Məhkəmə qərarları › İş №2(103)-951/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-951/2020

22.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-951/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndələri X5 və X6, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması barədə ilk, Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilindən əmlakı ilə birlikdə çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, atası Malik Əliyev həmin evi xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamış, mənzil üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. Uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana qayıdaraq evinə köçüb yaşamaq istəyir. Lakin cavabdeh Mingəçevir şəhərində qeydiyyatda olsa da, həmin mənzildə yaşayır, hətta mənzilə kirayəçiləri də buraxmışdır. Cavabdehə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, o, evi boşaltmır. Cavabdeh isə İddiaçı qarşı həmin mənzilə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia icraata qəbul edilmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzili əvvəllər Cavabdeh ana tərəfdən babası X2 məxsus olmuşdur. Həmin mənzili babası əslində ona bağışlamaq istəmişdir. Lakin sonradan atası Malik Əliyevin təkidi ilə babası evi atasına bağışlamışdır. Tərəflər arasında şifahi razılığa əsasən o, ailə qurduğu zaman ev ona cehiz kimi bağışlanmalı idi. Onun atası X10 ikinci ailəsi olduğuna görə anası X7 ilə münasibətləri həmişə gərgin olmuşdur. 2013-cü ilə qədər onlar Rusiyada yaşamış, həmin ildə Azərbaycana qayıtmışlar. 2013-2015-ci illərdə anası, bacısı və qardaşı ilə birlikdə həmin mənzildə yaşamışlar. Bakıya qayıtdıqdan sonra atası onları həmin mənzilə deyil, Mingəçevir şəhərində qardaşının mənzilinə qeydiyyata salmışdır. Atasının təkidi ilə anası Mingəçevir şəhərinə köçmüş və orada həkim işləməyə başlamışdır. Anası gedərkən bacısı və qardaşı da Mingəçevirə getmiş və hazırda orada kirayədə yaşayırlar. O isə 2015-ci ildə M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına daxil olaraq Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilində yaşamaqda davam etmişdir. Hal-hazırda o həmin mənzildə yaşayır. Bir müddət sonra valideynləri arasında münasibətlər daha da pisləşmiş, onlar arasında nikaha xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. 2017-ci ildə atası onun mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, lakin iddia rədd edilmişdir. İddia rədd edildikdən cəmi 1 ay sonra atası həmin evi başqa bir faktiki nikahdan olan oğlu Ruslana bağışlamışdır. İddiaçı isə mənzili öz adına rəsmiləşdirdikdən sonra onun mənzildən çıxarılması barədə iddia qaldırmışdır. Hal-hazırda o tələbədir. Hesab edir ki, mülkiyyətçi dəyişsə də, onun həmin mənzilə olan istifadə hüququ qalmaqdadır. Belə ki, onun həmin mənzildən istifadə hüququnun olmasını 2017-ci ildə atasının iddiası ilə işə baxan məhkəmə də təsdiq etmişdir. Buna görə də hesab edir ki, onun həmin mənzilə istifadə hüququ tanınmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 833/2018 saylı qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Cavabdeh həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının vətəndaşı olmaqla ikili vətəndaşlığa malikdir. X3 atası Malik Əliyevin mülkiyyətində olan mənzildə pasport qeydiyyatı, habelə Rusiyanın Smolensk şəhərində anası, qardaşı və bacısı ilə birlikdə ümumi mülkiyyətlərində olan mənzil vardır. Bundan əlavə, onun Mingəçevir şəhərində də pasport qeydiyyatı vardır. Beləliklə, Nurcahan Əliyevin mənzilə olan tələbatı artıqlaması ilə ödənilmişdir. Cavabdeh adına Rusiyada daşınmaz əmlak olduğuna görə o, vətəndaşlıq baxımından Rusiyaya daha çox bağlıdır, buna görə də onun Azərbaycan Respublikasında mənzildən istifadə hüququnun tanınmasına heç bir zərurət yoxdur. Cavabdeh 21 yaşı var və atasının onu mənzillə təmin etmək öhdəliyi yoxdur. X17 Əliyevanın atası olsa da, onlar birlikdə yaşayan ailə üzvləri olmamış və aralarında etibarlı ailə əlaqələri olmamışdır. Bundan əlavə, Cavabdeh istinad etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinin nəticə hissəsində onun həmin mənzildən istifadə hüququ tanınmamışdır. Həmin qətnamədə Cavabdeh mənzildən istifadə hüququnun olması qətnamənin əsaslandırıcı hissəsində işə baxan məhkəmənin fikri kimi qeyd olunmuşdur. Bu qətnamənin isə İddiaçı heç bir aidiyyəti olmamışdır. Mənzilin mülkiyyətçisi olmuş X11 Əliyevanın arasında mənzildən istifadəyə dair notarial qaydada təsdiq olunmuş yazılı müqavilə olmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh mənzildən istifadə hüququnun 2013-cü ildə və ya 2015-ci ildə yarandığını fərz etdikdə belə, bu dövr yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrə düşdüyünə görə həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən istifadə hüququ müstəsna hallarda müəyyən dövr ərzində saxlana bilərdi. Birinci instansiya məhkəməsi onu da nəzərə almamışdır ki, Cavabdeh qarşılıqlı iddianı qaldırarkən mənzilin mülkiyyətçisi Malik Əliyev yox, İddiaçı olmuşdur. Bunun nəticəsidir ki, mülkiyyətçi ilə heç bir ailə və ya yaxın qohumluq münasibətlərində olmayan bir şəxsin mülkiyyətçiyə məxsus olan mənzilə yaşayış hüququ tanınmışdır. Əvvəlki mülkiyyətçi ilə onun ailə üzvləri arasında yaranmış və yaxud da davam edən hüquq münasibətinin yeni mülkiyyətçiyə heç bir aidiyyatı yoxdur və yeni mülkiyyətçinin mülkiyyət hüququ yaranandan sonra orada yaşayan şəxslərə münasibətdə hüquq normaları tətbiq edilə bilərdi. Mənzilin mülkiyyətçisi dəyişdikdən sonra Cavabdeh yeni mülkiyyətçi ilə mənzildən istifadəyə dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamamışdır. Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutunun da hazırkı mülkiyyətçiyə aidiyyəti yoxdur. Çünki kompensasiya mənzilin mülkiyyətçisinə qarşı tətbiq edilən hüquqi bir vəziyyətdir. Cavabdeh isə mənzilin yeni mülkiyyətçisi İddiaçı münasibətdə mənzildən istifadə hüququ yoxdur. Bundan əlavə, məhkəmə mənzilin əvvəlki mülkiyyətçisi Malik Əliyevi üçüncü şəxs kimi prosesə cəlb etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-8374/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-72/2019 saylı qərarı ilə həmin qətnamə ləğv edilməklə iş yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4107/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 6730/2019 saylı qərarı ilə sonuncu qətnamə ləğv edilməklə iş yeni apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Malik Əliyev və iddiaçının vəkili Ramil Qocayev apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh və onun vəkili Ramiz İbrahimov apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 833/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması haqqında xx xxxxxxx 2017ci il tarixli müqavilədən görünür ki, X12 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(005)-6296/2017 saylı qətnaməsindən görünür ki, X5 Cavabdeh qarşı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər ögey (ataları bir) bacı və qardaşdırlar. Sözügedən Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsi ev 17-də yerləşən 143 saylı mənzil xx xxxxxxxx 2010-cu il tarixdə Cavabdeh babası (anasının atası) X2 məxsus olmuş, xx xxxx 2011-ci il tarixdə notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən tərəflərin atası X8 bağışlanmışdır. Cavabdeh 2013-cü ildən həmin mənzildə mülkiyyətçinin razılığı ilə yaşamağa başlamışdır. Sonradan Cavabdeh valideynlərinin nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh halhazırda qeydiyyatsız olaraq həmin mənzildə yaşayır. O, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbəsidir. Əvvəlki mülkiyyətçi X17 Əliyevaya qarşı iddia qaldıraraq onun mənzildən çıxarılmasını tələb etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh həmin mənzildən istifadə hüququna ancaq kompensasiya vermək yolu ilə xitamının mümkünlüyü əsas gətirilərək iddia rədd edilmişdir. Bundan sonra Malik Əliyev Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilini xx xxxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Rusiya Federasiyasında yaşayan oğlu İddiaçı bağışlamış, sonuncunun mənzil üzərində mülkiyyət hüququ xx xxxxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2017-ci ilin dekabr ayında İddiaçı hazırkı iddianı qaldırmışdır. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil 2011-ci ildən hazırkı iş üzrə tərəflərin atası Malik Əliyevin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Cavabdeh 2013-cü ildən Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilində yaşayır. Malik Əliyev 2017-ci ildə qızı Cavabdeh mənzildən çıxarılması barədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(005)-6296/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddianı rədd edərkən məhkəmə bu qənaətə gəlmişdir ki, Cavabdeh həmin mənzildən istifadə hüququ vardır və bu hüquqa yalnız müvafiq kompensasiya vermək yolu ilə xitam verilə bilər. Həmin qətnamə qəbul edildikdən 1 ay 4 gün sonra---xx xxxxxxx 2017ci il tarixdə X12 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilini İddiaçı bağışlamışdır. xx xxxxxxx 2017-ci il tarixdə İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ tanınmış, bundan təxminən 2 ay sonra İddiaçı ögey bacısı Cavabdeh həmin mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. İş materiallarından görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi olmuş X9 Əliyevin verdiyi etibarnamə əsasında onu hazırkı iş üzrə məhkəmədə təmsil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh 2013-cü ildən mübahisəli mənzildə yaşadığına görə tərəflər arasında mübahisəli hüquq münasibəti yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. X5 iddiası üzrə işə baxan Nərimanov Rayon Məhkəməsi xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə məhz Cavabdeh Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilindən istifadə hüququ olduğuna görə Malik Əliyevin mənzildən çıxarılma barədə iddiasını rədd etmişdir. Cavabdeh mənzildən istifadə hüququnun olması qətnamənin nəticə hissəsində yox, yalnız əsaslandırıcı hissəsində qeyd olunsa da, məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin 30.1ci maddəsinin tələbləri baxımından onun mənzildən istifadə hüququ məhkəmə tərəfindən faktiki olaraq tanınmış, Malik Əliyev həmin qətnaməni mübahisələndirməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarında şərh olunan göstərişləri də nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında da göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki : “...Cavabdehin atası Malik Əliyevin hərəkəti belə bir ehtimala gəlmək üçün əsas verir ki, qızı Cavabdeh mənzildən çıxarılması barədə iddiasının rədd edilməsi ilə əlaqədar niyyətinə nail ola bilmədiyi üçün mənzili oğlu İddiaçı bağışlamaqla cavabdehi mənzildən çıxarmaq üçün eyni əsas yaratmış və onun vasitəsi ilə məqsədinə nail olmuşdur. Məhkəmə kollegiyasının bu işə yanaşması belə bir təsəvvür yaradır ki, mənzilə istifadə hüququna malik olan ailə üzvünü mənzildən çıxarmaq istəyi olan hər hansı bir mülkiyyətçi bu imkandan istifadə etməklə istəyinə çata bilər. Kollegiya hesab edir ki, yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi həmin sahəyə mülkiyyətçinin ailə üzvü kimi istifadə hüququ əldə etmiş şəxsin həmin hüququnun xitamına mütləq səbəb olmur. Cavabdehlə yaxın qohumluq münasibətində olan iddiaçı atası ilə cavabdeh arasında gedən məhkəmə çəkişməsindən xəbərdar olmuş, cavabdehin mübahisəli mənzildən istifadə hüququna malik olması ona məlum olmuşdur. Belə olduqda, o, əmlakın yüklülüyünə münasibətdə vicdanlı olmamışdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərəkətləri cavabdehin hüquqlarının pozulmasına səbəb olmaqla hüquqdan sui-istifadədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Cavabdeh Rusiya Federasiyasında ümumi mülkiyyətdə olan daşınmaz əmlaka malik olması, habelə Mingəçevir şəhərində pasport qeydiyyatında olması onun Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilindən qanuni əsaslarla yaranmış istifadə hüququnun tanınmasına maneə ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, şəxsin bir neçə yaşayış yeri ola bilər. Bundan əlavə, İddiaçı bağışlanan mənzili yüklü vəziyyətdə qəbul etmiş, mənzilin yüklülüynə münasibətdə vicdanlı olmamışdır. Buna görə də mənzilin yeni mülkiyyətçisi ilə notarial qaydada təsdiq olunmuş yazılı müqavilə bağlamağa hər hansı zərurət olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən mənzilin əvvəlki mülkiyyətçisi Malik Əliyevin hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmaması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamə ona münasibətdə hüquq və vəzifələrinə təsir etmədiyindən, onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmasına hər hansı zərurət olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 833/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar