində əldə etdiyi qazancı hesabına olmuşdur. Cavabdehlə aralarında birgə nikah müddətində əldə olunmuş əmlaklar sırasında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 0,7 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 110 kv.metr olan yaşayış evi, yardımçı sahələrin bölünməsi mübahisələndirilsə də, məhkəmə müəyyən etmişdir ki, hazırkı mübahisə predmeti ilə bağlı həmin əmlaka dair mülkiyyət və ya hər hansı hüquq dövlət qeydiyyatına alınmadığından və qeydiyyata alınması üçün əsaslar olmadığından həmin əmlak üzərində hazırkı iş üzrə tərəflərin heç bir hüququ yaranmadığından əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi mülki qanunvericiliyin müddəalarına ziddir. Məhkəmənin gəldiyi bu nəticənin qanuniliyinə və əsaslılığına istinad edərək, həmin torpaq sahəsinin, onun üzərində olan evin və onun yardımçı sahələrinin tikintisinə sərf olunmuş pul vəsaitinin İddiaçı cavabdehlə birgə nikah dövründə əldə olunmuş vəsait hesabına başa gəlməsinə əsaslanaraq mübahisə predmetinə çəkilmiş xərclərin bölünməsini tələb etmək hüququ vardır. O, cavabdehlə bərabər işləmişdir və hər ikisinin qazancı hesabına mübahisəli torpaq sahəsi və onun üzərində olan tikililər inşa edilmişdir. Ona görə də o, cavabdehə qarşı “torpağın alınması və tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə olunan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasından asılı olmayaraq, həmin tikililərə çəkilən xərclərdə iddiaçının prayının olduğu şəksizdir və həmin payı tələb etmək hüququ vardır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı, onun nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2 (010)-2179/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti qəbul etmədi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2 (010)-2179/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2 (010)-2179/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddiasına Suraxanı rayon məhkəməsində baxılaraq (X4) iş üzrə qətnamə qəbul edilmişdir. Sözügedən mülki işdə iddia tələbinin bir hissəsini “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsinin dəyəri olan 10,000 manatın, torpaq sahəsinin üzərində tikilmiş 110 kv.m tikilinin dəyəri olan 20,000 manatın, torpaq sahəsinin hasarının dəyəri olan 2000 manatın, yardımçı sahə-hamamın dəyəri olan 10,000 manatın, həyətdə tikilmiş besedkanın dəyəri olan 2000 manatın, içməli suyun çəkilməsi üçün 500 mamatın, qazın çəkilməsi üçün 600 manatın işığın çəkilməsi üçün 600manatın, həyətin giriş qapısının dəyəri olan 450 manatın, yardımçı tikilinin dəyəri olan 2000 manatın, cəmi 48,150 manatın yarısının – 24, 075 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” təşkil etmişdir. Suraxanı rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(010)-311/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki: “İddia tələbinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsinin, üzərində tikilmiş tikilinin, hasarın, yardımçı sahə-hamamın, besedkanın, içməli suyun, qazın, işığın çəkilməsi ilə bağlı xərclərin, giriş qapısının, yardımçı tikilinin dəyərinin, yəni 48150 manatın bölünməsi” hissəsi lə bağlı qeyd edilməlidir ki, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi, xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin əmlaka dair mülkiyyət və ya hər hansı hüquq dövlət qeydiyyatına alınmadığından və qeydiyyata alınması üçün yuxarıda qeyd olunan əsaslar olmadığından həmin əmlak üzərində hazırki iş üzrə tərəflərin – istər cavabdehin, istərsə də iddiaçının heç bir hüququ yaranmamışdır və həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi mülki qanunvericiliyin müddəalarına ziddir.” Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırkı iddia tələbi və Suraxanı rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(010)-311/2020 saylı qətnaməsi ilə bağlı iş üzrə mübahisə eyni tərəflərin arasındadır. Hazırkı mülki işdə irəli sürülmüş torpağın alınması, tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul tələbi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə baxılmış iddia tələblərinin predmeti eynidir. Nəhayət, əvvəlki və hazırkı iddia tələbləri üzrə iddiaçı eyni əsaslardan çıxış etməklə cavabdehə qarşı eyni tələb yönəltmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2 (010)- 2179/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9434/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9434/2021
15.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver