Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9692/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən sahəsi 1.686 kv.metr torpaq sahəsinin 88 kv.metr hissəsindən çıxarılmaları, inşa edilmiş hasarın onların hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-131/2020 saylı, 05.02.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X5 və Cavabdeh1 iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu, Ramiz Quliyev küç , 8 ünvanında yerləşən sahəsi 1.686 kv.metr olan torpaq sahəsinin 94.78 kv.metr hissəsindən çıxarılması, inşa edilmiş daş hasarın cavabehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti 08 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qərardadı ilə Cavabdeh1 və X1 adından verilmiş apelyasiya şikayəti, apelyasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər əlavə edilməməsi və qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbi ilə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadından X2 cavabdehlər Cavabdeh1 və X1 adından 16.10.2020-ci il tarixində məhkəməyə şikayət vermişdir. Məhkəmənin 19.10.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qərardadı ilə Cavabdeh1 şikayəti, şikayəti imzalayan şəxsin səlahiyyətli olmaması və səlahiyyətlərini təsdiq edən sənədin əlavə edilməməsi əsası ilə geri qaytarılmış, məhkəmənin eyni tarixli digər qəraradadı ilə isə X1 şikayəti təmin edilməməklə baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8321/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı ilə cavabdeh X1 şikayəti təmin edilmiş, cavabdeh X1 apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı ilə cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh X5 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadından şikayət verilərək, qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, qətnamə cavabdehə 2020-ci ilin mart ayının üçündə təqdim edilmişdir və tərəfin 1 ay müddətində, yəni 03.04.2020-ci il tarixədək qətnamədən apelyasiya şikayət vermə müddəti olmuşdur, lakin həmin dövrdə ölkədə baş verən koronavirus pandemiyası ilə əlaqədar 19.03.2020-ci il tarixdən 18.05.2020-ci il tarixədək qeyri-iş günü olmuşdur, bu səbəbdən apelyasiya şikayəti 18.05.2021-ci il tarixində poçta təqdim olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X6 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qətnaməsi xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmiş, həmin qətnamə Cavabdeh2 tərəfindən 03.03.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada alınmışdır, ondan apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin son günü 03.04.2020-ci il olsa da, apelyasiya şikayəti 18.05.2020-ci il tarixdə poçt orqanına verilməklə prosessual müddət ötürülmüşdür, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Kollegiya eləcə də şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmiş, eləcə də apelyasiya şikayətinin verilməsinin digər vasitələrindən (şikayətin elektron qaydada verilməsi və s.) istifadə edilməklə verilməsi mümkün olmuşdur, həmçinin xususi karantin rejimində poçt orqanlarının fəaliyyətinin qadağan etməsi nəzərdə tutulmadığından, şikayətin prosessual müddət çərçivəsində verilməsi mümkün olmuş, lakin şikayət vaxtında verilməməklə prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ona görə də, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9692/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9692/2021
28.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver