Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9684/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi-vəkili Vəkil1, Maraqlı şəxs və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(008)- 5681/2021 saylı qətnaməsindən maraqlı şəxsin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, uzunmüddətli mühafizə orderi ilə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Talib oğlu ilə 10.01.2009-cu il tarixində birgə nikaha daxil olmuş, birgə nikahdan 05.09.2005-ci il təvəllüdlü X5, 07.07.2008-ci il təvəllüdlü X6 və 16.03.2015-ci il təvəllüdlü X7 doğulmuşdur. Maraqlı şəxs Talib oğlu davamlı ona psixoloji və fiziki şiddət göstərmişdir, o bu hadisələrdən sonra çox qorxmuşdur. Maraqlı şəxs tək ona yox uşaqlara da psixoloji və fiziki şiddət göstərib. O, son dövrlər ərzində fiziki və psixoloji şiddətin daha da artması səbəbi ilə 19 aprel 2021-ci il tarixdə 102 xidmətinə şikayət etmişdir. Həmçinin 21 aprel 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də şikayət etmişdir. Maraqlı şəxs Talib oğlunun təhlükəli hərəkətləri nəticəsində artıq uşaqların psixologiyası pozulmuşdur. Artıq o, Maraqlı şəxs təhlükəli olan hərəkətlərinə qarşı özünü nə cür müdafiə edəcəyini bilmir və bu səbəbdəndə mühafizə orderinin verilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmiş, 20 may 2021-ci il tarixdə X1 ilə təmin edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş mühafizə orderi olmasına baxmayaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin polisi Əli adlı şəxs onun və uşaqlarının həyatı üçün təhlükə olan Maraqlı şəxs Talib oğlunu evə yerləşdirmişdir. Maraqlı şəxs Talib oğlunun təhlükəli hərəkətləri, onu və uşaqları hədələməsi nəticəsində onlar evdən çıxmağa məcbur qalmışlar. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilən X1nin müddəti bitib, hazırda onun həyatı təhlükədədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(008)- 5681/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan Ərizəçi 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən 2 küçəsində yerləşən evə 20 metr məsafədə yaxınlaşmaq, ərizəçilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Maraqlı şəxs qadağan edilməsi, mühafizə orderinin qüvvədə olduğu müddətdə Maraqlı şəxs uşaqları 05.09.2005ci il təvəllüdlü X5, 07.07.2008-ci il təvəllüdlü X6 və 16 mart 2015-ci il təvəllüdlü X8 ilə ünsiyyət yaratmaq istəyi Sabunçu Rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsinin iştirakı ilə təmin edilməsi qət edilmiş və Maraqlı şəxs uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyəti izah edilmişdir. Qətnamədən maraqlı şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs və vəkili apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs həmçinin qeyd etdi ki, hazırda ailəsindən ayrı «Nizami» metrostansiyasının yaxınlığında yerləşən mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən ərizəçi və nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Ərizəçi həmçinin qeyd etdi ki, onların ailəsinə məxsus iki evləri var, «Nizami» metrostansiyasının yaxınlığında yerləşən mənzildə Aqil, Sabunçu qəsəbəsində yerləşən evdə isə uşaqları ilə o, yaşayırlar. Yeganə məqsədi odur ki, Aqil onlara təhdid göstərməsin. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər maraqlı şəxs (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 11.05.2021-ci il tarixdə, 4057 nömrəli məktubun surətindən görünür ki, Maraqlı şəxs 27.04.2021-ci il tarixdə “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyə “Sayıqlama pozuntusu” diaqnozu ilə qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 19.05.2021-ci il tarixdə, 4303 nömrəli məktubun surətindən görünür ki, Maraqlı şəxs 23.04.2021-ci il tarixdə “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyə qəbul olunmuşdur. Hal-hazırda müalicəsi davam etdirilir. “Sayıqlama pozuntusu” diaqnozu qoyulmuşdur. Ərizəçi 19.04.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o Bakı şəhəri Sabunçu Rayon 12-ci Polis Bölməsinə müraciət edərək Maraqlı şəxs şikayətçi olmuş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon 12-ci Polis Bölməsinin araşdırmanın nəticəsinə dair arayışın surətindən görünür ki, ərizənin icra müddəti nəzərə alınaraq toplanmış materialın dəftərxanaya təhvil verilməsi barədə göstəriş verilmişdir. Ərizəçi Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə verdiyi izahatında 23 aprel 2021-ci il tarixdə dəfələrlə polisə zəng etdiyini, polis vasitəsi ilə əri Maraqlı şəxs 1 saylı Psixiatrik Xəstəxanaya yerləşdirildiyini və onun istəyinin Maraqlı şəxs xəstəxanada saxlanması və onun, uşaqlarının təhlükəsiziliyinin bərpa olunmasıdır. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, Maraqlı şəxs “1 saylı Psixiatriya Xəstəxanasında” müalicə aldığından izahatını almaq mümkün olmamış və toplanmış material 12-ci Polis Bölməsinin dəftərxanasında işə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və Maraqlı şəxs məişət zorakılğına məruz qalmış vətəndaş Ərizəçi qarşı məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə qadağa qoyularaq X1 verilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə vətəndaş Ərizəçi X1 verilməsi və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi məlumatlandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin məktubundan görünür ki, X3 ünvanlanmış məktubundan görünür ki, vətəndaş Maraqlı şəxs 23 aprel 2021-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında “Sayıqlama pozuntusu” diaqnozu ilə stasionar müalicəyə daxil olmuş və onların təklükəsizliyinin təmin edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müvafiq göstəriş verilmişdir. Azərbaycan Respublikası Fetal Mərkəz NS Genetics MMC-nin Uzm. Dr. X2 raporundan görünür ki, xx.xx.1977-ci il tarixdə doğulmuş Ərizəçi travma sonrası stress pozğunluğu diaqnozu qoyulmuş, Hadisələr səbəbindən ruhi sağlamlığı zədələnmiş, öz işlərini görə biləcək, uşaqlarına qayğı göstərəcək və işinə davam etməsində problemlər olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsində Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirmişdir ki, Ərizəçi əri Maraqlı şəxs tərəfindən zoraçılığa məruz qaldığı üçün Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin dəfələrlə müraciət etmiş, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən bir dəfə qısamüddətli order verilmişdir. Uzunmüddətli mühafizə orderinin verilməsi ərizəçinin və onun yetkinlik yaşına çatmayan uşağlarının mənəfeyinə uyğundur. İşin müəyyən edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin ərizənin təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır. İş materiallarından görünür ki, ərizəçi övladları ilə birlikdə Maraqlı şəxs tərəfindən məişət zorakılığına məruz qalmışdır və X1 də verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və X1nin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-4.4-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi ilə bağlı hərəkətlərdən biri və ya bir neçəsi qadağan edilir. 355-4.5-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri və uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumatdan ibarət hallardan biri və ya bir neçəsi göstərilir. 355-4.6-cı maddəsinə əsasən uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununun 12.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Maraqlı şəxs apelyasiya şikayətində hər hansı konkret dəlilə əsaslanmamışdır. Həmçinin müəyyən olunur ki, tərəflərin faktiki olaraq iki mənzili var ki, onlardan da birində uşaqları ilə birlikdə ərizəçi, digərində isə maraqlı şəxs yaşayırlar, yəni mühafizə orderinin verilməsi nəticəsində sonuncu yaşayış sahəsindən məhrum olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5681/2021 saylı iş üzrə 14 iyul 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9684/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9684/2021
11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver