Məhkəmə qərarları › İş №2(103)-956/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-956/2023

02.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-956/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndələri X4 və X2 , Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 36878.39 manat əsas borc, 1148.12 manat faiz borcu, 6106.87 manat cərimə borcu olmaqla, cəmi 44133.38 manat pulun Cavabdeh2dan İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borcun Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzilə, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Goradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci literində 13.0 kv.m tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində Metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədən ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) yönəldilməklə açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakların boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2 İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 039/F-14-02 №-li ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-120/21) ilkin iddia qismən təmin edilərək Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 36.878,39 manat əsas borc, 1.148,12 manat faiz borcu, 600 manat cərimə borcu olmaqla, cəmi 38.626,51 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzilə, Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci literində 13.0 kv.m tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində Metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) və Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədəin ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) yönəldilməsi, Cavabdeh2 məxsus mənzilin ilkin satış qiymətinin 72.000,00 manat, Cavabdeh1 məxsus daşınmaz əmlakın ilkin satış qiymətinin 144.000,00 manat, Cavabdeh3 məxsus əmlakın ilkin satış qiymətinin isə 310.000,00 manat müəyyən edilməsi və həmin əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmiş, ilk iddia qalan hissədə, eləcə də Cavabdeh2 “ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İşin halları: İlkin İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 24 fevral 2014-cü il tarixli №039/F- 14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 7% faiz olmaqla 60 (altmış ) ay müddətinə 200.000 (iki yüz min ) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla aşağıdakı ipoteka qoyanlar arasında ipoteka müqavilələri bağlanmışdır. Bankla Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli № 039/F- 14-02 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 və Cavabdeh3 (ipoteka qoyanlar) arasında bağlanmış 20 fevral 2015-ci il tarixli M 039/F-14-03 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Göradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci lilerində 13.0 kv.m tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədəin ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə ipoteka ilə yüklü edilmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, 24 fevral 2014-cü il tarixli №U39/F-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 23 oktyabr 2019-cu il tarixinədək əsas borcdan 163,121.61 manat və faiz borcundan isə 49,501.05 manat ödəniş etmişdir. Onun banka əsas borcundan 36,878.39 manat, faiz borcundan 1,148.12 manat, cərimə borcundan 6,106.87 manat olmaqla, cəmi 44,133.38 manat ödənilməmiş borcu qalmışdır.Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır.Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia tələbinin cərimənin 6106,87 manat hesablanması hissəsi ilə razı deyil və iddia ərzəsində də cərimə məbləğinin hesablama qaydası, hansı dövrdən və hansı məbləğdən hesablanması müəyyən olunmur. Hesab edir ki, kredit müqaviləsi əsasında 6106,87 manat cərimə məbləğinin tələb edilməsi həm qanunsuz, həm də əsassızdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla cavabdehlər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən ümumilikdə 522 000 manat (72 000+144 000+310 000) manat məbləğində olan 3 ədəd daşınmaz əmlak yüklü edilmişdir. İddiaçının ümumilikdə 44 133,38 manat borcun 522 000 manat manat məbləğində olan 3 ədəd daşınmaz əmlaka yönəldilməsi və açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya ödənilməsi tələbi qərəzli və qeyri-obyektivdir. Belə ki, xx.xx.2014-cü il tarixli 039/F-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 7% olmaqla 60 ay müddətinə 200 000 manat məbləğində kredit verilməsi və kreditiin təyinatının heyvandarlığın inkişafı üçün şərtləndirilməsi işin mübahisəsiz halıdır. Həmin Müqavilənin 2.1-ci bəndinə görə -24 ay güzəşt dövrü verilmiş; -2.4-cü bəndinə görə-ona verilmiş kreditin və ona hesablancaq faizlərin vaxtında qaytarılması (öhdəliyin icrası) X7 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 039\F-14-01 saylı sonrakı ipoteka müqaviləsi ilə təmin edilir.Kreditin götürülməsinin səbəbi X7 ilə Cavabdeh1 birgə iş (kommersiya) fəaliyyətindən irəli gəlmişdir.Yəni, onlara məxsus- Ağsu rayonunda yerləşən və Cavabdeh1 mülkiyyətində olan, fərdi yaşayış evi kimi sənədləşdirilsə də, ferma kimi fəaliyyət göstərən sahədə mal-qara alınması və saxlanması üçün kredit götürlməsinə zərurət yaranmışdır. Heyvandarlığın inkişafına görə, o cümlədən güzəştli kreditin verilməsi üçün, ilk növbədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı tələb olunur. Həmin razılığın və kreditin verilməsi üçün əsaslı biznes plan tərtib olunmalı, göstəriləcək fəaliyyətdən isə əldə olunacaq gəlir hesabına kreditin verilməsi hesabatı təsdiq olunmalı və fəaliyyət göstəriləcək yer olmalıdır. Kreditin verilməsi üçün adı çəkilən sənədlər bankda iş qovluğunda saxlanılır. Odur ki, həmin dövrdə X7 dövlət qulluğunda işlədiyindən həmin krediti öz adına götürə bilmədiyi üçün, kredit müqaviləsinin onun adına rəsmləşdirilməsini xahiş etmişdir. Həm də özünün mülkiyyətində olan evin kreditin təminatı olaraq sənədləşdirilməsinə razılıq vermişdir. Çünki, alınacaq kredit şəxsən özünün sahibkarlıq fəaliyyətinə sərf olunacaqdır. Zeynalov Asiflə uzun müddət dost münasibətlərində olduğundan, eləcə də onun tabeçiliyində işlədiyinə görə ona inanıb həmin kredit müqaviləsini adına rəsmiləşdirmişdir.Sonradan, həmin şəxsə təcili pul lazım olduğu üçün ipotekanın obyekti olan evi satmaq qərarına gəlmiş və qeyd olunan ipoteka müqaviləsinin ləğvi üçün, Abşeron rayonu ərazisində yerləşən - oğlu Ziyanın adına olan və eləcə də iş birliyində olduğu Cavabdeh1 adına olan evləri ipoteka ilə yüklü etməyi xahiş etmişdir. Lakin Bank əməkdaşları bildirmişlər ki, əlavə olaraq Bakı şəhərində yerləşən daşınmaz əmlaka dair İpoteka Müqaviləsi imzalanmasa, Zeynalov Asifin adına olan evə dair ipoteka müqaviləsi ləğv edilməyəcək. Odur ki, öz mənzilini də ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. Digər tərəfdən, götürülmüş kredit məbləğinin vaxtlıvaxtında ödənilməsini və Zeynalov Asifi üzün müddət müsbət və sözünə dürüst şəxs kimi tanıdığına görə heç bir qeyd-şərt qoymadan onun təklifinə razılaşmışdır. Son bir neçə ayda isə onunla əlaqələri itmiş, yəni artıq o, daimi yaşamaq üçün xaricə köçdüyündən, krediti və ona hesablanmış faizləri ödəmədiyi üçün, Bank tərəfindən ona və əmlakları ipoteka ilə yüklü edilmiş yuxarıda adı çəkilən şəxslərə qarşı məhkəmədə iddia qaldırılmışdır. Təqdim olunan sübutlara obyektiv baxılmasını və ədalətli qətnamə çıxarılmasını xahiş edir. Odur ki, kreditin təminatı üçün alternativ öhdəliyin qəbul edilməsini, yəni ümumi borcun ödənilməsi üçün digər ipoteka müqaviləsi üzrə yüklü edilmiş əmlaklar hesabına həyata keçirilməsini və onunla bağlanmış ipoteka müqaviləsinin ləğv edilməklə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində qətnamənin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditin təyinatı heyvandarlığın inkişafı üçün şərtləndirilmişdir.Kreditin götürülmə səbəbi kommersiya fəaliyyətindən irəli gəlmişdir. Qüvvədə olan normativ hüquqi aktların tələbinə əsasən heyvandarlığın inkişafına görə, o cümlədən güzəştli kreditin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı tələb olunur. Həmin razılığın və kreditin verilməsi üçün əsaslı biznes planı tərtib olunmalı, göstəriləcək fəaliyyətdən isə əldə olunacaq gəlir hesabına kreditin verilməsi hesabatı təsdiq olunmalı və fəaliyyət göstərəcək yer olmalıdır.Kreditin verilməsi üçün adıçəkilən sənədlər bankda iş qovluğunda saxlanıldığı üçün həmin sənədlər məhkəmə tərəfindən tələb olunub iş materiallarına əlavə edilsə də, məhkəmə həmin sənədləri dəyərləndirməmişdir. A.Zeynalov dövlət qulluqçusu olduğu üçün kredit Cavabdeh2 adına götürülmüşdür. Məhz güzəştli şərtlərlə kredit həmin şəxsə verilmiş və o da mülkiyyətində olan 1 280 000 manat dəyərində evini ipotekaya qoymuşdur.A.Zeynalov onun işlədiyi İdarənin rəisi olmuşdur. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, faiz borcu yüksək hesablanmış və ona məxsus əmlakın dəyəri çox aşağı qiymətə qiymətləndirilmişdir.Faiz borcunun və ona məxsus əmlakın qiymətləndirilməsi və araşdırılmasını xahiş edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(103)-414/2021 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) borcalanın apellyasiya şikayəti rədd, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi sonuncuya məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 144.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, həmin ipoteka predmetinin ilkin satış qiyməti 300.000 manat müəyyən edilmiş, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmamış, ilk iddianın təmin olunmuş hissəsində ləğv edilərək həmin hissələrdə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4249/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə (Sədrlik edən hakim Abiddin Hüseynov, X10 və Əhməd Nurməmmədov) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-414/2022 nömrəli mülki iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4249/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Göründüyü kimi etirazın dəlilləri əslində Bankla aralarında bağlanmış müqavilənin formal olaraq onun adına sənədləşdirildiyi, kreditin işdə iştirak etməyə cəlb edilməmiş X6 verilməsi olmuşdur.Bu baxımdan həm etirazın dəlillərinə əsasən, həm də iddia əqdə əsaslandığı üçün işə baxan məhkəmə xidməti vəzifəsinə görə tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanıbbağlanmadığını yoxlamalı olmuşdur.(Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə istinad edilmişdir.)...Baxılan iş üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsindəki (etirazındakı) dəlilinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir...Məhkəməyə təqdim edilmiş sənədlərdən biri də kredit müqaviləsinin bağlanması ilə əlaqədar kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı memorandum olmuşdur.Həmin memorandumda kredit sifarişçisi kimi Cavabdeh2 göstərilsə də, faktiki borcalanın X7 olduğu, sonuncunun dövlət qulluqçusu olduğu üçün krediti Cavabdeh2 adına götürdüyü, X5 X11 İdarəsində rəis vəzifəsində işlədiyi və aylıq əmək haqqının 525 manat olduğu qeyd edilmişdir.Birinci instansiya məhkəməsi öz qərardadı ilə tələb olunaraq iş materiallarına əlavə edilmiş həmin sənədi işdə iştirak edən şəxslərlə birlikdə tədqiq etmədən və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından qiymətləndirmədən ilkin iddianın qismən təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. ....Məhkəmə qarşılıqlı iddianın rədd olunmasını belə əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı Bankın müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki qarşılıqlı iddia ərizəsində Cavabdeh2 onunla Bank arasında bağlanmış №039/F-14-02 saylı ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsini xahiş etmişdir.Həmin tələbin qarşılıqlı iddianın dəlilləri ilə müqayisəli dəyərləndirilməsi əsasında sonuncunun müqavilənin ləğv olunmasını, yoxsa ipotekaya xitam verilməsini tələb etdiyini birmənalı müəyyən etmək mümkün deyil.” Yeni apellyasiya baxışı zamanı iş üzrə tərəflərin-ilk iddia üzrə iddiaçının nümayəndələrinin və Cavabdeh2 vəkili Vəkil izahatlarında mövqeyləri əvvəlki apellyasiya baxışındakı mövqeyləri və apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuşdur. Cavabdeh2 vəkili Vəkil dəqiqləşdirmə üçün verilən suala cavab olaraq bildirmişdir ki, qarşılıqlı iddia tələbində əslində Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Yeni apellyasiya baxışı zamanı həmçinin, X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə digər işdə iştirak edən şəxslər, o cümlədən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh1 tərəfindən isə faiz borcu və ona məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirilmişdir. Qətnamənin digər hissələri işdə iştirak edən şəxslər tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4249/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 7 faiz olmaqla, 200 000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə ipoteka qoyanlar Cavabdeh3, Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı sahədən ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə, Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədəin ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə (ipotka predmetinin bazar dəyəri müvafiq olaraq 144 000 və 310 000 manat məbləğində qiymətləndirilməklə) 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzili də kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka qoymuşdur. Lakin Cavabdeh2 müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmış və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.İddiaçının tələbi cavabdehlərdən kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və qənaətini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh2 İddiaçı ASC ilə bağladığı 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və o, öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Qətnaməni qarşılıqlı iddia ilə bağlı hissədə mübahisələndirən Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlilləri kreditin faktiki olaraq onun tərəfindən deyil, iş yerində rəhbəri olmuş Asif Zeynalov tərəfindən kommersiya məqsədləri üçün götürülməsi, kredit və ipoteka müqavilələrini Asif Zeynalovun xahişinə əsasən imzalaması (bağlaması), digər ipoteka predmetlərinin borcun ödənilməsi üçün kifayət qədər yetərli olması və s. barədədir.Məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır və qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə göstərilən dəlillər ipoteka müqaviləsinin ləğvi üçün əsas vermir. Bu dəlillərə birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbinin əsasları kimi də istinad olunmuş və məhkəmə haqlı olaraq onları əsassız saymış və qarşılıqlı iddianı rədd etmişdir. Qarşılıqlı iddianın məzmunundan da görünür ki, Cavabdeh2 ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4249/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Göründüyü kimi etirazın dəlilləri əslində Bankla aralarında bağlanmış müqavilənin formal olaraq onun adına sənədləşdirildiyi, kreditin işdə iştirak etməyə cəlb edilməmiş X6 verilməsi olmuşdur.Bu baxımdan həm etirazın dəlillərinə əsasən, həm də iddia əqdə əsaslandığı üçün işə baxan məhkəmə xidməti vəzifəsinə görə tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanıb-bağlanmadığını yoxlamalı olmuşdur.(Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə istinad edilmişdir.)...Baxılan iş üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsindəki (etirazındakı) dəlilinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir...Məhkəməyə təqdim edilmiş sənədlərdən biri də kredit müqaviləsinin bağlanması ilə əlaqədar kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı memorandum olmuşdur.Həmin memorandumda kredit sifarişçisi kimi Cavabdeh2 göstərilsə də, faktiki borcalanın X7 olduğu, sonuncunun dövlət qulluqçusu olduğu üçün krediti Cavabdeh2 adına götürdüyü, X5 X11 İdarəsində rəis vəzifəsində işlədiyi və aylıq əmək haqqının 525 manat olduğu qeyd edilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4249/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilənlər baxımından aparılmış araşdırma zamanı Bankla Cavabdeh2 arasında bağlanmış müqavilənin Cavabdeh2 adına sənədləşdirildiyi, kreditin əslində X6 verilməsi məqsədi olduğu qeyd edilmişdir. Yeni apellyasiya baxışı zamanı tərəflərin iştirakı ilə kredit müqaviləsinin bağlanması ilə əlaqədar kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı memorandumdan müəyyən olunmuşdur ki, faktiki borcalanın X7 olduğu, sonuncunun dövlət qulluqçusu olduğu üçün krediti Cavabdeh2 adına götürdüyü, X5 X11 İdarəsində rəis vəzifəsində işlədiyi və aylıq əmək haqqının 525 manat olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı yuxarıda qeyd edilən memoranduma əsaslanaraq Cavabdeh2 ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir. Kollegiya həmçinin, hesab edir ki, göstərilən hal kredit müqaviləsinin etibarsızlığı üçün də əsas deyildir. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir.Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin maddəyə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı kredit müqaviləsinin başqa əqdi pərdələmək niyyəti ilə bağlanması qeyd olunsa da, pərdələmək məqsədi yaradan hər hansı əqdin mövcud olması, belə əqdin bağlanması iş materialları ilə müəyyən olunmamışdır. X5 Bankdan kredit götürməsi ilə bağlı isə əqd mövcud olmamış, niyyət xarakteri daşımışdır. Halbuki, başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, Cavabdeh2 ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, borclu Cavabdeh2 İddiaçı ASC ilə bağladığı 24 fevral 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Kollegiyası həmçinin, qeyd edir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbi və apellyasiya şikayətin digər dəlili də 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 yaranmış öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Cavabdeh2 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı dəlilləri 24 fevral 2014-cü il tarixli kredit müqaviləsinin etibarsızlığına söykənmişdir, lakin yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsinin etibarsızlığına əsas olacaq hallar müəyyən edilməmişdir. Beləliklə, Cavabdeh2 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Cavabdeh1 apellyasiya şikayətinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması dəlilinə gəldikdə, məhkəmə kollegiyası ipoteka müqaviləsində və məhkəmə baxışı zamanı alınmış qiymətləndirici rəyində qiymətlə bağlı olan ziddiyyətləri nəzərə alaraq və obyektivliyi təmin etmək məqsədilə apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilməsini təmin etmiş və "xxxx" tərəfindən təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli hesabata əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində yerləşən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 300000 manat olduğu müəyyən edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi 02 mart 2022-ci il tarixli məhkəmə iclasında izahat verərkən Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində yerləşən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 300000 manat müəyyən olunması barədə "xxxx" MMC tərəfindən təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli hesabatla razı olduqlarını, həmin rəyin onları qane etdiyini və təkrar ekspertiza keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli və həmin ipoteka predmetinin ilkin satış qiyməti 300 000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin digər dəlillərini, həmçinin Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin144.000,00 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci literində 13.0 kv.m qeyri-yaşayış sahəsinin tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə ilkin satış (likvid) qiyməti 300000 (üç yüz min) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar