Məhkəmə qərarları › İş №2(103)-9732/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9732/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9732/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2029/2021 saylı iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 10244.11 manat məbləğində pulun 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 10274.11 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 15.04.2016-cı il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh Balakişi qızına məxsus fərdi istixananı təbii qazla təchiz edir. Həmin istixanaya İddiaçı İB tərəfindən **********00230 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6 markalı, 28024564 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin və “X2”nın 4.9-cu bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin istixanasına quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacına müdaxilə edildiyi aşkar edilmişdir. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Labaratoriyasına göndərilmiş. Laboratoriyada sayğac yoxlanılarkən AME-nin möhürü 2019-cu ilin 3-cü rübünə uyğun olmaması, sayğacın hesablama mexanizminin işləməməsi, daxilə hava keçməsi və istismara yararsız olması müəyyən edilmişdir. MDS-nin MS29/1640- 000381- 10 saylı rəyi əsasında İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə 31.03.2020ci il tarixli ******* saylı “Təbii X2nın pozulması haqqında” akt tərtib edilmiş cavabdeh imzalamaqdan imtina etmişdir. Beləliklə qaz sayğacına müdaxilə etdiyinə görə itirilmiş təbii qazın dəyəri 5184 manat təşkil etmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 10244.11 (5060.11 manat sayğac vasitəsi ilə istifadə edilib) manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. “Azəriqaz" İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə ediməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş aktla təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış 15.04.2016-cı il tarixli, ***-**-** saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məlum olduğu kimi, sahə üzrə qanunvericilikdə sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma hallarında təbii qazın talanması nəticəsində olunmuş qazın dəyərinin müəyyən edilməsi ilə əlaqədar münasibətlər tənzimlənilmir. Bu münasibətlər vaxtı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 16 noyabr 2006-cı il tarixli, 55 nömrəli əmri ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”ilə nizamlanırdı. Lakin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 31 yanvar 2011 -ci il tarixli 8 nömrəli əmri ilə 16 noyabr 2006-cı il tarixli 55 nömrəli əmr qüvvədən düşürülmüş və nəticədə faktiki münasibətlər hüquqi nizamlanmadan kənar qalmışdır. Beləliklə, sahə üzrə qanunvericilikdə yaranmış boşluq zahiri xarakter daşımadığına, normativ tənzimləməyə zərurət olduğuna, normativ tənzimləmə qanunla qadağan olunmadığına və normativ tənzimləmə mövcud olmadığına görə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1 maddəsindən irəli gələrək, qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) SOCAR-ın kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdalarını təsdiq etmişdir. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2029/2021 saylı iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh istehlak etdiyi təbii qaza görə 4060.11 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatının İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin istixanasına quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və bu barədə «Təbii X2nın pozulması haqqında» Akt tərtib olunmuşdur. Bununla bağlı qeyd edilir ki, sayğac yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmuş mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, cavabdehin məhkəmə araşdırması zamanı verdiyi izahatına inanmışdır. Bu hal isə İddiaçı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. Bir daha qeyd edilir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti (istixana fəaliyyəti) ilə məşğul olan fiziki şəxsdir, onun istixanasına qaz sayğacı onun şəxsi vəsaiti hesabına quraşdırılıb, yəni istixanalara sayğaclar onu işlədən şəxslər tərəfindən müraciətləri əsasında onların şəxsi vəsaiti hesabına quraşdırılır və həmin şəxslər sayğacın işlək vəziyyətdə saxlanılmasına birbaşa cavabdehliyi də özləri daşıyırlar. Digər tərəfdən birinci instansiya məhkəməsi qətnaməsində tərəflərindən Məhkəməyə sayğaca müdaxilə olunması və bu əsasla da vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsinin tələb edilməsinə yaranmış əsas ilə bağlı mötəbər sübutların təqdim edilməsinə baxmayaraq, əksinə sübutlara şübhə ilə yanaşaraq səhv nəticəyə gəlmiş və yanlış nəticəyə gələrək qeyd etmişdir ki, cavabdehin ünvanına quraşdırılmış sayğacın dəymiş zərərin hesablanmasına əsas olmuş aktan məlum olan, baxış keçirilən və 15.04.2016-cı il tarixli müqavilədən isə məlum olan sayğacların nömrələri fərqlidir. Bununla bağlı qeyd edilir ki, cavabdehin işlətdiyi istixanaya müxtəlif tarixlərdə qaz sayğacları müvafiq qaydada quraşdırılmış və çıxarılmışdır. Həmin sayğacların nömrələrini ardıcıllıqla qeyd edilir: 28196432, 28257170, 28026256, ********. Məhz 28026256 saylı sayğac digəriləri kimi dövlət yoxlamasından keçirilən zaman, müdaxilə aşkar olunmuşdur. Daha sonra isə 28024564 nömrəli sayğac cavabdehin tərəfindən istifadə edilməsi üçün quraşdırılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi sayğacların müxtəlifliyini, yəni nömrələrinin fərqli olması barədə təsəvvürü yanlış olmuş və bu səhv də əsassız olan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Həmçinin iddiaçıya aid olan **********00230 abonent koduna (istixana) hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazm dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 15.04.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmçinin həmin müqavilədən görünür ki, cavabdehin ünvanına G-6 markalı 28196432 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* nömrəli 31.03.2020-ci il tarixli aktın surətindən görünür ki, MSK 29/1640-00381-10 saylı akt əsasında 25920 m3 qaz sərfiyyatı hesablanaraq məbləği 5184 manat müəyyən edilmişdir. İş materiallarında olan “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” MS29/1640-00381-10 saylı 18.03.2020-ci il tarixli aktın surətindən görünür ki, Dövlət yoxlamasına aparılmış G6 markalı mexaniki tipli qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacın hesablama mexanizminin işləmədiyi, hava keçirməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Baxış keçirilmiş sayğacın zavod nömrəsi 28026256-dır. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin hazırda 9244.11 manat məbləğində borcu vardır. Həmin borcun bir hissəsi, yəni akt əsasında hesablanmış zərərə görə 5184 manat, digər hissəsi isə, yəni istifadə olunmuş lakin dəyəri ödənilməmiş qazın dəyəri 4060,11 manat (9244,11 – 5184=4060.11 ) təşkil edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində belə nəticəyə gəlmişdir ki, iddiaçı, sayğaca müdaxilə edilməsi nəticəsində ona 5184 manat ziyanın (itirilmiş qazın dəyəri) cavabdehdən tələb etsə də, həmin ziyanın cavabdehin təqsiri nəticəsində baş verməsinə dair hər hansı bir mötəbər bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə iddia ərizəsində cavabdehin ünvanına 28024564 nömrəli sayğacın quraşdırıldığı, dəymiş zərərin hesablanmasına əsas olmuş aktdan isə görünür ki, baxış keçirilən sayğacın nömrəsi 28026256, iş üzrə tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 15.04.2016-cı il tarixli müqavilədən isə görünür ki, cavabdehin ünvanına quraşdırılmış sayğacın nömrəsi 28196432-dir. Bununla da cavabdeh tərəfindən ünvanına quraşdırılmış sayğaca müdaxilə etməsi və həmin müdaxilənin nəticəsi səbəbindən 5184 manat məbləğində zərərin dəyməsi barədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə araşdırılması zamanı da müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı cavabdehin sayğaca müdaxilə edilməsi nəticəsində ona 5184 manat ziyanın (itirilmiş qazın dəyəri) cavabdehdən tələb etsə də iddia tələbinin həmin hissəsində mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasiətdə məhkəmə kollegiyası qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30.06.1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 9-cu bəndinə görə, fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş“X2nın” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isəöz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan Kollegiya bildirir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi Aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirlməsini qeyri-mümkün edir. MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın təmin edilməyən hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin mübahisələndirilən hissəsində tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2029/2021 saylı iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qətnaməsi - mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar