Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-964/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-964/2023 (Açar sözlər: sığorta haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)-3044/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı özünə məxsus olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixdə RAA********** saylı “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsinə əsasən sığortalamışdır. 2.12 sentyabr 2021-ci tarixdə güclü dolu, leysan nəticəsində iddiaçıya məxsus əmlaka maddi ziyan dəymiş, bununla bağlı sığorta ödənişinin ödənilməsi ilə bağlı sığortalı olan iddiaçı sığortaçı olan cavabdeh "xxxx" ASC-yə müraciət etsə də, sonuncu sığorta hadisəsinin baş verməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən sığortalanmış iddiaçıya məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin təmir-bərpa xərci kimi 26.000 manat və iddianın qaldırılması üçün ödənilmiş 200 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə olan Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə bağlayaraq əmlakını sığorta etdirmişdir. xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymişdir və bununla bağlı cavabdeh "xxxx" ASC-yə məlumat vermişdir. Bundan sonra 2 dəfə sığorta şirkətinin əməkdaşları tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və dəymiş zərərin məbləği 2.200 manat məbləğində müəyyən edilmişdir. Sonra iddiaçı cavabdehə dəymiş ziyanın məbləği ilə razı olmadığını, dəymiş zərərin 26.000 manat olduğu bildirdikdən sonra, xx.xx.2022-ci il tarixdə cavabdehin bildirişi ilə sığorta ödənişinin verilməsini imtina olunmuş və əsas kimi göstərilmişdir ki, ona məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı bir yağıntı nəticəsində olmadığından sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş bildirişdə qeyd edilir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində ziyan dəymişdir. Bundan başqa bu faktı təsdiq edən fotoşəkilləri və videogöründünü əks etdirən diski məhkəməyə təqdim edəcək. Göründüyü kimi, cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq iddiaçıya dəymiş ziyan ödənilməsindən imtina edilmişdir. Ona görə də, iddiaçı sığorta hadisəsi nəticəsində ümumilikdə 26.000 manat ziyan dəyməsi ilə əlaqədar olaraq tələb olunan pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. 5.Cavabdehin nümayəndəsi X5 iddiaya qarşı etiraz məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2021-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı ərizə ilə şirkətə müraciət edərək xx.xx.2021-ci il tarixlərində Gədəbəy güclü dolu yağması nəticəsində sığortalanmış əmlaka maddi ziyan dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təsnifatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən 1.400 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 30 manat, ümumilikdə 1.430 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 519 saylı arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yığması nəticəsində ziyan dəymişdir. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən 26.000 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 200 manat, ümumilikdə 26.200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmək istəyirlər ki, AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamışdır. Qeyd etmək istəyirlər ki, İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmadığından “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yarananhaldır. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığora hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. Qeyd olunan hadisə ilə bağlı «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən (ərazidə torpaq çökməsi baş verməsi sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir) AS-20/940 saylı, xx.xx.2020-ci il tarixli məktubla imtina qərarı verilərək sığortalının ünvanına göndərilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina haqqında qərarı qanuni və əsaslı olduğu üçün İddiaçı "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiasının rədd olunması xahiş edilmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 oktyabr 2022-ci il tarixli, 2(006)-3044/2022 saylı qətnaməsi ilə (hakim-Ramin Xəlilov) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 9350 (doqquz min üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 113,50 (yüz on üç manat, əlli qəpik) manat, cəmi 9.463,50 (doqquz min dörd yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri, 100 (yüz) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. 7.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Gədəbəy rayonu, Arıqdam kəndində 0,39 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. 8.İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışına əsasən Gədəbəy rayonunun Arıqdam kəndində İddiaçı məxsus olan fərdi yaşayış evinin, həmin evə bitişik çardaq və tövlənin dam örtüyü xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində yararsız hala düşmüşdür. 9.İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2021-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı şirkətə müraciət edərək, güclü dolu yağması nəticəsində sığortalanmış əmlaka maddi ziyan dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Qeyd etmək istəyirlər ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 519 saylı arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yığması nəticəsində ziyan dəymişdir. Bildirmək istəyirlər ki, AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamışdır. Qeyd etmək istəyirlər ki, İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasəaq n hər hansı yağıntı nəticəsində olmadığından “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hdisə və ya yaranan haldır. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığora hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. "xxxx" ASC belə hadisələr təkrar olunmamağını arzu etməklə yanaşı, gələcəkdə baş verə biləcək hadisələrlə əlaqədar ortaya çıxacaq maddi zərərlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyinə təminat verir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında qeyd alınan hava şəraiti haqqında məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə hava tutqun buludlu (10/8), görünüş 10 km., havanın orta temperaturu 150 C, minimal 12,50 C, Şərq istiqamətli küləyinmaksimal sürəti 8 m/saat olmuşdu. Yağıntı qeydə alınmamışdır. 11.İş materiallarında olan Arıqdam kənd sakinləri A.Z.İsmayılov, E.O.Qurbanov, A.Ə.Qarayev, E.Q.Quliyev, Ş.Q.Mahmudov, E.N.Abdullayev, R.M.Cabbarov, S.H.İskəndərova, X.H.Məmmədov, E.H.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 11-12 sentyabr 2021-ci il tarixli Arıqdam kəndində güclü dolu yağmışdır və dolu yağışı nəticəsində kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin dam örtüyü yararsız hala düşmüşdür. 12.İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5613 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, -1-ci və 2-ci suallar üzrə: Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus 177 kv.m-dən ibarət olan fərdi yaşayış evinin, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə (rəsmi reyestrdə qeydiyyatdan keçmiş) çox saylı dəliklər olmaqla zədələr mövcuddur. Lakin yaranmış qüsurların əmələ gəlməsi hansı tarixə təsadüf edilməsinin müəyyən olunmasına dair metodika olmadığından, zədələrin təqribən hansı tarix(lər) aralığında yaranması və ya inkişaf etməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda yaşayış evinin, həmin evə bitişik çardaq və tövləntn dam ötrüyündə olan qüsurları, həmçinin Azərbaycan Respublikası Gədəbəy rayon icra Hakimiyyəti Başçısının Arıqdam Kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 519 saylı arayışı nəzərə alaraq, İddiaçı məxsus olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 177 kv.m.-dən ibarət olan fərdi yaşayış evindəki, evə bitişik çardaqda və tövlənin dam örtüyündə olan qüsurlar baş vermiş güclü dolu, leysan yağması nəticəsində əmələ gəlməsinə xarakterikdir. -3-cü sual üzrə: Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus olan 177 kv.mdən ibarət olan fərdi yaşayış evindəki, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə yaranmış zədələrin aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 18.420 manat məbləğində müəyyn olunur. -4-cü sual üzrə: Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus olan 177 kv.mdən ibarət olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX-0959071 saylı, xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışa əsasən qeydiyyata alındığını nəzərə alaraq, həmin yaşayış evi tikinti normalarına uyğun inşa olunmuşdur. Eyni zamanda fərdi yaşayış evinin, evə bitişik çardaq və tövlənin dam örtüyündə olan qüsurları dolu və ya leysan yağışları nəticəsində yaranmasına xarakterikdir. 13.Həmin ekspertiza rəyində həmçinin qeyd olunur ki, tədqiq olunan tikilinin təmirinə sərf edə biləcək pul vəsaitinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, tikilinin faktiki vəziyyəti, təmirlik dərəcəsi aparılmalı təmir işlərini nəzərə alınmaqla, hazırda tikilinin 1,0 kv.m.-nin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 100 manat təşkil edir. Belə olan halda tədqiq olunan yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqların ümumi sahəsi 95,0 kv.m.təşkil etdiyini nəzərə alaraq, həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 9500 (95 kv.m. x 100 manat) manat məbləğində müəyyən olunur. 14.Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlakın zədələnməsi güclü dolu, leysan yağması nəticəsində olmuşdur. Bu hal isə sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunur. Bu səbəbdən məhkəmə, cavabdehin nümayəndəsinin iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərin Azərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmaması və bu halın isə sığorta hadisəsi hesab edilə bilməməsi barədə dəlillərini əsaslı hesab etməmişdir. 15.Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evinin 1-ci mərtəbəsinə ziyan dəyməmişdir, evin 2-ci mərtəbənin tavanı dağılmışdır. 16.Məhkəmə qanunvericilikdə dam örtüyünə dəyən zərərlərə təminatın verilməsi nəzərdə tutulmadığını, qeyd olunan qanunun maddəsinin mülahizə əsasında genişləndirilməsinin mümkün olmamasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi dam örtüyü olan hissədə təmin oluna bilməz. 17.Məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqların ümumi sahəsi 95,0 kv.m. təşkil etdiyini nəzərə alaraq, həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 9500 (95 kv.m. x 100 manat) manat məbləğində müəyyən olunmuşdur. 18.Məhkəmə baş vermiş halın sığorta hadisəsi hesab olunmasını nəzərə alaraq qeyd etmişdir ki, bu halda cavabdeh təşkilat vurulmuş ziyanın əvəzini kompensasiya ilə, yəni sığorta ödənişi ilə əvəz etməlidir. 19.Məhkəmə hesab etmişdir ki, qanun üzrə azadolma məbləği 150 manat həddində müəyyən edildiyindən, həmin məbləğ ümumi ziyan məbləğindən çıxılmaqla, yerdə qalan 9350 (9500- 150=9350 manat) manat məbləği həddində tələb təmin olunmalıdır. 20.Bu səbəbdən, iddia tələbi fərdi yaşayış evin dəymiş zərərin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməli və təmin edilməlidir. 21.Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğundan, tələb məhkəmə xərclərinin əvəzinin tutulması hissəsində də qismən təmin edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 113,50 manat məbləğində pul tutulmalıdır. 22.Məhkəmə hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1, 935.1.8; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4, 39.3.3; “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayətində qeyd olunur ki, ARETSN MilliHidrometeorologiya Xidməti tərəfindən "xxxx"ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubdan görünür ki, 12 sentyabr 2021-ci il tarixində Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamışdır. İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN MilliHidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmadığından “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığorta hadisəsi hesab edilmir. Qeyd olunan hadisə ilə bağlı “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-cimaddəsinə əsasən (ərazidə torpaq çökməsi baş verməsi sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir) AS-20/940 saylı, xx.xx.2020-ci il tarixli məktubla imtina qərarı verilərək sığortalının ünvanına göndərilmişdir. Məhkəmə səlahiyyətli dövlət orqanı olan ARETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx"ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubu əsaslı dəlil kimi qəbul etməyərək tikinti-texniki ekzpertizanın vermiş olduğu rəyə əsasən qətnamə qəbul etmişdir. Lakin məhkəmə burada əsas məsələni unutmuşdur ki, ekspert rəyində hadisənin dolu nəticəsində olub-olmamasını Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdamkənd İƏD üzrə Nümayəndəliyinin 16 dekabr 2021-ci iltarixli 519 saylı arayışına əsasən müəyyən etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. 28.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, bu barədə fotoşəkillər və video görüntü təqdim etmişdir. Həmin sübutlarla da müəyyən olunur ki, dolu yağması nəticəsində onun evinə zərər dəyib. Bundan əlavə Arıqdamkənd İƏD üzrə Nümayəndəliyinin məktubu var, ekspert tərəfindən evə baxış keçirilib. Bütün bu sübutlarla müəyyən olunur ki, onun evinə zərər dəyib. O, ARETSN Milli Hidrometeorologiya Xidmətinin arayışı ilə qəti olaraq razı deyil və həmin qurumu məhkəməyə verəcəkdir. Gədəbəy rayonu elə dağlıq rayondur ki, qısa müddətdə bolu düşməsi, leysan olması mümkündür. Ola bilir ki, kəndin birində dolu düşür, o birində elə bil ki, heç nə olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 29.Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 30.Maddə 926.1.Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 31.Maddə 935.1.8. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 32.Maddə 13.1.İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 33.Maddə 23.1.6.Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 34.Maddə 35.1.Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 35.Maddə 35.4.Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. 36.Maddə 36.1.8.Daşınmaz əmlakın təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi halları nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. 37.Maddə 39.3.3.Digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)- 3044/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5613 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, yaşayış evinin, həmin evə bitişik çardaq və tövləntn dam ötrüyündə olan qüsurları, həmçinin Azərbaycan Respublikası Gədəbəy rayon icra Hakimiyyəti Başçısının Arıqdam Kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 519 saylı arayışı nəzərə alaraq, İddiaçı məxsus olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 177 kv.m.-dən ibarət olan fərdi yaşayış evindəki, evə bitişik çardaqda və tövlənin dam örtüyündə olan qüsurlar baş vermiş güclü dolu, leysan yağması nəticəsində əmələ gəlməsinə xarakterikdir. 44.Kollegiya apellyatorun ekspertin, hadisənin dolu nəticəsində olub-olmamasını Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli 519 saylı arayışına əsasən müəyyən etməsiylə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, xüsusi biliyə malik olan ekspert tərəfindən yaşayış evinə, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə olan qüsurlara baxış keçirilmiş, həmin qüsurlar, həmçinin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli 519 saylı arayışı nəzərə alınmaqla, dam örtüyündə olan qüsurların baş vermiş güclü dolu, leysan yağması nəticəsində əmələ gəlməsinə xarakterik olması qənaətinə gəlinmişdir. 45.Ekspert rəyində qeyd olunmuşdur ki, baxış zamanı yaşayış evinin və digər tikililərin dam örtüyünün şiferlərinin üzəri çox hissələrdə deşildiyi, ikinci mərtəbədə divarın tavanında su sızma ləkələrinin olması müşahidə olunmuşdur. 46.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 47.Buna görə də kollegiya hesab edir ki, apellyatorun dəllili əsassız olmaqla iş üzrə keçirilmiş ekspertiza rəyini şübhə altına ala bilməz. 48.Digər tərəfdən iddiaçının evinə dolu nəticəsində zərər dəyməsi işdə olan fotoşəkilər və video görüntülərlə bir daha təsdiq olunur. 49.Həmçinin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh yalnız ARETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx"ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktuba istinad edərək, Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamasını əsas gətirərək sığorta ödənişi etməkdən imtina etmişdir. 50.Məhkəmə kollegiyası Gədəbəy rayonunun ərazi cəhətdən heç də kiçik bir inzibatiərazi vahidi olmamasını, dolu növündə yağıntının gözlənilməz təbiət hadisəsi olmasını nəzərə alaraq hesab edir ki, cavabdehin işdə fotoşəkillər, video görüntülər, ekspert rəyi, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyinin arayışı olduğu halda, AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktuba əsasən sığorta ödənişi etməkdən imtina etməsi əsassız olmuşdur. 51.Beləliklə, kollegiya toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 52.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)-3044/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-964/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-964/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver