Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-968/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6178/2019saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, 871k saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinə sürücü vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əziz oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsində sürücü peşəsinə qəbul edilmiş və qanunsuz olaraq işdən çıxanlanadək həmin idarədə sürücü işləmişdir. 2019-cu ilin avqust ayında idarənin müdiri sürdüyü avtomobili öz hesabına təmir etməyi ona tapşırmış, avtomobili təmir etməyə maddi imkanı olmadığını bildirdikdə, ondan ərizə yazıb işdən çıxmasını tələb etmişdir. Öz ərizəsi ilə işdən çıxmaqdan imtina etdikdə, idarənin müdiri avtomobili öz hesabına təmir etdirməyəcəyi təqdirdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxaracağını bildirmişdir. İşində heç bir nöqsana yol vermədiyinə görə bunun mümkün olmamasını düşünmüş, lakin xx.xx.2019-cu il tarixdə işə gedərkən İdarənin kadrlar şöbəsinin rəisi ona artıq işdən azad olduğunu bildirmişdir. Hansı əsasla işdən azad olmasını soruşduqda, ona heç nə demədən hər hansı bir rəsmi sənədi verməkdən imtina etmişdir. Bundan sonra onu işə buraxmamışlar. xx.xx.2019-cu il tarixdə əmək kitabçası ona poçt vasitəsi ilə göndərilmiş, yenə də işdən çıxarılması barədə əmr ona təqdim edilməmişdir. Əmək kitabçasında xx.xx.2019-cu il tarixli, 871k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasənxitam verilməsi tam qanunsuz olmuş, ona qarşı qərəzli münasibət göstərilməklə işdən çıxarılmışdır. Halbuki, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmiş, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verməmişdir. İdarənin müdiri isə idarəyə məxsus avtomobilləri dövlət büdcəsindən ayrılmış vəsaitlə təmir etmək əvəzinə, həmin vəsaiti öz istədikləri kimi xərcləmək üçün onu avtomobili öz hesabına təmir etməyə məcbur etməyə çalışmış və bu yolla digər işçilərə də xəbərdarlıq etmək məqsədi ilə onu qanunsuz olaraq işdən çıxarmışdır.İşdən azad ediləndən sonra işsiz qalmış, almalı olduğu əmək haqqından məhrum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6178/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iləİddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçıapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, qətnamə tamamilə qanunsuzdur. Yasamal Rayon Məhkəməsi işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə kollegiyası iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6178/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6178/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı adına açılmış ******* saylı əmək kitabçasının 8-ci səhifəsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, 201k nömrəli əmrinə əsasən Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsindəsürücü peşəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin 1 saylı Avto Sahə üzrə 2019-cu ilin avqust ayı üçün iş vaxtının uçotu tabelindən çıxarışda İdarənin sürücüsü İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə işə gəlmədiyi qeyd edilmişdir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İdarənin sürücüsü İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən işə gəlməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İdarənin sürücüsü İddiaçı işə gəlməməsinin səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təqdimatın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin baş mütəxəssisi A.Paşayev İdarənin direktoru F.Babayevə müraciət edərək dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən işə gəlməyən İdarənin sürücüsü İddiaçıbarəsində tədbir görülməsini xahiş etmişdir. İş materialarına əlavə edilmiş Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin direktoru F.Babayev tərəfindən X4 Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 205A saylı təqdimatın surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi xahiş olunmuşdur. İş materialarına əlavə edilmiş Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 X2 Komitəsinin xx.xx.2019-cu il tarixli iclasının protokolunun surətindən görünür ki, Məmmədov Şəmsəddin Əziz oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) xitam verilməsinə razılıq verilmişdir. İş materialarına əlavə edilmiş Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin direktoru F.Babayevin xx.xx.2019-cu il tarixli, 871k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, istifadə edilməmiş 17,5 məzuniyyət gününün əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2019-cu il tarixli, 871k nömrəli əmr xx.xx.2019- cu il tarixdə sistemə daxil edilmişdir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi barədə müraciətinə baxılmış, araşdırma zamanı müəssisənin təqdim etdiyi sənədlərdən iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi, işə gəlməməsi barədə müvafiq yazılı izahat verməyi tələb olunsa da, izahat verməkdən imtina etməsi barədə müvafiq akt tərtıb edilməsi, qeyd olunanlarla bağlı müəssisənin direktoru Fizuli Babayev tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsınin 70-ci maddəsınin “ç” bəndinə əsasən xitam verilməsi üçün müəssisənin Həmkarlar İttifaqı Komitəsinə təqdimat verməsi, 26 08.2019-cu il tarixdə X4 Komitəsinın ıclasında qeyd olunan məsələyə baxılması və iddiaçının üzrsüz səbəbdən uzun müddət işə gəlmədıyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinın 70-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edıiməsinə qərara alınması müəyyən edilmiş, qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1- ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsi üzrə xx.xx.2019-cu il tarixli, 871k nömrəli əmrinin ləğv edilməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından hazırkıiddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hallara dair məhkəməyə hər hansı sübutlar təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətində qeyd olunanları qanuni və ədalətli məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6178/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6178/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-968/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-968/2020
15.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver