Məhkəmə qərarları › İş №2(103)-9699/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9699/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9699/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətinin rədd, Cavabdeh5 apelyasiya şikayətinin isə qismən təmin edilməsi, qətnamənin Cavabdeh5 münasibətdə iddianın təmin edilməsi barədə hissəsinin ləğv edilməsi, iddia tələbinin Cavabdeh5 münasibətdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşə yeni apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri məktubla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadından maraqlarına toxunulan şəxs X3 tərəfindən şikayət verildiyini bildirmiş və mülki işin şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, hesab edir ki, mülki iş baxışdan çıxarılaraq qərardaddan verilmiş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 269-cu maddəsinin tələbinə görə, birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik qərardaddan şikayətin onu qəbul etmiş birinci instansiya məhkəməsinə verilməsi və şikayətə ilkin olaraq həmin məhkəmə tərəfindən baxılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 267-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar