Məhkəmə qərarları › İş №2(103)-9690/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9690/2020

28.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9690/2020 28.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xxxx” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh MMC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü “xxxx” iddiasının təmin edilməsi qət edilmişdir. Cavabdeh MMC-nin adından həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, cavabdeh MMC-nin adından verilmiş apellyasiya şikayəti Abdulla Tağıyev adlı şəxs tərəfindən imzalanmış və onun vəzifəsi apellyasiya şikayətində “xxxx” kimi göstərilmişdir. Apellyasiya şikayəti MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 69.3-cü maddəsinə görə, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. MPM-nin 74-cü maddəsinin tələbinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. X1 cavabdeh MMC-nin adından apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olması iş materialları ilə müəyyən olunmur. Belə ki, onun belə bir səlahiyyətinin olmasını təsdiq edən etibarnamə Məhkəməyə təqdim edilməmiş, eyni zamanda onun, cavabdeh MMC-nin adından etibarnaməsiz çıxış etmək səlahiyyətinin olmasını təsdiq edən sübut (nizamnamənin (əsasnamənin) ona bu səlahiyyəti verən müddəası, qurumun daxili əmri və sair) şikayətə əlavə edilməmişdir. Bu vəziyyəti nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti cavabdeh MMC-nin adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Lakin Rayon Məhkəməsi şikayəti qaytarmamış, onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “xxxx” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh MMC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar