Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9723/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Abşeron Kənd X3 Müəssisəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “hərəkətlərin qanunsuz hesab edilməklə ərazidə özbaşına ticarətlə məşğul olmaq, ağac gətirmək, ağac satmaq, ərazinin və ərazidə dəmir konstruksiyalı obyektin zəbt edilməsi kimi hərəkətlərin qadağan edilməsi, cavabdehlərin həmin ərazidən çıxarılması, zəbt olunmuş ərazinin əmlakı ilə birlikdə boşaldılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli 2(003)-578/2019 saylı qərardadından X7 X1 direktoru X8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron Kənd X3 Müəssisəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “hərəkətlərin qanunsuz hesab edilməklə ərazidə özbaşına ticarətlə məşğul olmaq, ağac gətirmək, ağac satmaq, ərazinin və ərazidə dəmir konstruksiyalı obyektin zəbt edilməsi kimi hərəkətlərin qadağan edilməsi, cavabdehlərin həmin ərazidən çıxarılması, zəbt olunmuş ərazinin əmlakı ilə birlikdə boşaldılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli 2(003)-4913/2018 saylı qərardadı ilə ərizə təmin edilərək, Abşeron Kənd X3 Müəssisənin mülkiyyət hüququnu pozan və müəssisəyə girişi təmin edən əsas giriş qapısında növbətçi üçün nəzərdə tutlmuş 72,0 kv/m olan tikilinin üzərinə həbs qoyulmuş və Abşeron Kənd X3 Müəssisənin mülkiyyət hüququnu pozan və müəssisəyə girişi təmin edən əsas giriş qapısında 72,0 kv/m olan növbətçi otağında maneə yaradan hərəkətlər cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2(003)-578/2018 saylı qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə "xxxx" ASC-nin ərizəsinin təmin edilməsi, "xxxx" Kənd X3 Müəssisəsinin mülkiyyət hüququnu pozan və müəssisəyə girişi təmin edən əsas giriş qapısında 72,0 kv/m olan tikilinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İddiaçı X9 X1 direktoru X8 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2(003)-578/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə 22.10.2020-ci il tarixli müqaviləyə əsasən əmlak kompleksinin sadalanan literlərinin"xxxx" ASC-yə satılmasından məlumatları yoxdur və alqı-satqısı barədə 22.10.2020-ci il tarixli müqavilə qanunsuzdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05.04.2017-ci il tarixli qətnaməsinə əsasən "xxxx" Kənd X2 Müəssisəsinə məxsus olan Abşeron rayonu, Binə qəsəbəsi, Binə sovxozunun ərazisində yerləşən əmlak kompleksinin M, Ml, М2, М3, M4, M5, 6, M7, X, Xİ, X2, L, Ll, L2, L3, B, U, D, K, T, O, R, Ö literlərinin açıq hərracdan satılması qət edilmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 22.10.2020-ci il tarixli müqaviləyə əsasən qeyd olunan əmlak "xxxx" ASC-yə satılmışdır. Daha sonra "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri” Xidmətinə müraciət edilərək qeyd edilən daşınmaz əmlakın ASC-nin adına rəsmiləşdirilməsi xahiş edilmiş, 06.05.2021-ci il tarixli, **********43 saylı məktubla Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli, 2(003)-4913/2018 saylı qərardadı ilə həbs qoyulduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən . müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli, 2(003)- 4913/2018 saylı qərardadı ilə qeyd edilən daşınmaz əmlakın üzərinə həbs qoyulması nəticəsində "xxxx" ASC-nin həmin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alıması, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2(003)-578/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9723/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9723/2021
05.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver