Məhkəmə qərarları › İş №2(103)-944/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-944/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-944/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a saylı torpaq sahəsi və 1315 a saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə vətəndaş X1 arasında bağlanmış alqı- satqı müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı bağ sahəsi iddiaçının xüsusi mülkiyyətinə keçmişdir.Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan aydın olduğu kimi, reyestr nömrəsi **********22 reyestr nömrəli, ölçüsü 0.12 ha olan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı bağ sahəsi ünvanı ilə İddiaçı xüsusi mülkiyyətindədir.Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, A№ 302896 saylı torpaq sahəsinin plan və ölçüsündə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin planı və qonşu sərhədləri əksini tapmışdır.İddiaçının xüsusi mülkiyyətində olan 1315 a saylı torpaq sahəsi ilə üzbəüz Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a saylı bağ sahəsi ünvanı ilə qeydə alınmış torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir.İddiaçı torpaq sahəsini aldıqdan sonra orada öz istəyinə uyğun, torpaq sahəsindən istfadənin ilkin şərtlərindən olan torpaq sahəsi hüdudlarında çəpərləmə apara bilməmiş, həmçinin qapı (darvaza)qoya bilməmişdir. Buna səbəb isə qonşunun - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a saylı bağ sahəsinin mülkiyyəçisi Cavabdeh özbaşına şəkildə 1314 a və 1315 a saylı torpaq sahələri arasından keçən və ümumi istifadədə olmalı olan, heç kəsin xüsusi mülkiyyətində olmayan yolu mənimsəyərək öz torpaq sahəsinə qatması və çəpərləməsidir (hasar çəkməsi), qapı (darvaza) qoydurması və həmin sahədə həmçinin, su çəni yerləşdirməsi olmuşdur.İddia ərizəsinə də əlavə edilmiş foto və video çəkilişdən də məhkəməyə də aydın olacaq ki, yol verilmiş bu pozuntu sayəsində iddiaçı öz xüsusi mülkiyyətindən istifadə etməkdə böyük çətinliklərlə qarşılaşır. İddiaçı müvəqqəti də olsa digər bir kəsin - 3- cü şəxsin xüsusi mülkiyyətinə olan torpaq sahəsindən istifadə edərək öz torpaq sahəsinə keçir. Yəni, faktiki olaraq iddiaçı öz torpaq sahəsinə icazəsiz, sərbəst şəkildə daxil ola bilmir.Cavabdeh - 1314 a saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh və onun ailə üzvü ilə bu məsələ ilə əlaqədar dəfələrlə danışıq aparsa da, cavabdeh tərəf heç bir qanun pozuntusuna yol vermədiyini, iki torpaq sahəsi arasında olan, ümumi istifadədə olmalı olan yolun çəpərlənməsi (hasara alınması) faktının artıq uzun illərdir olduğunu, iddiaçının öz torpaq sahəsini alarkən bu faktı nəzərə almalı olduğunu bildirərək pozuntuya son verməyi rədd edir.Baxmayaraq ki, qanunvericilik hər kəsin xüsusi mülkiyyətində olan torpağın sahəsi, sərhədini, bu sərhədin harda başlayıb-bitməsini, torpaq sahəsinin planını dəqiq şəkildə müəyyən etməyə imkan verən müddəaları özündə əks etdirir.Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı torpaq sahəsindən istifadənin həyat keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a saylı torpaq sahəsi və 1315 a saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan Cavabdeh yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a saylı torpaq sahəsi və 1315 a saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh Cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasar, qapı (darvaza), su çəninin onun hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsasız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gələməsi sübuta yetirilir. Bu səbəbdən qətnamə ləğ edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə idiaçının iddia tələbini ancaq 11238 saylı xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyinə istinad edərək iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə mühüm əhəmiyyətli olan bütün faktiki haları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməməsi nəticəsində əsassız aktı qəbul etmişdir. Ekspert rəyinə görə mütəxəssis rəyi əsasında Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdehməxsus 1314a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyyən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilmədi. Sxemlərdə göstərilən miqyaslı yolun ebi 6.6 metrdir. Hal-hazırda mübahisələndirilən yol dəmir darvaza qoyularaq bağlandığı müəyyən edilmişdir. Məhkəmə aktı ancaq ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Lakin ekspert rəyi natamamdır. İlk öncə tikinti-texniki eksperti Cavabdeh məxsus 1314a saylı torpaq sahəsinə olmamış və ölçü işləri aparmamışdır. Bu da onda ekspert rəyinin obyektivliyinə şübhə yaradır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Qarardada ilə ekspert qarşısında iki sual qoylmuşdur. Ekspert 1-ci suala qeyri-dəqiq, 2-ci suala isə cavabverməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsus 1314a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulmasının göstərilməsi yanlış fikirdir. Ekspert rəyində iş materiallarına əlavə edilmiş sxemdə göstərilməsi kimi yönəldici ifadələr çaşqınlıq yaradır. İş materiallarına əlavə edilmiş **********50-11301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli Texniki pastportun torpaq sahəsinin planında və sxemindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsinin yolu onun torpaq sahəsindən keçmir. əgər ekspert faktiki olaraq sözügedən torpaq sahələrinə baxış keçiridikləri zaman qeyd etdiklərinin şahidi ola bilərdilər. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri deyil, məhkəmə tikinti-texniki eksperti, habelə məhkəmənin iştirakı ilə əraziyə baxış keçirməli və faktiki ölçülər götürülməlidir. Bundan başqa, məhkəmə həmin torpaq sahəsinin yolun uzunluğu neçə metr olmalıdır sualına ekspert yolun eninin ölçüsünü göstərmişdir. Normativ və qaydalara əsasən yolun eninin uzunluğunun ilə torpaq sahəsinə giriş-çıxış yolunun müəyyən edilməsi kifayətedici deyildir. 1314a saylı torpaq sahəsinin yolu İddiaçı torpaq sahəsinə gedən yol deyil. Həyat yoldaşı, mərhum X2 məxsus 1314 saylı torpaq sahəsinə aid yoldur. Bakı şəhəri 53 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Məhz bu səbəbdən məhkəmənin və ekspertin qeyd olunan torpaq sahələrinə baxış keçirməsi zəruridir. Yuxarıda qeyd olunanlar, ekspert rəyi ilə texniki pasport arasında texniki göstəricilərdə kəskin ziddiyyətlərin və fərq mövcudluğu olduğu təqdirdə məhkəmə bu zidiyyəti araşdırmadan yekun akt qəbul etməsi ilə Azərbayan Respublikası Mülki-Prosessual Məcəlləsinin 102.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normaya əsasən ekspert rəyi kifayət qədər aydın və tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Digər tərəfdən Azərbaycan Respublikası Melki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 saylı torpaq sahəsinə və 1314a saylı torpaq sahəsinə hüquqi qiymət (mükiyyətçi müəyyən edilməmiş, hüquqi varisliyi, hansı ərazini əhatə etməsi və ölçüləri) verməmişdir. Qeyd olunan torpaq sahələri fərqli mülkiyyətlərdir. Məhkəmə bu hissədə ümumiyyətlə araşdırma aparmamışdır. Habelə məhkəmə aktında Cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasar, qapı (darvaza), su çəninin onun hesabına sökülməsi qət edilmişdir. Lakin iddiaçı Ağayeva Xəyalə Sarıbala qızının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsinə giriş-çıxış yolunun hansı məsafədən müəyyən olunmadığı təqdirdə məhkəmənin gəldiyi nəticə ədalətli hesab oluna bilməz. Belə ki, ona məxsus torpaq sahəsində qapı (darvaza), su çəni iddiaçının torpaq sahəsinə aidiyyatı yoxdur. Çünki mülkiyyətində olan torpaq sahəsinin qapı hissəsində su çəninə kimi olan məsafə təxminən 6 metr təşkil edir. İş materiallarında olan Texniki pasportlar buna sübutdur. Yenə də ekspertin qeyd olunan torpaq sahələrinə baxış keçirməsi qaçılmazlığı ortaya çıxır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehə bir neçə dəfə aralarında barşıq olması üçün razılığa gəlinməsi təkilf edilsə də, cavabdeh tərəf bundan imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11238 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçurayonu, Bilgəh qəsəbəsi, 1315 a sayli torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsus 1314 a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyyən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilməmiş, sxemlərdə göstərilən miqyasla yolun eni 6,6 metrdir, halhazırda mübahisələndirilən yolun dəmir darvaza qoyularaq bağlandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. İş materialları ilə müəyyən edildir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə gedən yolu zəbt etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olamaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində 1314a saylı torpaq sahəsinin yolu İddiaçı torpaq sahəsinə gedən yol deyil, həyat yoldaşı (mərhum) X2 məxsus 1314 saylı torpaq sahəsinə aid yol olduğunu qeyd etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11238 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçurayonu, Bilgəh qəsəbəsi, 1315 a sayli torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsus 1314 a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyyən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilməmiş, sxemlərdə göstərilən miqyaslayolun eni 6,6 metrdir, halhazırda mübahisələndirilən yol dəmir darvaza qoyularaq bağlandığı müəyyən olunmuşdur. Həmçinin cavabdeh apellyasiya şikayətində ekspert rəyinin natamam olduğunu qeyd etsə də, bu halın nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar