Məhkəmə qərarları › İş №2(103)-9653/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9653/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9653/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-582/2021 saylı 20 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)-582/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən 24 may 2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmənin 31 may 2021-ci tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. 25.06.2021-ci il tarixdə Cavabdeh buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)-582/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 02.07.2021-ci il tarixli qərardadı ilə vəsatət, ona apelyasiya şikayəti əlavə edilmədən verildiyindən geri qaytarılmışdır. 28.07.2021-ci il tarixdə cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə ərizə verilmişdir. Məhkəmənin 11.08.2021-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi rədd edilmiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. 19.08.2021-ci il tarixdə cavabdeh yenidən buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)-582/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 20 avqust 2021-ci il tarixli qərardadı ilə vəsatət geri qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi onun ünvanına gəlməmişdir. Ona görə qətnaməni qəbzə imza edərək götürmüşdür.. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-582/2021 saylı 06 sentyabr 2021ci il tarixli qərardad ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətə ertiaz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-582/2021 saylı 20 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, cavabdeh Yasamal rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)-582/2021 saylı qətnaməsini 14 aprel 2021- ci il tarixdə almışdır və yuxarıda sadalanan müddət və qaydada apellyasiya şikayəti və vəsatətlər vermişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-582/2021 saylı 20 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar