Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9666/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı İsgəndər oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(009)-1805/2021 saylı qərardadından iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin icrasına dair məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 57,0 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 17; 18 saylı, ünvan 1 ünvanda yerləşən 33,5 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 23 saylı, ünvan 2 ünvanda yerləşən 43 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzillərin İddiaçı icarəyə verilməsinə dair 09 oktyabr 2019-cu il tarixli icarə müqavilələri qüvvədə olduğu müddətdə, müqavilənin icrasına mane olan, müqavilə üzrə icarəçinin sahibkarlıq fəaliyyətini məhdudlaşdıran və aradan qaldıran bütün fəaliyyət və davranışların cavabdehə qadağan edilməsi, 09 oktyabr 2019-cu il tarixli icarə müqavilələri üzrə icarə obyektləri icarəçinin qanuni istifadəsi və sahibliyindən məcburi alındığı bütün müddət ərzində İddiaçı icarə haqqından azad edilməsi, 09 oktyabr 2019-cu il tarixli icarə müqavilələrinin müddətinin, icarə obyektləri icarəçinin qanuni istifadəsi və sahibliyindən məcburi alındığı müddətə qədər uzadılmış hesab edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 oktyabr 2019-cu il tarixli İcarə Müqavilələrinin predmeti olan icarə obyektlərinin sahibkarlıq fəaliyyətinin davam etdirilməsi üçün Cavabdeh sahibliyindən götürülərək iş üzrə İddiaçı İsgəndər oğlunun istifadə və sahibliyinə verilməsi, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 57,0 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 17; 18 saylı, ünvan 3 ünvanda yerləşən 33,5 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 23 saylı, ünvan 2 ünvanda yerləşən 43 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 20 saylı mənzillərin İddiaçı İsgəndər oğluna icarəyə verilməsinə dair 09 oktyabr 2019-cu il tarixli icarə müqavilələri qüvvədə olduğu müddətdə, müqavilənin icrasına mane olan, müqavilə üzrə icarəçinin sahibkarlıq fəaliyyətini məhdudlaşdıran və aradan qaldıran bütün fəaliyyət və davranışların cavabdehə qadağan edilməsi, 09 oktyabr 2019-cu il tarixli icarə müqavilələri üzrə icarə obyektləri icarəçinin qanuni istifadəsi və sahibliyindən məcburi alındığı bütün müddət ərzində iş üzrə İddiaçı İsgəndər oğlunun icarə haqqından azad edilməsi, 09 oktyabr 2019-cu il tarixli icarə müqavilələrinin müddəti, icarə obyektləri icarəçinin qanuni istifadəsi və sahibliyindən məcburi alındığı müddət qədər uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin yekun qərarı qanuni qüvvəsini alana qədər cavabdehə mübahisə predmeti-icarə obyektləri olan ünvan 1 ünvanda yerləşən 57,0 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 17;18 saylı, ünvan 1 ünvanda yerləşən 33,5 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 23 saylı, ünvan 2 ünvanda yerləşən 43 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 20 saylı ayrı-ayrılıqda 3 mənzilə dair icarə müqavilələri bağlayıb başqa şəxslərin istifadəsinə verməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(009)-1805/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin yekun qərarı qanuni qüvvəsini alana qədər cavabdehə mübahisə predmeti-icarə obyektləri olan ünvan 1 ünvanda yerləşən 57,0 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 17;18 saylı, ünvan 1 ünvanda yerləşən 33,5 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 23 saylı, ünvan 2 ünvanda yerləşən 43 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı ayrı-ayrılıqda 3 mənzilə dair icarə müqavilələri bağlayıb başqa şəxslərin istifadəsinə verməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(009)-1805/2021 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəmənin 31 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, o, öz növbəsində iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 57,0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17; 18 saylı mənzilin 09 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəsinə görə ödənilməmiş icarə haqqını təşkil edən 1950 (bir min doqquz yüz əlli) ABŞ dolları məbləğində borc; həmin məbləğə müqavilə şərtlərinə əsasən hesablanmış 5218 (beş min iki yüz on səkkiz) ABŞ dolları 20 sent miqdarında cərimə; ümumilikdə 7168 (yeddi min yüz altmış səkkiz) ABŞ dolları 20 sent məbləğində pul vəsaitini ödəniş gününə Azərbaycan Manatının Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsinə uyğun olaraq qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı alınıb, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh 06.07.2021- 13.07.2021-ci il tarixləri müddətində Azərbaycan Respublikasının hüdudlarının kənarında olmuşdur və məhkəmə bildirişlərini almadığı üçün məhkəmənin əvvəlki iclaslarında iştirak edə bilməmişdir. İddiaçı cavabdehə qarşı müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair iddiası üzrə mülki işdə olan iddia ərizəsi və iddianın təmini tədbirinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1805/2021 saylı, 05.08.2021-ci il tarixli qərardadını 24 avqust 2021-ci il tarixdə almışdır. Məhkəmənin qəbul etdiyi qərardad qanunsuz və əsassızdır, buna görə ləğv edilməlidir. Həmin qərardadın qəbul olunması Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnu pozur və əsassız olaraq məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1805/2021 saylı 05.08.2021-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı İsgəndər oğlu, onun nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsini qəbul etmədilər, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(009)-1805/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş edərək, izahatlarında əlavə olaraq qeyd etdilər ki, iddiaçı cavabdehdən icarə müqaviləsi əsasında götürdüyü mənzilləri təmir etdirib, təmirə görə yüz mindən artıq xərc çəkib, icarə müqaviləsinin müddəti bitməyib. İddiaçı icarə haqlarının hamısını ödəyib. Cavabdeh bunlara baxmayaraq, iddiaçını icarəyə götürdüyü mənzillərə buraxmır, yenidən başqa şəxslərə icarə verilməsi üçün elanlar verir. İşə mahiyyəti üzrə baxılanadək, hazırki iddianı təmin etmə tədbiri qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(009)-1805/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. İş materiallarında olan icarə müqavilələrinin surətlərindən görünür ki, həmin müqavilələrin obyekti olan mənzillər cavabdeh tərəfindən iddiaçıya icarəyə verilmiş, icarə müqaviləsinin müddəti bitməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İddianı təmin tədbirinin seçilməsi məsələsinin əsaslılığına iddianın özünün əsaslılığı nəzərə alınmaqla qiymət verilmir. Bu mənada iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Təsadüfi deyildir ki, qanunvericilik bunu nəzərə almaqla iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsinin mümkünlülüyünü (MPM-in 164-cü maddəsi) nəzərdə tutmuşdur. Lakin, iddianı təmin tədbiri seçilərkən həm də qarşılıqlı rəqabətdə olan iki maraqqətnamənin gələcəkdə icrasına nail olunmasına dair iddiaçının marağı və cavabdehin mülkiyyət və digər hüquqlarının həddən artıq məhdudiyyətlərə məruz qoyulmaması marağı - arasındakı ədalətli tarazlığa nail olunmalıdır. Belə ki, hüquqi müdaxilə müdafiə olunan maraqlar arasında ədalətli tarazlığa nail olunması baxımından mütənasib olmalıdır. Həmin maraqlar məhkəmədən tələb edir ki, tətbiq etdiyi iddianı təmin tədbirlərini mütənasiblik prinsipi baxımından ciddi şəkildə dəyərləndirsin. Bu mənada, hazırki işin halları baxımından icarə müqavilələrinin obyekti olan mənzillərlə bağlı iddianı təmin etmə tədbirini məhkəmə mütənasiblik prinsipi baxımından kifayət hesab etmir. Belə ki, həmin iddianı təmin tədbirinin tətbiqini tələb edən iddiaçı bu halın hansı zərurətdən doğduğunu əsaslandırmış, buna dair hər-hansı digər sübut təqdim edilməsinə ehtiyac olmamışdır. Zərurilik baxımından hazırkı iddianı təmin etmə tədbiri həddən artıq ağır müdaxilə halını yaratmış hesab oluna bilməz, işin halları baxımından nəzərə alınmalıdır ki, iddiaçı onunla bağlanmış icarə müqaviləsində qeyd olunan mənzillərin cavabdeh tərəfindən yenidən icarəyə verilməsini göstərir. Ən əsası, icarə müqaviləsinin obyekti olan mənzillərin iddiaçının sahiblik və istifadəsinə verilməsi tələbi irəli sürülmüşdür. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməklə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(009)- 1805/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9666/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9666/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver