Məhkəmə qərarları › İş №2(103)-9727/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9727/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9727/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2712/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Abbasov Kamran Şamil oğlu tərəfindən birgə verilmiş şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(007)- 2712/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının, eyni zamanda ipoteka predmetinin qiymətləndirilməsi ilə əlaqədar mülki iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi müəyyən edilmişdir. Cavabdeh1 məhkəmənin 11 avqust 2021-ci il tarixli, 2(007)-2712/2021 saylı qərardadının ipoteka predmetinin qiymətləndirilməsi ilə əlaqədar mülki iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi hissəsinin ləğv edilməsinə dair şikatət verərərk qərardadın həmin hissədə ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2712/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Abbasov Kamran Şamil oğlu tərəfindən birgə verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Abbasov Kamran Şamil oğlu tərəfindən birgə verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2712/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qərardadının yalnız icraatın dayandırılması hissəsindən qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 və Abbasov Kamran Şamil oğlu tərəfindən birgə verilmiş şikayətin məzmunundan görünür ki, cavabdehlər məhz qərardadın ekspertiza təyin edilməsi hissəsində mübahisələndirirlər. Ekspertizanın təyin edilməsi barədə qərardaddan qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq cavabdehlər Cavabdeh1 və Abbasov Kamran Şamil oğlu tərəfindən birgə verilmiş şikayəti geri qaytarmamış, mahiyyəti üzrə baxaraq Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2712/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qərardadından verilmiş şikayətin digər mümkünlük şərtlərini müzakirə etmədən hesab edir ki, qərardaddan verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 405, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2712/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Abbasov Kamran Şamil oğlu tərəfindən birgə verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar