Məhkəmə qərarları › İş №2(103)-9528/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9528/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9528/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Zöhrab Məhərrəmovun, cavabdehin nümayəndəsi Orxan Hüseynovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 8F nömrəli evdə təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 721,10 manat məbləğində borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 721,10 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Orxan Hüseynov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Zöhrab Məhərrəmov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, iddiaçıya aid olan ünvanda 21.10.2020-ci ildən 05.02.2021ci ilədək olan 3 ay 15 gün müddətində qaz sayğacı işləməyib. Cavabdeh bu dövrdə istifadə olunan qazın dəyərini müəyyən etmək üçün hesabat aparıb, onu 721,10 manat müəyyən edib. Abonentin saldosundan görünür ki, 3 ay 15 günlük dövrə daxil olan aylarda qaz sərfi aşağıdakı kimi göstərilib: 1) 2020-ci ilin oktyabr ayında 1,20 manat; 2) 2020-ci ilin noyabr ayında 233,50 manat; 3) 2020-ci ilin dekabr ayında 302,80 manat; 4) 2021-ci ilin yanvar ayında 36,60 manat; 5) 2021-ci ilin fevral ayında 4,50 manat. Ağlabatan mühakimə əsasında 36,60 manatlıq qaz sərfi (fevral ayı üçün olan qaz sərfi) sayğacın işləmədiyi dövr üçün orta qaz sərfi kimi qəbul olunmalıdır, çünki digər aylarda (oktyabr, noyabr, dekabr və yanvar aylarında) olan qaz sərfi ya həddindən artıq yüksək, ya da həddindən artıq aşağı göstərilib. 36,60 manatla hesablama aparıldıqda qaz sayğacının işləmədiyi 3 ay 15 günlük dövrdə qaz sərfinə görə borc 128,1 manat təşkil edir (36,60 manat x 3,5 ay = 128,1 manat). Əgər birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılarsa, iddiaçı 3 ay 15 günlük dövrdə istifadə etdiyi qazın dəyərini ümumiyyətlə ödəməyəcək. Halbuki, iddiaçı özü etiraf edir ki, həmin dövrdə qazdan istifadə edib. Ona görə də qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, 21.10.2020-ci ildən 05.02.2021-ci ilədək olan dövrdə qazdan istifadəyə görə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 721,10 manatlıq borcun bir hissəsi – 593 manatlıq hissəsi silinməli, iddiaçının həmin dövr üçün borcunun məbləği 128,10 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 8F nömrəli evdə 21.10.2020-ci ildən 05.02.2021-ci ilədək olan dövrdə təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00000) hesablanmış 721,10 manat borcun 593 manatlıq hissəsi ləğv edilsin, həmin dövr üçün qazdan istifadəyə görə borcun məbləği 128,10 manat müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar