Məhkəmə qərarları › İş №2(103)-946/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-946/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-946/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(004)- 4890/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh BOKT ASC arasında bağlanmış 16 iyul 2015-ci il tarixli, 2015/00083-01 saylı kredit müqaviləsi üzrə 60 ay müddətinə, illik 28%-lə götürülmüş 20000 ABŞ dolları məbləğində borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh BOKT ASC ilə bağlanmış 16 iyul 2015-ci il tarixli, 2015/00083-01 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 28%-lə 20000 ABŞ dolları borc almışdır. Borcun ödənilməsinin təminatı kimi Cavabdeh BOKT ASC ilə onun arasında 16 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. O, krediti vaxtında ödəyə bilməmişdir. Hazırda 10000 ABŞ dolları borcu qalsa da, cavabdeh bildirir ki, güya onun 45000 ABŞ dolları borcu qalmışdır. Onun borcu məhkəmə qaydasında yenidən hesablanmalı və artıq hesablanan borc slinməlidir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(004)- 4890/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. Qətnamənin əsaslarına görə, Cavabdeh BOKT ASC iddia ərizəsi ilə 18 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı 16 iyul 2015-ci il tarixli, 2015/00083-01 saylı kredit müqaviləsi üzrə yaranmış 19353,72 ABŞ dolları əsas borc, 6280,34 ABŞ dolları faiz borcu, 6160 ABŞ dolları cərimə olmaqla, cəmi 31794,06 ABŞ dolları borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, tələbin sonuncuya məxsus Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi 64 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə edilən vəsait hesabına 31794,06 ABŞ dolları borcun və ödənilmiş 31 manat dövlət rüsumunun ödənilməsi, İddiaçı əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh BOKT ASCnin xeyrinə 16 iyul 2015-ci il tarixli, 2015/00083-01 saylı kredit müqaviləsi üzrə 19353,72 ABŞ dolları əsas borc, 8432,06 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 27985,78 ABŞ dolları kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 31 manat dövlət rüsumunun tutulması, tələbin İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 64 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, kredit borcu ödəniləndən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan ən gec bir ay ərzində cavabdeh İddiaçı həmin yaşayış sahəsini tərk etməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2018-ci il tarixli, 2(103)-1670/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018ci il tarixli, 2(102)- 4253/2018 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 1670/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə İddiaçı və Cavabdeh BOKT ASC arasında bağlanmış 16 iyul 2015-ci il tarixli, 2015/00083-01 saylı kredit müqaviləsi üzrə yaranmış borcun məbləği müəyyən edilmişdir, yəni əsas borc 19353,72 ABŞ dolları, hesablanmış faiz borcu 8432,06 ABŞ dolları, cərimə 200 ABŞ dolları olmaqla, cəmi 27985,78 ABŞ dolları borc müəyyən edilmişdir. Həmin borcun İddiaçı tutularaq Cavabdeh BOKT ASC-yə ödənilməsi barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəməsi mövcuddur. Qətnamə ilə müəyyən edilmiş borcun məbləği İddiaçı və digər şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat

5. İddiaçı qətnamədən şikayət verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadı: “- 26. Qeyd edildiyi kimi, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. - 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. ... - 51. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. - 52. Ona görə də, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. - 53. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

9. İşin hallarından görünür ki, mübahisənin predmetini 16 iyul 2015-ci il tarixli, 2015/00083-01 saylı kredit müqaviləsi üzrə yaranmış borcun məbləği təşkil edir.

10. Həmin müqavilə üzrə yaranmış borcun məbəği isə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş qətnaməyə əsasən müəyyən olunmuşdur, yəni, artıq həmin borc məbləği ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

11. MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını nəzərdə tutur. Hazırkı iş üzrə də mübahisə eyni tərəflər (İddiaçı və Cavabdeh BOKT ASC) arasındadır, predmet (16 iyul 2015-ci il tarixli, 2015/00083-01 saylı kredit müqaviləsi üzrə yaranmış borcun məbləği) eynidir və məhkəmə qətnamələrindən görünür ki, həmin iş üzrə cavabdeh olan İddiaçı borcun məbləğini də həmin icraatda mübahisələndirmişdir. Yəni, iş üzrə bu əsasla xitam verilməsi üçün əsasların hər 3-ü mövcudur.

12. Buna görə də, birinci instansiya məhkəməsi hazırkı tələbə baxaraq mahiyyəti üzrə qətnamə çıxarmaqda haqlı olmamışdır.

13. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, qətnamənin ləğvi üçün əsaslar mövcuddur. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(004)- 4890/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar