Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9626/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili Əfəndiyeva Dilarə paşa qızının iştirakı ilə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakları iştirakı ilə, Cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6577/2021 saylı 13.08.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı – ünvan 1 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr olmaqla) qeyri-yaşayış sahəsinin ½ hissəsinə onun pay hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə “ABC-Telekom MMC arasında 27.09.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin oradan çıxarılaraq qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri- yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilmiş gəlirin yarı hissəsi olan 24420 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda, ünvan 2 ünvanında yerləşən B girişində 600 kv.metr qeyriyaşayış sahəsinə (1-ci mərtəbə 330 kv.metr, 2-ci mərtəbə 330 kv.metr) dair icarə müqaviləsinin bağlanması, özgəninkiləşdirilməsi və hər hansı şəkildə qeyriyaşayış sahəsinə dair sənədləşdirmənin aparılması, həmin qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması, qeyri-yaşayış sahəsindən istifadə edilməsi cavabdehlər Cavabdeh1, "xxxx" MMC-nə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6577/21 saylı, 13 avqust 2021-ci tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin 31 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Məhkəmə 13.08.2021-ci il tarixli 2(01l)- 6577/2021 saylı qərardadla ərizəni tam təmin etmiş və iddianı təmin etmək haqqında tədbirləri tətbiq etmişdir. Hesab edirəm ki, qəbul edilmiş qərardad tam qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Məhkəmə seçilən tədbirlərin iddia tələbinə mütənasib olmasına və bu tədbirlərin qətnamənin gələcəkdə icrasına aidiyyəti olubolmadığma düzgün hüquqi qiymət verməmişdir. Hazırda mübahisələndirdikləri məqam qeyri-yaşayış sahəsindən istifadənin qadağan edilməsi ilə bağlı olan hissədir. Belə ki, iddiaçının tələbi, ona aid payın müəyyən edilməsi, sahənin boşaldılması, sahəyə dair müqavilənin etibarsız hesab edilməsi və pul tələbidir. Göstərilən bu tələblərlə bağlı gələcəkdə qəbul ediləcək qətnamənin icrası baxımından qeyri-yaşayış sahəsindən istifadənin heç bir aidiyyəti yoxdur. Yəni hal-hazırda sahədən istifadənin davam etdirilməsi sahəyə dair iddiaçının payının müəyyən edilməsinə, müqavilənin etibarsız hesab edilməsinə, cavabdehin oradan çıxarılmasına, pul tələbinə dair hissədə qətnamənin icrasına heç bir çətinlik yaratmayacaqdır. Tətbiq edilən təmin tədbirlərinin digər hissələrini mübahisələndirmirlər, lakin sahədən istifadənin qadağan edilməsi iddia tələbinə mütənasib deyildir və iddianı təmin etmək haqqında tədbirlərin mahiyyətinə uyğun deyildir. İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1lə "Laura” firması arasında müqavilə bağlanmış, lakin həmin sahəyə dair çıxarış yoxdur. Yəni bu sahəyə dair hilquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, digər tərəfədən ‘‘Laura” firması təşkilati-hüquqi formasına görə MTK deyildir, buna görə də, qeyd olunan əmlakın nikah dövründə əldə edilən birgə mülkiyyət hesab edilməsi mümkün deyildir, yekunda, bu əmlak üzərində iddiaçının payının müəyyən edilməsi də ehtimal edilmir. Məhkəmə isə iddianın təmin edilmə ehtimalını, ərizədəki dəlillərin əsaslılığını nəzərə almadan, qətnamənin gələcəkdə icrasını çətinləşdirməyən təmin tədbirini əsassız olaraq tətbiq etməklə cavabdehlərin hüquqlarını pozmuşdur. Onu da qeyd edək ki, mübahisəli qeyri-yaşayış sahəsində cavabdeh "xxxx" MMC tərəfindən təmir-tikinti işləri artıq aparılmış və həmin sahə mağazanın digər sahələrinə qatılmışdır, orada xeyli yaxşılaşdırma işləri görülmüş, sahənin dəyəri artmışdır. Yəni cavabdeh tərəfindən həmin sahənin zədələnməsi ağlabatan deyildir, çünki işlək sahədir, orada olan istənilən çatışmazlıq dərhal aradan qaldırılır. Bu sahənin istifadə edilməsi digər daşınar əşyalar (nəqliyyat vasitəsi və s.) kimi sahənin dəyərini aşağı salmır, bu hissədə məhkəmənin mövqeyi ilə razılaşmırlar.Bir daha qeyd edir ki, qeyri-yaşayış sahəsindən istifadə edilməsi iddiaçının hazırki iddia tələbləri üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirmir və ümumiyyətlə ona aidiyyəti yoxdur. Mağaza kimi istifadə edilən sahəyə cavabdeh tərəfindən ziyan vurulması ağlabatan deyildir, çünki cavabdeh də oranın işlək qalması üçün çalışır, həm də bu sahə mağazanın digər sahələrinə qarışmışdır, yerində müəyyən edilməsi də çətindir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun vəkili və nümayəndəsi şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında digər Cavabdeh1 cavabdeh "xxxx" MMC-nin mübahisəli obyektdə fəaliyyətinin iddiaçının tələbinə heç bir aidiyyəti olmadığını bildirərək şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6577/2021 saylı 13.08.2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə-qeyri-yaşayış sahəsindən istifadənin qadağan edilməsi hissədə ləğv edilməli, iddiaçının ərizəsi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsinə ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.1.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 157.2ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Hazırki halda isə məhkəmə aidiyyəti olmadığı halda, sahənin istifadəsinin qadağan edilməsi ilə bağlı da əsassız təmin tədbiri seçmişdir, eyni zamanda bu tədbirin qətnamənin gələcəkdə icrasını təmin etmək üçün heç bir əhəmiyyəti yoxdur. Odur ki, kollegiya belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6577/2021 saylı 13.08.2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə- ünvan 1 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr olmaqla) qeyriyaşayış sahəsindən istifadənin qadağan edilməsi hissədə ləğv edilməli, iddiaçının ərizəsi həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6577/2021 saylı 13.08.2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə- ünvan 1 ünvanında yerləşən binanın B girişində, 660 kv.metr (birinci və ikinci mərtəbədə hər birində 330 kv.metr olmaqla) qeyriyaşayış sahəsindən istifadənin qadağan edilməsi hissədə ləğv edilsin. Ərizə həmin hissədə rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9626/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9626/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver