Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9530/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(006)-3225/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Beynalxalq Bankının (keçmiş “Azərbaycan Respubliksı Beynalxalq Bankı” SKB) nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Beynalxalq Bankının Müştərilərə Xidmət Departamenti ilə arasında bağlanmış 05 aprel 2001-ci il tarixli Depozit Müqaviləsi (Uşaqlar üçün məqsədli əmanət) əsasında illik 12% (faiz) ilə saxlamaq üçün verilmiş 500 ABŞ dolları və 20 iyun 2002-ci il tarixli müqavilə üzrə illik 09% (faiz) ilə 10000 ABŞ dolları, ümumi 10500 ABŞ dolları əsas depozit məbləğinin və hər iki müqavilə üzrə hesablanmış 114500,0 ABŞ dolları, ümumilikdə 125000,0 ABŞ dolları (Uşaqlar üçün məqsədli əmanət) məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3 göstərilən əmanət müqavilələri əsasında onun adına 500 ABŞ dolları və 10000 ABŞ dolları məbləğində uşaq əmanəti qoymuşdur. Hazırda 18 yaşı tamam olduqdan sonra cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə görə adına qoyulmuş hər iki müqavilə üzrə ümumi 10500 ABŞ dolları və bu məbləğə uyğun hesablanmış faiz məbləğlərini cavabdehdən götürmək istəmiş, cavabdeh hesabında olan məbləğin cəminin 77086,63 ABŞ dolları olduğu barədə hesabdan çıxarış versə də, həmin məbləği ona ödəməkdən imtina etmişdir. Cavabdeh 12.09.2019-cu ili tarixli 16/6560 saylı məktubunda imtinanın faktiki əsası kimi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Banka ünvanlanmış ünvan 1asən hesabda olan pul vəsaitinin üzərinə həbs qoyulması və hal-hazırda həbsin götürülməsinə dair heç bir məhkəmə qərarının banka təqdim edilməməsi qeyd edilmişdir. Onun hazırda 20 yaşı var və o, 21 yanvar 2013-cü il tarixli 5(009)-66/2013 saylı qərarda adı qeyd edilən X5 nə yaxın qohumu, nə ailə üzvü, nə də X5 qayınatası kimi qeyd edilən İddiaçı deyil. Onun adına depozit hesabı açıb orada (Uşaqlar üçün məqsədli növü üzrə) cavabdehlə aralarında bağlanmış müqavilə üzrə cəmi 10500 ABŞ dolları vəsaiti saxlamaq üçün verən şəxs valideyni X9r. X12 1996-cı ildən 2017-ci ilədək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi idarədə, Azərbaycan Respublikası Hərbi ƏKS kəşfiyyat Xidmətində və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmət etmiş və 2017-ci il tarixdə xidmətdə olmanın son yaş həddi ilə polkovnik rütbəsində ehtiyata buraxılmışdı. Müqavilələrin şərtlərinə görə Bank əmanəti qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. X12 tərəfindən onun adına banka qoyulmuş məbləğlər bu müddət ərzində geri götürülməmiş və illik faiz məbləğləri də qəbul edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(006)-3225/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Apelyasiya baxışı zamanı X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı (iddiaçının babası) 17.07.1926-cı il tarixdə doğulmuş və 04.04.2020-ci il tarixdə vəfat etmişdir. X12 (iddiaçının atası) 01.07.1962-ci il tarixdə, iddiaçının özü isə xx.xx.2001-ci il tarixdə doğulmuşlar. Daxili İşlər Nazirliyinin 18.07.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, 01.07.1962-ci ildə anadan olmuş X6 məhkumluğu yoxdur. X12 ilə Azərbaycan Beynəlxalq Bankının Müştərilərə Xidmət Departamentinin direktoru F.R.Abdullayevin arasında bağlanmış 05 aprel 2001-ci il tarixli Depozit Müqaviləsi (Uşaq üçün məqsədli əmanət) əsasında 05 aprel 2001-ci ildən 05 aprel 2002-ci il tarixədək olan 12 (on iki) ay müddətinə 12 % faizlə saxlamaq üçün 500 (beş yüz) ABŞ dolları vermişdir. Həmin əmanət xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (iddiaçının) adına qoyulmuşdur. 20 iyun 2002-ci il tarixdə X12 ilə “Azərbaycan Respublikası Beynəlxalq Bankı” SKB arasında bağlanmış Müddətli Əmanət (depozit) haqqında (Uşaqlar üçün məqsədli növü üzrə) müqaviləsi əsasında 20.06.2004-cü il tarixədək olan müddətə illik 09% (doqquz) faizlə 10000 (on min) ABŞ dolları vermişdir. Həmin əmanət də xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (iddiaçının) adına qoyulmuşdur. "xxxx" ASC-nin Mərkəzi filialının 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına 12 mart 2013-cü il tarixində açılmış AZ14İBAZ******************** saylı hesabında 10 iyun 2021-ci il tarixinə qalığı 77086,63 USD təşkil edir. Bakı Apelyasiya Məhkəməsinin 25.10.2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC-dən xx.xx.2001-ci il təvəllüdlü İddiaçı və 17.07.1926-cı il təvəllüdlü İddiaçı adına olan bank hesabları barədə məlumatlar tələb olunmuşdur. Həmin qərardadın icrası ilə bağlı "xxxx" ASC tərəfindən ünvanlanmış 19.11.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 17.07.1926-cı il təvəllüdlü İddiaçı adına Bankın Binəqədi filialında 02.11.2015-ci il tarixdə açılmış ******************** saylı bank hesabı var, hesabın qalığı 0 manat, 28.10.2015-ci il tarixdə açılmış ******************** saylı hesabın qalığı 0 avro, Səbail filialında ******************** saylı hesabın qalığı 0 manat, 25.07.2016-cı il tarixdə açılmış ******************** saylı hesabın qalığı 4.393,67 manat təşkil edir. xx.xx.2001-ci il təvəllüdlü İddiaçı adına "xxxx" ASC-nin Mərkəzi filialında **********0********** saylı hesaba əmanət yerləşdirilmişdir və hesabın qalığı 77.086,63 ABŞ dolları təşkil edir. 105157 nömrəli cinayət işi üzrə maliyyə əməliyyatlarının dayandırılmasına dair Azərbaycan Respublikası Baş prokurorunun 18 yanvar 2013-cü il tarixli təqdimatına və Azərbaycan Respublikası Baş prokuroru nəzdində müstəqil istintaq-əməliyyat qrupunun rəhbəri, baş prokurorun böyük köməkçisi Elmar Camalovun vəsatəti əsasında Səbail rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli qərarı ilə X4, X1, X7, X2, X8, İddiaçı adlarına "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də olan hesablar və mövcud olan depozit qutuları üzrə maliyyə əməliyyatları dayandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 06.05.2013-cü il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli qərarı X11 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. 105157 nömrəli cinayət işi üzrə maliyyə əməliyyatlarının dayandırılmasına dair Azərbaycan Respublikası Baş prokurorunun 18 yanvar 2013-cü il tarixli təqdimatdan müəyyən edilir ki, Səbail rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli qərarı ilə maliyyə əməliyyatları dayandırılmış İddiaçı kimi qeyd olunan şəxs Elşad Abdullayevin qayınatasıdır, həmin şəxsin hazırki iş üzrə İddiaçı aidiyyəti yoxdur. Həmçinin, qərarda bank əməliyyatları dayandırılmış Elşad Abdullayevin qohumları arasında qaynı, yəni iddiaçının X3nun adı yoxdur. Yəni, nə təqdimatda, nə də məhkəmə qərarında hazırki iş üzrə tələb olunan əmanət pulu barədə hər hansı məhdudlaşdırma nəzərdə tutulmamışdır. Belə olan halda bankın həmin qərara əsaslanaraq əmanət pulunu iddiaçıya verməkdən imtina etməsi əsassızdır. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Məcəllənin 948.1-ci maddəsinə əsasən Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Məcəllənin 949.1-ci maddəsinə əsasən Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Məcəllənin 952.1-ci maddəsinə əsasən Əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir. Göründüyü kimi, iddiaçının X3 tərəfindən iddiaçının adına əmanət qoyulmuşdur. İddiaçı hazırki tələbində əsas depozit məbləğinin və hər iki müqavilə üzrə hesablanmış faizlərin ödənilməsini tələb edir. Kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, bank tərəfindən verilmiş 19.11.2021-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı adına "xxxx" ASC-nin Mərkəzi filialında **********0********** saylı hesaba əmanət yerləşdirilmişdir və hesabın qalığı 77.086,63 ABŞ dolları təşkil edir. Apelyasiya baxışı zamanı bankın nümayəndəsi qeyd etmişdir ki, Səbail rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli qərarı əsasında İddiaçı adına olan hesabları və mövcud olan depozit qutuları üzrə maliyyə əməliyyatları dayandırıldığından həmin vaxtdan etibarən Bank tərəfindən həmin vəsait depozit hesabından çıxarılmış və cari hesaba yerləşdirilmişdir, ona görə də həmin vaxtdan sonra əmanətə faizlər hesablanmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən bu hal - əmanətin depozit hesabından çıxarılaraq cari hesaba yerləşdirilməsi və faizlərin hesablanmasının dayandırılması mübahisələndirilməmişdir, ona görə də iddia qismən təmin edilməli, hazırda İddiaçı adına olan **********0********** saylı hesabda qalmış 77.086,63 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3225/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 77.086,63 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9530/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9530/2021
13.12.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver