Məhkəmə qərarları › İş №2(103)-972/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-972/2025

05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-972/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə (açar sözlər: “müqavilə və abunə kodunun ilkin abonentin adına rəsmiləşdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı İddiaçı Kamal oğlunun və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilə və abunə kodunun ilkin abonentin adına rəsmiləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3099/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Nikah haqqında AZ-İ seriyalı 184789 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 nikahı Lerik rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə 153 nömrə ilə qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli 7E-10170 reyestr nömrəli etibarnamədən görünür ki, X1 rayonu, Binə qəsəbəsi, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsindən 350 m2 torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirməyi və bununla əlaqədar digər bir sıra hərəkətlərin həyata keçirilməsini 50 il müddətinə Cavabdeh1 etibar etmiş, etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, adına olan işıq sayğacının və **********30A15 saylı abonent kodunun Cavabdeh3 adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlığından görünür ki, həmin tarixdə abunə kodu (**********30A15) və sayğac (3731011H1095808) Cavabdeh3 adına olmuşdur. "xxxx" ASC-nin abonentin saldosundan görünür ki, Xəzər, Binə, Sovxoz sahəsi, Ev (Bina) 0003, Mənzil 0A15-ə verilmiş abunə kodu (**********30A15) abonent Cavabdeh3 adınadır (xx.xx.2024-cü il). "xxxx" ASC tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, elektron bazada ünvan 1 ünvanının 04 iyun 2018-ci il tarixdə **********30A15 nömrəli abunə kodu ilə Cavabdeh1 adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə 02 aprel 2024-cü il tarixdə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmiş və abunə kodu üzrə qeydiyyat Cavabdeh1 adından Cavabdeh3 adına dəyişdirilmişdir. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 1063 nömrəli arayışından görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3,5 sot torpaq sahəsini X2 etibarnamə əsasında almış və həmin torpaq sahəsi Binə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən tikilinin və müvafiq torpaq sahəsinin sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “sayğacın ilkin abonentin adına rəsmiləşdirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında nömrəsi: 3731011H1095808, abunə kodu: **********30A15 olan elektrik sayğacının Cavabdeh3 adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 sentyabr 2005-ci il tarixdə Lerik rayon VVADQ şöbəsində bağlanmış nikah 153 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, həmin tarixdən etibarən onlar Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında fərdi ev inşa etmiş, həmin evin tikintisinə 60.000 manatdan çox pul xərcləmişlər. Fərdi evə dair nömrəsi: 3731011H1095808, abunə kodu: **********30A15 olan elektrik sayğacı birgə razılaşma əsasında İddiaçı həyat yoldaşı Cavabdeh1 adına 2018-ci ildə quraşdırılmışdır. Cavabdeh1 iddiaçının xəbəri və məlumatı olmadan notarial qaydada ərizə yazaraq fərdi evə dair **********30A15 nömrəli abunə kodunu xx.xx.2024-cü il tarixdə anası Cavabdeh3 adına dəyişdirmişdir. Cavabdeh1 iddiaçının birgə nikah dövründə inşa etdiyi fərdi evinin tikinti və təmirinin aparılmasına formal görüntü yaratmaq məqsədilə onun məlumatı olmadan gizli şəkildə bu hərəkəti etmişdir. Cavabdeh fərdi evdən iddiaçıya heç bir əmlak payı düşməsin deyə evə quraşdırılmış işıq və qaz sayğaclarını anası Cavabdeh3 adına rəsmiləşdirmişdir. İddiaçı ilə Cavabdeh1 arasında ciddi fikir ayrılığı olduğundan, əmlakda İddiaçı iştirakını istisna etmək üçün bu hərəkət edilmişdir. İddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi ərizəsində qeyd etmişdir ki, “Bildirirəm ki, xx.xx.2005-ci ildən etibarən rəsmi nikahda olduğu həyat yoldaşım Cavabdeh1 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında 2018-ci ildə fərdi evi inşa etmişik. Fərdi evin girişində nömrəsi: 3731011H1095808, abonent kodu: **********30A15 olan elektrik sayğacı Cavabdeh1 adına quraşdırılmasına baxmayaraq, hazırda sayğac onun adından çıxarılmışdır. Qeyd olunan ünvanda abonent Cavabdeh1 adına (quraşdırılma tarixi) neçənci ildə abonent kodunun açılması, bu sayğacın və abonent kodunun nə vaxtdan etibarən Cavabdeh3 (qaynanamın) adına keçirilməsinə dair (abonent hesabından çıxarış, abonent kartı və s.) arayış (məlumat), yaxud məlumatların əks olunduğu hesabdan çıxarış verməyi Sizdən xahiş edirəm”. İddiaçının müraciəti əsasında və onun iştirakı ilə xx.xx.2018-ci ildə "xxxx" ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 03731011 nömrəli sayğac, tipi M580 A5(80) V220 Asan Xidmət vasitəsilə fərdi evin girişində sayğac quraşdırılmışdır. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 760544 nömrəli protokol iddiaçıya təqdim edilməklə, sayğac onun həyat yoldaşı Cavabdeh1 adına quraşdırılaraq abonent kimi rəsmiləşdirilmişdir. 2024-cü ilin fevral ayından etibarən ailə münasibətləri gərginləşərək dözülməz vəziyyətə çatdığından İddiaçı 18 aprel 2024-cü il tarixdə Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulması tələbi ilə bağlı müraciət etmiş və e-2(006)-2249/2024 saylı mülki iş həmin məhkəmənin icraatındadır. Cavabdeh1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərindən irəli gələrək əmlak bölgüsündə onun özünün inşa etdiyi fərdi evdə heç bir paya sahib ola bilməməsi, tikintiyə xərclədiyi vəsaiti tələb edə bilməməsini reallaşdırmaq üçün, "xxxx" ASC-ni faktiki olaraq aldatmağa nail olmaqla iddiaçını əmlakdan məhrum etmək niyyətini əsas cavabdehdən gizlətmişdir. Fərdi evə dair heç bir rəsmi çıxarış mövcud deyildir. Eyni zamanda, tikililərin rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il tarixli Fərmanı və Sərəncamlarının tələblərinə uyğun olaraq, rəsmi icazə olmadan fərdi evlərə sayğacların quraşdırılması qadağan edilmişdir. Cavabdeh1 bu halları bildiyindən fərdi evin sayğac abonent kodunun onun adından çıxarılmasına notarial qaydada icazə vermişdir. Bu hərəkətləri ilə İddiaçı öz vəsaiti hesabına birgə nikah dövründə inşa edilmiş fərdi evin həm işıq, həm də qaz sayğaclarını anası Cavabdeh3 adına keçirməklə iddiaçını inşa etdiyi evdən, yaxud paydan məhrum etmiş olur. Çünki nikahda olduqları dövrdə inşa edilmiş evə xərclənmiş vəsait birgə vəsaitdir. Əmlakın birgə vəsait hesabına tikilməsini əngəlləmək üçün xidmət sahələri üzrə abonent kodlarını anasının adına keçirtmişdir. Cavabdeh1 iddia tələbinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, sayğacın cavabdehin anasının adına dəyişdirilməsindən iddiaçının xəbəri olmuş, çünki özü onları “ASAN Xidmət” Mərkəzinə aparmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 135 nömrəli əmrinə əsasən Abşeron rayonu Donuzçuluq Sovxozu ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 2018-ci ildən isə Cavabdeh1 valideynləri öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmiş və hazırda da valideynləri yaşayır. İşıq sayğacı müəyyən səbəbə görə müvəqqəti olaraq onun adında olmuşdur. Hazırda həmin evin istifadəçisi Cavabdeh1 valideynləridir, evə aid bütün kommunal xərclər onlar tərəfindən ödənilir. İddiaçının tələbi qanunsuz və əsassızdır, cavabdeh həmin tələbi qəbul etmir. Belə ki, söhbət müqavilə öhdəliyindən gedirsə, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının cavabdehlər “Azəriqaz” İB-yə və Cavabdeh1 qarşı eyni iddia tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Tərəflər arasında ailə münaqişəsi olduğundan, iddiaçı yalan, əsassız, eləcə də haqsız iddialarla hər hansı yolla olursa-olsun mənfəət əldə etmək istəyir. İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) “iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə” təqdim edərək, "xxxx" ASC-ni, Cavabdeh1 və Cavabdeh3 cavabdeh qismində cəlb etməklə, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında nömrəsi: 3731011H1095808, abunə kodu: **********30A15 olan elektrik sayğacı ilə əlaqədar bağlanmış xidmət müqaviləsinin (xx.xx.2024-cü il tarixli) və abonent kodunun Cavabdeh3 adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizə təqdim edərək bildirmişdir ki, birgə Cavabdeh1 iddia tələbinin Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığını bildirməklə, öz fikrini Xətai Rayon Məhkəməsində oxşar iddia üzrə işin icraatına hakim tərəfindən xitam verilməsi ilə əlaqələndirmişdir. Xətai Rayon Məhkəməsinin qanuna, Konstitusiya Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına zidd formada xx.xx.2024-cü il tarixdə qəbul etmiş olduğu 2(011)-5198/2024 nömrəli qərardadı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5088/2024 nömrəli qərardadı ilə ləğv edilmişdir. Apellyasiya Məhkəməsi iddia tələbinin Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğunu qərarda əsaslandırmışdır. Birgə cavabdehin qeyd etdikləri əsassızdır. Birgə cavabdeh və üçüncü şəxsin cavabdehə müraciət edərək, sayğacı 3-cü şəxsin adına keçirmək istəklərinin reallaşdırılması məqsədli olmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 saylı qərarının 4.11-ci bəndi ilə müəyyən olunmuş qaydada birgə nikah dövründə birgə vəsait hesabına özbaşına tikili olaraq inşa edilmiş fərdi evin faktiki əldə olunmasına sərf edilmiş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsinə tələb etmək hüququndan məhrum etmək istəyindən irəli gəlir. Belə ki, İddiaçı ilə birgə cavabdeh 2005-ci il tarixdən nikahda olmaqla, ərarvad münasibətlərindədirlər. Birgə nikah dövründə Xəzər rayonu ərazisində Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsində fərdi yaşayış evi inşa etmişlər. İnşa etdikləri fərdi evi xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında torpaq sahəsinin sahibi X2 almış, İddiaçı həmin torpaq sahəsini etibarnamə əsasında həyat yoldaşı Cavabdeh1 adına almasına səbəb, İddiaçı Bakı şəhərində qeydiyyatda olmaması, Cavabdeh1 Bakı şəhərində qeydiyyatda olmasıdır. Qeyd olunan torpaq sahəsində fərdi ev inşa edilmiş və 2017-2018-ci illərdə həmin evə dair Cavabdeh1 ilə qaz və işıq xidmətləri ilə əlaqədar müqavilə rəsmiləşdirilməklə adına abonent kodları açılmışdır. Tərəflər arasında ailə münaqişəsi 2024-cü ildə baş verdiyi üçün İddiaçı xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, nikahın pozulması və uşaqların onun himayəsində saxlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş № e-2(006)-2249/204). Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan məlum olur ki, hazırki iş üzrə birgə cavabdeh və 3cü şəxs 02 aprel 2024-cü il tarixdə notarial ərizə əsasında cavabdehə müraciət ünvanlayaraq, müqavilə və abonent kodunu 3-cü şəxsin adına dəyişdirməyə nail olmuşlar. Nəzərə alınmalıdır ki, fərdi evə xidmət ilə əlaqədar müqavilənin arvadın (ərin) adından çıxarılıb başqa şəxsin adına keçirilməsi üçün mütləq digər tərəfin razılıq ərizəsi olmalıdır. İddiaçı və Cavabdeh1 hal-hazırda ər-arvad hesab olunurlar. Məhkəmənin gedişində Cavabdeh1 birgə nikah dövründə inşa etdikləri fərdi özbaşına tikilidə həyat yoldaşı İddiaçı ondan pul tələb etmək hüququnu aradan qaldırmaq məqsədilə müqavilə və abonent kodunu öz anasının adına keçirməklə, bildirmək istəyir ki, bu fərdi evin guya bu cütlüyə (ər-arvada) aidiyyəti olmadığı kimi görüntü və fakt ortaya qoymaq istəyir. İddiaçı Mayqa Süleymanovadan torpaq sahəsini etibarnamə əsasında Cavabdeh1 adına aldıqdan sonra, torpaq sahəsində fərdi ev inşa etməklə, xidmət müqavilələri Cavabdeh1 adına rəsmiləşdirilməklə, eyni zamanda Bələdiyyədə müvafiq qaydada qeydiyyata alınmaqla, vergiləri ödəmişdir (Bələdiyyənin xx.xx.2024-cü il tarixli 1063 saylı arayışı). Məhkəmə faktlara dair müvafiq qərar qəbul edərkən nəzərə almalıdır ki, birgə cavabdeh və 3-cü şəxs ər-arvadın birgə nikah dövründə inşa etdiyi fərdi evdə İddiaçı həmin evin tikintisinə xərclənmiş vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına uyğun şəkildə tələb etmək hüququnun qaşısını almaq məqsədilə fərdi evə dair xidmət müqavilələrinin həyat yoldaşının razılığı olmadan gizli formada anasının adına keçirdiyi üçün müqavilə və abonent kodu ilkin vəziyyətə qaytarılmalıdır. Birgə cavabdeh və 3-cü şəxs özbaşına tikilinin birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsi faktını aradan qaldırmaq məqsədilə İddiaçı razılığı olmadan müqavilə və abonent kodunun 3-cü şəxsin adına keçirilməsində məqsəd, İddiaçı bu fərdi evə münasibətdə subyektiv hüququnun aradan götürülməsinə yönəlik bir hərəkətdir. İşin bu halı nəzərə alınmaqla, özbaşına tikili olan birgə əmlakda öz xərclədiyi pul vəsaitini tələb edə bilməmək üçün birgə cavabdeh bu hərəkətləri etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3099/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilə və abunə kodunun ilkin abonentin adına rəsmiləşdirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə – xx.xx.2017-ci il tarixdə üçüncü şəxs X1 rayonu, Binə qəsəbəsi, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsindən 350 m2 torpaq sahəsini və üzərində olan tikilini özəlləşdirməyi və bununla əlaqədar digər bir sıra hərəkətlərin həyata keçirilməsini 50 il müddətinə Cavabdeh1 etibar etmiş, etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. Tərəflər nikahda olduqları vaxt – xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanı **********30A15 nömrəli abunə kodu ilə Cavabdeh1 adına qeydiyyata alınmaqla elektrik enerjisi ilə təchiz edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və s. tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, iş hazırda icraatdadır, yəni tərəflər hələ nikahdadırlar. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 digər cavabdeh "xxxx" ASC-yə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, adına olan işıq sayğacının və **********30A15 saylı abonent kodunun anası – Cavabdeh3 adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazı olmadığını bildirdiyindən, həmin tarixdə ad dəyişdirilməsi xidməti həyata keçirilərək, abunə kodu üzrə qeydiyyat Cavabdeh3 adına dəyişdirilmişdir. Hazırda kod Cavabdeh3 adına qeydiyyatdadır. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının arvadı Cavabdeh1 Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3,5 sot torpaq sahəsini etibarnamə əsasında Süleymanova Mayqadan alması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda isə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən tikilinin və müvafiq torpaq sahəsinin tərəflərin adlarına qeydiyyatdan keçməsi haqqında məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Hazırda iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən evə verilmiş abunə kodunun və sayğacın Cavabdeh1 digər cavabdeh olan anası Cavabdeh3 adına keçirilməsinin iddiaçının razılığı alınmadan və gələcəkdə əmlak bölgüsündən yayınmaq məqsədilə edildiyini bildirərək, "xxxx" ASC ilə bağlanmış müqavilənin və abunə kodunun ilkin abunəçi olan Abbasova Novbarın adına rəsmiləşdirilməsini; Cavabdeh1 evin valideynlərinin vəsaiti hesabına tikildiyini və hazırda orada valideynlərinin yaşadığını, digər cavabdeh "xxxx" ASC isə addanada keçirmə əməliyyatının qanunamüvafiq qaydada aparıldığını bildirərək, iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin qanuni əsası olmadığından, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının "xxxx" ASC ilə bağlanmış müqavilənin və abunə kodunun arvadı tərəfindən anasının adına keçirilməsindən onun xəbərinin olmaması, bu əməliyyatın həyata keçirilməsi zamanı razılığının alınmaması barədə» dəlilinə münasibətdə qeyd edilməlidir ki, elektrik enerjisindən istifadə qaydalarını tənzimləyən müvafiq qanunvericilik aktlarında belə bir imperativ normanın olması, yəni birgə nikahda olan şəxslərdən birinin (hazırki işdə arvadın) adına olan abunə kodunun və müqavilənin həmin evdə yaşayan üçüncü şəxsin (öz anasının) adına keçirilməsi zamanı ərin razılığının alınmasının zəruriliyi məhkəmə tərəfindən müəyyən edilmir. Belə ki, elektrik enerjisindən istifadə edilməsi üçün bağlanmış müqavilənin və abunə kodunun başqa şəxsin adına keçirilməsi həmin şəxsin öz müraciəti əsasında həyata keçirilir. Müvafiq Qaydalarda bu müqavilənin yalnızca mülkiyyətçi ilə deyil, həm də kirayəçi ilə bağlanmasının və hesabın həmin şəxslərin adına olmasının mümkünlüyünün nəzərdə tutulması o deməkdir ki, müqavilə evdə yaşadığı müəyyən edilən şəxslə bağlanılır. Hazırkı işdə də Cavabdeh1 yazılı şəkildə məhkəməyə təqdim etdiyi ərizəsində həmin evdə anasının yaşaması barədə mülahizəsi və iddiaçı tərəfin bu mülahizəni öz izahatları ilə təsdiq etməsi (iddiaçı tərəf əvvəllər həmin evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə yaşadığını, hazırda isə özünün o evdə yaşamadığını da bildirmişdir) hazırda abunə kodu adında qeydiyyatda olan Cavabdeh3 əvvəllər, yəni abunə kodu adına keçirildiyi vaxt həmin evdə yaşaması faktını məhkəmə tərəfindən iş üzrə mübahisəsiz hal kimi qiymətləndirməyə əsas verir. Evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və iddiaçının həmin evdə qeydiyyatda olmaması da iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardandır. Cavabdeh1 adına qeydiyyata alınmış abunə kodunun anasının adına keçirilməsi barədə notariat qaydasında verdiyi ərizəni və həmin vaxt Cavabdeh3 həmin evdə yaşamasını nəzərə alan məhkəmə hesab edir ki, mübahisəli evə dair müqavilənin Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanması və abunə kodunun Cavabdeh3 adına qeydiyyata alınması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır və məhkəmə bu prosesi cavabdehlərin öz hüquqlarından istifadə etməsi kimi qiymətləndirir. Məhkəmə iddiaçının “bu əməliyyatın həmin əmlakı bölgüdən yayındırmaq məqsədilə edilməsi barədə” dəlilinə münasibətdə isə qeyd etmişdir ki, hazırkı işin materiallarında "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixdə abunə kodunun Cavabdeh1 adına qeydiyyata alınması məzmununda məktubunun olması nəzərə alındıqda, abunə kodunun hazırda kimin adına olması əmlak bölgüsünə təsir edə biləcək, əhəmiyyətli bir hal hesab olunmur (əgər cavabdehlər (Cavabdeh1 və Cavabdeh3) bu işi məhz həmin məqsədlə etmişdirlərsə də belə). Çünki cavabdehlərin bu hərəkətləri ilə iddiaçının hər hansı hüquqlarını pozmaları məhkəmə tərəfindən müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə gəldiyi nəticəni Elektrik enerjisindən istifadə Qaydalarının 8.21-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 106.3, 119.1, 217.3, 217.4-cü maddələrinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 №-li Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3099/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Xəzər rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsi vətəndaş X6 məxsus olmuşdur. İddiaçı qeyd edir ki, torpaq sahibi ilə müəyyən sövdələşmə olduğu səbəbindən, torpaq sahəsi etibarnamə rəsmiləşdirilməklə ona təqdim olunmuşdur. 23 may 2017-ci il tarixdə iddiaçının təklifi əsasında torpağın ilkin sahibi torpaq sahəsi ilə əlaqədar müvafiq qaydada etibarnaməni iddiaçının həyat yoldaşı (birgə cavabdeh) Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, sayğacın quraşdırıldığı fərdi evin yerləşdiyi torpaq sahəsinin ilkin sahibi Mayqa Süleymanova olduğundan, həmin şəxsə məxsus olan torpaq sahəsində iddiaçı tərəfindən fərdi ev inşa edilmiş və bu ev inşa edildikdən sonra, qeyd olunan etibarnamə nəzərə alınmaqla etibar edilmiş şəxsin (həyat yoldaşı Cavabdeh1) adına abonent kodu açılmaqla sayğac rəsmiləşdirilmişdir. Həmin evin tikilməsinə 60.000 manatdan çox pul xərclənmişdir. Fərdi evə dair elektrik sayğacının nömrəsi: 3731011H1095808, abonent kodu: **********30A15 olan elektrik sayğacı birgə razılaşma əsasında (torpaq sahəsinə dair verilmiş etibarnaməyə əsasən) həyat yoldaşı Cavabdeh1 adına 2018-ci ildə quraşdırılmışdır. Cavabdeh1 iddiaçının xəbəri və məlumatı olmadan, notarial ərizə yazaraq fərdi evə dair **********30A15 nömrəli abonent kodunu və müqaviləni xx.xx.2024-cü il tarixdə anası Cavabdeh3 adına dəyişdirmişdir. Cavabdeh xx.xx.2024-cü ildə müqaviləni və abonent kodunu Cavabdeh3 adına keçirmişdir. İddiaçının birgə nikah dövründə inşa etdiyi fərdi evin tikinti və təmirində iştirakını istisna etmək məqsədilə Cavabdeh1 formal görüntü yaratmaq məqsədilə, iddiaçının məlumatı olmadan gizlin bu hərəkəti etmişdir. Cavabdeh1 fərdi evin tikilməsinə xərclənmiş pulda iddiaçıya heç bir əmlak pay düşməsin deyə, nikah dövründə inşa edilmiş evə quraşdırılmış işıq və qaz sayğaclarını öz adından çıxararaq anasının adına (digər cavabdehin) keçirdib. Çünki aralarında ciddi fikir ayrılığı olduğundan, əmlakda iddiaçının iştirakını istisna etmək üçün bu hərəkəti etmişdir. Məhkəmə faktları nəzərə alaraq, qanun əsasında qətnamə çıxarmalı olduğu halda, məhkəmə qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlaklarda tərəflərin bərabər paylara malik olması ilə əlaqədar Ailə və Mülki Məcəllənin tələblərini nəzərə almamışdır. Məhkəmə həm formalaşmış təcrübə və qanun baxımından ər-arvadın nikah dövründə əldə etdikləri birgə əmlaka quraşdırılmış sayğacların iddiaçının həyat yoldaşının adından gizlin formada çıxarılmasının məqsədli olmasını düzgün qiymətləndirməmişdir. Məhkəmə mülki qanunvericiliyin analogiya üzrə tətbiq olunduğunu və hüququn analogiyasını nəzərə almayaraq, ədalətsiz qətnamə çıxarmaq məqsədilə öz mövqeyini qətnamənin 30-31-ci bəndlərində aşağıdakı məzmunda qeyd etmişdir: “... Müqavilənin üçüncü şəxsin adına keçirilməsi zamanı ərinin (yəni iddiaçının) razılığının alınmasının zəruriliyi məhkəmə tərəfindən müəyyən edilmir. Sayğacın başqa şəxsin adına keçirilməsi həmin şəxsin öz müraciəti əsasında həyata keçirilir”. Daha sonra 31-ci bənddə yazılır: “İddiaçının “bu əməliyyatın həmin əmlakı bölgüdən yayındırmaq məqsədilə edilməsi barədə” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı işin materiallarında "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixdə abunə kodunun Cavabdeh1 adına qeydiyyata alınması məzmununda məktubunun olması nəzərə alındıqda, abunə kodunun hazırda kimin adına olması əmlak bölgüsünə təsir edə biləcək, əhəmiyyətli bir hal hesab olunmur (əgər cavabdehlər (Cavabdeh1 və Cavabdeh3) bu işi məhz həmin məqsədlə etmişdirlərsə də belə). Çünki cavabdehlərin bu hərəkətləri ilə iddiaçının hər hansı hüquqlarını pozmaları məhkəmə tərəfindən müəyyən edilmir”. Məhkəmə iddia tələbinin rədd edilməsi barədə qeyd olunan məzmunda əsaslandırma etməklə qətnamə qəbul edərkən birgə nikah dövründə inşa edilmiş evə xərclənmiş pul vəsaitinin tələb edilməməsi məqsədilə müqavilənin iddiaçının həyat yoldaşı tərəfindən gizlin şəkildə öz anasının adına keçirməsi ilə əlaqədar hərəkətləri qanunun və hüququn analogiyası baxımından düzgün qiymətləndirməmişdir. Birgə nikahda olan ər tərəfdən avtomaşının arvadın razılığı olmadan özgəninkiləşdirmə ilə əlaqədar çoxsaylı məhkəmə təcrübəsi mövcuddur. Bu təcrübə baxımından və yaxud analogiyanı nəzərə almadan formal mülahizə əsasında qərarın qəbul edilməsi əsassızdır. Ər-arvad birgə nikah dövründə birgə ev inşa edib, bu evdə quraşdırılan kommunal xidmətlərin mövcudluğu əmlakın onlara məxsus olmasını təsdiq edən sübutlardan biridir. Məhkəmə səhv nəticəyə gəlmişdir. Qətnamə düzgün əsaslandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar... Azərbaycan Respublikası Ali Məhkəmənin qərarının konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanmasına dair 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayət edilə bilməz.” Nəsimi Rayon Məhkəməsinin qətnaməsi KM-nin bu hüquqi mövqeyinə ziddir. Hakim əmlakın yerləşdiyi, inşa edilmiş torpaq sahəsinin sahibinin M.A.Süleymanovaya aid olması faktını, bu torpağın xx.xx.2017-ci ildə ər-arvadın nikah dövründə əldə etməsi faktını, torpaq sahəsini aldıqdan sonra, iddiaçı və 3-cü şəxsin nikahda (hal- hazırda nikahda olmaqla) olduğu dövrdə bu fərdi evin inşasına 60.000 manat vəsait xərclənməsi mənzildə quraşdırılmış sayğaclar məhz bu əmlakın bu nikahda olan şəxslərə məxsus olmasını sübut edən faktdır. Məhkəmə faktları nəzərə almayaraq, qəbul edilmiş qətnamədə qeyd olunur ki, ərin (iş üzrə iddiaçı) razılığı olmadan sayğacın arvadın ( iş üzrə 3-cü şəxsin) ərizəsi əsasında başqa şəxsin adına keçirilməsində razılığın olması zərurətin olmadığı kimi bir fikrə gəlməklə məhkəmə səhv nəticəyə gəlmişdir. Bu halda məhkəmə AM-nin tələbləri baxımından qanunun və hüququn analogiyası, habelə AR Ali Məhkəmə Plenumunun qərarlarından irəli gələn mövqeyə zidd nəticəyə gəlmişdir. Nəticədə iddiaçının hüquqlarını pozan əsassız qərar qəbul edilmişdir. Nəsimi Rayon Məhkəməsi mülki iş üzrə qətnamə qəbul edərkən bu normaların tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı və 3-cü şəxs (həyat yoldaşım) birgə nikah dövründə başqa şəxsə məxsus torpaq sahəsini etibarnamə əsasında əldə etmişlər. Torpaq sahəsini əldə etdikdən sonra üzərində fərdi ev tikiblər. İnşa etdikləri fərdi evin sayğaclarını həyat yoldaşı olan 3-cü şəxsin Bakı şəhərində qeydiyyatı olduğu səbəbindən, onun adına (sayğac) rəsmiləşdirilib. Digər tərəfdən aralarında fikir ayrılığı və digər ziddiyyətlər yarandığı üçün, 2024-cü ilin mart ayında boşanmağa dair məhkəməyə ərizə verilmişdir. Aprel 2024-cü ildə sayğaclar başqa şəxsin, yəni həyat yoldaşı olan 3-cü şəxs sayğacları öz anasının adına keçirməklə, həyat yoldaşı olaraq iddiaçını bu fərdi evə olan bütün tələblərdən məhrum etmək niyyətini reallaşdırmışdır. Belə olan halda, iddiaçı tərəfindən nikah dövründə evin inşa edilməsini məhkəmə inkar etmiş olur. Belə çıxır ki, evi qayınanası inşa edib?! Bu tamamilə əsassızdır. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır, açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Məhkəmə qətnaməsində bu bəndə istinad edilərkən, bənddən irəli gələn hala düzgün qiymət verilməmişdir. Məhkəmə nəzərə almalıdır ki, (Qətnamənin 2-ci səhifəsində bu tarix təhrif edilib) 2023-cü il tarixdən etibarən AR Prezidentinin fərmanı və sərəncamlarından irəli gələn tələblərə uyğun olaraq özbaşına tikililərin girişlərində sayğac qutaşdırılmır, yəni özbaşına tikililərin sahibləri ilə xidmət müqaviləsi bağlamayaraq, abonent kodu verilmir. Eyni zamanda əgər bu fərdi evi 3-cü şəxsin valideynləri inşa etmiş olsaydılar, onlar öz adlarına həm torpaq sahəsinə dair etibarnaməni alar, həm də ilk gündən öz adlarına sayğacı quraşdırardılar. Məhkəmə nzəzərə almalıdır ki, ər-arvadın birgə nikah dövründə inşa etdiyi əmlakda tərəflərin pay (pul) tələb etmək hüququ olduğu üçün, bu halda sağac adına olan abonent müqaviləni öz adından çıxardarkən, həyat yoldaşının razılıq ərizəsini təqdim etməlidir. Nəsimi Rayon Məhkəməsi qətnaməni əsaslandırmayaraq, ziddiyyətli fikirləri qətnamədə qeyd edib: Məhkəmə qətnamədə qeyd edib ki, (bax səh.2) guya iddiaçı 3-cü şəxsi “ASAN” Xidmətə aparıb. Daha sonra yazır ki, evi 3-cü şəxsin valideynləri inşa edib. Bunu qeyd etməklə məhkəmə hesab edib ki, həyat yoldaşın sayğacın müqaviləsinin dəyişirilməsində razılığı tələb olunmamalıdır. Bu səhv bir yanaşmadır. Bu nə məntiqə, nə qanun və hüququn analogiyasına, nə də Ailə Məcəlləsinə uyğun deyil. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi bu qərara və bütövlükdə Ailə Məcəlləsindən irəli gələn tələblərə (nikah dövründə əldə olunmuş əmlak baxımından) ziddir. Məhkəməyə təqdim olunmuş bu sübutlar ilə təsdiq olunmuşdur ki, torpaq sahəsi nikah dövründə etibarnamə əsasında 3-cü şəxs iddiaçının həyat yoldaşı Cavabdeh1 adına alınıb. Eyni zamanda sübut olunub ki, fərdi ev 2017-18-ci illərdə birgə nikah dövründə bu cütlük tərəfindən inşa edilib. Eyni zamanda sübut olunur ki, bu torpaq sahəsinə görə Bələdiyyəyə ödənişləri, vergilər icra edilib. Sayğaclar (işıq və qaz) bu evə xidmət üçün quraşdırılıb. Məhkəmə sübutları düzgün qiymətləndirməyib. Maddi hüquq normaları səhv tətbiq edilib. Birgə cavabdeh və üçüncü şəxsin cavabdehə müraciət edərək sayğacı 3-cü şəxsin adına keçirmək istəklərinin reallaşdırılması məqsədli olmaqla, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 saylı qərarın 4.11-ci bəndi ilə müəyyən olunmuş qaydada birgə nikah dövründə birgə vəsait hesabına özbaşına tikili olaraq inşa edilmiş fərdi evin faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini tələb etmək hüququndan iddiaçını məhrum etmək istəyindən irəli gəlir. Bu hərəkət məqsədli olub. İddiaçı ilə birgə cavabdeh 2005-ci ildə rəsmi nikahda olmaqla, ərarvad münasibətlərindədirlər. Birgə nikah dövründə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Bakavtomat yolu) ərazisində fərdi ev inşa etmişlər. İnşa etdikləri fərdi evi xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında torpaq sahəsinin sahibi X2 almışlar. Torpaq sahəsini İddiaçı etibarnamə əsasında həyat yoldaşı Cavabdeh1 adına almasına səbəb, İddiaçı Bakı şəhərində qeydiyyatı olmaması ilə əlaqədar olmuşdur. Cavabdeh1 Bakı şəhərində qeydiyyatı olduğu üçün, İddiaçı torpaq sahəsini etibarnamə əsasında Cavabdeh1 adına almışdır. Qeyd olunan torpaq sahəsində fərdi ev inşa edilmiş və 2017- 18-ci ilərdə qeyd olunan fərdi evə dair Cavabdeh1 ilə işıq xidmətləri ilə əlaqədar müqavilə rəsmiləşdirilməklə, adına abonent kodları açılmışdır. Tərəflər arasında ailə münaqişəsi 2024-cü ildə baş verdiyi üçün, İddiaçı xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, nikahın pozulmasını və uşaqların onun himayəsində saxlanması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş Nəsimi Rayon Məhkəməsində e-2(006)- 2249/2024 sayla icraatdadır. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan məlum olur ki, hazırkı iş üzrə birgə cavabdeh və 3-cü şəxs aprel 2024-cü il tarixdə notarial ərizə əsasında cavabdehə müraciət ünvanlayaraq, müqavilə və abonent kodunun 3-cü şəxsin adına dəyişdirməyə nail olublar. Nəzərə alınmalıdır ki, fərdi evin xidmət ilə əlaqədar müqavilənin arvadının (ərin) adından çıxarılıb başqa şəxsin adına keçirilməsi üçün, mütləq digər tərəfin razılıq ərizəsi olmalıdır. Nəzərə alınmalıdır ki, İddiaçı və Cavabdeh1 hal-hazırda da ər-arvad hesab olunurlar. Məhkəmənin gedişində Cavabdeh1 birgə nikah dövründə inşa etdikləri fərdi özbaşına tikilidə həyat yoldaşı İddiaçı ondan pul tələb etmək hüququnun aradan qaldırmaq məqsədilə müqavilə və abonent kodunu öz anasının adına keçirməklə, bildirmək istəyir ki, bu fərdi evin guya bu cütlüyə (ər- arvada) aidiyyəti olmadığı kimi görüntü və fakt ortaya qoymaq istəyir. Nəzərə alınmalıdır ki, İddiaçı Mayqa Süleymanovadan torpaq sahəsini etibarnamə əsasında Cavabdeh1 adına aldıqdan sonra, torpaq sahəsində fərdi ev inşa etməklə, xidmət müqavilələri Cavabdeh1 adına rəsmiləşdirilməklə, eyni zamanda bələdiyyədə müvafiq qaydada qeydiyyata alınmaqla, vergiləri ödəmişdir (Bələdiyyənin xx.xx.2024-cü il tarixli, 1063 saylı arayışı məhkəməyə təqdim edilib). Məhkəmə faktlara müvafiq olaraq nəzərə almalıdır ki, birgə cavabdeh və 3-cü şəxs ər-arvadın birgə nikah dövründə inşa etdirdiyi fərdi evdə İddiaçı (iddiaçının) həmin evin tikintisinə xərclənmiş vəsaiti AR Ali Məhkəməsi Plenumun qərarına uyğun şəkildə tələb etmək hüququnun qarşısını almaq məqsədilə, fərdi evə dair xidmət müqavilələrinin həyat yoldaşının razılığı olmadan gizlin formada anasının adına keçirdiyi üçün, müqavilə və abonent kodu ilkin vəziyyətə qaytarılmalıdır. Birgə cavabdeh və 3-cü şəxs özbaşına tikilinin birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsi faktını aradan qaldırmaq məqsədilə, İddiaçı razılığı olmadan müqavilə və abonent kodunun 3-cü şəxsin adına keçirilməsində məqsəd, İddiaçı bu fərdi evə münasibətdə subyektiv hüququnun aradan götürülməsinə yönəlik bir hərəkətdir. İşin bu halı nəzərə alınmaqla, özbaşına tikili olan birgə əmlakda öz xərclədiyi pul vəsaitini tələb edə bilməmək üçün, birgə cavabdeh bu hərəkətləri etmişdir. Məhkəmə MPM-nin tələbləri baxımından qanunun bu normalarını analogiya baxımından səhv qiymətləndirmişdir. Nəticə səhvdir. Məhkəmə qətnaməsi işin faktiki hallarına tamamilə zidd formada qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə həm də Məcələnin 13-cü maddəsinin tələblərinə ziddir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hesab edir ki, məhkəmə qətnaməsi əsasında işin faktiki halları düzgün araşdırılmamış, nəticədə maddi hüquq normaları və prosessual normalar pozulmuşdur. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3099/2024 saylı qətnaməsinin ləğv edilməsi, Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxoz (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında elektrik sayğacının nömrəsi: 3731011H1095808, abonent kodu: **********30A15 olan elektrik sayğacı ilə əlaqədar bağlanmış xidmət müqaviləsi (xx.xx.2024-cü il tarixli) və abonent kodu Cavabdeh3 adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi (qaytarılması) barədə yeni qətnamə çıxarılması xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Kamal oğlu və nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında ASC tərəfindən heç bir pozuntuya yol verilməməsini bildirib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Maddə 19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydaları Bənd 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Bənd 8.22. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Bənd 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282) “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunmuş sübutlardan görünür ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, adına olan işıq sayğacının və **********30A15 saylı abonent kodunun anası – Cavabdeh3 adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazının olmadığını bildirmiş, həmin tarixdə ad dəyişdirilməsi xidməti həyata keçirilərək, abunə kodu üzrə qeydiyyat Cavabdeh3 adına dəyişdirilmişdir. Apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, İddiaçı yaşamadığı, yəni istehlakçı kimi ona xidmət göstərilməli olmayan Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi, Bakavtomat yolu) sahəsi, ev., bina 0003, mənzil 0A15 ünvanında nömrəsi: 3731011H1095808, abunə kodu: **********30A15 olan elektrik sayğacı ilə əlaqədar bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinin və abonent kodunun Cavabdeh3 adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsini tələb etməkdə hüquqi marağı həmin ünvanda inşa olunmuş tikili ilə bağlı gələcəkdə qaldıracağı iddia tələbi üzrə həmin sənədlərdən sübut növü kimi istifadə edə bilməsindən ibarətdir. İddiaçı nikahda olduğu Cavabdeh1 adına olan abunə kodunun və müqavilənin həmin evdə yaşayan Cavabdeh3 adına keçirilərkən onun da razılığının alınmasının tələb olunduğunu bildirsə də, kollegiya qeyd edir ki, yaşamadığı, istehlakçı kimi həmin ünvana göstərilən xidmətlərdən istifadə etmədiyi iddiaçıdan belə razılığın alınması tələb olunmurdu. Bundan başqa fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər, Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Abasova X9 ASC-yə adına olan abonent kodunun və bağlanmış müqavilənin anası Cavabdeh3 adına keçirilməsi barədə ərizəsini təqdim edərkən, sonuncu da öz adına müqavilə bağlanmasına razılıq verərkən hər biri öz iradə ifadələrinə uyğun hərəkət etmiş, iddiaçının isə Cavabdeh1 əri olduğu üçün Azərişıq ASC ilə əvvəlki hüquq münasibətlərinə geri qayıtmasını tələb etməyə hüquqi əsası yoxdur. Bunun əksi isə həmin ünvanda faktiki yaşayan, həmin ünvana göstərilən xidmətlər üzrə öhdəliklərini icra edən istehlakçıların hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3099/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar