Məhkəmə qərarları › İş №2(103)-9594/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9594/2021

22.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9594/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(004)-4455/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(004)-4455/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin mülkiyyətçisi və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qərardaddan, Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək, mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərardadda iddianın təmin tədbiri olaraq ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin mülkiyyətçisi və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi qadağan edilməsinin zəruriliyi əsaslandırılmamışdır. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil 30.08.2007-ci ildən cavabdehin anası X1 məxsus olmuş, cavabdeh öz ailə üzvləri ilə birlikdə 2011-ci ildən həmin mənzilə köçmüşdür. 06.12.2017-ci il tarixdə X2 həmin mənzili cavabdehə bağışlamış və 12.12.2017-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə etdi, onun təmin edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(004)-4455/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehi dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(004)-4455/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2.-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Kollegiya hesab edir ki, mübahisəli mənzil cavabdeh tərəfindən həqiqətən satıla, bağışlana və ya sair üsulla özgəninkiləşdirilə bilər. Buna görə də mübahisəli mənzil cavabdeh tərəfindən özgəninkiləşdirildiyi, iddianın isə təmin edildiyi təqdirdə qətnamənin icrası həqiqətən çətinləşə və ya qeyri-mümkün ola bilər. Buna görə də iddianı təmin etmək üçün tədbirlər görülərək mübahisəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Sadalanan hallar baxımından hazırkı mülki iş üzrə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdehin mülkiyyəti üzərinə müvəqqəti məhdudiyyətin qoyulması qanunun tələbinə uyğundur, məhz iddianın təmin etmə institutunun məqsədlərinə xidmət edir və qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəldilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəni qismən təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(004)- 4455/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar