Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9447/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 (əlli min) manat əsas borcun, qətnamə qəbul olan günədək bank faiz dərəcəsi əsas götürülməklə ümumi məbləğin 15%-i həcmində iki illik 15000 faiz pulunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı arasında olan 50000 manat borcu təsdiq edən 17.07.2019-cu il tarixli qəbzin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 50000 manat əsas borcun, AR MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən hər il vurduğu zərərə görə ümumi borcun 5 faizi həcmində - 2017-ci ilin iyun ayından 2021-ci ilin iyun ayına kimi 10000 manat gecikdirməyə görə faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş. Cavabdeh 50000 (əlli min) manas əsas borc və ümumi borcun 5%- həcmində 2017-ci ilin iyun ayından 2021-ci ilin iyun ayına kimi 10000 (on min) manat gecikdirməyə görə faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında olan 50000 (əlli min) manat borcu təsdiq edən 17.07.2019-cu il tarixli qəbzin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməsi, iş üzrə aparılmış 126 (yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi .qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı (cavabdeh) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Misirxan Həsənov tərəfindən imzalanmışdır.Lakin iş materiallarında Misirxan Həsənovun səlahiyyətli olması müəyyən edilmir. Belə olan halda şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9447/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9447/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver