Məhkəmə qərarları › İş №2(103)-9647/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9647/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9647/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı aktın ləğvi və akt əsasında tətbiq edilmiş məbləğin hesab kodunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş aktlarn ləğvi və hesab koduna əsassız tətbiq edilmiş 7607,90 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh İB-in nümayəndələri tərəfindən 2011-ci ilin oktaybr ayından 2020-ci ilin avqust ayına qədər ona məxsus ünvan 1 ünvanında onun iştirakı olmadan evin qaz təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı "Azəriqaz" İB-in nümyəndələri tərəfindən təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri qanuni istifadə olunması barədə göstərilən illər ərzində akt tərtib edilmiş qeyd olunan ünvanın hesab koduna ümumilikdə 7607,90 manat heç bir əsas olmadan dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB tərəfindən 2010-cu ildən 2020-ci ilədək həmin ünvana hesablanmış itirilmiş qaza görə 7607,90 manat dəymiş ziyan tam əsasızdır. Belə ki, qeyd olunan ünvanda neçə illərdi yaşayış olmadığından heç bir qazdan istifadə olunmamışdır. Eyni zamanda qeyd etmək istəyir ki, həmin ünvana 10.10.2016-cı il tarixdə “Azəriqaz" İBnin nümayəndələri tərəfindən G-4 markalı 1602AZ**********26 saylı smart kart tipli qaz sayğacı qoyulmuşdur. Lakin həmin evdə yaşayış olmadığından sayğac 000 m.3 qalmışdır. Bunu orada yaşayan qonşularda təsdiq edə bilər ki, həmin ünvanda neçə illərdir ki, yaşayış olmamışdır. Bu 10 il ərzində akt tərtib edilərkən onun iştirakı, xəbəri olmamış, aktda imzası olmadan tərtib edilmişdir. Qeyd etmək istəyir ki, əgər təbii qazdan qeyri qanuni istifadə var idisə nəyə görə Cavabdeh İB tərəfindən bu barədə aidiyyəti üzrə polis orqanəna müraciət olunmamışdır. Nəyə görə həmin evin təbii qaz təhcizatı QİS-nin qəza xidməti tərəfindən qaynaqla kəsilməmiş və akt tərtib olunmamışdır. Əgər bu 10 il ərizində əgər təbii qazdan, qeyri-qanun istifadə olmuşdursa, nəyə görə məhkəməyə müraciət edilməmişdir. Nəzərə çatdırır ki, müqavilədən irəli gələn iddia müddəti 3 ildir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçı Vəliyev oğlunun adına ünvan 1 ünvanına dair **********00780 saylı abonent kodu üzrə əsassız hesablanmış 7355,90 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nın maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə Cavabdeh İB-nın hüquq və mənafeyi pozulmuşdur. Bu səbəbdən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin surəti və ya hər hansı məhkəmə bildirişi Cavabdeh İB-nın hüquqi ünvanına göndərilmədiyindən iş üzrə məhkəmə iclaslarından xəbərsiz olmuşdur. Məhkəmə tərəfindən “tərəflərin çəkişmə prinsipi” pozulmuşdur. Sabunçu Rayon Məhkəməsində müvafiq iş üzrə iddia tələbinə birtərəfli qaydada baxılarkən, məhkəmə, tərəflər arasında mövcud olan 2(005)-2757/2020 saylı 20.10.2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini nəzərə almamışdır. İddiaçı vaxtilə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı talamış olduğundan tərəfdən onun qeydiyyatda olduğu yer üzrə "dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia tələbi irəli sürülmüş və tələbləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamə qəbul edilməklə tam təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 25.11.2020- ci il tarixli 2(008)- 6341/2020 saylı qətnamə günü bugünə kimi hələ də Cavabdeh İB-yə göndərilməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ******* saylı, 31.05.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 01.03.2016-cı il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 18.03.2016-cı il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 38.90 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 08.09.2016-cı il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 172.80 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 30.03.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 295.20 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 31.01.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 30.06.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 31.05.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan ******* saylı, 30.07.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda yaşayan İddiaçı təbii qazın istehlak edilməsi və qazadan qaydalarının pozulmasına görə cəmi 7607,90 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından müəyyən olunduğu kimi, tərəflər arasında yaranmış hazırkı mübahisə Cavabdeh İB-nin nümayəndələrinin iddiaçının qanunsuz şəkildə qoşulmaqla sayğacdan kənar qaz xətindən istifadə etməsi və bununla da mülki hüquq pozuntusu törətməsini iddia etməsi və iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək vurulmuş ziyanın iddiaçıdan ödənilməsini tələb etməsi ilə bağlı yaranmışdır. İş materiallarında olan Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarının surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan ünvanda təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda sayğacdan kənar təbii qaz xətti aşkar olunduğu qeyd edilmiş və akt Cavabdeh İB-nin nümayəndələri tərəfindən imzalanmışdır. Həmin aktlar əsasında itirilmiş qazın həcmi müəyyən edilərək hesablanmış borc məbləğinin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olduğunu sübut etmək cavabdehin üzərinə düşməsinə baxmayaraq cavabdeh iddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olmasını təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən halın mövcud olmasını sübut etmək üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin hallan barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasında mövud olan 2(005)-2757/2020 saylı 20.10.2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etsə də, kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlini əsaslı hesab etmir. Belə ki, iddia tələbindən görünür ki, hazırkı iş üzrə iddiaçının silinməsi tələb etdiyi borc ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat Yeni Məhəllə X.Vəliyev küç 2 d ünvanda yerləşən mənizlə quraşıdırılmış abonent kodu **********00780 saylı sayğaca hesablanmış borc, cavabdehin istinad etdiyi qətnamə üzrə borc isə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evinə quraşdırılmş **********0078 saylı sayğaca hesablanmış borcdur. Göründüyü kimi, hazırkı iş üzrə silinməsi tələb olunan borcla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2757/2020 saylı 20.10.2020-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş borc məbləği bir-birindən fərqli ünvanlara hesablanmış borc məbləğidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki apellyasiya şikayətinin dəlillər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar