Məhkəmə qərarları › İş №2(103)-9446/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9446/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9446/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3863/2021 saylı 10 avqust 2021-ci il tarixli qərardadından ikin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 24.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 41B, ümumi sahəsi 87,70 m2 olan, korpus 1, giriş B, 96 nömrəli mənzildən Cavabdeh ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin mənzilin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh 10.08.2021-ci il tarixdə “maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 41B, korpus 1, giriş B, 96 saylı mənzilin təmirinə xərclənmiş 42400 manat məbləğində pulun cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3863/2021nömrəli, 10.08.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin təyin edilərək icraat dayandırılmışdır. Cavabdeh 26.08.2021-ci il tarixdə şikayət verərək Yasamal Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(004)-3863/2021 saylı qərardadının mülki işin icraatının dayandırılması hissəsində ləğv edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3863/2021 saylı 27 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3863/2021 saylı 10 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Göründüyü kimi, rəyin alınması barədə qərardaddan qüvvədə olan prosessual qanunvericiliyə əsasən işin sonrakı hərəkətinə mane olmadığından şikayət verilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər.. İş üzrə icraatın dayandırlması hissəsi ilə bağlı şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, iş üzrə ekspertin iş üzrə rəy verməsi müəyyən vaxt tələb etdiyindən, həmçinin qanunvericilikdə mülki işlərə baxılma müddəti 3 ay həddində müəyyən edildiyindən, hazırki mülki işin icraatı rəy alınanadək dayandırılması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3863/2021 saylı 10 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3863/2021 saylı 10 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar