Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-947/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Suraxanı Rayon İcra Şöbəsi, "xxxx" MMC, Cavabdeh3 ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsi, "xxxx" MMC və Cavabdeh3 ASC-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3694/2022 saylı, 20.*0.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin *2 avqust 2009-cu il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *3 mart 2008-ci il tarixli qətnaməsi 3.200 manat nümayəndəyə ödənilən məbləğ hissəsində dəyişdirilərək həmin pulun *000 manat məbləğində müəyyən edilməsi, kredit müqaviləsinin təminatı kimi 0* iyun 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmuş və İddiaçı məxsus Bakı şəhəri, Suraxani rayon, Yeni Günəşli qəsəbəsi, ev *4* ünvanında 38.3 kv.metr olan, 3 otaqlı 63 saylı mənzildə yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34.694.67 ABŞ dolları əsas borc və 2.*54.30 ABŞ dolları faiz borcu və 584.9* ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 37.433.88 ABŞ dolları və 30.*0.2007-ci il tarixindən etibarən öhdəlik tam icra olunanədək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş *9 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməsi qət edilmişdir.
2. "xxxx" Hərracın nəticələri haqqında *5 may 20*6-cı il tarixli, Y-2*5 saylı yekun Protokoldan görünür ki, hərracın təşkilatcısı "xxxx" MMC olmuş, satılan əmlak İddiaçı məxsus mübahisəli mənzil ilkin olaraq 67.000 manata qiymətləndirilmiş, ilkin satış qiymətinin enmiş faizləri *5% və 25% olmaqla əmlakın son qiyməti 42.7*3 manat təşkil etmiş və ipoteka saxlayan satılan əmlakı həmin qiymətə almışdır.
3. Suraxanı Rayon İcra Şöbəsinin 03 iyun 20*6-cı il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-2*5 nömrəli yekun protoklu məlumat üçün X5 göndərilmiş və 06 iyun 20*6-cı il tarixdə X7 tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 090**66 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev *4*, mənzil 63 mülkiyyət hüququ üzrə "xxxx" İKB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ***6049777 nömrə ilə 26 iyul 20*6-cı il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsi, "xxxx" MMC və Cavabdeh3 ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *5 may 20*6-cı il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev *4*, mənzil 63 ünvanında yerləşən ona məxsus yaşayış sahəsinə dair keçirilən hərrac nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, X3 ilə bağladığı 0* iyun 2007-ci il tarixli zaminlik müqaviləsi ilə ona məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y\s *4* saylı evin ipoteka predmeti kimi tanınması ilə razılığa gəlmişdir. Lakin əsas borclu tərəfindən pul "xxxx" İKB ASC-yə ödənilmədiyindən, tələb Bakı Apellyasiya Məhkəməsinin *2 avqust 2009-cu il tarixli icra vərəqəsinə əsasən ona məxsus sözügedən ipoteka predmetinə yönəldilmişdir. Belə ki, həmin icra vərəqəsinə əsasən, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34.694,67 ABŞ dolları əsas borcu və 2.*54,30 ABŞ dolları faiz borcu və 584,9* ABŞ dolları pulu olmaqla, cəmi 37.433,88 ABŞ dolları və 30.*0.2007ci il tarixindən etibarən öhdəlik tam icra olunanədək hər bir təqvim günü üçün 52,04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş *9 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməsi qət edilmişdir. 30 oktyabr 20*2-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərara əsasən, ona "05" gün müddətində icranın könüllü şəkildə icra edilməsi öhdəliyi qoyulmuş və əks təqdirdə, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. 07 noyabr 20*2-ci ildə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisinə ünvanlanmış məktubda göstərilmişdir ki, icra tələbi müəyyən edilmiş vaxtda könüllü icra edilməmiş, bu səbəbdən də, ona əlavə olaraq 5 gün vaxt təyin edilmişdir. Əks halda isə, *6 noyabr 20*2-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" y\s, *4* saylı ona məxsus sahəsi 38.3 kv.metr olan 3 otaqlı 63 saylı mənzildə yaşayanların evdən məcburi çıxarılması təyin edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə verilmiş *7 noyabr 20*2-ci il tarixli məktubuna əsasən, ona məxsus sözügedən mənzil üzərinə qadağa qoyulmuşdur. 20 aprel 20*5-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərara əsasən, ona məxsus sözügedən mənzilin qiymətləndirilməsi üçün X* keçirən "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmışdır. ** noyabr 20*5-ci il tarixli "xxxx" MMC tərəfindən ona məxsus ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı təqdim olunan hesabata əsasən, ümumi məbləğ 67.000 manat müəyyən edilmişdir. *5 may 20*6-cı il tarixli Müqaviləyə əsasən, ona məxsus sözügedən mənzilin hərrac yolu ilə "xxxx" X4 ASC-yə 47.7*3 min manata satılmışdır. 4 fevral 2022-ci il tarixli "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinin müdirinə göndərilən məktuba əsasən isə, X2 *2.08.2009-cu il tarixli qətnamə üzrə qalıq borcu *2353.*4 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil etdiyindən, qətnamənin icrasını təmin etmək üçün icra tədbirlərinin davam etdirilməsi, eyni zamanda bankın mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən ev *4*, 63 saylı mənzilin boşaldılması ilə bağlı təyinat verilməsindən ötrü icra məmuruna göstəriş verilməsini xahiş etmişdir. Buna əsasən, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş ona ünvanlanmış xəbərdarlığa əsasən isə *5.05.20*6cı il tarixli hərrac yekunları haqqında protokola əsasən mübahisəli mənzilin "xxxx" ASC-yə satılmasına baxmayaraq, mənzilin boşaldılmaması və bu səbəbdən mənzilin xx.xx.2022-ci il tarixə qədər könüllü surətdə boşaldılması tələb edilmişdir. 3* may 2022-ci il tarixli Suraxanı rayon İcra şöbəsi tərəfindən ona ünvanlanmış xəbərdarlığa əsasən isə, məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmişdir. 6 iyun 2022-ci il tarixli Bakı şəhər Suraxanı rayon İcra şöbəsini qərarına əsasən isə Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-37*7/2009 saylı icra sənədinin tələbləri tam icra olunduğu və xx.xx.2022-ci ildə sözügedən mənzildə yaşayanlar evdən çıxarılaraq tələbkarın nümayəndəsinə təhvil verildiyindən icraata xitam verilmişdir. Ona Sabunçu rayon İcra şöbəsi tərəfindən göndərilən heç bir bildiriş çatmamış, hərracın keçirilməsi ilə bağlı mlumat ala bilməmişdir, buna görə də keçirilən hərracda iştirak edə bilməmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3694/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, Suraxanı Rayon İcra Şöbəsinin 03 iyun 20*6-cı il tarixli, məktubuna əsasən "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-2*5 nömrəli yekun protoklu məlumat üçün X5 göndərilmiş və 06.06.20*6-cı il tarixdə X7 tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir.
9. Məhkəmə bildirmişdir ki, hazırkı işdə iddiaçı, barəsində tələb irəli sürdüyü əqdi mübahisələndirmək imkanını itirmişdir. Çünki, iddiaçı həmin əqd barəsində ən azından 20*6-cı ildən məlumatlı olmuşdur. Bunun davamı olaraq, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, ərizə əsaslı deyildir. Ona görə ki, artıq qeyd edildiyi kimi, iddiaçının ötürdüyü müddət iddia müddəti deyil, kəsici müddətdir.
10. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 337.*, 354.2, 4*6.*; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 202*-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3694/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi, Suraxanı Rayon Məhkəməsi iddiaçının hüquqlarını pozaraq həyata keçirilən hərrac nəticələrinin etibarsız hesab olunması ilə bağlı heç də bütün əhəmiyyətli halları araşdırmamışdır. Belə ki, o, Suraxanı rayon İcra Şöbəsi tərəfindən göndərilən məktubun surətini *0.**.20*7-ci il tarixdə almamışdır. Lakin bu hal Suraxanı Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. İddiaçı sözügedən hərracla bağlı yanlız 3 mart 2022-ci ildə məlumat almışdır. Buna görə də hesab edir ki, Suraxanı Rayon Məhkəməsi qeyd olunan bu halı araşdırmamış və yanlış nəticəyə gəlmişdir. Çünki bu hal iş üçün əhəmiyyətli fakt hesab olunur ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Buna görə də Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(0*0)-3694/2022 nömrəli 20.*0.2022-ci il tarixli qətnamə qanunsuz sayılaraq ləğv edilməlidir. İcra işi materiallarından da göründüyü kimi, onun özünə məxsus əmlakla bağlı hərrac keçirilərkən bununla bağlı heç bir məlumatı olmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, ona məxsus əmlaka dair hərrac keçirilərkən qanunvericiliyin tələblərinə zidd olaraq bu barədə heç bir məlumatı olmamışdır. Suraxanı Rayon Məhkəməsi qətnamədə əsas olaraq, icra işi materiallarında onun öz imzası ilə təsdiqlədiyi bildirişi almasını göstərsə də, yuxarıda da qeyd olunduğu kimi, həmin imza ona məxsus olmamışdır. Lakin Suraxanı Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri pozularaq bu halın araşdırılması üçün xətşünaslıq ekspertizası təyin edilməmişdir. Buna görə də hesab edir ki, Suraxanı Rayon Məhkəməsi qətnaməsinin əsasını təşkil edən bu hal sübuta yetirilməmişdir. Buna görə də sözügedən qətnamə əsassız və qanunsuz hesab olunaraq ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasnı xahiş etmişdirlər. Həmçinin iddiaçı bildirmişdir ki, o, 24.000 manat pulla banka girdi, lakin bank həmin pulu götürmədi. Hərrac mərkəzi də öz işini düzgün aparmadı. O, 4 uşaqla küçələrdə qalıb. Evinin geri qaytarılmasını istəyir. 20*6-cı ildən 2022-ci ilə qədər evi hərraca çıxarılıb, lakin onun bundan məlumatı olmamışdır. O, 20*6-cı il tarixində məhkəmədə olmamış, evin hərraca çıxarılmasından onun məlumatı olmamışdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, özü mübahisəli mənzildə olub. Ev boşaldıqdan sonra qapını qıraraq qanunsuz olaraq evə daxil olmuşlar, bununla bağlı polis bölməsinə müraciət edilib. 20*9-cu ildən bu günə qədər ancaq danışıqlar aparılmışdır. İş üzrə kredit Mübariz Mehdiyevə çatmışdır, iddiaçı öz mülkünü həmin kredit üzrə girov qoymuşdur. İddiaçının oğlu ilə evlə bağlı dəfələrlə danışıq olmuşdur. Əşyalarla bağlı bildirmişdir ki, həmin əşyalar *66-ın anbarındadır. Dəfələrlə bununla bağlı xəbərdarlıq göndərilmişdir ki, gəlsin əşyaları götürsün. Əşyaların sahibsiz elan olunması ilə bağlı məhkəməyə müraciət etmişlər. Onlar aylardır *66-ın anbarına pul ödəyir. Mübahisənin danışıqlarla həlli mümkün deyildir, dəfələlə danışıq olmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər "xxxx" MMC və Suraxanı rayon İcra şöbəsi məhkəmə iclasında təmsil olunmadıqlarından və məhkəmə iclasında üzrlü səbəblərdən təmsil olunmadıqları barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. *6.*-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 18.337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 19.4*5.*-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 20.4*5.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
21. 4*5.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 22.4*5.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
23. 4*5.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
24. 4*6.* və 4*6.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Mübahisənin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun
25.4*.2, 4*.3 və 4*.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 26.42.*-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə *5 təqvim günü qalmış ikinci elan verilir. 27.42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 28.46.*-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
29. *4.* və *4.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 32.2*7.3-cü və 2*7.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 35.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 36.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 38.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş hallardan görünür ki, Suraxanı rayon İcra şöbəsinin sifarişi (Bakı Apelyasiya Məhkəməsinin *2.08.2009-cu il tarixli, 2(*03)-37*7/2009 saylı icra vərəqəsi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmiş, nəticədə *5.05.20*6-cı il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, *4* saylı evin 63 saylı mənzili 42.7*3 manata ipoteka saxlayan "xxxx" ("xxxx") İKB ASC-yə satılmışdır. Hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. Buna baxmayaraq iddiaçı qeyd edilən hərrac barədə ona lazımi qaydada məlumat verilmədiyinə istinad edərək bu əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. Hazırkı işdə isə iddiaçı, barəsində tələb irəli sürdüyü əqdi mübahisələndirmək müddətin keçməsi səbəbindən imkanını itirmişdir. 39.Məhkəmə kollegiyası İddiaçı keçirilmiş hərrac barəsində yalnız 3 mart 2022-ci ildə məlumat aldığına dair dəilləri araşdırmaq məqsədilə, hərracın nəticələri barədə Y-2*5 protokolun təqdim edilməsi haqqında Suraxanı rayon İcra şöbəsinin 03.06.20*6-cı il tarixli, *7/73-7357-2 nömrəli məktubunda, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış *3.06.20*6-cı il tarixli iddia ərizəsində və s. sənədlərdə imzanın onun tərəfindən icra edilib-edilməməsinə dair ekspertiza keçirilməsini labüd hesab etmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. 40.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/567 nömrəli 25 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 86-cı vərəqində 03 iyun 20*6-cı il tarixli *7/73-735*- 2 nömrəli məktubun kserosurətinin aşağı hissəsində olan yazılar və “Абушова” yazılarının qarşısındakı imza; mülki işin 87-88-ci vərəqlərində olan *3 iyun 20*6-cı il tarixli iddia ərizəsinin 2-ci vərəqinin aşağı sağ hissəsində “Ş.Abışova” yazılarının qarşısındakı imza; mülki işin *03-*04-cü vərəqlərində olan *2.09.20*7-ci il tarixli "xxxx" İKB tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış məktubun kserosurətinin 2-ci vərəqində olan yazılar və “Абушова Шовкət” yazılarının qarşısında olan imza - İddiaçı tərəfindən icra edilmişdir. 41.Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş kəsici müddət tətbiq olunmalıdır. Belə ki, müqavilənin hərrac keçirilməsi yolu ilə bağlanması müqavilələrin bağlanması üsullarından biridir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, həmin Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 4*6-cı maddəsi ilə nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin maddənin məzmunundan da göründüyü kimi, qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə olan halda hərrac nəticəsində bağlanılan müqavilənin etibarsız sayılması ilə bağlı mübahisələrə mübahisələndirilən əqdlərin etibarsız sayılması üçün müəyyən edilmiş qaydalara uyğun olaraq baxılır. Beləliklə hərracda bağlanılan əqd mübahisələndirilə bilən əqddir və onun mübahisələndirilməsi qanunla müəyyən olunmuş müddətlər daxilində mümkündür. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 202*-ci il tarixli qərarında izah etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. 43.Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. 44.Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə *2 mart 2020-ci il tarixli Qərarında isə göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. 45.Hazırki iş materialları ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunur ki, iddiaçı azı 20*6-cı ilin iyun ayından keçirilmiş hərrac və onun nəticələri barədə məlumatı olmuş, lakin o, hazırki iddia ilə birinci instansiya məhkəməsinə *9 iyul 2022-ci il tarixdə müraciət etməklə, Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilən müddəti ötürmüşdür. 46.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 47.Məhkəmə kollegiyası iddianın Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddətin ötürülməsi əsası ilə rədd edilməli olması qənaətinə gəldiyindən apellyasiya şikayətinin digər (hərracın keçirilməsi barədə məlumatlı olmaması və s.) dəlillərinə prosessual qənaət prinsipinə əsasən əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. 48.Laikin kollegiya bunu da qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı iddiaçıya təsdiq etmə üsulu ilə bildiriş göndərməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. 49.Belə ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*5.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 50.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
51. MPM-nin 384.0.*-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin **9.*-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.*, 392, 393,402.* və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3694/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova