Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-957/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən sahiblik, istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin təhvil verilməsi və kirayə haqqının cavabdehə ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə; ədalətli kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X23 (sədrlik edən və məruzəçi), X11 və X12 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 nümayənədəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamı ilə İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 014/22 nömrəli müraciəti, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1031/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022- 7623 nömrəli razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinın 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər icra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin. Torpaq sahəsinə dair icarə huququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 X2 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərınə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərınə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılmışdır.
2. xx.xx.2023-cü il tarixli 1761 nömrəli torpağın icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-6461 nömrəli cizgisinə əsasən Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı xx.xx.2023-cü il tarixdən hesablanır və icarəçi hər il 161.740 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür.
3. “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15380 sifariş nömrəli (sifarişçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti) Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən tikililərin texniki vəziyyəti barədə 14 iyul 2022-ci il tarixli rəyinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış binalar texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Az DTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda insanların yaşaması üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilir. Binalarda yaranmış texniki vəziyyətin fövqəladə hallarla əlaqəsi yoxdur.
4. Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMC-nə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov, S.Salayev, M.Naxçıvani və F.İbrahimbəyov küçələrinin əhatəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamı ilə yaşayış və qeyriyaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə İddiaçı MMCyə ayrılmış 4,32 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı məktuba cavab olaraq hazırlanmış cizgi göndərilir.
5. Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMC-nə ünvanlanmış 26 dekabr 2023-cü il tarixli 3-35/2-9080/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 dekabr 2023-cü il tarixli 3-35/3-3-131/2023 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov küçələrinin əhatəsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təqdim olunur.
6. Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi (Abşeron), ev 20 ünvanında yerləşən 227,20 kv.m sahəsi olan mənzilin 6/16 hissəsi X13 adına, 4/16 hissəsi Cavabdeh1 adına, 4/16 hissəsi X9 adına, 2/16 hissəsi X14 adına paylı mülkiyyət hüququ üzrə qeydiyyatdan keçirilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2442/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən sahiblik, istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin təhvil verilməsi və kirayə haqqının cavabdehə ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəməmühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 10/3672-9/3891 saylı ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 20 saylı evin faktiki sahəsinin 91,6 kv.metr, həmin evin həyətyanı sahəsinin 9,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə X10 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-nin mühəndisi X19 tərtib etdiyi mütəxəssis rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin giriş hissəsində dam örtüyündən sızan atmosfer sularının təsirindən daxili bəzək elementlərinin yararsız vəziyyətə düşməsi, digər (yataq) otaqda ağac materialından olan tavan konstruksiyasının deformasiyaya uğraması və həmin otaqda pəncərə boşluğu ətrafında birtərəfli çatın yaranması müşahidə edildi. Bundan əlavə olaraq evin sol yan fasad hissəsində tikinti norma və qaydaların tələblərinə əməl edilmədən əsas yükdaşıyan divarlarının qalınlığı 0,2 metr olmaqla boşluqlu kərpicdən əlavə 2-ci mərtəbə inşa edilmişdir. Yaşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olduğunu, evin sol yan və arxa fasad hissələrində evə bitişik digər fərdi evlərinin sökülməsini və ərazidə (yaşayış evinin yaxınlığında) hal-hazırda söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəlidir. Tədqiq olunan evin yerləşdiyi ərazidə söküntü işləri getdiyindən, eləcə də internet saytlarında anoloji evlər olmadığından, həmin evin ümumi dəyərinin (bazar və likvid) və orta aylıq kirayə qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin 06 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin giriş hissəsində dam örtüyündən sızan atmosfer sularının təsirindən daxili bəzək elementlərinin yararsız vəziyyətə düşməsi, digər (yataq) otaqda ağac materialından olan tavan konstruksiyasının deformasiyaya uğraması və həmən otaqda pəncərə boşluğu ətrafında birtərəfli çatın yaranması müşahidə edildi. Bundan əlavə olaraq evin sol yan fasad hissəsində tikinti norma və qaydaların tələblərinə əməl edilmədən əsas yükdaşıyan divarlarının qalınlığı 0,2 metr olmaqla boşluqlu kərpicdən əlavə 2-ci mərtəbə inşa edilmişdir. Yaşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olduğunu, evin sol yan və arxa fasad hissələrində evə bitişik digər fərdi evlərin sökülməsini və ərazidə (yaşayış evinin yaxınlığında) halhazırda söküntü və tikinti- quraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəlidir.
10. "xxxx" MMC-nin 02 sentyabr 2024-cü il tarixli, 02- 127/24 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyindən müəyyən edilir ki, qiymətləndirici qarşısında qoyulmuş sualların həlli ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev kuçəsı (Abşeron), ev 20 ünvanında yerləşən, paylı mülkiyyət hüququ üzrə (4/16 hissə) X6 məxsus olan, ümumi sahəsi 91.7 kv.metr təşkil edən fərdi yaşayış evinin yerləşdiyi ərazi üzrə monitorinq aparılmışdır. Ətrafda ictimai əhəmiyyətli obyektlərin mövcudluğu ərazini cəlbedici edir. Sosial infrastruktur obyektlərinə yaxınlığı və gediş-gəliş yollarının əlverişli olması əmlakın dəyərinə müsbət təsir edən amillər kimi qeydə alınıb. Əmlakın qiymətləndirilməsi zamanı təqdim edilən ölçülərə istinad edilmişdir. Monitorinq bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Əmlakın ölçüləri, yerləşdiyi ərazi, təyinatı, kateqoriyası, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən yuxarıda qeyd edilən hər bir metod üzrə alınmış nəticələr nəzərdən keçirilmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi (Abşeron), ev 20 ünvanında yerləşən, paylı mülkiyyət hüququ üzrə (4/16 hissə) X6 məxsus olan, ümumi sahəsi 91.7 kv.metr təşkil edən fərdi yaşayış evinin 02 sentyabr 2024-cü il tarixinə bazar dəyəri: 152.000,0 (bir yüz əlli iki min) manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən sahiblik, istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin təhvil verilməsi və kirayə haqqının cavabdehə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Bakı şəhəri, Yasamal rayonu Əlibaba Abdullayev 20 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 həmin mənzilə dair sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu Əlibaba Abdullayev 20 saylı fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu Əlibaba Abdullayev 20 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 68,6 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin X5 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X6 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi; cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 ünvan 5 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi; sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 114,20 kv.m olan 1 ədəd 3 otaqlı yeni, təmirli mənzilin Cavabdeh1 verilməsi; mənzil "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 ümumilikdə cəmi hər ay cəmi 600 (altı yüz) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Bakı şəhəri, Yasamal rayonu Əlibaba Abdullayev 20 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 56,75 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi cavabdeh X8 ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan suiistifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1- ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
14. Cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli evin sənədini məhkəməyə təqdim etmişlər. Orada evin sahəsinin 220 kv.m. olduğu aydın şəkildə ifadə edilmişdir. O, hər övladına ayrıca və özünə də ev almaq istəyir. Hər kvadrata görə 2000 manatdan pul verilməsini məqsədəuyğun hesab edir. Faktiki həmin evə o, sahiblik edir. Çıxarışda adları qeyd edilən digər payçılar orada yaşamırlar və bütün sahə onun faktiki sahibliyindədir. Sözügedən ev Bakı şəhərinin mərkəzində yerləşir. O, yaşlı adamdır, bundan sonra bir neçə il yeni mənzilinin tikilib ona təhvil verilməsini gözləyə bilməz. Sahiblik etdiyi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onların hamısını yerləşdirmək üçün ona əvəzində 4 mənzil ala biləcəyi məbləğdə pul verilməlidir. Oğulları da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Qarşı tərəfin təklif etdiyi aylıq kirayə haqqı məbləği çox azdır. Həmin pula 4 ailənin yaşaması üçün Bakıda kirayə mənzil tapmaq mümkün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsinin xahiş etmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – məhkəmə) 2(004)- 2442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək, cavabdeh X5 ünvan 5 ünvanında yerləşən ona məxsus mənzilin (4/16 hissəsi) üzərində mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 ünvan 5 ünvanında yerləşən mənzildən sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzildən çıxarılmaqla, həmin mənzilin tam boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 114,20 kv.m. olan 1 ədəd 3 otaqlı yeni, təmirli mənzilin cavabdeh X6 təhvil verilməsi, cavabdehlərin ünvan 5 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən, yeni təmirli mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdeh X6 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlər rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. 16.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1031/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-7623 nömrəli razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmış, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəçiləri cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. İddia tələblərinə əsasən cavabdehlərin istifadəsində olan fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin istifadəsində olan fərdi yaşayış evlərini yaxınlığındakı mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehlər istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etmələri və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahəsi 91,6 kv.m., evin həyətyani sahəsi 9,8 kv.m. təşkil edir. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahəsi 91,6 kv.m., evin həyətyani sahəsi 9,8 kv.m. təşkil edir.
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı Sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısıdövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonar hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin cavabdeh tərəf ümumiyyətlə hal-hazırki vəziyyətdə fərdi yaşayış evlərini tərk etmək istəmədiklərini, eləcə də kirayədə yaşamaq istəmədiklərini bildirmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki,iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil verilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqını verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına və gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istinad edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi, 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İV hissəsi, 43cü maddəsinin İİ hissəsi; Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2, 560.3.5.1, 180.1, 180.2, 180.4-ci; «İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsi; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə19 fevral 2009cu il tarixli Qərarının 64 və 65-ci bəndi; «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli, «Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli, «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli, «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı xx.xx.2019-cu il tarixli Qərarlarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarına; Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4-cü; Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci; Mülki Prosessual Məcəllənin 13.7, 217.4, 119 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti mülkiyyətdə olan daşınmaz əmlakın sökülməsi barədə sərəncam vermək hüququ və səlahiyyəti yoxdur. Belə bir sərəncam vermək yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti səlahiyyətindədir. Qanunla evlərin sökülməsi yalnız və yalnız mülkiyyətçi, istifadəçi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Mülkiyyətçisinin iradəsinin ziddinə olaraq hər hansı bir digər hərəkətlərə yol verilmir.Yəni məcburi satın almağa özü də evin və torpağın qiymətini bir tərəfli qaydada alıcı tərəfindən müəyyənləşdirilməsinə yol verilmir və qəbul edilməzdir. Bu hal heç əmlakın dövlət tərəfindən məcbur satın alınması haqqında Qanunda da nəzərdə tutulmayıb. İş üzrə iddiaçının belə bir iddia ilə çıxış etməyə subyektiv hüququ yoxdur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının sökülməsini tələb etdiyi evin rəsmi (çıxarışa əsasən) yaşayış sahəsi 137, k/v metr,qeyri-yaşayış sahəsi 116 k/v metrdir. İddiaçı tərəfindən ərizədə göstərdiyi evin yaşayış sahəsinin əvvəlcə 56,75 kv/metr, sonra isə 91,7 kv/metr olması ölçüsü reallığı əks etdirmir. Bakı şəhəri İH-nin sərəncamına əsasən mülkiyyətçinin mülkiyyətində olan evin sökülməsi yalnız mülkiyyətçi ilə razılaşdırılaraq sonra müqavilə bağladıqdan sonra sökülə bilər. Hər hansı fiziki və psixoloji təsirə yol verilmir. İddiaçının hərərkətləri isə özbaşınalıqdan başqa bir şey deyil. Yəni, məhkəmə səlahiyyətindən sui-istifadə etməklə birbaşa iddiaçının mövqeyindən çıxış etməklə cavabdehdən iddiaçının mövqeyi ilə razılaşmağa məcbur etmişdir. Məhkəmə AR MM-nin 180.1, 180.4-cü maddəsinə istinad etməklə tətbiq edilməməli maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, qeyd etdiyi kimi onun evi özbaşına tikili deyil, qanunla müəyyən edilmiş mülkiyyət hüququnu təsdiq edən Çıxarış var. Məhkəmənin insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında “Avropa Konvensiyasına və digər qərarlara istinad etməsi formal olmaqla görünüş xarakteri daşıyır. Yəni, həmin Qərarları tərəflər aralarındakl mübahisəyə heç bir aidiyyatı yoxdur. Cavabdeh hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə müqavilə bağlamış, xx.xx.2024-cü il tarixdə müdafiəçinin xəstəliyi ilə əlaqədar işin təxirə salınması barədə ərizə ilə müraciət etsə də məhkəmə əhəmiyyət verməmiş, işə baxıb qərar qəbul etməklə onun müdafiə hüququnu pozmuşdur. Məhkəmə iddianı təmin edib qətnamə çıxaran günü, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin predimentini dəyişmiş, iddianın həcmini artırmaqla Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri hər tərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verə bilməmişdir. Belə ki, məhkəmə mülkiyyət hüququ toxunulmaz olduğu halda hər hansı bir sübuta və fakta əsaslanmadan tərəflər arasındakımübahisəyə dövlət məcburi satınalma kimi hüquqi qiymət vermişdir. AR NK-nin qərarına əsasən mülkiyyət ilə razılaşdırılmadığı olduğu iddianın hansı səbəbdən razılaşdırılmadığına hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticənin mülkiyyətçinin hüquqlarına birbaşa qəsd edilməklə hüquqi qiymət vermişdir. Bu da işin hallarına uyğun deyildir. Hüquqlarından sui-istifadə etməmiş, əksinə iş üzrə iddiaçı hüquqlardan sui-istifadə etməklə evin faktiki ölçülərindən aşağı göstərmiş, evin 1kv/m orta bazar qiymətindən aşağı kompensasiya ödəməyi təklif etmiş, sonradan isə onlara 4 ailəyə 3 otaqlı mənzil təklif etmişdir. Göründüyü kimi məhkəmə mübahisəni hər tərəfli və obyektiv araşdırmamış, yalnız iddiaçının həqiqəti əks etdirməyən faktlara əsaslanmışdır. Belə ki, məhkəmə çıxarışa əsasən onun evinin yaşayış sahəsi 137.7 kv.m, həyətyanı sahənin isə 116.8 kv.m olmasına baxmayaraq iddiaçının göstərdiyi ölçülərə əsasən 114.20 kv.m 1 ədəd 3 otaqlı mənzillə təmin edilməyi qənaətinə gəlmişdir. Bu isə AR Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin kobud surətdə pozulmasıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, mübaahisə predmeti olan fərdi yaşayış evində 4 (dörd) ailə yaşayır lakin bununla bağlı məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində fərdi yaşayış evinin sahəsi 137.70 kv.m təşkil etdiyini qeyd etsə də, bu məlumat həqiqəti özündə əks etdirmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan göründüyü kimi mübahisə predmeti olan daşınmaz əmlakın ümumi sahəsi 227.20 kv.m olan fərdi yaşayış evinin yalnız 4/16 hissəsi (56.75 kv.m) cavabdehə məxsusdur. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Tikinti-texniki şöbəsinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin sahəsi qanunsuz tikililər ilə birliktə faktiki olaraq 91,60 kv.m təşkil edir. Tərəfimizdən cavabdehə təklif edilən və Yasamal Rayon Məhkəməsinin yekun məhkəmə aktı ilə qət edilən, ona veriləcək olan yaşayış sahəsinin ölçüsü 114,20 kv.m təşkil edir. Bu halda isə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktı ilə cavabdehə verilməli olan mənzilin sahəsi ona aid olan fərdi yaşayış evinin faktiki sahəsindən 25% artıqdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, sakinlər ilə bu mərhələdə mənzillərin ölçüsü adətən sakinlərin ümümi sahəsindən 20% artıq olmaqla aparılır. Buna baxmayaraq isə cavabdehə ümumi sahəsindən 25% artıq olmaqla təklif edilmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, onun hüquqlarını müdafiə edən vəkilinin səhhətində müəyyən problemlər olmuş və buna görə də xx.xx.2024-cü il tarixli Yasamal Rayon Məhkəməsində baş tutan baxış iclasına gələ bilməmişdir. Bunun ilə bağlı cavabdeh tərəf və onun vəkili elektron məhkəmə sisteminə baxış iclasının təxirə salınması ilə bağlı nə hər hansı bir ərizə nə də səhhətində olan problemlər ilə bağlı sübutedici sənədləri əlavə etməmişdirlər. Apellyasiya şikayətinə dair etiraza əlavə edilmiş foto şəkillərdən göründüyü kimi, cavabdehə məxsus fərdi yaşayış evi təməlin tamamilə yaxınlığındadır və təməl-qazma işlərinin aparılmasında maneəçilik yaradır. Təqdim edilən foto şəkillərdən aydın olduğu kimi cavabdeh tikinti işlərinə maneə yaradaraq şirkətdən ağlabatan miqdarda olmayan məbləğ tələb edir və öz hüququndan sui-istifadə edərək tikinti-quraşdırma işlərini gecikdirir. Həmçinin onu da qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan tikinti norma və qaydalarının və seysmik normaların tələbinə cavab vermir. Yaşayış evinin ətrafında gedən söküntü və tikinti-quraşdırma işlərinin getdiyini də nəzərə alsaq yaşayın evinin istismarı tamamilə təhlükəlidir.
b) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayənədəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qeyd etdi ki, evin köhnə olduğunu qəbul edirlər, lakin iddiaçı cavabdehlə razılığa gəlməlidir. Cavabdeh pul istəyir, onun 76 yaşı var, mənzili iddiaçı nə zaman təhvil verəcək bilinmir. Cavabdeh heç nəyi risk etmək istəmir. Kompensasiya məbləği ilə razı deyillər. Cavabdehin evinin ölçüsü 117 kv.metrdir. Ekspert rəyindəki rəqəm necə əldə edilib, onlara aydın deyil. İddiaçının iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Sökülmə ilə bağlı 102 xidmətinə cavabdeh məlumat verib. Təkliflərin gələcəkdə yerinə yetirilib-yetirilməməsi aydın deyil. Ev 8 otaqlıdır.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, onun təmin edilməsini xahiş etdi, izahatında və sədrlik edənin sualına cavab olaraq qeyd etdi ki, 4 ilə 4 mərtəbə tikilib, pulunu versinlər, hüququnu pozublar, həyətindəki otağı söküblər, 12 kv.metr ərazini də söküblər, heç olmasa 4 mənzil versinlər, 600.000 manat pul istədiyini bildirdi.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, onların həyətini onlardan icazəsiz söküblər.
25. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 izahatında qeyd etdi ki, evləri 117 kv. mterdir, həyəti söküblər.
26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, tərəflər arasında danışıqlar olub. Lakin razılıq əldə edilməmişdir. Tərəf çəkiliş üçün icazə vermədi. Cavabdehə məxsus evin çıxarışı 56,80 kv.m, özbaşına tikili ilə birlikdə 91,60 kv.m təşkil edir. Şirkət cavabdehə 114,40 kv.m təklif etmişdir. Ekspert rəyi də var. Cavabdehin bildirdiyi 140 kv.m yoxdur. Cavabdehdən başqa payçılarla razılıq əldə edilib. Bununla bağlı müqavilələri təqdim etmişdir. Müvafiq olaraq 39.4 kv.m fərdi yaşayış evinin əvəzinə 48 kv.m sahəsi olan mənzil, 58.1 kv.m sahəsi olan fərdi yaşayış evinin əvəzinə 6 kv.m hissəsi kirayə pulu ilə əvəz edilməklə 76 kv.m sahəsi olan mənzil, 81 kv.m sahəsi olan fərdi yaşayış evinin əvəzinə 98.10 kv.m sahəsi olan mənzil verilmişdir.Şirkət olaraq istifadədə olan sahəni də cavabdehə təklif edə bilərlər. Ümumilikdə 124 kv.metr təklif edirlər. 2 ədəd iki otaqlı mənzil verə bilərlər.1000 manat da kirayə haqqı ödəyirlər. Məbləği də 24 ay əvvəldən tam şəkildə veririk. Hətta 124 kv.metr sahəsi olan mənzili satıb ödənişini də cavabdehə verə bilərlər.
27. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə Cavabdeh3 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
28. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İV bənd. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Hazırki halda iddia tələbi təmin edildiyindən və qətnamədən yalnız cavabdeh X8 apellyasiya şikayəti verdiyindən kollegiya qətnamənin əsaslılığını iddianın cavabdeh X6 aid təmin edilən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
35. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1031/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-7623 nömrəli razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmış, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. 36.İddiaçının nümayəndəsinin qeyd etdiyinə əsasən 235 sakinlə razılıq əldə edilmiş, cavabdehlə razılıq əldə edilməsi mümkün olmamışdır.
37. O cümlədən kollegiya qeyd edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehin mülkiyyət hüququna müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus evin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf evin sökülməsi ilə bağlı olmayıb, cavabdehin sökülməli olan evinin müqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. 38.Belə ki, cavabdeh birinci instansiya məhkəməsindəki izahatında evin sahəsinin 220 kv.m olduğunu bildirməklə iddiaçı tərəfindən evin sahəsinin az göstərilməsini mübahisələndirmiş, hər övladına və özünə ayrıca ev almaq istədiyini, hər kvadrata görə 2000 manatdan pul verilməsini məqsədəmüvafiq hesab etdiyini bildirmiş, hesab etmişdir ki, sahiblik etdiyi evdə ailə üzvləri ilə birlikdə yaşadığından onların hamısını yerləşdirmək üçün ona əvəzində 4 mənzil ala biləcəyi məbləğdə pul verilməlidir. Apellyasiya şikayətindən də göründüyü kimi, cavabdeh evin sahəsinin az göstərilməsini bildirməklə onun razılığı olmadan iddiaçının təklif etdiyi şərtlərlə iddianın təmin edilməsi ilə razılaşmamış, məhkəmə kollegiyasının iclasında cavabdeh heç olmazsa 4 mənzil verilməsini, 600.000 manat pul istədiyini bildirmiş, onun nümayəndəsi və vəkili isə evin köhnə olduğunu qəbul etdiklərini, lakin iddiaçının cavabdehlə razılığa gəlməli olduğunu, kompensasiya məbləği ilə razı olmadığını bildirmişdir. 39.Kollegiya qeyd edir ki, mübahisə predmeti olan evin qeydiyyata alınmasına əsas olmuş sənədlər istənilməklə sorğu verilmiş, sorğuya cavab olaraq AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9299/2025 saylı məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi 20 saylı fərdi yaşayış evinin 6/16 hissəsi X13, 4/16 hissəsi Cavabdeh1, 4/16 hissəsi X9, 2/16 hissəsi X14 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. 40.Məhkəmə kollegiyası müəyyən edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi 4 nəfərin paylı mülkiyyətində olmuşdur. 3 nəfər paylı mülkiyyətçi ilə iddiaçı arasında məhkəmədən kənar qaydada razılıq əldə edilmiş və razılıq vermiş paylı mülkiyyətçilərin evləri də sökülmüşdür. 41.Digər payçılar ilə aşağıda göstərilən şərtlərə uyğun olaraq müqavilələr bağlanılmışdır: - Payçı: X20 - xx.xx.2022-ci il tarixli, K/032 nömrəli müqaviləyə əsasən onun mülkiyyətində olan 39.4 kv.m fərdi yaşayış evinin əvəzinə 48 kv.m sahəsi olan mənzil veriləcəkdir. Kompensasiyanın ümumi həcmi 20% təşkil edir. - Payçı: X17 - xx.xx.2022-ci tarixli, K/014 nömrəli müqavilə əsasən onun mülkiyyətində olan 58.1 kv.m sahəsi olan fərdi yaşayış evinin əvəzinə 6 kv.m hissəsi kirayə pulu ilə əvəz edilməklə 76 kv.m sahəsi olan mənzil veriləcəkdir. Kompensasiyanın ümumi həcmi 20% təşkil edir. - Payçı: X21 (İsmayılova Aleksandriya) - xx.xx.2024-cü il tarixli, K/090/1 nömrəli müqaviləyə əsasən onun mülkiyyətində olan 81 kv.m sahəsi olan fərdi yaşayış evinin əvəzinə 98.10 kv.m sahəsi olan mənzil veriləcəkdir. Kompensasiyanın ümumi həcmi 21% təşkil edir.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 10/3672-9/3891 saylı ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 20 saylı evin faktiki sahəsinin 91,6 kv.metr, həmin evin həyətyanı sahəsinin 9,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 43.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 44.Beləliklə, müəyyən olunur ki, Çıxarışa əsasən evin ümumi sahəsi 227.2 kv.metrdir. 4/16 hissəsi Cavabdeh1 mülkiyyətindədir. Deməli, Cavabdeh1 məxsus evin çıxarış üzrə ölçüsü 56,80 kv.m, özbaşına tikili ilə birlikdə isə 91,60 kv.m təşkil edir. 45.Kollegiya qeyd edir ki, cavabdeh onun mülkiyyətində daha artıq sahənin olmasını və iddiaçı tərəfindən sökülməsini sübut edə bilmir. Cavabadeh vərəsəlik şəhadətnaməsinə əsasən onun mülkiyyətində daha çox sahəsinin olmasına istinad etsə də AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9299/2025 saylı məktubuna əsasən mülkiyyət hüququnun qeydə alınamsına əsas olmuş sənədlər təqdim edilməklə yanaşı mübahisə predmeti olan evin çıxarışı təqdim edilmiş, evin ümumi sahəsinin 227.2 kv.m olması qeyd edilmişdir.
46. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “... qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. ...Qeyd olunduğu kimi, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. ....Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. ....İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X22rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). ....Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). ....O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. ....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
47. Məhkəmə kollegiyası təklif və tələb edilən kompensasiya məbləğlərini nəzərə alıb, bu məsələdə tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, buna görə onlara vaxt vermişdir. İddiaçı tərəf təklif etdiyi kompensasiya məbləğində dəyişiklik etmişdir.
48. İddiaçı MMC-nin nümayəndəsi vəkili Nümayəndə ərizə təqdim edərək qeyd etmişdir ki, Cavabdeh1 məxsus evin çıxarış üzrə ölçüsü 56,80 kv.m, özbaşına tikili ilə birlikdə isə 91,60 kv.m təşkil edir. Şirkətləri tərəfindən isə İsmayılzadə Ağacəfərə bunun müqabilində 114,40 kv.m təklif olunmuşdur. Tərəf apellyasiya məhkəməsində mübahisə zamanı istifadəsində olan 9,8 kv.m sahəyə görə ona kompensasiyasının verilməməsindən narazı olduğunu bildirmişdir. Bununla bağlı cavabdehin tələbini nəzərə alaraq mübahisə predmeti olan 9,8 kv.m istfadəsində olan torpaq sahəsinə görə də kompensasiya nəzərə alınaraq onun cəmi sahibliyində olan 101,40 kv. sahəsinin əvəzinə cəmi ölçüsü 124 kv.m təşkil edən mənzillər təklif edilir. Beləliklə, yuxarıda göstərilənlərlə bağlı MPM-in 372.3-cü maddəsinə əsasan məhkəmədən xahiş edir ki, iddia ərizəsinin həcmi iddiaçı tərəfindən artırılaraq cavabdehə verilməsi nəzərdə tutulmuş 114,20 kv.m sahəsi olan mənzilin əvəzinə ona ümumilikdə cəmi sahəsi 124 kv.m təşkil edən, 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.60 kv.m və 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55.40 kv.m olan 2 ədəd mənzil (ümumi 124 kv.m) verilsin. 49.Bundan başqa iddiaçı tərəf ərizə təqdim edərək qeyd etmişdir ki, tərəflərindən cavabdehə veriləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.60 kv.m və 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55.40 kv.m olan mənzillər 2 otaqdan ibarətdir və həmin mənzillər cavabdehə tamamilə təmirli və bütün sayğaclar ilə təmin edilərək veriləcəkdir. Həmçinin, qeyd olunan mənzillərin layihəsi ərizəyə əlavə olunmuşdur.
50. Kollegiya o cümlədən iddiaçı tərəfindən veriləcək mənzilin pulla əvəzinin ödənilməsini də tərəflərlə müzakirə etmişdir. İddiaçı hətta iclasda izahatında təklif etmişdir ki, təklif etdikləri 2 mənzili 1 il ərzində satıb pul formasında da ödəməklə bağlı razılığa gələ bilərlər. Lakin cavabdeh ona 600000 manat verilməsini tələb etmişdir. Bununla bağlı tərəflər arasında razılıq əldə edilməsi mümkün olmamışdır. Bundan sonra əlavə kompensasiya verilməsi də müzakirə edilmiş, iddiaçı müəyyən kompensasiya olsun deyə kirayə haqqını artırmağı və iki illik kirayə haqqının, yəni 24000 manatın qabaqcadan verilməsinə razı olduğunu bildirmişdir.
51. Kollegiya qeyd edir ki, mövcud vəziyyətdə cavabdehə mübahisə predmeti olan evin digər paylı mülkiyyətçiləri ilə razılaşdırılmış kompensasiyadan daha artığının təklif edilməsinə baxmayaraq cavabdehin dəfələrlə artıq kompensasiya tələb etməsi iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla əmlaka olan hüquqlarından sui-istifadə edir. Cavabdeh istisna olmaqla digər mülkiyyətçilərlə razılıq əldə edilib, lakin tikinti məhz cavabdehin paylı mülkiyyətində olan evin sökülməsi mümkün olmadan, tikintinin aparılmasını mümkünsüz etməklə digər paylı mülkiyyətçi və mülkiyyətçilərin hüququnu pozur. İddiaçının qeyd etdiyi kimi foto şəkilə nəzər saldıqda müəyyən olunur ki, mübahisə predmeti olan evin cavabdehə məxsus hissəsi yeni tikiləcək binaya yaxın ərazidə yerləşir, həmin ərazidə tikintinin aparılması üçün vacib olan krandan istifadəni imkansız edir. 52.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur. 53.Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri odur ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 180-ci maddəsinə də istinad etmişdir. 54.Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin mülkiyyətində olan 56,80 kv.m sahədən başqa özbaşına tikili ilə birlikdə istifadəsində 91,60 kv.m sahənin olması müəyyən edildiyindən məhkəmə mülkiyyətə dair normalarla yanaşı özbaşına tikiliyə aid normalara da düzgün olaraq istinad etmişdir.
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. 56.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh X6 veriləcək mənzil və kirayə haqqının məbləği ilə bağlı hissədə dəyişdiriməli, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.60 kv.m və 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55.40 kv.m olan 2 ədəd mənzil (ümumi 124 kv.m) cavabdeh X6 təhvil verilməli, həmçinin İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 1000 (bir min) manat kirayə haqqı ödənilməli, ilk 24 ay üzrə kirayə haqqı qabaqcadan, yəni 24000 (iyirmi dörd min) manat pul İddiaçı MMC tərəfindən tutlaraq Cavabdeh1 ödənilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh X6 təhvil veriləcək mənzil və kirayə haqqının məbləği ilə bağlı hissədə dəyişdirilsin. Söküləcək mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.60 kv.m olan iki otaqlı və 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55.40 kv.m olan iki otaqlı təmirli, sayğaclarla təmin ediləcək mənzillər Cavabdeh1 təhvil verilsin. Cavabdehlərin ünvan 5 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən, yeni təmirli mənzillər təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 1000 (bir min) manat kirayə haqqı ödənilsin. İlk 24 ay üzrə kirayə haqqı qabaqcadan hesablanmaqla, yəni 24000 (iyirmi dörd min) manat pul İddiaçı MMC tərəfindən tutularaq Cavabdeh1 ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.