Məhkəmə qərarları › İş №2(103)-948/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-948/2024

21.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-948/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X4 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkilləri Vəkil2 və Vəkil3, İlk iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarma və digər” tələblərinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması”na dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Sabunçu rayon Məhkəməsinə iddia verərək (dəqiqləşdirilmiş tələblə) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzilin bəzi əşyaları ilə - kondisioner, dəhliz şkafı, mətbəx mebeli ilə birlikdə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 ilə birgə həmin mənzildən çıxarılmaları, mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X6 və X7 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X5, 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia verərək İddiaçı ilə X5 arasında ünvan 1 ünvanında yerləşən 10 №-li mənzilə dair 22 dekabr 2022-ci il tarixdə bağlanmış və 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair İddiaçı adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzil cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən İddiaçı təhvil verilsin, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 ilə birgə həmin mənzildən çıxarılsınlar, mənzil cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X6 və X7 qadağan edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi və qarşılıqlı iddianın da rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələblərinin təmin edilməməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı ilk iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili X17 izahatında bildirmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh S.Süleymanov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, S.Süleymanov tərəfindən apellyasiya şikayəti verilməsi hazırkı işin gedişatının uzadılmasına xidmət edir. Bu səbəbdən mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 isə vəsatətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İlk iddia üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili X17 tərəfindən təqdim edilən apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qərardadı ləğv edilməli, ilk iddia üzrə cavabdeh X2 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İlk iddia üzrə ilk iddia üzrə cavabdeh X2 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar