Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9635/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlundan və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona vurulmuş mənəvi ziyana görə 200.000 (iki yüz min) manat, birbaşa maddi zərərə görə isə 50.000 (əlli min) manat, cəmi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona vurulmuş mənəvi ziyana görə 200.000 (iki yüz min) manat, birbaşa maddi zərərə görə isə 500.000 (beş yüz min) manat, cəmi 700.000 (yeddi yüz min) manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3.000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsindən şikayət verərək, onun ləğv və iddia tələbinin rədd edilməsini edilməsini xahiş etmişdir. Mülki iş 07.09.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmçinin hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti həmin məhkəməyə daxil olmuşdur. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(006)-2647/2021 saylı məktubu 09.09.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğun verildiyindən işə apelyasiya qaydasında baxılması mümkündür. Lakin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(006)-2647/2021 saylı məktubu nəzərə alınaraq, mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361, 366-368, 397-ci maddələrini rəhbər tutaraq, Kollegiya Qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti mümkün hesab edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinin Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş baxışdan çıxarılsın və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-9635/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9635/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver