Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9595/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, onun nümayəndəsi eyni zamanda vəkili eləcə də digər Cavabdeh1 vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “pul tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə bitrdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsini iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmalı, mənzilin boşaldılaraq və İddiaçı təhvil verilməlidir. Qətnamə icraya yönəldilsə də, cavabdehlər hazırkı vaxta kimi mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər Şuşa şəhərindən olan məcburi köçkün kimi uzun illərdir ki, iddiaçının mənzilində ona heç bir vəsait ödəmədən yaşayırlar. İddiaçı özü bu müddət ərzində kirayələrdə yaşamağa məcbur olmuşdur. Nəhayət kirayə haqlarını ödəyə bilmədiyinə görə məhkəmədə cavabdehlərin mənzildən çıxarılmasına dair iddia qaldırmış və məhkəmə 04.01.2019- cu il tarixli qətnamə ilə iddianı təmin etmişdir. Qətnamə 19.04.2019-cu il tarixdə Yasamal rayon İcra Şöbəsinə daxil olsa da, hazırkı vaxta kimi icra edilməmişdir. Bu səbəbdən iddiaçı kirayədə yaşamağa davam etməyə məcbur olmuşdur. İddiaçı 15.09.2020- ci il tarixdə rəsmi şəkildə kirayə müqaviləsi bağlayaraq Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzili X1 götürmüş və hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı ödəməyə məcburdur. İddiaçının hazırda maddi imkanı buna imkan vermir. Cavabdehlər isə rəsmi şəkildə işləməklə əmək haqqı alırlar. Cavabdeh1 ayda 759 manat, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı ayda 557 manat, Cavabdeh3 ayda 300 manat, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı ayda 251 manat əmək haqqı almaqla, hər ay cəmi 1867 manat gəlir əldə edirlər. Cavabdeh1 adına “VAZ21063” markalı ** BA *** dövlət nömrə nişanlı, “VAZ-2106” markalı ** BA *** dövlət nömrə nişanlı, X17 Prado markalı, 2005-ci il istehsalı olan ** BS *** dövlət qeydiyyat nişanlı üç avtomobil vardır. X17 Prado markalı avtomobilin qisməti 27.000-30.000 manat, avtomobilin “** BS ***” dövlət qeydiyyat nişanının qiyməti isə 17.000-18.000 manat arasında dəyişir. Təkcə bu hal onu sübut edir ki, cavabdehlərin kifayət qədər maddi imkanı var, özlərin ev ala bilər və ya kirayə mənzildə yaşaya bilərlər. Lakin cavabdehlər qərəzli şəkildə qətnaməni icra etmirlər. Nəticədə iddiaçıya maddi zərər vurmaqda davam edirlər. Bu səbəbdən iddiaçı kirayədə qaldığı mənzilin kirayə haqqını ödəmək üçün qətnamə icra olunduğu günə kimi cavabdehlərdən tutulmasını xahiş edir. Həmçinin mənzilin boşaldılmaması nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. İddiaçı mənəvi zərərin əvəzi kimi 2.000 manat tələb edir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı təhvil verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, İddiaçı 15.09.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X6 15.09.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 (üç yüz doxsan doqquz) manat kirayə haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ona və ailə üzvlərinə qarşı qərəzçilik nümayiş etdirilmiş, maddi və prosessual hüquq normaları pozulmuş, bilavasitə işə baxan məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinin pozulması ilə iddia qaldırmasına, yəni iddiaçı tərəfindən iddianın iddiaya cavab verməli olmayan şəxsə (şəxslərə) qarşı qaldırılmasına düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üçün son dərəcə mühüm əhəmiyyəti olan işin faktiki halları aydınlaşdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Mübahisə ilə bağlı qeyd edilməlidir ki, Şuşanın işğalından sonra ailə üzvləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən 10 may 1992-ci il tarixdən etibarən ünvan 1 ünvanında yerləşən istifadəyə verilməmiş yarımtikilidə Şuşa şəhərindən olan məcburi köçkün kimi məskunlaşdırılmışlar, mənzildə məskunlaşan zaman bina yarımtikili olmuşdur, mənzil boş və təmirsiz olmuşdur, heç kəsin hüquqları və qanuni maraqları pozulmamışdır, 39 il müddəti ərzində qeyd edilən mənzildə məskunlaşmaqları ilə bağlı heç kəs onlara qarşı etiraz etməmiş, mülki iddia qaldırılmamışdır. Ailə üzvləri ilə qeyd edilən mənzildə məskunlaşdırıldıqdan sonra həmin yarımtikili mənzili öz şəxsi vəsaitləri hesabına hissəhissə təmir etdirmişlər, ötən 39 il müddət ərzində həmin yarımtikili mənzilin təmirinə təxminən 40000 manata yaxın pul vəsaiti xərcləmişlər, artıq 39 ildir ki, həmin mənzildə açıq, fasiləsiz və etirazsız yaşayırlar, başqa yaşayış yerləri yoxdur. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramı”nın təsdiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamın 2-ci bəndində Qərara alınmışdır ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X11 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinin məzmunundan göründüyü kimi, Şuşa şəhərindən olan məcburi köçkünlərdir, Prezidentin Sərəncamı, Nazirlər Kabinetinin qərarı əsasında “Dövlət Proqramı”na uyğun olaraq ailə üzvləri ilə 39 il əvvəl yuxarıda qeyd edilən ünvanda istifadəyə verilməmiş, yarımtikili binada müvafiq icra hakimiyyəti orqanları tərəfindən müvəqqəti məskunlaşdırılmışlar, öz vəsaitləri hesabına həmin mənzili hissə-hissə təmir etdirmişlər və 39 ildir ki, orada yaşayırlar. Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydasının (Məcburi köçkünlərin köçürülməsi Qaydası) 4-cü maddəsinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Göründüyü kimi, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarının 4-cü maddəsinin məzmununa əsasən, məcburi köçkünlərin məskunlaşdırılması, onların bir yaşayış sahəsindən başqa yaşayış sahəsinə köçürülməsi vəzifəsi, öhdəliyi həmin qərara əsasən X11 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Bundan başqa qətnamənin 2-ci səhifəsinin 4-cü abzasından müəyyən edilir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin nümayəndəsi X7 məhkəmə gedişi zamanı iddia ərizəsinə dair etiraz və mülahizəsini yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, - “hazırki iş üzrə cavabdehlər Şuşa şəhərindən məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışlar. Cavabdehlər Dövlət proqramlarının icrası ilə bağlı başqa yerdə evlə təmin edilməyib və boş mənzil fondu olmadığına görə Komitə tərəfindən cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. Şuşa şəhəri işğaldan azad edildiyinə görə cavabdehlər öz evlərinə qaytarılacaqlar”. Lakin, işə baxan Bakı şəhəri Yasamal rayon Məhkəməsi iddianın iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmasına baxmayaraq iddiaçının əsassız iddia tələbini icraatına qəbul etmiş, iddiaçının cavabdeh kimi cəlb etdiyi mərhum anası X8 vəfat etməsini, qızı Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının həmin mənzildə yaçamamasını aydınlaşdırmamışdır, Şuşa şəhərindən olan məcburi köçkün ailəsi kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən Dövlət proqramı əsasında ünvan 1 ünvanında yerləşən istifadəyə verilməmiş, boş, yaşayış olmayan, təmirsiz yarımtikili mənzildə məskunlaşdırıldıqlarına, 1992-ci ildən həmin mənzildə yaşaya-yaşaya qeyd edilən mənzilin başqa şəxsin adına sənədləşdirilməsinə, bu günə qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən onların məcburi köçkün kimi başqa mənzillə təmin edilməməklərinə, onlara başqa yaşayış sahəsi verilməməsinə düzgün hüquqi qiymət verməmiş, sonda məhkəmə ondan və ailə üzvlərindən iş üzrə İddiaçı kirayə pulunun tutulub verilməsi barədə əsassız qətnamə çıxartmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili eləcə də digər Cavabdeh1 vəkili X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı verilmişdir, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə gedişi zamanı iddia ərizəsinə dair etiraz və mülahizəsini yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, - hazırki iş üzrə cavabdehlər Şuşa şəhərindən məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışlar. Cavabdehlər Dövlət proqramlarının icrası ilə bağlı başqa yerdə evlə təmin edilməyib və boş mənzil fondu olmadığına görə Komitə tərəfindən cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. Şuşa şəhəri işğaldan azad edildiyinə görə cavabdehlər öz evlərinə qaytarılacaqlar. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən cavabdehlər mənzildən çıxarılmalıdılar, lakin həmin qətnamə bugünədək icra edilməmiş halda qalmaqdadır. Hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə cavabdehlər Cavabdeh2, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 nömrəli evin ümumi sahəsi 69,43 kv.m olan 3 otaqlı 72 nömrəli mənzili iddiaçı X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Lakin hazırkı vaxta kimi qətnamə icra edilməmişdir. İş materiallarında olan İddiaçı ilə X10 arasında Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış 15.09.2020-ci il tarixli 3M-1079 reyestr nömrəli kirayə müqaviləsinə əsasən X10 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 2 otaqlı 22 nömrəli mənzilini 15.09.2020-ci il tarixdən 15.09.2030-cu il tarixə kimi İddiaçı kirayəyə vermişdir. Aylıq kirayə haqqı 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 (üç yüz doxsan doqquz) manat müəyyən edilmişdir. İş materiallarında olan Bank bödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı 16.09.2020-ci il tarixdə 401 manat, 14.10.2020-ci il tarixdə 399 manat, 17.11.2020-ci il tarixdə 399 manat, 15.12.2020-ci il tarixdə 399 manat olmaqla, cəmi 1598 manat kirayə haqqını X6 ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 18.09.2020-ci il tarixli MB13/995 nömrəli arayışından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsində və yaxın ətrafında yerləşən 3 otaqlı mənzillərin 2020-ci ilin sentyabr ayına olan orta bazar kirayə qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 350-500 manat arasında təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi zərərin əvəzinin tutulması hissəsində təmin edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehlərin digər yerdə kirayədə yaşamağa və ya özlərinə başqa yaşayış sahəsi almağa maddi imkanları olduğu halda hazırkı vaxta kimi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qətnaməsini icra etməyərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 nömrəli evin ümumi sahəsi 69,43 kv.m olan 3 otaqlı 72 nömrəli mənzilini boşaldaraq mülkiyyətçisi X5 təhvil vermədiklərinə görə, X5 hər ay 399 manat kirayə haqqı ödəməklə digər yerdə yaşamağa məcbur olur, cavabdehlərin qətnaməni icra etməmələri nəticəsində iddiaçı mülkiyyətindəki mənzilə köçüb istifadə edə bilmiş və hər ay ödədiyi 399 manat kirayə haqqı məbləğində iddiaçıya maddi zərər dəyir. Odur ki, iddiaçı ona vurulmuş real maddi zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 2(004)- 641/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. İddiaçı hazırki tələbində qeyd olunan qətnaməyə istinad etməklə mənzilin boşaldılıb ona təhvil verilənədək, hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə bitrdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin 17/72-62564/31 saylı, 01 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, qətnamənin icrası ilə bağlı olaraq bir neçə dəfə Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə müraciətlər edilmiş və Komitənin cavab məktublarında Şuşa rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Z.Məhərrəmov və qeyrilərinin evlə təmin olunmadıqları bildirilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qaçqınların və məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Göründüyü kimi məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid olmuşdur, hazırki iş üzrə də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin iş üzrə təqdim etdiyi mülahizələrdən görünür ki, - cavabdehlər Şuşa şəhərindən məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışlar. Cavabdehlərə dövlət proqramlarının icrası ilə bağlı başqa yerdə evlə təmin edilməyib və boş mənzil fondu olmadığına görə Komitə tərəfindən cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. Şuşa şəhəri işğaldan azad edildiyinə görə cavabdehlər öz evlərinə qaytarılacaqlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda boş mənzil fondu olmadığından cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmamışdır, belə olan halda da cavabdehlərin həmin mənzildən çıxarılana qədər onlardan pul tutulması tələbi əsassız olmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, hazırki iddia ərizəsində X12 cavabdeh kimi işə cəlb etməsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin giriş hissəsində X12 cavabdehlər sırasında göstərilmişdir. Eləcə də iş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin 17/72- 62564/31 saylı, 01 oktyabr 2020-ci il tarixli məktubundan həmçinin Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xəzər rayonu sektorunun 251/22 saylı, 20 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı hazırki mübahisəli mənzildə yaşamır, Xəzər rayonu, Şüvəlan qəsəbəsi “Ət-süd” pansionatında məskunlaşmışdır. Göründüyü kimi Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı həmin mənzildə yaşamadığı hazırki iddia tələbi ona qarşı yönələ bilməzdi. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundna təmin edilməli, birinci instansiya məkhəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət proqramı çərçivəsində cavabdehlərə öz yurdlarına qayıtmaları təklif edilənədək hazırki iddia təmin edilə bilməz, əgər öz yurdlarına qayıtma barədə təklifdən imtina etdikləri və yaşayış sahəsindən çıxmaqdan imtina etdikləri halda, iddiaçı yeni əsasla hazırki və ya buna bənzər iddia ilə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 qarşı cavabdehlərdən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə bitrdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pulun tutulması barədə iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9595/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9595/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver