Məhkəmə qərarları › İş №2(103)-951/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-951/2025

19.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-951/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Milli X3 və Antropologiya İnstitutuna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X18 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun direktoru X14 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(009)-1672/2024 saylı qətnaməsindən cavabdehlər Azərbaycan Milli X3 və Antropologiya İnstitutuvə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli 2(103)-6229/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilmiş, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, İddiaçı tutduğu vəzifədən azad olunması barədə xx.xx.2013-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi, İddiaçı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş hüquqşünası vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. 2.Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 aprel 2014-cü il tarixli 2(102)- 1562/2014 saylı qərarının surətindən görünür ki, cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli 2(103)-6229/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3.Azərbaycan Milli X7 və Etnoqrafiya İnstitutunun xx.xx.2021-ci il tarixli 176 saylı əmrindən görünür ki, İddiaçı 2021-ci il avqust ayının 04-dən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Baş hüquqşünas”ı vəzifəsinə 16-cı dərəcə ilə bərpa olmuş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 457 manat təşkil etmişdir. 4.Azərbaycan Milli X7, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2022-ci il tarixli 266 saylı əmrindən görünür ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ştat cədvəlində VTC üzrə təyin edilmiş baş hüquqşünasın əməyinin ödəmə dərəcəsinin 17 olduğunu nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən institutun baş hüquqşünası İddiaçı tarif üzrə vəzifə maaşı 17-ci dərəcəyə uyğun olaraq ödənilmiş, əmək haqqı 604 manat müəyyən edilmişdir. 5.İşəgötürən Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutu ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı baş hüquqşünas peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır və bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 74-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin təşəbbüsü ilə ləğv edilə bilər. (2.1 və 9.1 bəndləri) 6.Azərbaycan Milli Elmlər X12 xx.xx.2023-cü il tarixli 16/33 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərinin say həddi müəyyən edilmişdir. Buna uyğun olaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturunun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması üzrə tədbirlər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu islahatların tərkib hissəsi olaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunun və işçilərinin say həddinin müəyyənləşdirilməsi və təsdiqi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər X13 “AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun strukturu” təsdiq edilməsi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun işçilərinin say həddi 245 ştat vahidi olaraq təsdiq edilməsi, təsdiq olunmuş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə kompleksləşdirilməsi təmin edilməsinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstituna (tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev) tapşırılması qərara alınmışdır. 7.Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 326 saylı əmrindən görünür ki, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturu və işçilərinin say həddi təsdiq edilmişdir. Bu qərarın icrasından irəli gələn AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda elmi fəaliyyətin optimal təşkili və elmi potensialdan daha səmərəli istifadə etmək istiqamətində aparılan struktur dəyişikliyi nəticəsində mövcud struktutun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılmasını təmin etmək məqsədi ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA Rəyasət Heyətinin 12 iyul 2023cü il tarixli 16/33 nömrəli qərarı ilə təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri aşağıda tərtib edilmiş tərkibdə komplekləşdirilməsi əmr edilmişdir. 8.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 19 saylı qərarının İ bəndindən görünür ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və X2 və Antropologiya İnstitutu adlandırılmışdır. 9.Azərbaycan Milli Elmlər X12 09 yanvar 2024-cü il tarixli 1/4 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin nümunəvi təşkilatı sturukturunun təsdiq edilməsi qərara alınmışdır. 2-ci bəndinə əsasən AMEA-nın elmi müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, rəhbərlik etdikləri müəssisənin sturukturu və ştat cədvəli bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş nümunəvi struktura uyğunlaşdırılsın və müəssisənin Elmi şurasında müzakirə edildikdən sonra AMEA Rəyasət Heyətinə təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətində təsdiq edilməsi üçün AMEA X21 Maliyyə və mühasibat şöbəsinə (texnika üzrə fəlsəfə dokturu İlqar Qulyev), İnsan resursları şöbəsinə (filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud) təqdim edilsin. 10.Azərbaycan Milli Elmlər X12 09 yanvar 2024-cü il tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisənin nümunəvi təşkilatı strukturunun İ. “Rəhbərlik” bölməsində-Elmi müəssisənin rəhbəri-direktor, Elmi müəssisənin rəhbərinin müavini-elmi işlər üzrə direktor müavini, Elmi müəssisənin rəhbərinin müavini-ümumi işlər üzrə direktor müavini, Elmi katib, Müəssisə rəhbərinin köməkçisi nəzərdə tutulmuşdur. 11.Azərbaycan Milli Elmlər X12 xx.xx.2024-cü il tarixli 13/7 saylı “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturunun təsdiq edilməsi qərarında qeyd olunmuşdur ki, AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il tarixli, 7/2 saylı qərarının 3-cü bəndi ilə həmin institutun strukturunun “AMEA-nın elmi tədqiqat müəssisələrinin strkuturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında 09 yanvar 2024-cü il tarixli 1/4 saylı qərarının 1-ci bəndi ilə təsdiq edilmiş nümunəvi struktura uyğun olaraq yenidən təşkil edilməsi tapşırılmışdır. Qərarın 10-cu bəndinə əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilməsi qərara alınmışdır. 12.Azərbaycan Milli Elmlər X12 xx.xx.2024-cü il tarixli 13/7 saylı qərarı ilə təsdiq edilmiş “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu”nun İ. Rəhbərlik bölməsində- Direktor, Elmi işlər üzrə direktor müavini, Ümumi işlər üzrə direktor müavini, Elmi katib, Direktor köməkçisi nəzərdə tutulmuşdur. İİ. Əsas Şöbələrdə həmçinin –Yeni tikinti sahələrinin arxeoloji tədqiqat şöbəsi nəzərdə tutulmuşdur. 13.AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 30 aprel 2024-cü il tarixli 232 saylı qərarının 14-cü bəndinə əsasən “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilmişdir. 14.AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 14 may 2024-cü il tarixli 258 saylı “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində dəyişiklik edilməsi” haqqında əmrindən görünür ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində “Rəhbərlik” bölməsinə aid olan 1 “baş hüquqşünas” ştat vahidi 1 “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilsin və yeni strukturla təsdiq edilmiş “Yeni tikinti sahələrinin tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilsin. Vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilsin. 15.İddiaçıya əmək şəraitinin dəyişdirilməsinə dair 15 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, AMEA-nın elmi tədqiqat müəssisələrinin təşkilatı strukturunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunn strukturu yenidən təşkil edilmiş, AMEA Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli 13/7 nömrəli qərarı ilə təsdiq edilmiş və institut üzrə müvafiq əmr verilmişdir. Yeni strukturla bağlı institutda əməyin təşkilində dəyişikliklər edilməsi məqsədi ilə İnstitutu köhnə strukturunda “Rəhbərlik” bölməsində hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi yeni strukturda nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunn xx.xx.2024-cü il tarixli 258 nömrəli əmri ilə ştat cədvəlində dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, onun hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi 1 “baş mütəxəssis” (hüquqi məsələləri üzrə) ştat vahidi ilə əvəz edilmiş və yeni strukturda olan “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilmişdir. Vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilmişdir. Onun çalışdığı “baş hüquqşünas” vəzifəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək “hüquqşünaslıq” ixtisası üzrə işini davam etdirmək şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi üzrə xəbərdarlıqda sadalanmış vəzifə öhdəlikləri müəyyən edilir. Həmçinin ona İnstitutun təsdiq edilmiş yeni struktura uyğun olaraq «ingilis və fransız dilləri» ixtisası üzrə 3 şöbədə vəzifələr təklif edilmişdir. Daha sonra göstərilmişdir ki, yeni əmək şəraiti ilə və yuxarıda təklif edilən sənədlərdən biri üzrə işi davam etdirmək baradə razılıq ərizəsi olmadıqdaonun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəkdir. 16.Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 5 saylı aktından görünür ki, iddiaçı xəbərdarlığa imza etməkdən imtina etmişdir. 17.Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 360 saylı əmrindən görünür ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası İddiaçı əmək müqaviləsinə xx.xx.2024- cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmişdir. 18.AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktorunun iddiaçının xx.xx.2024-cü il tarixli xidməti məktubuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin İİ bəndinə riayət edilərək ona «əmək şəraitinin» dəyişdirilməsi ilə bağlı yazılı məlumat, yəni rəsmi xəbərdarlıq xx.xx.2024-cü il tarixidə iş yerinə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda təqdim edilmişdir. Bundan əlavə, o sözügedən rəsmi xəbərdarlıqla bərabər istitutun ştat cədvəlində dəyişiklik ediləcəyi barədə müvafiq əmr və ali təhsili üzrə hər iki ixtisasına uyğun əlavə olaraq 3 yeni vəzifə üzrə təklifləri ilə də tanış edilmişdir. Digər tərəfdən ona yeni əmək şəraiti ilə təklif olunan 3 vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsinə rəsmi xəbərdarlıqdla tanış olduğu xx.xx.2024-cüil tarixindən 1 təqvilm ayı müddətinədək Sənədlərlə iş şöbəsinə təqdim edilməsinin zəruri olduğu barədə də şifahi və yazılı məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə münasibətdə isə bir daha vurğulayırlar ki, bu maddə üzrə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirmək sayılır. Onun isə hüquqşünas kimi əmək müqaviləsi ürə yerinə yetiriyi əmək funksiyası tam dayandırılmamış, əksinə yerinə yetirəcəyə iş yükünə uyğunlaşdırılmışdır. Bu hal onun müraxciətində vurğuladığı tənbeh vasitəsi kimi deyil, əksinə onun elmi müəssisədə bir hüquqşünas kimi yerinə yetirməli odduğu işlərin )xidməti) dairəsinin dəiqləşdirilməsi kimi qəbul edilməlidir. Bildirilmişdir ki, ona təklif olunan yeni əmək şəraiti il və bundan əlavə 3 yeni vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsi rəsmi xəbərdarlıqa tanış olduğu xx.xx.2024-cü il tarixindən azı 1 təqvim ayı müddətinədək işəgötürənə təqdim edilməsi müddəti bu gün xx.xx.2024-cü il tarixində bitmiş hesab edilir və bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin İİ bəndinə riayət edilərək onun əmək müqaviləsinə müvafiq əmrlər xx.xx.2024-cü il tarixədək əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən bu Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin “C” bəndində nəzərdə tutulan “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” əsasla xitam veriləcəkdir. a)Birinci instansiya məhkəməsində icraat 19.İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Milli X3 və Antropologiya İnstitutuna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmrinin ləğv edilməsi, onun institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmağı, 20 iyun 2024-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu (bundan sonra institut) 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) onunla bağlanmış müddətsiz (“Baş hüquqşünas vəzifəsinə”) əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşəgötürən tərəfindən verilmiş əmr qanunaziddir. Razı deyil. Çünki əmr qərəzlidir. Belə ki, institutda “baş hüquqşünas“ vəzifəsində işlədiyi müddətdə heç bir xəbərdarlıq və ya töhmət almamışdır. Bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış, heç bir vaxt əmək və icra intizamını pozmamış, eləcə də məsul olduğu vəzifənin öhdəsindən tam gəlmişdir. İnstitutun bütün hüquqi işlərini layiqincə yerinə yetirmiş və küllü miqdarda büdcədən kənar maliyyə vəsaitləri gətirmişdir. İşəgötürən onun “müddətsiz” əmək müqaviləsinə xitam verərkən, bunun hansı zəruriyyətdən irəli gəldiyini əsaslandırmamış, heç bir müvafiq araşdırma aparılmadan qanunla qorunan hüquqlarını pozmaqla əmək münasibətlərinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən onun institutun “baş hüquqşünası” vəzifəsindən azad olunmağı tam qanunaziddir. 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmrin verilməsinə əsas olaraq aşağıdakılar göstərilmişdir: 1. AMEA-nın Arxeologiya və Antropologiya institutunun xx.xx.2024-cü il tarixli, 258 nömrəli əmri; 2. xx.xx.2024-cü il tarixli “əmək şəraitinin şərtlərinə dəyişiklik edilməsi barədə” rəsmi xəbərdarlıq və institut tərəfindən işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərdarlığa imza etməkdən imtina etməyi barədə “akt”. Onu da qeyd edir ki, əmrin verilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli, 258 nömrəli əmr nə üçün verilib, onun məlumatı yoxdur. Xəbərdarlıq elan olunsa da, surəti ona verilməyib, nə də poçt vasitəsilə yaşadığı ünvana göndərilməyib. AR ƏM-nin 56-cı maddəsinin 1-ci bəndinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruruiyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 4-cü bəndinin tələbinə görə, azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı, həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. Böyük müəssisələrdə (azı 50 nəfər) çalışan işçilərin azı 10 %-nin əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsini əsaslandırmaqla işəgötürən AR ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinə və ya onun yerli orqanına rəsmi məlumat verməlidir. Əgər əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciətlər olarsa, Baş Məşğulluq İdarəsi və ya onun yerli orqanı həmin tədbirlərin həyata keçirilməsinin əsaslı olmasını araşdırmalı, öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görməlidir (AR ƏMnin 56-cı maddəsinin şərhi, 6-cı bənd). Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işdən çıxmış işçilər məhkəməyə müraciət etdikdə, məhkəmə də bunun hansı məqsədlə edildiyini araşdırmalıdır (AR ƏM-nin 56-cı maddəsinin şərhi, 7-ci bənd). Məhkəmə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin qərəzli olduğu və işçilərin qəsdən işdən çıxarılması nəticəsinə gələrsə, belə halda həmin işdən çıxarılma haqqında verilmiş əmrlərin (sərəncamların) ləğv edilməsi barədə qətnamə çıxarır. İşçilər işə bərpa edildikdə məcburi işburaxma dövrü üçün orta aylıq əmək haqqının ödənilməsi qətnamədə öz əksini tapmalıdır. Məhkəmə işəgötürən barəsində “xüsusi qərardad” da çıxara bilər (AR ƏM-nin 56-cı maddəsinin şərhinin 7-ci bəndi). Belə ki, o, Azərbaycan Respublikasının adından çıxarılmış Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli, 2(103)-6229/2013 saylı qətnaməsinə əsasən, Azərbaycan Milli X3 və Etnoqrafiya institutunda “baş hüquqşünas” vəzifəsinə bərpa olunmuşdur. Məhkəmə qətnaməsi xx.xx.2014-cü il tarixində qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi 26 may 2014-cü il tarixdə verilmişdir. İcra sənədi qərəzli olaraq 8 il icra olunmamışdır. Nəhayət 8 ildən sonra 04 avqust 2021-ci il tarixdə institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmuşdur. Hal-hazıra kimi 1-ci borclu Azərbaycan Milli Elmlər Akademiyası və 2-ci borclu AMEA Arxeologiya və Etnoqrafiya (Arxeologiya və Antropologiya) institutunun ona ödənilməmiş borcu qalmışdır. AR MM-nin 551.2.4 cü maddəsinə görə, məhkəmə qərarına əsasən yaranan tələb otuz il (30) keçdikdən sonra güvəsini itirir. AR ƏM-nin 59-cu maddəsinin tələbinə əsasən, “işçi daimi başqa işə keçirildikdə bu zaman onun peşəsi, ixtisası dəyişir”. Deməli işçiyə qeyri-müəyyən müddətə digər iş verilir, əvvəlki iş yeri isə saxlanılmır. Buna isə yalnız işçinin razılığı ilə və yeni əmək müqaviləsi bağlanması ilə yol verilə bilər. Başqa işə keçirilmə tənbeh vasitəsidir. İşçi ilə işəgötürən arasında bağlanmış “müddətsiz” əmək müqaviləsinin 9.4-cü maddəsinə əsasən, “İşəgötürən tərəfindən zor işlədərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla, işçinin iradəsinin əleyhinə Əmək müqaviləsinin ləğv etməyə onu məcbur edilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 4.1.4-cü maddəsində göstərilmişdir ki, “strukturuna daxil olan qurumlarda X6 (bundan sonra Rəyasət Heyəti) qərarlarının və Akademiya prezidentinin əmr və sərəncamlarının icrası, kargüzarlıq işinin təşkili, müraciətlərə baxılma, həmçinin əmək və icrantizamına riayət olunması vəziyyətini yoxlamaq və tədbirlər görməkdən ibarətdir. Arxeologiya və Antropologiya institutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil elmi müəssisələrdən biridir. Struktura daxil olan hər hansı bir elmi müəssisə ştat cədvəlində etdiyi dəyişiklikləri Rəyasət Heyəti ilə razılaşdırdıqdan sonra, təsdiq olunması üçün AMEA-nın prezidentinə təqdim edir. xx.xx.2024-cü il tarixdə işə bərpa ilə bağlı əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədi ilə tərəfindən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə Mediasiya şurasına müraciət edilmişdir. Lakin, mediasiya prosesində razılıq əldə etmək mümkün olmamışdır. 21.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində olan AMEA Arxeologiya və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmrinin ləğv edilməsi, onun institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmağı, 20 iyun 2024-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, Arxeologiya və Antropologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olsa da, öz əsasnaməsi olan hüquqi şəxs kimi fəaliyyət göstərən müstəqil struktur olduğundan, həmin institutda kiminsə işə götürülməsi və ya işdən azad olunması Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyət dairəsinə daxil olmadığından, baxılan mülki iş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh qismində cəlb olunmasının qanunların tələblərinə uyğun olmadığını bildirmiş və mülki iş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh qismində cəlb olunmasının qanunların tələblərinə zidd olmasının nəzərə alınmasını xahiş etmişdir. 23.İddiaçının cavabdehin iddiaya etirazına mülahizəsinin dəlilləri ondan ibarət olmuşdur ki, aşağıdakı əsaslara görə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası onun iddia tələbində 1ci cavabdehdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 03 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş 1-ci cavabdehin nizamnaməsinin aşağıdakı bəndlərinə əsasən, 4.1.4. strukturuna daxil olan qurumlarda X6 (bundan sonra-Rəyasət Heyəti) qərarlarının və Akademiya prezidentinin əmr və sərəncamlarının icrası, kargüzarlıq işinin təşkili, müraciətlərə baxılma, həmçinin əmək və icra intizamına riayət olunması vəziyyətini yoxlamaq və tədbirlər görmək; 4.1.15. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, strukturuna daxil olan qurumların yenidən təşkili və ləğvi barədə qərarlar qəbul etmək. Beləliklə, AMEA Rəyasət Heyətinin AMEA-nın Arxeologiya, Etnoqrafıa və Antropologiya İnstitutunun strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında 16/33 nömrəli, 12 iyul 2023-cü il tarixli Qərarına və əlavə olunmuş siyahıda “institutun baş hüquqşünası” ştatının hara yoxa çıxdığı barədə heç nə deyilmir?! Halbuki o, 19 dekabr 2013-cü il tarixli, 3(103)- 6229/2013 saylı icra sənədinə əsasən qərəzçilik səbəbindən 8 ildən sonra 04 avqust 2021-ci il tarixli, 176 nömrəli əmrlə institutun “baş hüquqşünası” vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə bərpa olunmuş və baş hüquqşünasın əməyinin ödəmə dərəcəsinin 17 olduğunun nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən, tarif üzrə vəzifə maaşı 17-ci dərəcəyə uyğun olaraq ödənilməsi barədə 15 iyul 2022-ci il tarixli, 266 nömrəli əmr verilmişdir. AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi-tədqiqat müəssisələri strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında” 1/4 nömrəli, 09 yanvar 2024-cü il tarixli Qərarına göstərilir ki, AMEA elmi müəssisələrinin nümunəvi təşkilatı strukturu təsdiq edilsin. Bu qərara da əlavə olunmuş siyahıda da AMEA Arxeologiya və Antropologiya İnstitutu “baş hüquqşünası” ştatının hara yox olduğu barədə, hansı səbəbdən heç nə deyilmir?! Halbuki 1-ci cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nizamnamə öhdəliklərinə görə əmək və icra intizamına riayət olunması vəziyyətini yoxlamalı və tədbirlər görülməli idi. Təqdim olunan sənədlər göstərir ki, məhkəmə istintaqında 1-ci cavabdehin iştirakı ilə çox məsələlər aydınlaşdırılmalıdır. 1-ci cavabdehin iddia tələbindən çıxarılması barədə verilmiş vəsatətə etiraz edir. Yuxarıda qeyd olunanları aydınlaşdırmaq üçün 1-ci cavabdeh AMEA-nın məhkəmə istintaqında iştirakı olduqca zəruridir. 24.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 oktyabr 2024-cü il tarixli, 2(009)-1672/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Rəna Qafarova) iddia tələbinin təmin edilməsi, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun “baş hüquqşünası” vəzifəsinə bərpa olunması, İddiaçı Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən 20 iyun 2024-cü il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasından və Azərbaycan Milli X3 və Antropologiya İnstitutundan müştərək qaydada 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasından və Azərbaycan Milli X3 və Antropologiya İnstitutundan müştərək qaydada 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. 25.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən (adı dəyişdirilmişdir) İddiaçı 04 avqust 2021-ci il tarixdən müddətsiz baş hüquqşünas peşəsinə işə qəbul edilmiş, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən əmək müqaviləsinə 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, yəni əmək şəraitinin şərtlərinin dəyişdirildiyindən xitam verilmişdir. İddiaçı hazırda işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir. Məhkəmə iddianın təmin edilməsi üzrə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: 26.İddiaçı onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsini əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi deyil, başqa işə (“Baş hüquqşünas vəzifəsinə”) keçirilmə kimi qiymətləndirmiş, cavabdeh tərəf isə iddiaya etiraz edərək Azərbaycan Milli Elmlər Akademiyası hazırki iddia üzrə cavabdehlik daşımadığını, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunu isə əmrin qanunvericiliyə uyğun olaraq verilməsini göstərmişlər. 27.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda və X22 tərkibində olsa da, (Nizamnaməsinin 1.2-ci bəndi) öz əsasnaməsi olan hüquqi şəxs kimi fəaliyyət göstərən müstəqil struktur olan elmi müəssisələrdən biridir. (Nizamnamənin 1.4 bəndi) 28.Təqdim edilmiş sənədlərdən də aydın olur ki, strukturuna daxil olan hər hansı bir elmi müəssisə ştat cədvəlində etdiyi dəyişiklikləri Rəyasət Heyəti ilə razılaşdırdıqdan sonra, təsdiq olunması üçün AMEA-nın prezidentinə təqdim edilir. Belə ki, AMEA-nın Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarından da görünür ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sturkturu təsdiq edilmiş və təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri təsdiq edilmiş, təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə komplekləşdirilməsinin təmin edilməsi qərara alınmışdır. 29.Arxeologiya və X1 1.5-ci bəndində göstərilmişdir ki, İnstitut öz fəaliyyətində həmçinin AMEAnın da Nizamnaməsini rəhbər tutur. Həmçinin Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun təsisçidir və X26 vasitəsilə onun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. 30.Buna görə də, Azərbaycan Milli Elmlər Akademiyası hazırki iddia üzrə cavabdehlik daşımamasına dair həmin cavabdehin etirazının dəlilləri əsassızdır. 31.İddia tələbinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli, 2(103)-6229/2013 saylı qətnaməsinə əsasən, Azərbaycan Milli X3 və Etnoqrafiya institutunda “baş hüquqşünas” vəzifəsinə bərpa olunmuşdur. Məhkəmə qətnaməsi xx.xx.2014-cü il tarixində qanuni qüvvəyə minmiş, iddiaçı 08 ildən sonra 04 avqust 2021-ci il tarixdə institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmuş, 16-cı dərəcə ilə bərpa olmuş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 457 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 266 saylı əmrlə isə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ştat cədvəlində VTC üzrə təyin edilmiş baş hüquqşünasın əməyinin ödəmə dərəcəsinin 17 olduğunu nəzərə alaraq, həmin tarixdən institutun baş hüquqşünası İddiaçı tarif üzrə vəzifə maaşı 17-ci dərəcəyə uyğun olaraq ödənilmiş, əmək haqqı 604 manat müəyyən edilmişdir. 32.İşin materiallarından daha sonra görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərinin say həddi müəyyən edilərək Buna uyğun olaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturunun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması üzrə istlahatların tərkib hissəsi olaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunun və işçilərinin say həddinin müəyyənləşdirilməsi və təsdiqi zərurəti yarandığından Azərbaycan Milli Elmlər X13 “AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun strukturu”nun təsdiq edilməsi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun işçilərinin say həddi 245 ştat vahidi olaraq təsdiq edilməsi, təsdiq olunmuş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə kompleksləşdirilməsi təmin edilməsinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna tapşırılmasına dair Azərbaycan Milli Elmlər X12 xx.xx.2023-cü il tarixli 16/33 saylı qərarı qəbul edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli 326 saylı əmrlə AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturu və işçilərinin say həddi təsdiq edilmiş, həmin əmr əsasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri aşağıda tərtib edilmiş tərkibdə komplekləşdirilməsinə başlanılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 19 saylı qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adı dəyişdirilərək Arxeologiya və Antropologiya İnstitutu adlandırılmış və Azərbaycan Milli Elmlər X12 xx.xx.2024cü il tarixli 13/7 saylı qərarı ilə həmçinin “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilməsi qərara alınmışdır.(10-cu bənd) Həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 30 aprel 2024-cü il tarixli 232 saylı qərarı ilə də “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilmişdir. (14-cü bəndi) 33.Daha sonra cavabdehin “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində dəyişiklik edilməsi” haqqında 14 may 2024-cü il tarixli 258 saylı əmri ilə İnstitutunun ştat cədvəlində “Rəhbərlik” bölməsinə aid olan 1 “baş hüquqşünas” ştat vahidi 1 “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsi və yeni strukturla təsdiq edilmiş “Yeni tikinti sahələrinin tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilməsi, vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilməsi əmr edilmiş və 15 may 2024-cü il tarixdə iddiaçıya bununla bağlı əmək şəraitinin dəyişdirilməsinə dair xəbərdarlıq göndərilmişdir. Həmin xəbərdarlıqla ona qeyd edilən əmrinin məzmunu bildirilməklə yanaşı çalışdığı “baş hüquqşünas” vəzifəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək “hüquqşünaslıq” ixtisası üzrə işini davam etdirmək şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi üzrə xəbərdarlıqda sadalanmış vəzifə öhdəlikləri müəyyən edilməsi, eləcə də ona İnstitutun təsdiq edilmiş yeni struktura uyğun olaraq “ingilis və fransız dilləri” ixtisası üzrə 3 şöbədə vəzifələr təklif edilmişdir. Daha sonra göstərilmişdir ki, yeni əmək şəraiti ilə və yuxarıda təklif edilən sənədlərdən biri üzrə işi davam etdirmək baradə razılıq ərizəsi olmadıqda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilməsi bildirilmiş, iddiaçı bu xəbərdarlığı imza etməkdən imtina etmiş, bu hal aktlaşdırılmış və o, xx.xx.2024-cü il tarixdən qeyd edilən normaya əsasən də işdən azad edilmişdir. 34.İşin materiallarından görünür ki, mübahisələndirilən əmrin verilməsinə əsas AMEA-nın Arxeologiya və Antropologiya institutunun xx.xx.2024-cü il tarixli 258 №li əmri, İddiaçı adına xx.xx.2024-cü il tarixli əmək şəraitinin şərtlərinə dəyişiklik edilməsi barədə rəsmi xəbərdarlıq və institut tərəfindən “işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərdarlığa imza etməkdən imtina barədə” bağlanmış akt göstərilmişdir. 35.Əmr onunla əsaslandırılmışdır ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun yeni təşkilatı strukturunun təkmilləşdiilməsi məqsədi ilə institutun köhnə strukturunda olan “Rəhbərlik” bölməsinə aid 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi yeni strukturda nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 258 nömrəli əmri ilə ştat cədvəlində müvafiq dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq əmək şəraitinin şərtlərinə dəyişiklik edilməsi barədə azı 1 təqvim ayı əvvəl rəsmi xəbərdar edilmiş və ona təqdim edilən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərdarlığa imza etməkdən imtina olunmuş, bu barədə institut tərəfindən müvafiq akt bağlanmışdır. Hazırda ona verilmiş xəbərdarlıq müddəti bitmişdir. İddiaçı yeni əmək şəraiti ilə və bundan əlavə ona təklif olunan yeni 3 vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsini xəbərdarlıq müddətində təqdim etmədiyi nəzərə alınmışdır. 36.Məhkəmə hesab etmişdir ki, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” adlanan 8-ci fəslinin müddəalarına zidd olmuşdur. 37.Belə ki, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 38.Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. 39.Qanunvericiliyə əsasən əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. 40.İşçilər üçün əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əmək haqqının ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılmasını təmin etməlidirlər. 41.Həmçinin bu sahədə işəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığortasının təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir. 42.Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əməkhaqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. 43.Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir, başqa sözlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 44.Əmək Məcəlləsinin 55-ci maddəsi əmək şəraitindən yüksək şərtləri nəzərdə tutur. İşəgötürən heç bir halda işçiyə əmək şəraiti ilə bağlı minimal tələblərdən aşağı şərtlər müəyyən edə bilməz. Hətta işçi özü xahiş etsə belə, işçi üçün minimal əmək şəraiti tələblərindən aşağı şərtlər müəyyən edilməsinə əmək qanunvericiliyi icazə vermir. 45.Məhkəmə daha sonra qeyd etmişdir ki, işçinin əmək müqaviləsinə xitam verilməsinin bir səbəbi də əmək şəraitinin dəyişməsidir. Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraiti şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Burada əmək şəraitinin dəyişməsi dedikdə, əsasən yaxşı şəraitin pisləşməsi başa düşülür. 46.ƏM-nin 56-cı maddəsinin 1-ci bəndində göstərildiyi kimi istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 47.Cavabdeh tərəf iddiaçının hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi 1 “baş mütəxəssis” (hüquqi məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsini və yeni strukturda olan “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilməsini, eləcə də vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilməsini göstərsə də, məhkəmə hesab etmişdir ki, bu struktur dəyişikliyi əmək şəraitinin dəyişməsini deyil, faktiki olaraq başqa işə keçirmənin və ya ştatların ixtisarı elementlərini özündə əks etdirir. 48.Belə ki, əvvəla işin materiallarından görünür ki, Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 326 saylı əmrində “baş hüquqşünas” ştat vahidi 1 “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsi barədə heç bir qeyd yoxdur. Halbuki, cavabdehin xx.xx.2024-cü il tarixli 258 nömrəli əmrində xx.xx.2023-cü il tarixli 326 saylı əmrə istinad edilmişdir. 49.Bundan əlavə, xx.xx.2024-cü il tarixli əmrdə istinad edilən xx.xx.2024-cü il tarixli 232 saylı əmrdə “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nin yaradılması göstərilsə də, orada “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi nəzərdə tutulması göstərilməmişdir. 50.Məhkəmə, cavabdeh tərəfin - Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2023cü il tarixli, 16/33 saylı qərarına, Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2023cü il tarixli 326 saylı əmrinə istinad etməklə iddiaçının işlədiyi 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsinin yeni strukturda artıq nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 258 nömrəli əmri ilə ştat cədvəlində dəyişikliklər edilməklə İnstitutun işçilərinin say həddinin 245 ştat vahidi olaraq təsdiq edilməsinə istinad etmələri ilə bağlı dəlillərinə qiymət verərək hesab etmişdir ki, bu dəlillər iddiaçının əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilmir və əmək şəraitinin birtərəfli qaydada dəyişdirilməsi üçün qanunvericilikdə sadalanmış konkret əsasların iddiaçıya münasibətdə nədən ibarət olması işin materiallarından görünmür. 51.Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddiaçıya yeni əmək şəraiti ilə və təklif edilən vəzifələrdən biri üzrə işi davam etdirmək baradə razılıq ərizəsi olmamasına istinad etməklə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilməsinə dair əmri məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 55 və 56-cı maddələrinin tələblərinə uyğun olmadığı və bu halın tərəflər arasında bağlanmış əmək müqaviləsində də nəzərdə tutulmadığı üçün qanuni və əsaslı sayıla bilməz. 52.Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, iddiaçı barəsində Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 360 saylı əmri xx.xx.2024-cü il tarixdə qəbul edildiyi halda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktorunun iddiaçının xx.xx.2024-cü il tarixli xidməti məktubuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya onun əmək müqaviləsinə müvafiq əmrlə xx.xx.2024-cü il tarixindən bu Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin “C” bəndində nəzərdə tutulan “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” əsasla xitam veriləcəyi göstərilmişdir. Baxmayaraq ki, əmək münasibətlərinə xitam verilməsinə dair əmr 20 iyun 2024-cü il tarixində qəbul edilmişdir. 53.Beləliklə də məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddianın əsassız olmasına dair izahatları və irəli sürdükləri dəlilləri özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. 54.Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 55.Məhkəmə, iddiaçının barəsində olan əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmasını qeyd edərək, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri ləğv edilməli, ona həmin İnstitut tərəfindən 20 iyun 2024-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmalıdır. Bu qətnamənin icrasına nəzarət isə X26 vasitəsilə onun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasının (nizamnaməyə əsasən) üzərinə düşür. 56.Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasından və Azərbaycan Milli X3 və Antropologiya İnstitutundan müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. 57.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İV, Vİ hissələri; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11-ci maddəsinin “a” və “b” bəndləri, 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi, 43-cü maddənin İİ hissəsinin “ə” bəndi, 54, 55, 56-cı maddəsinin İ, İİ, İİİ və İV hissələri, 59, 68-ci maddəsinin 1-ci və 2-ci hissələri, 76 və 300.1ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 58.Cavabdeh Azərbaycan Milli X3 və Antropologiya İnstitutu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 59.Apellyasiya şikayəti onunla əsaslandırılımşdır ki, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndində nəzərdə tutulan əsasla iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər X5 09 yanvar 2024-cü il tarixli AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni nizamnaməsinə uyğun təşkili haqqında qərarına əsasən, AMEAnın elmi müəssisələrinin nümunəvi təşkilatı strukturu təsdiq edilmişdir. Həmçinin həmin qərarda AMEA-nın elmi müəssisələrinin nümunəvi təşkilati strukturunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30 avqust 2017-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələri”nin “Vahid X11”nın tələblərinə uyğunlaşması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiyaİnstitunun adı dəyişdirilərək Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. Azərbaycan Milli Elmlər X12 xx.xx.2024-cü il tarixli 13/7 saylı AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun strukturunun təsdiq edilməsi haqqında qərarında strukturun 09 yanvar 2024-cü il tarixli 1/4 nömrəli qərarın 1-ci bəndi ilə təsdiq olunmuş nümunəvi struktura uyğun olaraq yenidən təşkil edilməsi tapşırılmışdır. Belə ki, həmin qərarın 10-cu bəndinə əsasən “AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun strukturu”nun təsdiq edilməsi qərara alınmış, 11-ci bəndinə əsasən isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna (tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev) təsdiq olunmuş struktura uyğun olaraq işçilərin şöbələr üzrə komplektləşdirilməsinin təmin olunması tapşırılmışdır. AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun 30 aprel 2024-cü il tarixli 232 saylı qərarı ilə AMEA-nın Rəyasət Heyətinin 23 aprel 2024-cü il qərarını rəhbər tutaraq “Arxeologiya və Antropologiya institunun skrukturu” təsdiq edilmişdir. Strukturda dəyişiklik edilməsində məqsəd yeni strukturun “Elm və elmi xidmət” sahəsinə aid qulluqçu vəzifələrinin “Vahid X11”na uyğunlaşdırılması olmuşdur. Belə ki, “Elm və Elmi Xidmət” sahələrinin strukturu vahid “Vahid X11”na uyğun olmalı kitabçada nəzərdə tutulmayan vəzifə və ştatlar qeyd olunan qurumlarda ümumiyyətlə nəzərdə tutulmamalıdır. AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun 14 may 2024-cü il tarixli 258 saylı “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində dəyişiklik edilməsi” haqqında əmrindən görünür ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun ştat cədvəlində “Rəhbərlik” bölməsinə aid olan 1 “baş hüquqşünas” ştat vahidi 1 “baş mütəxəssis” ştat vahidi ilə əvəz edilməsi və yeni strukturla təsdiq edilmiş “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsinə verilməsi, “Elm və elmi xidmət” sahəsinə aid qulluqçu vəzifələrinin “Vahid X11”na əsasən dəyişiklik edilməsi əmr edilmişdir. Həmin qərar da AMEA-nın Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli 13/7 nömrəli qərarını əsas tutmuşdur. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək kimi əsas hüquqları vardır. Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallar istisna edilməklə, əmək şəraitinin dəyişməsi dedikdə, əsasən yaxşı şəraitin pisləşməsi başa düşülür. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ayəvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı madəsinə əsasən hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Əmək şəraitinin dəyişdirilməsinə dair tərəflərindən iddiaçıya xəbərdarlıq edilmiş, yeni struktura əsasən olunan dəyişikliyin məzmunu xəbərdarlıq şəklində göndərilmişdir. Belə ki, həmin xəbərdarlıqda hüquqşünaslıq ixtisası üzrə işini davam etdirməklə “baş mütəxəssis” (hüquq məsələləri) vəzifəsi üzrə, eləcə də İnstitutun təsdiq edilmiş yeni strukturuna uyğun olaraq ingilis və fransız ixtisası üzrə 3 şöbədə vəzifələr təklif edilmişdir. Həmçinin yeni əmək şəraiti ilə təklif edilən işlərdən hər hansı biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsi olmadıqda onu əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi bildirilmişdir və o, bu xəbərdarlığı imzalamaqdan imtina etmişdir. Nəticədə İddiaçı xx.xx.2024-cü il tarixdən qeyd edilən normaya əsasən işdən azad edilmişdir. Arxeologiya və Antropologiya İnstitunun yəni, işəgötürənin məqsədi hüquqşünas vəzifəsinin ləğvi və ya ixtisarı deyil. Göründüyü kimi bu vəzifənin olmasına institutda zərurət var və yeniştatda da hüquq məsələləri üzrə “baş mütəxəssis” nəzərdə tutulub. Burada ixtisardan söhbət gedə bilməz. Əgər məqsəd ləğv etmək olsaydı yeni ştatda hüquq məsələləri üzrə vəzifə nəzərdə tutulmazdı. İşəgötürənin niyyəti İddiaçı azad etmək olsa idi, ona yeni strukturda hüquq məsələləri üzrə vəzifədə iş təklif etməz, 1 ay gözləməzdi. Birinci instansiya məhkəməsi işin hallarını tam nəzərə almadan əsassız qərar çıxarmışdır. İş materiallarına əsasən hesab edir ki, iddiaçı özü məsələyə qərəzli yanaşmışdır. Belə ki, onun xəbərdarlığı imzalamaqdan imtina etməsi, hüquq məsələləri üzrə vəzifə təklif olunmasına baxmayaraq qəbul etməməsi onun özünün hüquqşünas kimi davam eləmək istəmədiyini göstərir. İddiaçı niyyəti sırf hüquqşünas olaraq işləmək olsa idi, o bu vəzifədən imtina etməzdi. Görünür ki, işəgötürən öz vəzifəsini icra etmiş, əmək şəraitinin şərtlərinin dəyişməsi halında 1 ay əvvəl xəbərdarlıq etmiş, həmçinin yeni strukturdan müəyyən vəzifələr (öz ixtisasına uyğun da həmçinin) təklif etmişdir. Nəticədə ona təklif olunan hüquq məsələləri üzrə hal-hazırki strukturda ən yüksək vəzifə olan “baş mütəxəssis” vəzifəsini qəbul etməməsi onlara da çətinlik yaratmışdır. Digər bir məsələ birinci instansiya məhkəməsi hazırki iş materiallarına qiymət verərkən cavabdeh və iddiaçı arasında əvvəl baş vermiş mübahisə materiallarına, yəni Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(103)- 6229/2013 saylı qətnaməsinə də istinad etmişdir. Lakin qətnamə əsasında bəllidir ki, həmin hadisə şəxs xəstə olarkən baş verdiyi, həmin dövrdə işdən azad edildiyinə görə, yəni baş vermiş hadisənin pozuntu kimi qiymətləndirilməsinə görə yenidən işə bərpa olunmuşdur. Həmin hadisə ilə hazırki iş materialları qətiyyən uyğun gəlmir, buna görə də o qətnaməyə istinad edib ona əsasən qərar vermək əsassızdır. Həmçinin birinci instansiya məhkəməsi İddiaçı iddia tələbində qeyd etdiyi “baş hüquqşünas” vəzifəsinə bərpa olunmasına mümkünsüzlüyünü nəzərə almamışdır. Belə ki, artıq Arxeologiya və Antropologiya institutunda təsdiq edilmiş yeni strukturunda baş hüquqşünas vəzifəsi mövcud deyil. Yuxarıda göstərilənlər birinci instansiya məhkəməsinin mövqeyinin və gəldiyi nəticənin tamamilə əsassız və qanunsuz olduğunu təsdiq edir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zamanı işçi bununla əlaqədar işi davam etdirməkdən imtina edərsə, işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada və məbləğdə müavinət ödəməklə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. İşə götürən tərəfindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti olduqda, o ən azı bir ay əvvəl işçini yazılı məlumat və ya əmrlə xəbərdar etməlidir. Xəbərdarlıq müddətində işçi əvvəlki işini davam etdirməli və ona tapşırılmış işləri əmək müqaviləsinin şərtlərinə görə lazımınca yerinə yetirməlidir. İşçi yeni əmək şəraiti ilə işə davam etdirməyə razılıq vermirsə, onda ona başqa iş təklif edilməlidir. Başqa iş onu təmin etmədiyi halda və yaxud başqa iş təklif edilməsi mümkün olmadıqda işçi ilə əmək müqaviləsinə xitam verilməlidir. Belə olan halda işçinin əmək kitabçasında qeydlərin düzgün aparılması vacib şərtlərdən hesab olunur. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinə xitam verildikdə işçilərin əmək kitabçasında AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam olunduğu göstərilməlidir. AR ƏM-in 68-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilərkən bir aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə ən azı 2 aylıq əmək haqqını bir dəfəyə ödəməklə müqavilə pozula bilər. 60.Qətnamədən həmçinin digər cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın bütün iddialarının tamamilə rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 61.Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dəlilləri kimi bildirmişdir ki, “Azərbaycan Milli X3 və Antropologiya İnstitutu (bundan sonra institut) 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) onunla bağlanmış müddətsiz (“Baş hüquqşünas vəzifəsinə”) əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşəgötürən tərəfindən verilmiş əmr qanuna ziddir. Razı deyil. Çünki əmr qərəzlidir. Belə ki, institutda “baş hüquqşünas“ vəzifəsində işlədiyi müddətdə heç bir xəbərdarlıq və ya töhmət almamışdır. Bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış, heç bir vaxt əmək və icra intizamını pozmamış, eləcə də məsul olduğu vəzifənin öhdəsindən tam gəlmişdir. İnstitutun bütün hüquqi işlərini layiqincə yerinə yetirmiş və küllü miqdarda büdcədən kənar maliyyə vəsaitləri gətirmişdir. İşəgötürən onun “müddətsiz” əmək müqaviləsinə xitam verərkən, bunun hansı zəruriyyətdən irəli gəldiyini əsaslandırmamış, heç bir müvafiq araşdırma aparılmadan qanunla qorunan hüquqlarını pozmaqla əmək münasibətlərinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən onun institutun “baş hüquqşünası” vəzifəsindən azad olunmağı tam qanunaziddir.” İddiaçı qanunaziddliyin əsasları kimi göstərir ki, əmrin verilməsinə əsas olmuş 15 may 2024-cü il tarixli rəsmi Xəbərdarlıq ona elan olunsa da, o, həmin xəbərdarlığa imza etməkdən imtina edib və həmin Xəbərdarlığın surəti ona ya əlbəəl verilməyib, ya da poçt vasitəsilə yaşadığı ünvana göndərilməyibdir. Lakin iddiaçı elə öz iddia ərizəsində qeyd edir ki, o, “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi”nə razılıq verməmişdir. Cavabdeh tərəf tamamilə haqlı olaraq hesab edir ki, iddiaçının iddiaları tamamilə əsassız olmaqla məhkəmə tərəfindən təmin olunmamalı idi. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi heç bir əsas olmadan hesab emişdir ki, iddia təmin edilməli, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri ləğvedilməli, ona həmin İnstitut tərəfindən 20 iyun 2024-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmalıdır. Məhkəmənin qətnaməsi aşağıdakılara görə əsassızdır və ləğv olunmalıdır: Birincisi, Arxeologiya və Antropologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olsa da, öz əsasnaməsi olan hüquqi şəxs kimi fəaliyyət göstərən müstəqil struktur olduğundan, həmin institutda hər hansı bir şəxsin işə götürülməsi və ya işdən azad olunması Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyət dairəsinə daxil olmadığından, baxılan mülki iş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh qismində cəlb olunması qanunun tələblərinə uyğun deyildir. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1672/2024saylı mülki iş üzrə Azərbaycan Milli Elmlər Akademiyası (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə) iddia tələbinin yönəldiyi hüquqi şəxs olmadığından, Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh qismində cəlb olunması qanunlarən tələblərinə zidd bir haldır. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən, iddiaçının əmək müqaviləsinin müddəti onun iddia etdiyi kimi müddətsiz deyildir və iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti artıq başa çatmış hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1 və 10-1.2-ci maddələrinin tələblərinə görə “10-1.1. Dövlətbüdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə1 ildən çox olmayaraq uzadıla bilər.” İddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, o, xx xxxx 1956-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur və onun 65 yaşı 03 mart 2021-ci il tarixdə artıq tamam olmuşdur və onun çalışma müddəti isə Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun rəhbərliyi tərəfindən uzadılmamışdır. Üçüncüsü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə görə, “1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər...” Qeyd edək ki, Azərbaycan Milli Elmlər X5 23 aprel 2024-cü il tarixli 13/7 saylı qərarına əsasən Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun yeni strukturu təsdiq edilmiş və yeni strukturda iddiaçı: İddiaçı həmin vaxt tutduğu “baş hüquqşünas” vəzifəsi əmək funksiyalarını saxlanılması şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi ilə əvəz olunmuşdur. Bu barədə Azərbaycan Milli X3 və Antropologiya İnstitutunda 15 may 2024-cü il tarixdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutununda tərtib olunmuş aktdan görünür ki, İnstitutun direktoru tarix ü.f.d., dosent X19 İddiaçı xidməti otağına dəvət edib, həmin vaxt xidməti otaqda olan Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları:institutun ümumi işlər üzrə direktor müavini iqtisadiyyat ü.f.d. X16, elmi katibi tarix ü.f.d., dosent X8, Məhkəmə arxeologiyası şöbəsinin müdiri tarix ü.f.d. X25, İnsan resursları şöbəsinin müdiri X20, Sənədlərlə iş şöbəsinin müdiri X9, Təchizat və xidmət şöbəsinin müdiri X15, həmin şöbənin mütəxəssisi X23 və Mühasibatlıq şöbəsinin mühasibi X10 iştirakları ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-ci maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işçiyə, yəni İddiaçı rəsmi xəbərdarlıq İnsan resursları şöbəsinin müdiri X20 tərəfindən oxunaraq təqdim edildi və ona AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat dəyişikliyi barədə əmrin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin məzmunu, həmin Məcəllənin 77-ci maddəsinin təminatları və həmin maddənin 4-cü bəndinə uyğun olaraq hüquqları izah edildi. Həmçinin, İddiaçı yeni əmək şəraiti ilə işə davam etdirməyə razılıq vermədiyi hal yaranarsa, bu halda ona institutda "ingilis və fransız dili" İxtisasına uyğun olaraq 3 başqa vəzifə üzrə iş təklifi barədə də təqdim edilən xəbərdarlıqda qeyd edildiyi bir daha vurğulandı. İddiaçı rəsmi xəbərdarlığı əlinə aldı və o, ona təklif olunan "hüquqşünaslıq" ixtisası üzrə həm yeni əmək şəraiti, həm də institutda 3 başqa vəzifə üzrə də işini davam etdirmək istəmədiyini bildirdi. Bundan əlavə, İddiaçı yuxarıda sözügedən xəbərdarlıqla tanış olduğu barədə təqdim olunan rəsmi xəbərdarlığa imza atmaqdan da imtina etdi. Bu səbəbdən də, İddiaçı rəsmi xəbərdarlıqla tanış olub, lakin imzalamaqdan imtina etməyi ilə bağlı həmin prosesin iştirakçıları tərəfindən müvafiq akt tərtib edilmişdir. İddiaçı: İddiaçı Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun rəhbərliyindən tərtib edilmiş bütün sənədlərin yaşadığı ünvana göndərilməsini tələb etməsinə uyğun olaraq, yeni əmək şəraiti ilə və ya təklif olunan vəzifələrdən biri üzrə işləməyi davam etdirməsi təklifi haqqındakı rəsmi xəbərdarlıq məktubu 15 may 2024-cü il tarixdə İnstitut rəhbərliyi tərəfindən İddiaçı: İddiaçı yaşadığı: AZ- 1066, ünvan 1 ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Lakin iddiaçı: İddiaçı onun həmin vaxt tutduğu “baş hüquqşünas” vəzifəsinin əmək funksiyalarını saxlanılması şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi ilə əvəz olunması halı ilə razı olmadığından müvafiq ərizəni yazmaqdan imtina etdiyindən, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə (Əmək müqaviləsinə (c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar xitam verilməsi) əsasən tamamilə düzgün olaraq xitam verilmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(009)-1672/2024 saylı qətnaməsində nəzərə alınmamışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı ona 15 may 2024-cü il tarixdə olunmuş rəsmi xəbərdarlıqdan sonra ondan tələb olunan razılıq ərizəsini yazmaqdan imtina etdiyindən, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən əmək müqaviləsinə 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, yəni əmək şəraitinin şərtlərinin dəyişdirildiyindən xitam verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi öz qətnaməsini qəbul edərkən, bu halı, yəni qanunun tələbinlərinin tam şəkildə gözlənilərək Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən 20 iyun 2024-cü il tarixli, 360 nömrəli müvafiq əmrin verilməsini nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Milli Elmlər X12 23 aprel 2024-cü il tarixli 13/7 saylı “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturunun təsdiq edilməsi qərarının 10-cu bəndinə əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilməsi qərara alınmışdır. - AMEAnın Arxeologiya və Antropologiya İnstitutunun 30 aprel 2024-cü il tarixli 232 saylı qərarının 14cü bəndinə əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilmişdir. - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 14 may 2024-cü il tarixli 258 saylı “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində dəyişiklik edilməsi” haqqında əmrində qeyd edilir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində “Rəhbərlik” bölməsinə aid olan 1 “baş hüquqşünas” ştat vahidi 1 “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilsin və yeni strukturla təsdiq edilmiş “Yeni tikinti sahələrinin tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilsin. Vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilsin. - İddiaçıya edilmiş əmək şəraitinin dəyişdirilməsinə dair 15 may 2024-cü il tarixli rəsmi xəbərdarlıqdan görünür ki, AMEA-nın elmi tədqiqat müəssisələrinin təşkilatı strukturunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu yenidən təşkil edilmiş, AMEA Rəyasət Heyətinin 23 aprel 2024-cü il tarixli 13/7 nömrəli qərarı ilə təsdiq edilmiş və institut üzrə müvafiq əmr verilmişdir. Yeni strukturla bağlı institutda əməyin təşkilində dəyişikliklər edilməsi məqsədi ilə İnstitutun köhnə strukturunda “Rəhbərlik” bölməsində hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi yeni strukturda nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 14 may 2024-cü il tarixli 258nömrəli əmri ilə ştat cədvəlində dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, onun hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi 1 “baş mütəxəssis” (hüquqi məsələləri üzrə) ştat vahidi ilə əvəz edilmiş və yeni strukturda olan “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilmişdir. Vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilmişdir. Onun çalışdığı “baş hüquqşünas” vəzifəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək “hüquqşünaslıq” ixtisası üzrə işini davam etdirmək şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi üzrə xəbərdarlıqda sadalanmış vəzifə öhdəlikləri müəyyən edilir. Həmçinin ona İnstitutun təsdiq edilmiş yeni strukturuna uyğun olaraq “ingilis və fransız dilləri” ixtisası üzrə 3 şöbədə vəzifələr təklif edilmişdir. Daha sonra göstərilmişdir ki, yeni əmək şəraiti ilə və yuxarıda təklif edilən vəzifələrdən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsi olmadıqda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəkdir. - Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun 15 may 2024-cü il tarixli 5 saylı aktından görünür ki, İddiaçı ona edilən rəsmi xəbərdarlıqla tanış olduqdan sonra tanış olması ilə bağlı həmin xəbərdarlığı imzalamaqdan imtina etmişdir. - Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli 360 saylı əmrindən görünür ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası İddiaçı əmək müqaviləsinə 20 iyun 2024-cü il tarixindən yeni əmək şəraiti ilə və yuxarıda təklif edilən vəzifələrdən biri üzrə işi davam etdirmək barədə İddiaçı razılıq ərizəsi olmadığından onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmişdir. - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktorunun iddiaçının 10 iyun 2024-cü il tarixli xidməti məktubuna cavab olaraq ünvanladığı 20 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin İİ bəndinə riayət edilərək ona “əmək şəraitinin” dəyişdirilməsi ilə bağlı yazılı məlumat, yəni rəsmi xəbərdarlıq 15 may 2024-cü il tarixdə iş yerində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda təqdim edilmişdir. Bundan əlavə, o sözügedən rəsmi xəbərdarlıqla bərabər istitutun ştat cədvəlində dəyişiklik edilməsi barədə müvafiq əmr və ali təhsili üzrə hər iki ixtisasına uyğun əlavə olaraq 3 yeni vəzifə üzrə təkliflər ilə də tanış edilmişdir. Digər tərəfdən ona yeni əmək şəraiti ilə təklif olunan 3 vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsinə rəsmi xəbərdarlıqla tanış olduğu 15 may 2024-cüil tarixindən 1 təqvim ayı müddətinədək Sənədlərlə iş şöbəsinə təqdim edilməsinin zəruri olduğu barədə də şifahi və yazılı məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə münasibətdə isə bir daha qeyd olunur ki, bu maddə üzrə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirmək sayılır. Onun isə hüquqşünas kimi əmək müqaviləsi üzrə yerinə yetirdiyi əmək funksiyası tam dayandırılmamış, əksinə yerinə yetirəcəyi iş yükünə uyğunlaşdırılmışdır. Bu hal onun müraciətində vurğuladığı tənbeh vasitəsi kimi deyil, əksinə onun elmi müəssisədə bir hüquqşünas kimi yerinə yetirməli olduğu işlərin (xidməti) dairəsinin dəqiqləşdirilməsi kimi qəbul edilməlidir. Bildirilmişdir ki, ona təklif olunan yeni əmək şəraiti ilə və bundan əlavə 3 yeni vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsi rəsmi xəbərdarlıqla tanış olduğu 15 may 2024-cü il tarixindən azı 1 təqvim ayı müddətinədək işəgötürənə təqdim edilməsi müddəti bu gün 20 iyun 2024-cü il tarixində bitmiş hesab edilir və bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin İİ bəndinə riayət edilərək onun əmək müqaviləsinə müvafiq əmrlər xx.xx.2024-cü il tarixədək əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən bu Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin “c” bəndində nəzərdə tutulan “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” əsasla xitam veriləcəkdir. İddiaçı ondan tələb olunan əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı vəzifəyə təyin olunmasına razılıq ərizəsini yazmaqdan imtina etdiyindən, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən əmək müqaviləsinə 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, yəni əmək şəraitinin şərtlərinin dəyişdirildiyindən xitam verilmişdir. Məhkəmə də öz qətnaməsinin əsaslandırıcı hissəsində “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən (adı dəyişdirilmişdir) İddiaçı 04 avqust 2021-ci il tarixdən müddətsiz baş hüquqşünas peşəsinə işə qəbul edilmiş, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən əmək müqaviləsinə 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, yəni əmək şəraitinin şərtlərinin dəyişdirildiyindən xitam verilmişdir.” Sözlərini qeyd etsə də, iddiaçının əsassız iddialarını təmin etmişdir. Təbiidir ki, iddiaçı: İddiaçıonun həmin vaxt tutduğu “baş hüquqşünas” vəzifəsinin əmək funksiyalarının saxlanılması şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi ilə əvəz olunması halı ilə razı olmadığından, müvafiq ərizəni yazmaqdan imtina etdiyindən, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə (Əmək müqaviləsinə (c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar xitam verilməsi) əsasən xitam verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 62.İddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edərək əlavə olaraq qeyd etmişdir ki, 1-ci cavabdehin apellyasiya şikayətini hüquqi şəxs deyil, “sənədlərlə iş və protokol şöbəsi”-nin möhürü ilə təsdiq edilmişdir. 2-ci cavabdehin apellyasiya şikayətini isə nizamnaməsinə zidd olaraq dövlət gerbi təsvir olunmuş möhürlə təsdiq edilmişdir. Bununla da AR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixddə təsdiq edilmiş 2-ci cavabdeh nizamnaməsinin 1.6-cı maddəsinin tələbi pozulmuşdur. Həmin maddədə deyilir: İnstitut müstəqil balansa, xəzinə və bank hesabına, istifadəsində olan dövlət əmlakın, öz adı həkk olunmuş möhürə, rəsmi loqo və emblemə, ştampa və blanklara malikdir.” 2-ci cavabdehin Nizamnaməsindən görünür ki, öz adı həkk olunmuş möhürdən başqa dövlət gerbi həkk olunmuş möhürü ola bilməz. Cavabdehlərin yazdığı apellyasiya şikayətləri özlüyündə həqiqəti əks etdirmir. AMEA Rəyasət Heyəti AMEA-nın Arxeologiya, Etnoqrafiya və Atropologiya İnstitutunun sturkturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında 16/33 nömrəli, 12 iyul 2023-cü il tarixli Qərarında və əlavə olunmuş siyahıda İstitutun “baş hüquqşünası” ştatının hara yoxa çıxdığı barədə heç nə deyilmir?! AR Əmək məcəlləsinin 55-ci maddəsi əmək şəraitindən yüksək şərtləri nəzərdə tutur. İşəgötürən heç bir halda işçiyə əmək şəraiti ilə bağlı minimal tələblərdən aşağı şərtlər müəyyən edə bilməz. Hətta işçi özü xahiş etsə belə, işçi üçün minimal əmək şəraiti tələblərindən aşağı şərtlər müəyyən edilməsinə əmək qanuvericiliyi icazə vermir. Cavabdeh tərəf iddiaçının tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi, 1 “baş mütəxəssis” (hüquqi məsələlər üzrə) ştat vahidi ilə əvəz edilməsini və yeni sturkturda olan “Yeni tikinti sahələrinin arxeoloji tədqiq şöbəsi”nə verilməsini, eləcə də vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilməsini göstərsə də hesab edir ki, bu sturuktur dəyişikliyi əmək şəraitinin dəyişməsini deyil, fakitiki olaraq başqa işə keçirmənin və ya ştatların ixtisarı elementlərini özündə əks etdirir. Cavabdeh tərəfindən iddiaçıya yeni əmək şəraiti ilə və təklif edilən vəzifələrdən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsi olmamasına istinad etməklə onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “c” bəndində nəzərdə nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişməsi) xitam verilməsinə dair əmri məhz AR Əmək Məcəlləsinin 55 və 56-cı maddələrinin tələblərinə uyğun olmadığı və bu halın tərəflər arasında bağlanmış əmək müqaviləsində də nəzərdə tutulmadığı üçün qanuni və əsaslı sayıla bilməz. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 63.Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun direktoru X17 və cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdilər. 64.İş üzrə İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak etsə də, növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, teleqram ünvanlayaraq səhhətində yaranan ciddi problemlə əladədar məhkəmə iclasında iştirak etməyinin qeyri-mümkün olduğunu bildirmiş, lakin bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir 65.İş üzrə digər cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə əvvəlki məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

66. 3-cü maddənin 11-ci bəndi. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu.

67. 43-cü maddənin 2-ci hissəsinin “ə” bəndi. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması.

68. 54-cü maddəsinin 1-ci bəndi. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: -peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; -əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; -əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; -sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; -əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; -əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; -bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; -işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; -işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; -insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; -əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.

69. 54-cü maddəsinin 2-ci bəndi. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

70. 56-ci maddəsinin 1-ci bəndi. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

71. 56-cı maddənin 2-ci bəndi. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

72. 55-ci maddəsinin 3-cü bəndi. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

73. 56-cı maddənin 4-cü bəndi. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. 74.Maddə 59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

75. Maddə 68.Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 76.Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 79.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 80.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

81.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 82.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

83.Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun apellyasiya şikayəti təmin edilməli, Azərbaycan Milli Elmlər Akademiyasının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 84.Belə ki, işin faktiki halları onda ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2013cü il tarixli, 2(103)-6229/2013 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, İddiaçı tutduğu vəzifədən azad olunması barədə xx.xx.2013-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi, İddiaçı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş hüquqşünası vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən İddiaçı 04 avqust 2021-ci il tarixdən müddətsiz baş hüquqşünas peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 19 saylı qərarının İ bəndinə əsasən AMEA-nın Arxeologiya, Etnoqrafiya və X2 və Antropologiya İnstitutu adlandırılmışdır.Daha sonra Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli, 360 saylı əmri ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmişdir. 85.Kollegiya ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının hazırki iddia üzrə cavabdehlik daşımamasına dair dilillərini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 86.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda və X22 tərkibində olsa da, (Nizamnaməsinin 1.2-ci bəndi) öz əsasnaməsi olan hüquqi şəxs kimi fəaliyyət göstərən müstəqil struktur olan elmi müəssisələrdən biridir. (Nizamnamənin 1.4 bəndi) 87.Tədqiq olunan sənədlərdən də aydın olur ki, strukturuna daxil olan hər hansı bir elmi müəssisə ştat cədvəlində etdiyi dəyişiklikləri Rəyasət Heyəti ilə razılaşdırdıqdan sonra, təsdiq olunması üçün AMEA-nın prezidentinə təqdim edilir. Belə ki, AMEA-nın Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli, 16/33 nömrəli qərarından da görünür ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sturkturu təsdiq edilmiş və təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri təsdiq edilmiş, təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə komplekləşdirilməsinin təmin edilməsi qərara alınmışdır. 88.Arxeologiya və X1 1.5-ci bəndində göstərilmişdir ki, İnstitut öz fəaliyyətində həmçinin AMEAnın da Nizamnaməsini rəhbər tutur. Həmçinin Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun təsisçisidir və X26 vasitəsilə onun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. 89.İddiaçı əmrin qanusuz olduğunu iddia edərək, mövqeyni onunla əsaslandırır ki, əmrin verilməsinə əsas olmuş sturuktur dəyişikliyi əmək şəraitinin dəyişməsini deyil, fakitiki olaraq başqa işə keçirmənin və ya ştatların ixtisarı elementlərini özündə əks etdirir. 90.Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaların şərhi baxımından qeyd edir ki, əmək şəraiti anlayışı, işçinin əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum normaları, həmçinin əmək müqaviləsində tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. 91.İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən- əmək şəraiti olaraq peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri təmin etməlidir. 92.Əmək Məcəlləsinin 56-cı maddəsi əmək şəraitinin dəyişdirilməsi prosedurunu tənzimləməklə həmin normanın məzmununa əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Bu halda işəgötürənin öhdəlikləri kimi müəyyən olunur ki, işçi azı 1 ay əvvəl yazılı qaydada xəbərdar edilməli, işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməzsə, alternativ vəzifə təklif olunmalıdır. Alternativ vəzifə mümkün olmadıqda, əmək müqaviləsinə xitam verilə bilər. 93.Göründüyü kimi, əmək qanunvericiliyi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini müəyyən şərtlər daxilində tanıyır və bu şərtlər ondan ibarətdir ki, belə bir dəyişikliyin edilməsinə əsas yaradan istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti mövcud olmalı, işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirmək imkanı təmin olunmalı, işçi azı 1 ay əvvəl yazılı qaydada məlumatlandırılmalı, işçi yeni şərtləri qəbul etməzsə, alternativ vəzifə təklif olunmalıdır. Bu mümkün olmadıqda isə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 94.Kollegiya qeyd edir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi dedikdə iqtisadi və bazar dəyişiklikləri, (müəssisənin bazar şərtlərinə uyğunlaşmaq üçün yeni istehsal modellərinə keçməsi), işçilərin iş yükünün və ya iş şəraitinin dəyişməsi, (üçnövbəli sistemdən ikinövbəli sistemə keçid), prosesinin və ya strukturun dəyişməsi (müəssisənin daxili idarəetmə sistemində dəyişikliklər (şöbələrin birləşdirilməsi, yeni bölmələrin yaradılması)) və s. kimi dəyişikliklər ola bilər. 95.Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi obyektiv əsasa söykənməlidir. Belə əsas kimi istehsalın profilinin dəyişməsi, yeni texnologiyanın tətbiqi, bəzi istehsalatların dayandırılması (bağlanması), yaxud azaldılması, digər istehsalatın genişləndirilməsi və s. çıxış edir. Əgər istehsalın və əməyin təşkilindəki bu dəyişikliklər əmək şəraitinin şərtlərinin dəyişdirilməsini tələb edirsə, bu dəyişikliklər mümkün və hüquqauyğundur. 96.Hazırkı iş üzrə iddia tələbi əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmiş əmrin mübahisələndirilməsindən ibarət olduğundan, məhkəmənin vəzifəsi əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi zamanı qanuvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilib-edilməməsinin yoxlanılmasından ibarətir. 97.Hazırki işin faktiki halları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Milli Elmlər X12 xx.xx.2023-cü il tarixli, 16/33 saylı qərarına əsasən, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli, 374 nömrəli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərinin say həddi müəyyən edilmişdir. Buna uyğun olaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturunun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması üzrə tədbirlər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu islahatların tərkib hissəsi olaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunun və işçilərinin say həddinin müəyyənləşdirilməsi və təsdiqi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər X13 “AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun strukturu” təsdiq edilməsi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun işçilərinin say həddi 245 ştat vahidi olaraq təsdiq edilməsi, təsdiq olunmuş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə kompleksləşdirilməsi təmin edilməsinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstituna (tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev) tapşırılması qərara alınmışdır. 98.Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli, 326 saylı əmrinə əsasən, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturu və işçilərinin say həddi təsdiq edilmişdir. Bu qərarın icrasından irəli gələn AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda elmi fəaliyyətin optimal təşkili və elmi potensialdan daha səmərəli istifadə etmək istiqamətində aparılan struktur dəyişikliyi nəticəsində mövcud struktutun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılmasını təmin etmək məqsədi ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA Rəyasət Heyətinin 12 iyul 2023cü il tarixli, 16/33 nömrəli qərarı ilə təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri aşağıda tərtib edilmiş tərkibdə komplekləşdirilməsi əmr edilmişdir. 99.Həmin struktur və say həddi cədvəlindən görünür ki, Rəhbərlik strukturunda 1 ştat vahidi Baş direktor, VTC üzrə təyin edilmiş 19 dərəcə, 1 ştat vahidi İcraçı direktor, VTC üzrə təyin edilmiş 19 dərəcə, 1 ştat vahidi Elmi katib, VTC üzrə təyin edilmiş 17 dərəcə, 1 ştat vahidi Baş hüquqşünas, VTC üzrə təyin edilmiş 17 dərəcə müəyyən olunmuşdur. 100.Azərbaycan Milli Elmlər X12 09 yanvar 2024-cü il tarixli 1/4 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin nümunəvi təşkilatı sturukturunun təsdiq edilməsi qərara alınmışdır. 2-ci bəndinə əsasən AMEA-nın elmi müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, rəhbərlik etdikləri müəssisənin sturukturu və ştat cədvəli bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş nümunəvi struktura uyğunlaşdırılsın və müəssisənin Elmi şurasında müzakirə edildikdən sonra AMEA Rəyasət Heyətinə təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətində təsdiq edilməsi üçün AMEA X21 Maliyyə və mühasibat şöbəsinə (texnika üzrə fəlsəfə dokturu İlqar Qulyev), İnsan resursları şöbəsinə (filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud) təqdim edilsin. 101.Azərbaycan Milli Elmlər X12 09 yanvar 2024-cü il tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisənin nümunəvi təşkilatı strukturunun İ. “Rəhbərlik” bölməsində-Elmi müəssisənin rəhbəri-direktor, Elmi müəssisənin rəhbərinin müavini-elmi işlər üzrə direktor müavini, Elmi müəssisənin rəhbərinin müavini-ümumi işlər üzrə direktor müavini, Elmi katib, Müəssisə rəhbərinin köməkçisi nəzərdə tutulmuşdur. 102.Azərbaycan Milli Elmlər X12 xx.xx.2024-cü il tarixli, 13/7 saylı “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturunun təsdiq edilməsi qərarında qeyd olunmuşdur ki, AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il tarixli, 7/2 saylı qərarının 3-cü bəndi ilə həmin institutun strukturunun “AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında 09 yanvar 2024-cü il tarixli 1/4 saylı qərarının 1-ci bəndi ilə təsdiq edilmiş nümunəvi struktura uyğun olaraq yenidən təşkil edilməsi tapşırılmışdır. Qərarın 10-cu bəndinə əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilməsi qərara alınmışdır. 103.Azərbaycan Milli Elmlər X12 xx.xx.2024-cü il tarixli 13/7 saylı qərarı ilə təsdiq edilmiş “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu”nun İ. Rəhbərlik bölməsində- Direktor, Elmi işlər üzrə direktor müavini, Ümumi işlər üzrə direktor müavini, Elmi katib, Direktor köməkçisi nəzərdə tutulmuşdur. İİ. Əsas Şöbələr bölməsində –Yeni tikinti sahələrinin arxeoloji tədqiqat şöbəsi nəzərdə tutulmuşdur. 104.AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 30 aprel 2024-cü il tarixli 232 saylı qərarının 14-cü bəndinə əsasən “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu” təsdiq edilmişdir. 105.AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 14 may 2024-cü il tarixli 258 saylı “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində dəyişiklik edilməsi” haqqında əmrindən görünür ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində “Rəhbərlik” bölməsinə aid olan 1 “baş hüquqşünas” ştat vahidinin 1 “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsi və yeni strukturla təsdiq edilmiş “Yeni tikinti sahələrinin tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilməsi, vəzifə üzrə aylıq əmək haqqının “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilməsi əmr edilmişdir. 106.Azərbaycan Milli Elmlər X12 11 iyun 2024-cü il tarixli 1612 saylı qərarı ilə Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun ştat cədvəli təsdiq edilmişdir. 107.Göründüyü kimi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturunun “AMEA-nın elmi-tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında” 09 yanvar 2024-cü il tarixli, 1/4 saylı qərarının 1-ci bəndi ilə təsdiq olunmuş nümunəvi struktura uyğun olaraq yenidən təşkil edilməsi məqsədilə institutun strukturu təkmilləşdirilmiş və AMEA Rəyasət Heyətinin 23 aprel 2024-cü il tarixli, 13/7 saylı qərarı ilə institutun yeni struktru təsdiq edilmidir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində “Rəhbərlik” bölməsinə aid olan 1 “baş hüquqşünas” ştat vahidinin 1 “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsi və yeni strukturla təsdiq edilmiş “Yeni tikinti sahələrinin tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilməsi, vəzifə üzrə aylıq əmək haqqının “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilməsi əmr edilmişdir. İnstitutun təsdiq olunmuş strukturuna uyğun olaraq ştat vahidləri şöbələr üzrə komplektləşdirilmiş və institutun yeni ştat cədvəli AMEA Rəyasət Heyətinə təqdim edilmişdir. Bundan sonra, Azərbaycan Milli Elmlər X12 11 iyun 2024cü il tarixli 1612 saylı qərarı ilə Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun ştat cədvəli təsdiq edilmişdir. 108.Göründüyü kimi Akademiyada əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsası mövcud olmuş, bu dəyişiklik Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli, 1769 nömrəli Fərmanında və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli Qərarında nəzərdə tutulan tələblərdən irəli gəlmişdir. 109.Kollegiya qeyd edir ki, Arxeologiya və Antropologiya İnstitunun yəni, işəgötürənin məqsədi hüquqşünas vəzifəsinin ləğvi və ya ixtisarı olmamışdır. Göründüyü kimi bu vəzifənin olmasına institutda zərurət olmuş və yeni ştatda da hüquq məsələləri üzrə “baş mütəxəssis” nəzərdə tutulub. Əgər məqsəd ləğv etmək olsaydı yeni ştatda hüquq məsələləri üzrə vəzifə nəzərdə tutulmazdı. 110.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə münasibətdə isə bir daha qeyd olunur ki, bu maddə üzrə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirmək sayılır. İddiaçının isə hüquqşünas kimi əmək müqaviləsi üzrə yerinə yetirdiyi əmək funksiyası tam dayandırılmamış, əksinə yerinə yetirəcəyi iş yükünə uyğunlaşdırılmışdır. Bu hal onun müraciətində vurğuladığı tənbeh vasitəsi kimi deyil, əksinə onun elmi müəssisədə bir hüquqşünas kimi yerinə yetirməli olduğu işlərin (xidməti) dairəsinin dəqiqləşdirilməsi kimi qəbul edilməlidir. 111.Kollegiya həmçinin qeyd edir ki, iddiaçının baş hüquqşünas kimi əmək müqaviləsində onun aylıq əmək haqqı 694 manat olduğu halda, “baş mütəxəssis” (hüquq məsələləri üzrə) ştat vahidi üzrə aylıq əmək haqqının “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat müəyyən edilmişdir. Qeyd olunanlar bir daha təsdiq edir ki, hazırki halda əmək şəraitinin şərtləri dəyişidirlmişdir . 112.İddiaçıya 15 may 2024-cü il tarixli xəbərdarlıqla edilən dəyişliklərin mahiyyəti izah olunmuş və alternativ iş təklif olunmuşdur. 113.Belə ki, 15 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, AMEA-nın elmi tədqiqat müəssisələrinin təşkilatı strukturunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunn strukturu yenidən təşkil edilmiş, AMEA Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli 13/7 nömrəli qərarı ilə təsdiq edilmiş və institut üzrə müvafiq əmr verilmişdir. Yeni strukturla bağlı institutda əməyin təşkilində dəyişikliklər edilməsi məqsədi ilə İnstitutu köhnə strukturunda “Rəhbərlik” bölməsində hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi yeni strukturda nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunn xx.xx.2024-cü il tarixli 258 nömrəli əmri ilə ştat cədvəlində dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, onun hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi 1 “baş mütəxəssis” (hüquqi məsələləri üzrə) ştat vahidi ilə əvəz edilmiş və yeni strukturda olan “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilmişdir. Vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X11”na əsasən 607 manat təyin edilmişdir. Onun çalışdığı “baş hüquqşünas” vəzifəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək “hüquqşünaslıq” ixtisası üzrə işini davam etdirmək şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi üzrə xəbərdarlıqda sadalanmış vəzifə öhdəlikləri müəyyən edilir. Həmçinin ona İnstitutun təsdiq edilmiş yeni struktura uyğun olaraq «ingilis və fransız dilləri» ixtisası üzrə 3 şöbədə vəzifələr təklif edilmişdir. Daha sonra göstərilmişdir ki, yeni əmək şəraiti ilə və yuxarıda təklif edilən sənədlərdən biri üzrə işi davam etdirmək baradə razılıq ərizəsi olmadıqda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəkdir. 114.İddiaçının məhkəmə kollegiyasının əvvəlki iclasındakı izahatından və Azərbaycan Milli X7 və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 5 saylı aktından görünür ki, iddiaçı xəbərdarlığa imza etməkdən imtina etmişdir. 115.Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdən (azı 1 ay, 5 gün əvvəldən) edilən dəyişiklər barədə məlumatlı olmuş, ona əmək şəraitinin şərtlərinin dəyişməsinin hansı zərurətdən irəli gəlməsi izah edilmiş və əmək müqaviləsini yeni şərtlərlə davam etdirməsi və alternativ iş təklif edilmişdir. Lakin iddiaçı buna razı olmadığından, onunla bağlanılmış əmək müqaviləsinə 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. 116.Beləliklə kollegiya hesab edir ki, iddiaçı ilə bağlanməş əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” adlanan 8-ci fəslinin müddəalarına əməl edilmiş, əməyin təşkilində yuxarıda qeyd olunan dəyişikliklərlə bağlı əmək şəraitinin dəyişdirilməsinin zərurəti əsaslandırılmış və əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilərkən iddiaçıya əlavə şərtlərlə işi davam etdirmək imkanı, bundan alavə alternativ iş imkanı təklif edilmiş, iddiaçı bundan imtina etdiyindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. 117.Yuxarıda qeyd olunanlara əsaəsn kollegiya hesab edir ki, məhkəmə iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 118.Məhkəmə kollegiyası qeyd edir ki, əmrin ləğv edilməsi üzrə iddia tələbi əsassız hesab edildiyindən digər tələb, işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi də əsassız olduğundan təmin edilməməli, habelə prosessual qanuvericiliyin tələblərinə əsasən iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. 119.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş apellyasiya şikayəti qismən, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(009)-1672/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, iş üzrə iddia ərizəsinin verilməsin görə ödənilmiş dövət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. 120.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(009)-1672/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar