Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9712/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İş materiallarından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X1 qarşı “evə köçürülmə, evə istifadə hüququnun bərpası” tələbinə dair iddia ərizəsi ilə 26 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunan iddia tələbinə dair mülki işə 2(006)-6105/2020 nömrə verilmiş, daha sonra mülki işə yeni 2(006)-1331/2021 nömrə verilmiş və mülki iş üzrə məhkəmə araşdırması məhz 2(006)-1331/2021 nömrə altında aparılmışdır. İş materiallarında olan (i.v 94) 2(006)-1331/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnamədən çıxarışdan görünür ki, yuxarıda göstərilən tələb üzrə yekun məhkəmə aktı qəbul edilərək, iddia tələbi qismən təmin edilmişdir. Lakin qeyd olunan qətnamədən çıxarışdan sonra (i.v 95) tamamilə fərqli bir mülki işin – 2(006)-2587/2021 saylı iş üzrə qəbul edilmiş 07 iyun 2021-ci il tarixli qətnamə işə tikilmişdir. Apellyasiya şikayəti isə 2(006)-1331/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnamədən verilmişdir. Birinci instansiya məhkəməsi də 2(006)-1331/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli məktubla qeyd olunan - 2(006)-1331/2021 saylı mülki işi apellyasiya qaydasında baxılması üçün göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşin yuxarıda sadalanan hallarından müəyyən edildiyi kimi hazırda apellyasiya şikayəti verilmiş qətnamə iş materiallarında mövcud olmamışdır. Göründüyü kimi apellyasiya şikayəti işdə olmayan qətnamədən verildiyindən apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, Mülki Prosessual Məcəllənin 361 və 364-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməklə mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9712/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9712/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver