Məhkəmə qərarları › İş №2(103)-9521/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9521/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9521/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X1 iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(010)-2697/2021 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin, 18 saylı mənzilindən Cavabdeh məxsus olan bir ədəd stol, 4 ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən maşın, bir ədəd duxovka (çörəkbişirən soba), mətbəx mebeli, bir ədəd paltaryuyan maşın, bir ədəd köhnə paltaryuyan maşın, yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslodan ibarət əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, cavabdehlə onun oğlu arasında nikah pozulmuş, cavabdehə məxsus əşyalar həmin mənzildə qalmış, dəfələrlə bildirməsinə baxmayaraq, gəlib aparmamışdır. O, şəxsi mülkiyyətində olan mənzildən sərbəst surətdə istifadə edə bilmir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ayaqqabı və paltar asmaq üçün şkaf - qiyməti -1500 manat, qabqacaq servisi (madonna) : Dəstə daxildir : 12 ədəd nimçə, 12 ədəd nəlbəki, 12 ədəd çaşka, 2 ədəd Rusiya istehsalı olan çaydan) qiyməti - 5000 manat, 24 ədəd Bohema rümkalar qiyməti - 800 manat, 3 ədəd Bohem dolça və 6 ədəd kiçik dolça- qiyməti-600 manat, Karaca İnci yemək dəsti (62 əşyadan ibarət və 12 nəfərlik) - qiyməti-2500 manat, 24 ədəd kasa, 24 ədəd aş nimçəsi, 24 ədəd qovurma nimçəsi, 24 ədəd şor nimçəsi, 6 ədəd bulud nimçəsi - qiyməti -300 manat, 2 ədəd qənd qabı, 1 ədəd güldan - qiyməti - 150 manat, 3 ədəd Bohema su dəsti - qiyməti - 1500 manat, mətbəx üçün 4 ədəd çay dəsti qiyməti - 200 manat, 3 ədəd pakrıval - qiyməti- 1050 manat, 7 ədəd yataq dəsti ( pastel) qiyməti-560 manat, 3 ədəd çilçıraq - qiyməti - 900 manat, 4 ədəd xalça- qiyməti 800 manat, 750 əyarlı, 24 qram, İtaliya istehsalı, 1 ədəd kolye, boyunbağı brilliant -qiyməti 3000 manat, 585 əyarlı, Rusiya istehsalı, “Traktor” naxışlı sep və qolbağ dəsti - qiyməti 2400 manat, 585 əyarlı, Rusiya istehsalı,brilliant qaşlı, sırğa və üzük dəsti - 3500 manat, 585 əyarlı, 30 qram, Rusiya istehsalı, 3 brilliant qaşlı nişan üzüyü - 2500 manat, 750 əyarlı, İtaliya istehsalı, brilliant qaşlı nişan üzüyü - qiyməti - 1200 manat, anasının hədiyyə verdiyi qızıl dəsti : 750 əyarlı, İtaliya istehsalı, naxışlı sep və qolbağ - qiyməti - 1500 manat, 750 əyarlı, İtaliya istehsalı sırğa- qiyməti - 450 manat, 750 əyarlı, İtaliya istehsalı üzük- qiyməti - 250 manat, 750 əyarlı, İtaliya istehsalı, üzərində “Mehrac” adı olan qızıl qolbağ - qiyməti - 350 manat, “5”-lik adlanan qızıl pul - qiyməti- 240 manat olan cehiz və qızıl-zinət əşyalarının, qeyd edilən əşyalar olmadıqda cehiz və qızıl-zinət əşyaları olmadıqda onların dəyəri olan 31250 manat pulun, eyni zamanda 2 ədəd stulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsalandırılmışdır ki, cavabdeh ona məxsus olan bütün cehiz və qızıl-zinət əşyalarını iddia ərizəsində qeyd etməmiş və digər əmlakları ona verməkdən imtina edir. Onda olan məlumata görə ona məxsus olan bəzi əşyalar isə ümumiyyətlə yararsız vəziyyədə salınıb. İddiaçı ona məxsus qızıl-zinət əşyalarını istədikdə isə o bildirmişdir ki, ona veriləcək qızılı yoxdur. Ona hədiyyə edilmiş və yuxarıda adı və çeşidi qeyd edilmiş cehiz və qızıl-zinət əşyaları İddiaçı alınaraq ona verilməsi zəruridir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(010)-2697/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək Cavabdeh məxsus olan bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən, bir ədəd duxovka, mətbəx mebeli, bir ədəd paltar yuyan, bir ədəd köhnə paltaryuyan, bir ədəd yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslodan ibarət əmlakların İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzilindən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ayaqqabı və paltar asmaq üçün 1 ədəd şkaf, qab-qacaq servisi: 5 ədəd nimçə, 6 ədəd nəlbəki, 5 ədəd çaşka, 3 ədəd bogemia dolça, 2 ədəd aş nimçəsi, 13 ədəd qovurma nimçəsi, 10 ədəd şor nimçəsi, 6 ədəd bulud nimçəsi, 2 ədəd qənd qabı, mətbəx üçün 2 ədəd çay dəsti, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 2 ədəd stul adda əmlakların alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətin təmin olunmasını, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının səs yazılarları olan audio diskdə iddiaçı birbaşa qızıl-zinət əşyalarının onda qalmasını etiraf edir. Məhkəmə bu diksi qəbul etsə də, onu sübutlar siyahısına salmamış, tədqiq etməmiş, qəbul və ya rədd edilməsinin səbəblərini göstərməmişir. Bundan başqa cavabdeh Bakı şəhəri Xətai rayon məhkəməsinə təqdim etdiyi nikahın pozulması, aliment tələbinə dair 20.11.2019-cu il tarixli iddia ərizəsində iddiaçının anasının cavabdehə məxsus olan qızıl-zinət əşyalarını özündə saxlayaraq ona vermədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini qəbul etmədi, ilkin iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, qızıl-zinət əşyaları mövcud olsa da, onda olmamışdır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin, 18 saylı mənzili onun mülkiyyətində olmaqla, cavabdehlə oğluna yaşamaq üçün vermişdir. Onun özü Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15Q, mənzil 96-da qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi 22 saylı evə gəlin getmiş, bu günə kimi də orada yaşayır. Digər əmlaklardan ümumiyyətlə xəbəri yoxdur. Nə varsa onun mülkiyyətində olan evdədir. Həmin əmlaklara da məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatını, mütəxəsisin məsləhətini dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddianın təmin və qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərə və işin mübahisəsiz hallarına görə cavabdeh iddiaçının oğlu X4 ilə 28.04.2015-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, 04.03.2011-ci ildən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 31, mənzil 18-ə gəlin gəlmişdir. Birgə nikahlarından 16.04.2013-cü ildə Merac və 05.11.2015-ci ildə Rəhimə adlı iki uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12.06.2020ci il tarixli qətnaməsi ilə cavabdeh ilə X4 arasında olan nikah pozulmuş, uşaqlar cavabdehin yanında saxlanılmaqla, onların saxlanılmaları üçün X2 aliment tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 01.10.2009-cu il tarixdən sonra yarandığından, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, cavabdeh mülkiyyətçi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu hesab edilmədiyindən, cavabdehin iddiaçının mülkiyyətində olan həmin mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də, iddiaçı mülkiyyətində olan mənzildən cavabdehə məxsus əmlakların çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin, 18 saylı mənzilinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cavabdehə məxsus olan bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən, bir ədəd duxovka, mətbəx mebeli, bir ədəd paltar yuyan, bir ədəd köhnə paltaryuyan, bir ədəd yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslo, ayaqqabı və paltar asmaq üçün bir ədəd şkaf, qab-qacaq servisi beş ədəd nimçə, altı ədəd nəlbəki, beş ədəd çaşka, üç ədəd bogemia dolça, iki ədəd aş nimçəsi, on üç ədəd qovurma nimçəsi, on ədəd şor nimçəsi, altı ədəd bulud nimçəsi, iki ədəd qənd qabı, mətbəx üçün iki ədəd çay dəsti, bir ədəd çilçıraq, bir ədəd xalça, iki ədəd stul olan əmlaklar aşkar olunmuş, bununla bağlı fotoşəkillər çəkilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin, 18 saylı mənzilinin mülkiyyətçisi olduğundan və mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi təmin olunmalı və cavabdehə məxsus olan bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən, bir ədəd duxovka, mətbəx mebeli, bir ədəd paltar yuyan, bir ədəd köhnə paltaryuyan, bir ədəd yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslodan ibarət əmlaklar iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin, 18 saylı mənzilindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehə məxsus olan və həmin mənzildə yerləşən ayaqqabı və paltar asmaq üçün 1 ədəd şkaf, qab-qacaq servisi 5 ədəd nimçə, 6 ədəd nəlbəki, 5 ədəd çaşka, 3 ədəd bogemia dolça, 2 ədəd aş nimçəsi, 13 ədəd qovurma nimçəsi, 10 ədəd şor nimçəsi, 6 ədəd bulud nimçəsi, 2 ədəd qənd qabı, mətbəx üçün 2 ədəd çay dəsti, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 2 ədəd stul əmlaklar iddiaçıdan alınaraq Cavabdeh qaytarılmalıdır. Cavabdeh iddia ərizəsində mübahisə predmetini təşkil edən qızıl-zinət əşyalarının və digər əşyaların iddiaçıda olmasını qeyd etsə də, bunun təsdiqi olaraq mötəbər sübutlar təqdim etməmişdir. Təqdim olunmuş foto şəkil isə həmin qızıl-zinət əşyalarının iddiaçıda olmasını deyil, yalnız mövcudluğunu təsdiq edə bilər. Belə ki, iddiaçı məhkəmədə də, qeyd etdi ki, qızıl-zinət əşyaları mövcud olsa da, onda olmamışdır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin, 18 saylı mənzili onun mülkiyyətində olmaqla, cavabdehlə oğluna yaşamaq üçün vermiş, onun özü Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15Q, mənzil 96-da qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi 22 saylı evə gəlin getmiş, bu günə kimi də orada yaşayır. Digər əmlaklardan ümumiyyətlə xəbəri yoxdur. Nə varsa onun mülkiyyətində olan evdədir. Həmin əmlaklara da məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. İddiaçının təqdim etdiyi Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından da görünür ki, İddiaçı Hövsan qəsəbəsi, Məktəb küçəsi 22 saylı evdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən mövcudluğu mübahisələndirilməyən qızılzinət əşyalarının iddiaçının qanunsuz sahibliyində olması halını sübut etməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nikahın pozulması ilə bağlı ərizədə cavabdehin qeyd etdikləri qızıl-zinət əşyalarının iddiaçının qanunsuz sahibliyində olmasının sübutu kimi qəbul edilə bilməz. Həmçinin cavabdeh qarşılıqlı iddia tələbində qeyd olunan digər əşyaların mövcudluğu və iddiaçının qanunsuz sahibliyində olması halını sübut etməmiş, bununla bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbini qızıl-zinət əşyaları və digər əmlaklarla bağlı hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə ilkin və qarşılıqlı iddiada qeyd olunan əmlaklarla bağlı iddianı tam, qarşılıqlı iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, həmin əmlakların qiymətlərini qeyd etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə kollegiyasının iclasında mütəxəsis X7 yazılı məsləhətini təqdim edərək, qeyd etdi ki, Cavabdeh məxsus cehiz əşyalarının qiyməti aşağıdakı kimidir: bir ədəd stol, 4 ədəd stul-400,0 manat, bir ədəd soyuducu 500,0 manat, bir ədəd şirəçəkən maşın-40,0 manat, bir ədəd duxovka (çörəkbişirən maşın) 80,0 manat, mətbəx mebeli 600,0 manat, bir ədəd paltaryuyan maşın- 400,0 manat, yataq dəsti -800,0 manat, bir ədəd qorka servant 500 manat, 2 ədəd kreslo və bir ədəd divan-600 manat, bir ədəd şkaf, qab-qacaq servisi 150,0 manat, 5 ədəd nimçə-10,0 manat, 6 ədəd nəlbəki-8,0 manat, 5 ədəd fincan-5,0 manat, 3 ədəd bogemia dolça-15,0 manat, 2 ədəd aş nimçəsi-12,0 manat, 13 ədəd qovurma nimçəsi-26,0 manat, 10 ədəd şor nimçəsi-12,0 manat, 6 ədəd bulud nimçəsi-10,0 manat, 2 ədəd qənd qabı-20,0 manat, 2 ədəd mətbəx üçün çay dəsti-20,0 manat, 1 ədəd çilçıraq-60,0 manat, 1 ədəd xalça-70,0 manat, 1 ədəd stul-20,0 manat, cəmi 13138,00 manat. Kollegiya hesab edir ki, ilkin iddia tam və qarşılıqlı iddia qismən təmin edilən hissələrində qətnamə ləğv edilməli, həmin hissələrdə əmlakların qiymətləri müəyyən olunmaqla, iddia tam, qarşılıqlı iddia qismən təmin edilməlidir. Kollegiya apellyatorun tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının səs yazılarları olan audio diskdə iddiaçı birbaşa qızıl-zinət əşyalarının onda qalmasını etiraf etməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki iş materiallarında qeyd olunan halı təsdiq edəcək heçə bir sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə bağlı məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qanunun qeyd olunan tələbinə əsasən hesab edir ki, apellyasiya mərhələsində mütəxəsisə ödənilməli olan 50 manatın 40 manatı iddiaçıdan, 10 manatı cavabdehdən alınaraq, "xxxx" MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ**********1000240060, Bank:”GünayBank” ASC, VÖEN:**********, Müxbir hesab:AZ25NABZ********************, KOD:505594; SWİFT: saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(010)- 2697/2021 saylı qətnaməsi iddianın təmin edilən, qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv olunsun, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh məxsus olan bir ədəd stol, dörd ədəd stul-400 manat, bir ədəd soyduducu-500 manat, bir ədəd şirəçəkən maşın-40 manat, bir ədəd duxovka (çörəkbişirən maşın)-80 manat, mətbəx mebeli-600 manat, bir ədəd paltaryuyan-400 manat, bir ədəd köhnə paltaryuyan-150 manat, bir ədəd yataq dəsti 800 manat, bir ədəd qorka servant-500 manat, bir ədəd divan və iki ədəd kreslo-600 manat əmlaklar İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin, 18 saylı mənzilindən çıxarılsın. İddiaçı ayaqqabı və paltar asmaq üçün 1 ədəd şkaf, qab-qacaq servisi-150 manat, 5 ədəd nimçə-10 manat, 6 ədəd nəlbəki-8 manat, 5 ədəd çaşka-5 manat, 3 ədəd bogemia dolça-15 manat, 2 ədəd aş nimçəsi-12 manat, 13 ədəd qovurma nimçəsi-26 manat, 10 ədəd şor nimçəsi-10 manat, 6 ədəd bulud nimçəsi-12 manat, 2 ədəd qənd qabı-10 manat, mətbəx üçün 2 ədəd çay dəsti-20 manat, 1 ədəd çilçıraq-60 manat, 1 ədəd xalça-70 manat, 2 ədəd stul-20 manat adlı əmlaklar, olmadıqda dəyəri alınaraq Cavabdeh qayatrilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəsisə ödənilməli olan 50 (əlli) manatın 40 (qırx) manatı İddiaçı, 10 (on) manatı Cavabdeh alınaraq, "xxxx" MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ**********1000240060, Bank:”GünayBank” ASC, VÖEN:**********, Müxbir hesab:AZ25NABZ********************, KOD:505594; SWİFT: saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar