Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9517/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifdə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli işi üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən 3000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci intasniya məhkəməsinin icraatı zamanı məüyyən edilmişdir ki, - Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 23 yanvar 2008-ci il tarixdə qeydə alınmışdır; Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilə dair İddiaçı adından alqı-satqı müqailəsinin rəmsiləşdirilmədiyi müəyyən edilmişdir; Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinə 28 oktyabr 2000-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzildə həmçinin, 28 oktyabr 2000-ci il tarixdən İddiaçı, 28 oktyabr 2000-ci il tarixdən X3 və 15 sentyabr 2013-cü il tarixdən X4 qeydiyyatdadır; Nizami rayon İcra Hakimiyyəti başçısının 25 may 2000-ci il tarixli 57744 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilnə dair, vətəndaş İddiaçı və onun 4 nəfər ailə üzvünə yaşamaq üçün yeganə əsas olan verilmiş 07 iyun 2000-ci il tarixli 57744 nömrəli Orderə əsasən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili yaşaması və istifadəsi üçün İddiaçı və onun ailə üzvləri Cavabdeh, X5 və X1 verilmişdir; Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinin İddiaçı adına özəlləşməsinə etiraz etməmişdir (səh.6, 70, 40, 86,81,83) Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli işi üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli 30.11.2020-ci İl tarixli qətnaməsini ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, 129; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsində izahatı təhrif olunmuşdur. Bu kobud prosessual pozuntudur. O, məhkəmə iclasında “evim və obyektim var” kimi sözlər deməmişdir. Şikayətdə qeyd edildiyi kimi kompensasiya institutu istifadəçiyə veriləcək kompensasiyanın məbləği elə müddət üçün hesablanmalıdır ki, bu müddətin bitməsinədək cavabdeh öz mənzil ehtiyaclarını sərbəst ödəmək imkanına malik olsun.Mübahisəli mənzilin satış qiyməti 150000 AZN-dir. Bir aylıq kirayə haqqı isə 500 AZN-dir. Belə olan halda məhkəmənin ona 3000 AZN kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qərarı ədalətli deyildir.İddiaçı tərəfindən təklif olunan 3000 AZN kompensasiya ilə davamlı surətdə müəyyən müddət ərzində başqa mənzildə yaşamağı təmin edə biləcək məbləğ hesab edilə bilməz. Həmin məbləğ 5-6 aylıq kirayə haqqına ancaq yetər.Məhkəmə mənzilin dəyərini və aylıq kirayə haqqı qiymətini araşdırmadan maddi hüquq normalarını pozaraq ədalətsiz qərar qəbul etmişdir.Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı, mütləq şəkildə onun mənzilin özəlləşdirilməsi zamanı iddiaçı ilə bərabər olan mülkiyyət hüquqlarından onun xeyrinə imtina etməyindən ibarət mühüm hal da nəzərə alınmalıdır ki, bu baxımdan yanaşdıqda da təklif olunan kompensasiya məbləğinin yetərli olmadığı açıq aydın müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3052/2021 saylı işi üzrə 10.03.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan respublikası Ali Məhkəməsinin 2(102)-4660/2021 saylı işi üzrə 19.08.2021-ci il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3052/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyanın13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 157.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 80, 81, 88, 106.1, 218.3, 416, 417.1.1, 417.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.Baxılan işlə bağlı qeyd edilməlidir ki, iddiaçının ilkin tələbi müvafiq kompensasiya təklif olunmadan mənzildə olan istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Bundan sonra isə 3000 manat kompensasiya təklif olunmaqla istifadə hüququna xitam verilməsi və təkrar olaraq yenidən 26.11.2020-ci il tarixdə kompensasiya təklif olunmadan istifadə hüququna xitam verilməsinə dair ərizələr iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbi əsasında tərtib olunmuş 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə dair ərizə əsasında məhkəmə araşdırmasını davam etdirmiş, ərizənin surəti cavabdeh tərəfə təqdim edilmiş, ərizənin məzmunu və tələb məhkəmənin qətnaməsinə daxil edilmişdir. Ondan sonra daxil olmuş ərizə isə cavabdeh tərəfə təqdim olunmamış, məhkəmə tərəfindən icraata qəbul edilməsi təmin olunmamış, qətnaməyə daxil edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə təklif olunan kompensasiya məbləğinin davamlı surətdə müəyyən müddət ərzində başqa yaşayış yerində yaşamağa imkan verilməməsi ilə bağlıdır. Baxılan kassasiya şikayətinin dəlillərində kompensasiya təklif edilməklə istifadə hüququna xitam verilməsinin iddiaçının-mülkiyyətçinin hüququ olmasını qeyd edilir.Beləliklə işin halları ilə müəyyən olunur ki, iddia tələbi müvafiq kompensasiya verilməklə istifadə hüququnun itirilməsi ilə bağlıdır. Digər tərəfdən qeyd edilməlidir ki, kompensasiyanın məbləği iddia tələbinə daxil olmadığı kimi, onun məbləğini müəyyən etmək də məhz iddiaçı- mülkiyyətçiyə aid olan məsələdir, bununla yanaşı məhkəmələr kompensasiyanın məbləğini mülkiyyətçinin razılığını əsas götürməklə iddiaçı tərəfin tələb edib-etməməsindən asılı olmayaraq müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyən iddiaçı məhz həmin məbləğə münasibətdə razılığını açıq bəyan edir. Bu halda isə apellyasiya instyansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasına dair mövqeyi əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini müvafiq olaraq tələbin yönəldiyi cavabdehin davamlı olaraq eyni şəraitli yaşayış sahəsi ilə təmin olunmasına imkan verməsini müəyyən etməlidir. Bu halda məhkəmə həmin məbləği kifayət hesab etmirsə, gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkünlüyünü araşdırmalı, tərəflərlə birlikdə müəyyən edilən məbləği müzakirə etməli və mülkiyyətçinin etiraz etdiyi halda məhkəmə aktında bununla bağlı mövqeyini göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.» Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək tərəflərin razılığa gələ bilmədiyini, 5000 manat kompensasiya məbləğinin ədalətli olmadığını, kompensasiya məbləğinin tərəfin əvvəlki yaşayış şəraitinə uyğun olaraq müəyyən edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 oğlu apellyasiya şikayətini qəbul etməyərək, 5000 manat kompensasiya verməyə hazır olduqlarını, cavabdehin Türkiyədə yaşadığını, mənzilə ehtiyacının olmadığını bildirmiş və kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı İddiaçı nümayəndəsi Vəkil1 etiraz ərizəsini təqdim edərək, bildirmişdir ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”.Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur.Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilinə qeydiyyata alınmışdır. Lakin, cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır və onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır.Odur ki, hazırki mülki iş üzrə Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna 5000 manat kompensasiya ödənilməklə xitam verilməsi İddiaçı tərəfindən təklifin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: “1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. 2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Qərarın əsaslandırılmasında qeyd edilmişdir ki, “ Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.” Mülki Prosessual Məcəllənin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi:372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.) Kassasiya instansiya məhkəməsinin göstərişlərinə və qeyd edilən qanunvericilik müddəalarının tələblərinə müvafiq qeyd edilməlidir ki, iddiaçı iddia edilən tələblərə və istinad etdiyi hallara, habelə müəyyən dövrdə eyni şəraitə uyğun kifayət etməsi üçün kompensasiya məbləğinə dair sübutlar və ya vəsatətlər təqdim etməmişdir. Məhkəmə kollegiyası, səlahiyyət və apellyasiya icraatının həddi baxımından təklif olunan kompensasiya məbləğinin (cavabdehin razı olmadığı şəraitdə) qənaətbəxş olmasına əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə; Mülki Məcəllənin 6, 11.1; 146, 152-164, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-cü maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Qeyd edilməlidir ki, iddia üzrə iddiaçının subyektiv tələbi müstəvisində sübutların təqdim edilməməsi, iddianın da təmin edilməsinə əsaslar müəyyən etmir. Halbuki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia əsassız olduğundan və apellyasiya şikayəti üzrə başqa tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Məhkəmə xərcləri üzrə tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli işi üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifdə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9517/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9517/2021
15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver