Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-971/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı iş üzrə (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(005)-2757/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə Komersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X1 əsas borc üzrə 43407,27 manat, faiz borcu üzrə 6373,34 manat məbləğində olmaqla, ümumilikdə 49780,61 manat məbləğində kredit borcu 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş, xususi mülkiyyət hüquqi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməsi, iş üzrə 200 manat ekspertiza xərci İddiaçı və X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə (fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlərin yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikləri və yaşayış sahəsindən çıxmadıqları təqdirdə həmin şəxslərin fərdi yaşayış evinlən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması) təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədən iddiaçı bank iddianın təmin olunmayan hissəsindən apelyasiya şikayəti vermişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddia həmin hissədə də təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər yaşayış sahəsini ən gec 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir.
4. Qəbul olunmuş qətnamə əsasında Gəncə Apellyasiya Məhkəməsi icra vərəqəsi vermiş və qətnamə icraya yönəldildilərək, Xəzər rayon İcra şöbəsi tərəfindən icra hərəkətləri çərçivəsində ipoteka predmetinin hərracdan satılması Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə sifariş olunmuşdur.
5. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinə görə, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 120000 manat müəyyən edilmişdir
6. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinə görə, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 15% aşağı qiymətlə 102000 manat müəyyən edilmişdir.
7. "xxxx" MMC tərəfindən İddiaçı, X4 və Cavabdeh3 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair 13-xx.xx.2022-ci il tarixli təklifdə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 76500 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
8. “Birja yenilikləri” qəzetin 15-xx.xx.2022-ci il tarixli, 323 (323) nömrəli və 13xx.xx.2022-ci il tarixli, 328 (328) nömrəli tirajlarında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi elan edilmişdir.
9. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişlərdə xx.xx.2022-ci il tarixdə “ünvan düz deyil” poçt qeydi və daha sonra “bu ünvanda yaşamır” poçt qeydi olmuşdur. xx.xx.2022-ci il tarixdə “Zülfüqarlı” soyadlı şəxs 316370 nömrəli və 316372 nömrəli bildirişləri imza edərək qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə “Abdullayev” soyadlı şəxs 316574 nömrəli və 316575 nömrəli bildirişləri imza edərək qəbul etmişdir.
10. Borclu İddiaçı Xəzər rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini rəsmi olaraq xx.xx.2022-ci il tarixdə almış və xx.xx.2022-ci il tarixdə həmin qətnamədən kassasiya şikayəti vermişdir. Bu səbəbdən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)- 43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti icraata qəbul edilmişdir.
12. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 06/03 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və Xəzər rayon İcra şöbəsinin sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh3 ASC ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evini 76500 manata əldə etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və həmin iş üzrə icraata fərdi yaşayış evinə tutma yönəldikdən və o sattıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayın ailə üzvü X4 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmasına dair iddia tələbi hissəsində xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair Respublika Xammal Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın yekunları barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 06/03 nömrəli protokolun və Respublika Xammal Əmtəə birjasının "xxxx" MMC ilə "xxxx" ASC arasında mənzilin alqı-satqısına dair imzalanmış xx.xx.2023-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh3 ASC məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X2 qarşı 43407,27 manat məbləğində əsas borc, 6373,34 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 49780,61 manat məbləğində pulun, həmçinin, 30,40 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsumunun müştərək qaydada İddiaçı və X1 Cavabdeh3 ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 140000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən müştərək qaydada tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvü X4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Komersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X1 əsas borc üzrə 43407,27 manat, faiz borcu üzrə 6373,34 manat məbləğində olmaqla, ümumilikdə 49780,61 manat məbləğində kredit borcu 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, borc tələbi ipotekaya qoyulmuş, xususi mülkiyyət hüquqi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməsi, iş üzrə 200 manat ekspertiza xərci İddiaçı və X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Gəncə Komersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra İddiaçı və onunla birlikdə yaşayan ailə üzvü X4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(104)- 43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, hazırda iş icraatdadır. Ali məhkəməyə kassasiya şikayəti verilməsi və icranın dayandırılması barədə icra orqanına ərizə verilməsinə baxmayaraq qanunsuz olaraq hərrac keçirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Xəzər rayonu İcra şöbəsinin sifarişi əsasında Respublika Xammal Əmtəə birjasının "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə tərtib olunmuş xx.xx.2023- cü il tarixli, 06/03 nömrəli protokola və əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqısı barədə müqaviləyə əsasən qeyd edilən fərdi yaşayış evi Cavabdeh3 ASC-yə 76500 manata satılmışdır. Halbuki, kommersiya işi haqqında yekun məhkəmə aktı qəbul edilməməsinə, qətnamənin qanuni quvvəyə minməməsinə, hərracın keçirilməsinə dair ona məlumat verilməməsinə baxmayaraq sözügedən əmlak barəsində qanunsuz hərrac keçirilmiş, əmlakın real dəyəri düzgün qiymətləndirilməmiş, qanunsuz olaraq əmlak Cavabdeh3 ASC-yə 76500 manata satılmışdır. Hərracın keçirilməsinə dair bildirişlər ona göndərilməmiş, hərracın keçirilməsinə dair məlumatlandırılmamışdır. Bununla da, mənzilin mülkiyyətçisinin, yəni onun məlumatı və iştirakı olmadan, məhkəmə qətnaməsi qanuni quvvəsini almadan, yekun məhkəmə aktı qəbul olunmadan, cavabdehə hərracın yeri və vaxtı barədə məlumat verilmədən, onun mənzilinə dair hərrac keçirilmiş, alqı-satqı müqaviləsi tərtib olunmuş, fərdi yaşayış evi banka satılmışdr. Hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş mənzilin satılması qanunvericiliyin tələblərini pozmuşdur.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 noyabr 2023-cü il tarixli 2(005)-2757/2023 nömrəli qətnaməsi ilə (hakim Ramil Quliyev) iddia təmin edilməmişdir.
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.
18. İddiaçı ərizəsində hərracın keçirilməsinə əsas olmuş Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən kassasiya şikayətinin verdiyini və icra hərəkətlərinin aparılmasının qanunun tələblərinə zidd olduğunu iddia edir. X6 Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsin almış və icraya yönəldilmişdir. İddiaçının Xəzər rayon İcra şöbəsinə ünvanladırdığı icraatın dayandırılması barədə ərizə xx.xx.2022-ci il tarixdə verilmiş, iddiaçının qeyd edilən qətnamədən kassasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Göründüyü kimi iddiaçı icra şöbəsinə müraciət edərkən onun kassasiya şikayəti icraata qəbul edilməmiş və qanunvericilikdə apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmənin icraatına qəbul olunduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması nəzərdə tutulmuşdur. Kassasiya şikayəti 01.02.023-cü il tarixdə icraata qəbul edilmiş və bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə protokol tərtib olunmuşdur. İddiaçı tərəfindən həmin müddət ərzində icra şöbəsini onun kassasiya şikayətinin icraata qəbul edilməsi barədə məlumatlandırımasına dair hər hansı sübut təqdim edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416, “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5, 42.1, 43.5 və 43.7, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10, “İcra haqqında” Qanunun 17.1.7, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, onun sübutları nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayəti qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
27. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
28. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:
29. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
30. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
31. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
32. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
33. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
34. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.
44. Mübahisələndirilən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir.
45. İş materiallarından müəyyən edilmişdir ki, fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub xx.xx.2022-ci il tarixdə “ünvan düz deyil” poçt qeydi və daha sonra “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetin 15-xx.xx.2022-ci il tarixli 323 (323) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlaklar 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Zülfüqarlı” soyadlı şəxs 316370 nömrəli və 316372 nömrəli bildirişləri imza edərək qəbul etmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 13- xx.xx.2022-ci il tarixli, 328 (328) saylı buraxılışında dərc olunmuşdur.
46. “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
47. Həmçinin nəzərə alınmalıdır ki, hərrac təşkilatı keçirdiyi hərraclar barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə məlumat vermək öhdəliyi daşıyır ki, hazırki işdə də qeyd olunan tələbə əməl edilmişdir.
48. Eləcə də iddiaçının xx.xx.2022-ci il tarixdə icra icraatının dayandırılması barədə Xəzər rayon İcra şöbəsinə ərizə verməsi onu göstərir ki, o, icra prosesindən (hərracın keçirilməsindən) məlumatlı olmuşdur, belə olmasa idi, adıçəkilən ərizənin verilməsi də mümkün olmazdı (məlumatsız olması səbəbindən).
49. Kollegiya hesab edir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
50. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.
51. İddiaçının Ali məhkəməyə kassasiya şikayəti verilməsi və icranın dayandırılması barədə icra orqanına ərizə verilməsinə baxmayaraq qanunsuz olaraq hərrac keçirilməsi barədə dəlilinə münasibətdə məhkəmə göstərmişdir ki, iddiaçı icra şöbəsinə müraciət edərkən onun kassasiya şikayəti icraata qəbul edilməmişdir və qanunvericilikdə apellyasiya və kassasiya şikayəti icraatına qəbul olunduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması nəzərdə tutulmuşdur. Kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə protokol tərtib olunmuşdur. İddiaçı tərəfindən həmin müddət ərzində icra şöbəsini onun kassasiya şikayətinin icraata qəbul edilməsi barədə məlumatlandırılmasına dair hər hansı sübüt təqdim edilməmişdir.
52. Kollegiya onu da qeyd edir ki, iddiaçı icra məmurunun icratın dayandırılmaması ilə bağlı hərəkətlərini də mübahisələndirməmişdir.
53. İş materiallarından həmçinin müəyyən edilir ki, Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti yalnız Bank tərəfindən verilmiş, qətnamə kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmin işə apellyasiya və kassasiya qaydasında baxılması yalnız fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlərin yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikləri və yaşayış sahəsindən çıxmadıqları təqdirdə həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması ilə bağlı bankın tələbi üzrə baş vermişdir (birinci instansiya məhkəməsi həmin tələbi rədd etmiş, apellyasiya məhkəməsi təmin etmiş, kassasiya məhkəməsi isə bu tələb üzrə işin icraatına xitam vermişdir). Yəni, həmin işə apellyasiya və kassasiya qaydasında baxılması borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı olmamışdır.
54. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2757/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.