Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-958/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı öhdəliyin qoyulması və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair ilkin, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı qarşı kommunal borcların ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: mənəvi zərərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndələri X2 və Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı öhdəliyin qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı qarşı kommunal borcların ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(006)-1139/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 (yeni qaydalarla: İmran Qasımov küçəsi 34 M14 m3) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
2. "xxxx" MMMC-nin nizamnaməsinə görə, MMMC daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə yaradılmışdır. MMMC 28 aprel 2017-ci il tarixdə, 1117-MM4-0044 nömrə ilə qeydiyyata alınmışdır.
3. "xxxx" MMMC ilə ünvan 1 ünvanda yaşayan X3 arasında bağlanmış 01 may 2017-ci il tarixli, 53 nömrəli xidmət müqaviləsinə əsasən cəmiyyət sakinə kompleksdə nəzərdə tutulan kommunal və digər xidmətlər göstərməyi, sakin isə bu xidmətlərdən istifadəyə görə cəmiyyətə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür.
4. "xxxx" MMMC-nin 168 sahə mülkiyyətçisi iştirak etmiş 27 iyun 2019-cu il tarixli ümumi yığıncağının protokolu ilə müəyyən edilir ki, MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə MMMC-nin idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. Eyni zamanda, 3 otaqlı mənzillər üçün 65 manat; 4 otaqlı mənzillər üçün 85 manat aylıq kommunal ödəniş müəyyən olunmuşdur. "xxxx" MMMC idarə heyətinin sədri X1.
5. "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş 30 iyul 2021-ci il tarixli ümumi yığıncağının protokolu ilə müəyyən edilir ki, MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 9 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. Eyni zamanda, 3 otaqlı mənzillər üçün 75 manat; 4 otaqlı mənzillər üçün 95 manat aylıq kommunal ödəniş müəyyən olunmuşdur. "xxxx" MMMC idarə heyətinin sədri X12 yenidən seçilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 34-cü binada liftdən istifadə kartlarının ləğv edilməsi, həmin binanın saxlanması üçün xərclərin qanunvericiliyə uyğun şəkildə müəyyən edilməsi, iddiaçının mənzilinə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsi ilə hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh "xxxx" MMMC-nin rəhbərliyinin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 13 oktyabr 2017-ci il tarixdə ünvan 2 ünvanında mənzil almış, mənzilin kommunal xərclərini 2017-ci ilin oktyabr ayından 2019cu ilin sentyabr ayına qədər aylıq 50 manat olaraq evin köhnə komendantı Anar adlı şəxsə ödəyib ailə-uşaqları ilə birgə xarici ölkəyə getmişdir. 03 iyul 2021-ci il tarixdə Azərbaycana qayıdıb, mənzilinə qalxmaq istədikdə evin indiki komendantı Vasif onları liftə buraxmamışdır. DİN-in 102 xidmətinə zəng edib polis çağırdıqdan, səs-küy salıb liftə mindikdən sonra kartı bloklanmışdır. İddiaçı 9, 11, 13 yaşlarında qızları ilə birlikdə xeyli müddət vahimə içində liftdə qalmışlar. Bu hərəkət 13 iyul 2021-ci ildə yenidən təkrarlanmış, iddiaçı 102 xidmətinə zəng edib yenidən polis çağırmışdır. Lakin gələn polislər evin ümumi hissəsindən istifadə hüququnu təmin etmədən qayıdıb getmişlər. Qeyd olunan faktlar 102 xidməti tərəfindən rəsmi sənədlə təsdiqlənir. 15 iyul 2021-ci il tarixdə iddiaçının qardaşı X3 "xxxx" MMMC-nin idarə heyətinin sədri Azərlə danışaraq lift kartlarını blokdan açdırmışdır. Bütün bu münasibətlərə səbəb cavabdeh "xxxx" MMMC-nin iddiaçıdan yaşayış binasının saxlanma xərcləri olaraq aylıq 95 manat pul tələb etməsidir. İddiaçı kommunal xərclərin iki il ərzində 2 dəfə artırılmasına etiraz edərək, əvvəlki qaydada 50 manat ödəmək istədikdə MMMC-dən aylıq 95 manat ödəməli olduğunu, əks halda ailə üzvləri ilə liftdən istifadəni qadağan edəcəklərini demişlər. MMMC-dən 95 manat kommunal xərclərinin necə və hansı əsasda müəyyən etdikləri barədə izah və hesabat verilmir. Xaricdən qayıdandan sonra iddiaçı “Covid 19" virusuna tutulmuş və mənzilində müalicə almışdır. Mənzilin binanın 14-cü mərtəbəsində yerləşməsi, liftdən istifadə edə bilməməsi xəstəlik keçirdiyi dövrdə həyatını dözülməz etmişdir. Cavabdeh özbaşınalığa yol verir, ağlagəlməz qərarlar qəbul edir. İddiaçı yaşadığı evin liftindən ona verilmiş kartlarla yalnız mənzilinin yerləşdiyi mərtəbəyə gedə bilir. Ondan yuxarıda yerləşən mənzillərdə yaşayan qohum və dostlarının evinə qalxmaq, evinə qonaq gələn şəxslərin mənzilə qalxmaq hüquqları tam məhdudlaşdırılmışdır. Bundan əlavə, iddiaçının mənzilində sudan istifadə üçün su sayğacı qoyulduğu halda "xxxx" MMMC sudan istifadə haqqını hesablama aparmadan suyun ödənişini hamıdan eyni miqdarda tələb edir. İddiaçı 2 ildən artıq mənzilində olmamış və sudan istifadə etməmiş, istifadə etmədiyi suya görə nə üçün ödəniş etməli olmasını bilmir. MMMC iddiaçı ilə heç bir müqavilə bağlamamış, kommunal xidmətlərin dəyəri müəyyən olunmamış (özbaşına rəqəm deyilməklə), mülkiyyətçilərə görülmüş işlər barədə hesabat təqdim etməmişdir.
8. Eyni zamanda "xxxx" MMMC İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək sonuncudan mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilinə görə yanvar 2022-ci il tarixinə "xxxx" MMMC-nin fonduna olan 3006 manat borcunun və növbəti aylarda 95 manat kommunal xidmətlər ödənişlərinin və ödənilmiş 50,06 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayına İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilinə görə "xxxx" MMMCnin fonduna ödənilməli olan borcu 3006 manat təşkil edir ki, bu məbləğin vaxtı-vaxtında ödənilməməsi "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə problemlər yaşadır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli (272 mənzil) yaşayış kompleksi yerləşir. 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilmişdir. 28 aprel 2017-ci il tarixində etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud Qanunlarına uyğun olaraq 1117-MM4-0044 №-li dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmışdır. Yaşayış kompleksində xx.xx.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı, təmiri və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı (165 kv.m) mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı (205 kv.m) mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Lakin, çoxmənzilli yaşayış binalarının sakini İddiaçı uzun illərdir ki, kommunal xərclərini qəsdən ödəmir və bununla da "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə problemlər yaşadır. Dəfələrlə mənzil sahibinə bildirişlər göndərilməsinə baxmayaraq, o, müxtəlif səbəblər gətirərək tam ödəniş etməkdən daimi yayınıb, müəyyən edilmiş məbləğ əvəzinə böyük gecikmələrlə cəmi aylıq 50 manat pul hesablamaqla ödənişlər etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Qüvvədə olan qanunvericiliyə görə, ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olduğundan, "xxxx" MMMC qarşılıqlı iddia üzrə cavabdehdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarından görünür ki: "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi; Nəsimi-8” MMMC-nin nizamnaməsinin təsdiq edilməsi; MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “Nəsimi-8" MMMC-nin hüquqi ünvanının müəyyən edilməsi; MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, Nəsimi-8” MMMC-nin təsis edilməsi. "xxxx" MMMC-nin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. Onun ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. Kompleksdə, xx.xx.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "xxxx" MMMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Qarşılıqlı iddia üzrə cavabdeh kompleksdə təyin olunmuş aylıq ödənişlərlə 2017-ci ilin may ayından məlumatlıdır və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayır. Sadəcə məqsədi müxtəlif yalan və bəhanələrlə təyin edilmış öhdəliklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki, istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədəqorxular edərək ödənişlərdən yayınırlar. Lakin, "xxxx" MMMC Qanunun aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrıseçkilik etmədən bütün sakinləri qanuna riayət etməyə çağırır. Qarşılıqlı iddia üzrə cavabdeh ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olur. "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu il tarixli protokolundan görünür ki, "xxxx" MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X1. İki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, "xxxx" MMMC-i xx.xx.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini qaldırmamış, sakinlərdən yeganə xahişi ələlə verərək yaşayış kompleksini daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli iclasının qərarına əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri 01 fevral 2021-ci il tarixdən etibarən əhali üçün 0,5 manatdan 1 manat səviyyəsinə qaldırılmışdır. Kompleksin mənzillərinə mərkəzləşdirilmiş isti və soyuq suyun "xxxx" MMMC tərəfindən verilməsini nəzərə alaraq, Cəmiyyətin İdarə Heyətinin qəbul etdiyi qərara əsasən 1 mart 2021-ci il tarixdən etibarən sahə mülkiyyətçiləri tərəfindən fonda ödəniləcək aylıq haqların məbləği: 3-otaqlı mənzillər üçün - 75 AZN, 4-otaqlı mənzillər üçün 95 AZN hesablanması haqqında qərar qəbul edilmişdir ki, kompleksin bütün sakinləri bu qərarla tam razı olduqlarını bildirmişlər və ödənişləri vaxtı-vaxtında həyata keçirirlər. Lakin qarşılıqlı iddia üzrə cavabdeh qanunla müəyyən edilmiş və 156 sahə mülkiyyətçilərinin iradəsi ilə təyin edilmiş aylıq ödənişləri nəinki yerinə yetirmir, hətta müxtəlif yollarla "xxxx" MMMC-nin qanuni idarəetməsinə mane olur. "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMMC idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 9 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X12 yenidən seçilmişdir. "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndindən görünür ki, Cəmiyyətin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ: 3 aydan 1 ilə qədər olan yığılmış borclara görə sakinlərdən həmin borcun 10%-ni, 1 ildən 2 ilə qədər olan yığılmış borclara görə sakinlərdən həmin borcun 15%-ni, 2 ildən yuxarı müddət üçün isə yığılmış borclara görə sakinlərdən həmin borcun 20%-ni əlavə olaraq vurulmuş zərərin əvəzi kimi tələb edilməsi məsələsi səs çoxluğu ilə təsdiq edilmişdir. Hazırki işdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə görə "xxxx" MMMC-nin fonduna olan borcları 2017-ci ildən başlayaraq yığıldığından və yığılmış əsas borcun məbləğı yanvar 2022-ci il daxil olmaqla 2505 manat olduğundan, "xxxx" MMMC-nin ümumi yığıncağın 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndini tətbiq edərək həmin borcun 20%-ni əlavə olaraq vurulmuş zərərin əvəzi kimi tələbi irəli sürmək hüququ vardır. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi).
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1139/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilkin iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 34-cü binada liftdən istifadə kartının ilkin iddia üzrə İddiaçı münasibətdə ləğv edilməsi öhdəliyinin ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması, ilkin iddia üzrə İddiaçı mənzilinə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsilə hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mülkiyyətində olan mənzilə görə 2022-ci ilin yanvar ayına "xxxx" MMMCnin fonduna olan 3006 manat borcunun və növbəti aylarda 95 manat kommunal xidmətlər ödənişinin və ödənilmiş 50,06 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMMC-yə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan lift ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda, ilkin iddia üzrə iddiaçının mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından (liftdən) istifadə edə bilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.
12. Məhkəmə hesab etmişdir ki, ilkin iddianın binanın saxlanması üçün xərclərin qanunvericiliyə uyğun şəkildə müəyyən edilməsi hissəsi əsassız olduğuna görə təmin edilə bilməz.
13. İlkin iddianın mənzilə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsilə hesablanaraq ödənilməsinin təmin edilməsi "xxxx" MMMC-nin üzərinə qoyulması hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməlidir.
14. İlkin iddianın iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı isə ona cavabdeh MMMC tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
15. Qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələblər əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMMC 3 otaqlı mənzillər üçün - 75 (yetmiş beş) manat; 4 otaqlı mənzillər üçün - 95 (doxsan beş) manat aylıq kommunal ödənişləri müəyyən olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən MMMC-nin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmadığı təqdirdə də ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad olunmur.
16. Məhkəmə öz mövqeyini, Mənzil Məcəlləsinin 1.1, 6, 12.2, 17.2, 35.1, 37, 119.1, 121.1, 125.1, 125.2.4, 125.4, 137.9, 137.10, 141.1, 141.2, 141.3, 142.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Sudan istifadə Qaydaları”nın 2.1.5, 7.2-ci bəndlərinə V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ BİRİNCİ İCRAAT
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia verərək, iddiaçıdan yaşayış binasının saxlanma xərcləri olaraq aylıq 95 manat pul tələb etmişdir. Məhkəmə iclaslarında dəfələrlə bu xərclərin əsaslandırılmasını tələb etsə də, belə hesabat yalnız məhkəmənin qətnamə qəbul etdiyi iclasda təqdim olunmuş, hesabat tam araşdırılmadan, məhkəmə həqiqəti müəyyən etmədən qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin ödənilməsi barədə qərar qəbul etmişdir. Belə ki, hesabata əsasən cəmi illik xərc 19300 manat təşkil edir. Həmin məbləği 50320 kv.m ümumi yaşayış sahəsinə böldükdə hər kv.mə 0,38 qəpik düşür. Bu cədvəl üzrə iddiaçının mənzilinin aylıq xərci 205 kv.m x 0,38 qəp = 78 manat təşkil edir. Bundan başqa Nəsimi-8 MMMC-nin təqdim etdiyi hesabatda iddiaçıya aid olmayan kommunal xərcləri çıxdıqdan sonra (1.Azəriqaz, 2.Azərsu, 3.Qazanxana işçiləri) iddiaçının kommunal xərcləri 43 manat təşkil edir.
19. Bununla yanaşı Nəsimi Rayon Məhkəməsində qəbul edilən qətnamənin üçüncü bəndi, ikinci bəndi ilə ziddiyyət təşkil edir. Bu ziddiyyət ondan ibarətdir ki, qətnamədə iddiaçının mənzilində olan su sayğacına uyğun olaraq məsrəf qədərində ödəniş etməyi barədə qərar qəbul edilib. Ancaq tərkibində su pulu olan əvvəlki 95 manat, azaldılmayaraq saxlanılmışdır. Bununla da iddiaçı işlətdiyi suyun pulunu, iki dəfə ödəməli olacaqdır. İşlətdiyi suyun pulunu sayğac vasitəsi ilə "xxxx" ASC-yə, təkrar olaraq 95 manatın tərkibində"xxxx" MMMC-yə su pulunu təkrar ödəməli olacaqdır. İddiaçı mənzildə yaşamadığı üçün, sudan istifadə etmədiyi halda, ondan tələb olunan 50 manat suya görə ödənişdən şikayət etmişdir, hakim isə qəbul etdiyi qətnaməyə əsasən eyni su pulunu iki dəfə ödəməyi istəyir. Qətnamədən belə çıxır ki, bütün binada yaşayan sakinlər 95 manat, iddiaçı isə mənzildə yaşamaya-yaşamaya 145 manat kommunal xərclər ödəməlidir.
20. İddiaçının mənzilində kombi istilik sistemi olduğu, mərkəzləşdirilmiş istilik sisteminin suyundan ümumiyyətlə istifadə etmədiyi halda "xxxx" isti suyun dəyərini ondan tələb edir. Məhkəmə öz qətnaməsi ilə MMMC-nin bu qanunsuz tələbini təmin etmək üçün qərar qəbul etmişdir. Məhkəmə sayğac göstəricisi əsasında iddiaçının ödəyəcəyi həmin suyun dəyərinin 95 manatdan azaldılması (çıxılması) barəsində qərar qəbul etməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4633/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci instansiya məhkəməsi ilkin iddianı mübahisələndirən hissədə rədd edərkən və qarşılıqlı iddia tələbini təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini, Mənzil Məcəlləsinin 1.1, 6, 12.2, 121.1, 125.1, 125.2.4, 125.4, 137.9, 137.10, 141.1, 141.2, 141.3, 142.1-ci, “Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinadla əsaslandırmışdır.
KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
24. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi 11 oktyabr 2022-ci il tarixli, 2(102)- 512/2022 qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2(103)-4633/2022 nömrəli qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
27. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “- 57. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi mənəvi zərər tələbinin rədd olunması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ona cavabdeh MMMC tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. - 58. Lakin işdən görünür ki, iddiaçı ona mənəvi zərər vurulmasını liftdən istifadənin məhdudlaşdırılması (uşaqları ilə liftdə qalması və liftdən istifadə kartı bloklandığına görə ondan istifadə edə bilməməsi) səbəbindən məruz qaldığı mənəvi-psixoloji vəziyyətlə izah etmişdir. - 59. İddiaçının liftdən istifadə kartının cavabdeh tərəfindən bloklanması faktı isə işin açıq-aşkar halı idi. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə “liftdən istifadə kartının İddiaçı münasibətdə ləğv edilməsi öhdəliyinin ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması” özlüyündə iddiaçının mənəvi zərər tələb olunması üçün dəlil kimi irəli sürdüyü, cavabdehin yol verdiyi əməlin həqiqiliyini təsdiq edir. - 60. Eyni zamanda iddia tələbi həmin hissədə təmin olunduğuna görə, bu əməlin (iddiaçının liftdən istifadə kartının cavabdeh tərəfindən bloklanması) qanuna zidd olması da artıq tanınmış olur. - 61. Göründüyü kimi, mənəvi zərərin ödənilməsi üçün zəruri olan 3 haldan ikisi – hərəkətin həqiqətən baş verməsi və bu hərəkətin qanunazidd olması barədə sübutlar mövcud idi. - 62. Mənəvi zərərin ödənilməsi üçün zəruri olan üçüncü şərt – iddiaçının hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi məhkəmə tərəfindən ayrılıqda tədqiq edilməli idi. Nəzərə alınmalıdır ki, mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. - 63. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında verilən izaha görə qanunsuz əmələ görə zərərçəkmiş şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. - 64. İddiaçının yaşadığı mənzilin yerləşdiyi binanın liftindən istifadə gündəlik zəruri ehtiyacdır və bundan qanunsuz məhrum olmanın iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olması şübhəsizdir. İddiaçının hündür mərtəbədə yaşaması, lifdən istifadəyə maneənin uzun müddət (ən azı 03 iyul 2021-ci il tarixdən birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək) davam etməsi isə iddiaçının düşdüyü arzuolunmaz mənəvi-psixoloji vəziyyətin davamlı olduğunu müəyyən etməyə əsas verir.”
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
28. Apellyasiya şikayətinin dəlilləri qərarın 17-20-ci bəndlərində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazının dəlillərinə əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edərək yenidən baxılması üçün göndərməklə səhv nəticəyə gəlmişdir.
30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə “liftdən istifadə kartının İddiaçı münasibətdə ləğv edilməsi öhdəliyinin ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması” heç də iddiaçının mənəvi zərər tələb olunması üçün dəlil kimi irəli sürdüyü və cavabdehin yol verdiyi əməlin həqiqiliyini təsdiq etmir. Liftdən istifadə kartları ləğv olunduğu təqdirdə iddiaçının öz mənzilinə qalxması mümkün olmayacaqdır. "xxxx" MMMC bu hissədə qətnamədən ona görə şikayət verməmişdir ki, qərarın icrası zamanı iddiaçı özü liftdən istifadə kartlarının ləğv edilməsinə qarşı çıxaraq etiraz edəcəkdi. Bundan başqa, yaşayış kompleksində liftlərdən kart sistemi ilə istifadə 2020-ci ilin fevral ayında başlamışdır və bu dövr ərzində iddiaçı orada deyil, Misir dövlətində yaşamışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, 2019-cu ildə ailəsi ilə birlikdə xarici ölkəyə getmiş və təxminən 2 il sonra 03 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İddiaçının getdiyi vaxt kart sistemi tətbiq olunmadığı halda, 2 ildən sonra Azərbaycan Respublikasına qayıtdıqdan sonra kartlarının işləməməsi və liftdə qalmaları mümkün ola bilməzdi. Yaşayış kompleksinin liftlərində kart sisteminə görə liftdə qalmaq halı ümumiyyətlə mümkün deyil, lift sadəcə kartsız sərnişini qaldırmır, amma bloklanıb sıradan çıxmır və içərisində yerləşən qapı açma düyməsini basan zaman liftin qapıları açılır. Həmçinin, polis işçilərinin məsləhəti və qardaşı X2 təkidi ilə 15 iyul 2021-ci il tarixdə iddiaçı özünə və ailə üzvlərinə liftdən istifadə kartları əldə etmiş, heç bir maneə olmadan və sərbəst şəkildə kartlardan istifadə etmişdir. Qeyd olunan hal Ali Məhkəmənin qərarında qeyd olunan “iddiaçının hündür mərtəbədə yaşaması, liftdən istifadəyə maneənin uzun müddət (ən azı 03 iyul 2021-ci il tarixdən birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək) davam etməsi isə iddiaçının düşdüyü arzuolunmaz mənəvi – psixoloji vəziyyətin davamlı olduğunu müəyyən etməyə əsas verir.” qənaətini təkzib edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçının nümayəndələri apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişlər.
32. Cavabdehin nümayəndələri apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətə etirazın dəlilləri ilə eyni məzmunlu izahat verdi və apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
33. Apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi ev 21-də mühafizəçi işləyir. İddiaçı binaya gəldiyi vaxt o, növbədə olmuşdur. İddiaçının kartı işləmədiyindən onu köməyə çağırmış, o, iddiaçı ilə birlikdə onun 14-cü mərtəbədə yerləşən mənzilinə qalxmışdır.
34. Apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi ev 21-də komendant işləyir. Lift sisteminə kart quraşdırılanda iddiaçı ölkə xaricində olmuşdur. O, iddiaçıya zəng etmiş, sonuncu cavab olaraq artıq binada yaşamadığını bildirmişdir. Kartlar paylanarkən iddiaçsnın qardaşı Fəxrəddin onlardan kartları almışdır. Onun işlədiyi binada lifti saxlamaqla orada qalmaq mümkün deyil, çünki, belə bir sistem yoxdur. Liftdə qalma yalnız elektrikin kəsildiyi, nasazlığın olduğu təqdirdə mümkündür. Yeni verilən kartlarda problemlərin olması mümkündür. Problem olduğu təqdirdə sakinlər yaxınlaşaraq kartın yenidən yüklənməsini də xahiş edirlər. Hadisənin baş verdiyi tarixi dəqiq bilməsə də, 2021ci ilin yay aylarına təsadüf etdiyini xatırlayır.Hadisə baş verən gün o, mühafizəçinin yerində olmadığını gördükdə axtarmış və yük daşıdığını görmüş, mühafizəçidən yerini nə üçün tərk etdiyini soruşmuşdur. İddiaçıya məxsus kartların bağlanması halı olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”
37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər.”
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilsə də, Ali Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli, 2(102)-5121/2022 saylı qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi də həmin andan, ilk iddia qismən və qarşılıqlı iddia tam təmin edilən hissələrdə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız ilk iddia rədd edilən hissə - mənəvi zərərin tutulması hissəsi təşkil etməklə, məhkəmə aktı da eyni hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, birinci istansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmır.
44. Belə ki, birinci instansiya məhkəməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında mənəvi zərərin tutulması əsaslarını sadalasa da, bu əsaslar üzrə heç bir araşdırma aparmamış, sübut təqdim olunmama əsası ilə iddianın həmin hissədə rədd edilməsi qənaətinə gəlmişdir.
45. Halbuki, birinci instansiya məhkəməsi ilkin iddianı “Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 34-cü binada liftdən istifadə kartının ilkin iddia üzrə İddiaçı münasibətdə ləğv edilməsi öhdəliyi ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması” qənaətinə gələrkən bu qənaəti onunla əsaslandırmışdır ki, “... yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan lift ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda, ilkin iddia üzrə iddiaçının mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından (liftdən) istifadə edə bilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.” Həmin məhkəmədə işə baxılarkən cavabdehin iddianı ümumiyyətlə qəbul etməməsi də onu təsdiq edir ki, "xxxx" MMMC iddianın bu hissədə qəbul etməməklə liftdən istifadənin məhdudlaşdırılmasını əsaslı hesab etmişdir.
46. "xxxx" MMMC apellyasiya şikayətinə etirazda qətnamənin bu hissəsini qanunsuz hesab etsə də, apelyasiya şikayəti verməməsinin səbəbini liftdən istifadə kartları ləğv olunduğu təqdirdə iddiaçının öz mənzilinə qalxması mümkün olmayacağı, qərarın icrası zamanı iddiaçının özünün liftdən istifadə kartlarının ləğv edilməsinə qarşı çıxaraq etiraz edəcəyi ilə əsaslandırmışdır. Lakin həmin hissə onun tərəfindən mübahisələndirilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və məhz bu hissədə qətnamənin qanuni qüvvəyə minməsi faktı işə baxan məhkəmə tərəfindən bü xüsusatı yenidən araşdırmağa və ya qanunsuz, əsassız hesab etməyə imkan vemir.
47. Buna görə də məhkəmə koolegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə uyğun olaraq “törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması” faktı təsdiqini tapır. Məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində məhz qanuna zidd əməlin törədilməməsini qeyd etsələr də, yuxarıda qeyd olunan hal, yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə əməlin qanuna zidd hesab olunması bu xüsusatları təkzib edir.
48. Mənəvi zərərin mövcudluğuna isə Ali Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli, 2(102)-5121/2022 saylı qərarında iddiaçının hündür mərtəbədə yaşaması, lifdən istifadəyə maneənin davam etməsi iddiaçının düşdüyü arzuolunmaz mənəvi-psixoloji vəziyyətin davamlı olduğunu müəyyən etməyə əsas verməsi kimi qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalarda, həmçinin qərarlarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mənəvi zərərin əvəzinin tutulması üçün əsasların olması qənaətinə gəlir.
49. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin məbləğinin 5000 manat təşkil etməsi iddiaçı tərəfindən əsaslandırılmasa da, Ali Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli, 2(102)-5121/2022 saylı qərarında qeyd olunan hallar - iddiaçının liftdən istifadə kartının cavabdeh tərəfindən bloklanması, yaşadığı mənzilin yerləşdiyi binanın liftindən istifadə gündəlik zəruri ehtiyac olması, bundan qanunsuz məhrum olmanın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması, hündür mərtəbədə yaşaması, lifdən istifadəyə maneənin uzun müddət davam etməsi nəticəsində iddiaçının arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi nəzərə alınmaqla məbləğ 3000 manat müəyyən edilməlidir. Kollegiya hesab edir ki, olunan məbləğ işin konkret hallarına, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsinə, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun olmaqla, ağlabatan və ədalətlidir.
50. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə qismən - yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia qismən təmin olunmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir.
51. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(006)-1139/2022 nömrəli qətnaməsi qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(006)-1139/2022 nömrəli qətnaməsi qismən – mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğdə pul vəsaiti "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev